Məhkəmə qərarları › İş №2(102)-4017/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4017/2021

30.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4017/2021 30.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Xəlilov İsmayıl Kamil oğlundan və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil, Cavabdeh2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 fevral 2021-ci il tarixli, 2(103)2190/2021 nömrəli qət naməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı saat 18:50 radələrində “X1” minik markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilini ünvan 1 istiqamətində idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin İ bəndinin tələbini pozaraq yol və metroloji şəraiti nəzərə almayaraq normal sürət həddi seçməyərək eyni istiqamətdə qarşıda hadisə törətmiş “xxx” markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuşdur. Həmin fakta görə tərtib olunmuş 29 avqust 2016-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərarla İddiaçı İXM-in 151.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tör ətməkdə təqsirli bilinmişdir. “xxx” Avto servis firması tərəfindən verilmiş 29 yanvar 2016-cı il tarixli arayışına əsasən “X1” minik markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobillə dəymiş ziyan 10080 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X1” minik markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş ziyanın əvəzi olaraq 10080 manatın və ödədiyi 30 manat dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 26 yanvar 2016-cı il tarixdə, saat 18:30 radələrində idarə etdiyi “X1” minik markalı, **-ON-*** dövlət qeydiyyat ni şanlı avtomobillə ünvan 1istiqamətində saatda 40 km sürətlə hərəkət edərkən qəflətən qarşısında gedən “xxx X-Trail” markalı **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobil öz qarşısında gedən və sürüşüb yolun sol kənarında olan arakəsmə dəmirlərə dəyərək geriyə, onun yoluna atılan Cavabdeh1 idarə etdiyi “VAZ-21123” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyərək geriyə atılmış və böyür üstə dönərək onun hərəkət yoluna çıxmışdır. Hadisə qəfildən bir anda baş verdiyinə və həmin vaxt yol buzlu və sürüşkən olduğuna görə əyləci sıxsa da, onun avtomobili sürüşərək qabaq tərəfi ilə “xxx X-Trail” markalı avtomobilin sol yan qapılarına dəyərək əzilmişdir. Təhqiqatçı yol polis işçiləri tərəfindən aparılan yoxlama zamanı tərtib edilmiş protokollara əsasən sürücülərin hər üçü “Yol hərəkəti haqqında” Qanunun 50.1-ci maddəsinin tələblərini pozmaqda təqsirli bilinərək İXM-in 151.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə olunmuşlar. Hadisənin mexanizmindən göründüyü kimi, Cavabdeh1 idarə etdiyi “VAZ-21123” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil “Yol hərəkəti haqqında” Qanunun 50.1-ci maddəsinin tələblərini pozaraq, sürüşüb yol kənarında olan dəmir arakəsməyə dəyərək, arxasında gedən “xxx X-Trail” markalı avtomobilin yoluna atılmış, “xxx X-Trail” markalı avtomobil həmin maşına dəyəndən sonra iddiaçının yoluna çıxmış və iddiaçının da maşını sürüşüb “xxx-X-Trail” markalı avtomobilə dəymişdir. Yəni yol nəqliyyat hadisəsinin baş verməsində sürücülərin hər üçünün təqsiri müəyyən edilmişdir. Hadisə baş verən gün güclü qar yağmış, yer buzlu və sürüşkən olmuş, yol-nəq liyyat hadisəsi bilavasitə qarşıda gedən “VAZ-21123” markalı avtomobilin yol hərəkəti haqqında qanunun tələbini pozması nəticəsində baş vermişdir. Məhz ilk anda sonuncunun avtomobili yol kənarındakı dəmir arakəsməyə dəyərək yoluna qəfil çıxmış və həmin anda iddiaçı əyləci sıxsa da, avtomobili saxlamaq mümkün olmamışdır. Göstərilən vəziyyətdə onun hadisənin qarşısını almağa texniki imkanı olmamışdır. Hadisə nəticəsində iddiaçının avtomobilinin qabaq sol farası, qanadı, buferi, radiatorları, duman farası tamam sınıb istifadəyə yararsız vəziyyətə düşmüş, ikinci farası çatlamış, radarları tam sıradan çıxmışdır. İddiaçı avtomobilinin təmirinə ümumilikdə 10080 manat məbləğində pul xərcləmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2(003)1375/2020 nömrəli qətnaməsi ilə (hakim S.X.Bəhrəmzadə) iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehlərin baş vermiş yolnəqliyyat hadisəsinə görə məhz iddiaçıya münasibətdə təqsirli olduğu sübuta yetirilmədiyindən, müvafiq olaraq mülki hüquqi məsuliyyəti də yaranmamışdır. Belə ki, iddiaçı 26 yanvar 2016-cı il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində cavabdehlərin təqsirindən ona məxsus “X1” minik markalı **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəyməsini qeyd etsə də, işin bu halı təsdiqini tapmır. Əksinə iddiaçının idarə etdiyi avtomobilin qarşısında olan digər avtomobillə ara məsafəsini saxlamamasına görə dəyməsi ilə bağlı inzibati məsuliyyətə cəlb edilmiş, Azərbaycan Respublikasının DİN Bakı şəhər DYPİ-nin 29 avqust 2016-cı il tarixli qüvvədə olan inzibati xəta haqqında iş üzrə qərarla İddiaçı həmin yol nəqliyyatı hadisəsi ilə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsi ilə təqsirli bilinmiş, lakin inzibati məsuliyyətə cəlb etmə müddəti ötdüyündən iş üzrə icraata xitam verilmişdir. Belə olan halda iddiaçının avtomobilinə dəymiş zərərlə bağlı cavabdehlərdən onun avtomobilinə dəymiş zərərin tələb edilməsi əsassızdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1375/2020 nömrəli, 15 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 fevral 2021-ci il tarixli, 2(103)-2190/2 021 nömrəli qətnaməsi ilə (hakim A.N.İmanovun sədrliyi və məruzəsi ilə, hakimlər Q.A.Əsgərovdan və V.N.Sadıqovdan ibarət tərkibdə) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2(003)-1375/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı apellyasiya şikayətinin dəlillərini təsdiq edən və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin olunmasına dair başqa mötəbər sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzi b olunmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 fevral 2021-ci il tarixli, 2(103)-2190/2021 nömrəli qətnaməsinin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti iddia ərizəsində qeyd olunan hallara istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, sübutlar düzgün qiymətləndirilməmiş və işin faktiki halları düzgün müəyyən olunmamışdır. Belə ki, yolnəqliyyat hadisəsinin baş verməsində cavabdehlərin təqsirli olmaları və bununla MM-in 1108.3-cü maddəsinin tələbləri, h əmin maddə ilə bağlı başqa mülki işdə kassasiya instansiyası məhkəməsinin mövqeyi nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Cavabdeh2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, vəkilinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası M PM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə ria yət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirildiyindən, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyə ti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zə rərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi üm umi əsaslarla ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlar ının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kas sasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin həlli sübutetmə ilə əlaqəli olmuş və apellyasiya instansiyası bununla bağlı prosessual hüquq normalarını pozma mış, iddiaçının təqdim etdiyi sübutlar əsasında qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Mülki Məcəllənin 21-ci maddəsinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: 1. zərərin mövcud olması, 2. zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, 3. zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, 4. zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaya baxan apellyasiya məhkəməsi səlahiyyətləri çərçivəsində iddiaçının təqdim etdiyi sübutları qiymətləndirərək, onları iddianın tam təmin olunması üçün əsaslı hesab etməmişdir. Belə ki, təqdim olunmuş sübutlarla tələb olunan zərərin və cavabdehlərin qanunsuz hərəkəti (hərəkətsizliyi) arasında səbəbli əlaqənin olması sübut olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.3-cü maddəsinin hazırki işə tətbiqi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin maddənin dispozisiyasına görə yüksək təhlükə mənb ələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri müəyyən olunmalıdır. Hazırki işdə isə tərəflərin üçünündə yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli olmaları inzibati xəta haqqında iş üzrə qərarlarla müəyyən olunsa da, həmin təqsirləri qarşılıqlı deyil, sonrakı avtomobilinin sürücüsünün qarşıdakı avtomobilin sürücüsünə münasibətdə müəyyən olunmuşdur. Yəni, Cavabdeh1 və Cavabdeh2 qanuna-zidd hərəkətləri (“Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yol və metroloji şəraiti nəzərə alınmaqla, normal sürət həddini seçməmələri) ilə iddiaçının avtomobilinə zərər vurulması arasında səbəbli əlaqə müəyyən olunmamışdır. Əksinə iddiaçının da həmin Qanunun tələblərini pozması və məhz bunun nəticəsində onun və toqquşduğu avtomobilə zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apell yasiya Məhkəməsinin Mülki kollegiyasının 17 fevral 2021-ci il tarixli, 2(103)-2190/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar