Məhkəmə qərarları › İş №2(102)-4017/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4017/2019

19.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4017/2019 19.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 yanvar 2019-cu il tarixli 2(107)-152/2019 saylı qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Göyçay rayon məhkəməsinin 06 iyun 2016-cı il tarixli qətnaməsi ilə (hakim F.M.Əfəndiyev, iş № 2(046)-307/2016) İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh4-yə, Cavabdeh1 və X3 qarşı kredit müqaviləsi üzrə b orcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə (hakimlər: Ə.T.Məcidov, V.K.Qasımov və M.A.Əsədli, iş № 2(107)1160/2016) bankın apellyasiya şikayəti qismən təmin edilərək Göyçay rayon məhkəməsinin 06 iyun 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iddianın qismən təmin edilərək cavabdehlər Cavabdeh4-dən və Cavabdeh1 hüquqi varisi X2 16 oktyabr 2006-cı il tarixli kredit müqaviləsinə əsasən cəmi 74.449,06 manat məbləğində kredit borcunun bankın xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 fevral 2017-ci il tarixli qərarı ilə (hakimlər: Q.A.Əsgərov, Ə.Ə.Şadiye v və V.Ə.İbayev, iş № 2(102)-1353/17) tərəflərin kassasiya şikayətləri təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 oktyabr 2016-cı il tarixli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilmişdir. İşə təkrar apellyasiya qaydasında baxan Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 mart 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: E.Ş.Hüseynov, R.R.Rəfiyev və G.Q.Abbasov, iş № 2(107)-273/2018) bankın apellyasiya şikayəti təmin edilməmiş, Göyçay rayon məhkəməsinin 06 iyun 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 21 avqust 2018-ci il tarixli qərarı ilə (hakimlər: Ə.Ə.Əliyev, A.K.Kalbalıyev və Ə.G.Nurməmmədov, iş № 2(102)5294/18) bankın kassasiya şikayəti təmin edilərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 mart 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. İşə yenidən apellyasiya qaydasında baxan Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: R.Ə.Əliyev, A.M.Eyvazov və İ.H.Şükürov) Göyçay rayon məhkəməsinin 06 iyun 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir. İşin halları: 16 oktyabr 2006-cı il tarixdə İddiaçı ASC ilə Cavabdeh4-nin təsisçisi Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən Cavabdeh1 müəssisənin fəaliyyətinin genişləndirilməsi məqsədi ilə 12 ay müddətinə illik istifadə dərəcəsi 19 faiz olmaqla 5 0.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öhdəliklərinin təminatı kimi Cavabdeh2 və X3 məxsus Göyçay rayonunun Yekəxana kəndində yerləşən fərdi yaşayış evləri ipoteka ilə yüklü edilmiş və bununla əlaqədar bankla İbadovlar arasında 16 oktyabr 2006-cı il tarixdə ipoteka müqavilələri bağlanmışdır. 2015-ci ilin dekabr ayında bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borcu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən 09 dekabr 2015-ci il tarixə 21.303 manat məbləğində əsas, 53.146.06 manat məbləğində faiz borcunun, cəmi 74.449,06 manat məbləğində borcunun yaranmasını əsas göstərməklə həmin məbləğin Cavabdeh4-dən və Cavabdeh1 tutulmasına, tutmanın ipoteka predmetlərinə yönəldilməsinə və s. dair qətnamə qəbul edi lməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, Cavabdeh2 və vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdilər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin əsassız olması barədə nəticəyə gəlib iddianı rədd edərkən kredit müqaviləsinin 16 oktyabr 2006-cı il tarixdə 1 il müddətinə bağlanmaqla müqavilənin müddətinin 16 oktyabr 2007-ci il tarixdə bitməsinə v ə kredit götürənin 28 oktyabr 2008-ci il tarixdə vəfat etməsinə baxmayaraq bankın hazırkı tələblə məhkəməyə 2015-ci ilin dekabr ayında müraciət etməsinə əsaslanmışdır. Məhkəmə kollegiyasına görə iddia tələbi əsaslı olsa da, bank iddia tələbi ilə bağlı müddəti ötürməklə məhkəməyə müraciət etmiş, müqavilənin müddəti uzadılmamışdır. 2013-cü ildən başlayaraq İpoteka qoyan İbadov qardaşları tərəfindən edilən ödənişlər isə MMC-nin və onun rəhbəri tərəfindən edilmiş ödənişlər kimi qəbul edilə bilməz. İddia müddətinin ötürülməsi barədə nəticəni əsaslandırarkən məhkəmə kollegiyası Mülki Məcəllənin 373, 377.1, 375.1, 375.2-ci maddələrinə istinad etmişdir. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi səthi yoxlanılmış və qiymətləndirilmiş sübutlara əsaslandığından q ətnamə qanuni sayıla bilməz. İş materiallarından görünür ki, 16 oktyabr 2006-cı il tarixli kredit müqaviləsi bankla Cavabdeh4 arasında bağlanmış və müqaviləni MMC-nin təsisçisi kimi Cavabdeh1 imzalamışdır. Müqavilədən göründüyü kimi 50.000 manat məbləğində kredit MMC-nin fəaliyyətinin genişləndirilməsi məqsədi ilə verilmişdir. Müqavilə 1 il müddətinə bağlanmış və onun təsisçisi olan Cavabdeh1 28 oktyabr 2008-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 87.1-ci maddəsinə görə Məhdud Məsuliyyətli Cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cavabdeh1 MMC-nin yeganə təsisçisi olsa da və yuxarıda qeyd olunduğu kimi müqavilə onun tərəfindən imzalan sa da, müqavilədən göründüyü kimi kredit bilavasitə MMC-yə verilmişdir. Kredit borcunun ödənilməsi barədə öhdəlik də, müqavilənin məzmunundan göründüyü kimi MMC-nin üzərinə qoyulmuşdur. Müəyyən olunduğu kimi MMC tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin icrası tam təmin edilməmiş, onun təsisçisi olan Cavabdeh1 vəfat etmişdir. Bank tərəfindən isə iddia tələbi yalnız 2015-ci ilin dekabr ayında həm MMC-yə həm də Cavabdeh1 qarşı qaldırılmışdır. İddia tələbinə görə MMC-nin 09 dekabr 2015-ci il tarixə olan kredit müqaviləsi üzrə əsas borcu 21.303 manat, faiz borcu isə 53.146.06 manat təşkil edir. Bank tərəfindən məhkəməyə kreditin ödənilmə vəziyyəti barədə işin 1-ci cildinin 8,40 və 162-168-ci səhifələrində olan kreditin qaytarılması barədə qrafik və qəbzlər təqdim edilmişdir. Həmin sənədlə rə görə kredit müqaviləsi üzrə öhdəliklər fasilələrlə 2006, 2007, 2010, 2013-2015-ci illərdə həyata keçirilmişdir. Həmin ödənişlərə əsaslanaraq bank hesab edir ki, onlar tərəfindən iddia müddəti ötürülməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, bank 16 oktyabr 2010-cu il tarixə kimi pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində müəyyən olunmuş 3 illik iddia müddətini ötürmüşdür. Göstərilən vəziyyətdə iş üçün mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq məhkəmə kollegiyası kredit müqaviləsi üzrə ardıcıl olaraq hər il üçün və ilin hər ayı üçün icra edilmiş öhdəliklər barədə aydın və tam məlumatın əldə edilməsini təmin etməmiş və həmin hissədə mübahisəli hüquq münasibətinə aydınlıq gətirməmişdir. Azərba ycan Respublikası Mülki Məcəlləsinin 380-ci maddəsinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.(380.1.) Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.(380.2.). Lakin apellyasiya instansiyası məhkəməsi qanunun həmin normasının qüvvəsinin tətbiqi imkanını müzakirə etməmiş, ödənişlər barədə dəqiq və tam məlumat olmadan iddia müddətinin ötürülməsi barədə nəticəyə gəlmişdir. Bundan başqa, işdən göründüyü kimi bank tərəfindən iddia tələbi eyni zamanda Cavabdeh1 qarşı qaldırılmış və kredit müqaviləsi üzrə borcun ondan tutulması tələb edilmişdir. İşə baxan məhkəmə instansiyaları isə Cavabdeh1 əvvəlcə oğlunu, sonra isə arvadını həmin iddia tələbi üzrə cavabdeh kimi qəbul edərkən işə son nəticədə prosessual hüquq varisi kimi cəlb edilmiş Nın mirası qəbul etməsi barədə heç bir mötəbər sübut əldə etməmiş və bu zaman Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-cı maddəsinin tələbini nəzərə almamışlar. Qanunun həmin normasına görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar Məhkəmə kollegiyası əgər Cavabdeh1 kreditin ödənilməsinə görə məsuliyyət daşıyan şəxs hesab edirdisə, onda, onun ölümündən sonra mirası qəbul etmiş vərəsənin Mülki Məcəllənin 1306-cı maddəsinin tələbinə müvafiq olaraq yalnız qəbul etdiyi miras həcmində kreditor qarşısında məsuliyyət daşımasını nəzərə almalı idi. Belə ki, mərhum Cavabdeh1 arvadı N kredit müqaviləsi üzrə tərəf olmamış və kreditin qaytarılması barədə bank qarşısında üzərinə öhdəlik götürməmişdir. İş üçün mühüm əhəmiyyətə malik olmasına baxmayaraq krediti götürmüş müəssisənin taleyi ilə əlaqədar tam araşdırma olub-olmaması aydınlaşdırılmamışdır. Müəssisənin fəaliyyət göstərməməsi və əmlakın olmaması barədə məhkəmə kollegiyasının nəticəsi isə mübahisəsiz sübutlarla əsaslanmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 №-li qərarının 1-ci bəndinə görə məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Kollegiya hesab edir ki, qəbul edilmiş qətnamə mübahisəli hüquq münasibətində müəyyənliyin yaranmasını, iddia olunan pozulmuş hüquqların real bərpasını təmin etməmişdir. Qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 22 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv e dilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar