Məhkəmə qərarları › İş №2(102)-4019/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4019/2019

30.05.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4019/2019 30.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassator İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, vəkili X1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Oğuz Rayon Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(054)438/2018, hakim K.Ş.Süleymanov)İ ddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi zərərin ödənilməsi tələbinə dаir iddiası qismən təmin edilmiş, Cavabdeh1 7.200 manat, Cavabdeh2 1.800 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(107)-271/2019, hakimlər Ə.T.Məcidov, M.A.Əsədli, İ.F.Quliyev) İddiaçı və Cavabdeh1 ayrı-ayılıqda verdikləri apellyasiya şikayəti təmin edilməmiş, Oğuz Rayon Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndəriməsini xahiş etmişdir. İşin halları: 27 aprel 2018-ci il ta rixdə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, sonradan iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək Cavabdeh1 8.850 manat, Cavabdeh2 isə 14.716 manat maddi ziyan məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş еtmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən obyektiv araşdırma aparılmamış, iş üzrə bütün hüquqi və faktiki hallar nəzərə alınmamış, maddi və prosessual hüquq normaları pozulmuşdur. Cavabdehin vəkili kassasiya şikayətinə qarşı yazılı etiraz vermişdir. Məhkəmə kollegiyasının iclasında kassator və Cavabdeh1 v əkilsiz iştirak etmişlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 və vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən araşdırılmış sübutların mə cmusu ilə müəyyən edilmişdir ki, Oğuz rayonu Böyük Söyüdlü kəndi ərazisində yerləşən, ümumi sahəsi 396 kv.m olan əmlak kompleksi 08.12.2017-ci il tarixdə mülkiyyət hüququ əsasında iddiaçının adına qeydiyyata alınmışdır. 28 sentyabr 2016-cı il tarixdə Cavabdeh1la iddiaçı arasında Oğuz rayonu Böyük Söyüdlü kəndində yerləşən, “Dağ” adlanan ərazidən torpaq sahəsinin iddiaçı tərəfindən icarəyə götürülməsi ilə bağlı qarşılıqlı razılaşma olmuşdur. Həmin vaxt tərəflər arasında icarə müqaviləsi və ya qanunvericiliyin tələbinə uyğun şəkildə hər hansı sənəd tərtib edilməmişdir. İddiaçı Cavabdeh1 beh kimi 500 manat nağd pul vermiş və sonradan 30 sentyabr 2016-cı il tarixdə Bakı şəhərindən poçt vasitəsilə ona əlavə olaraq 6.700 manat da göndərmişdir. Cavabdeh1 cəmi 7.200 manat məbləği qəbul edərək götü rmüşdür. Qeyd olunan ərazi dövlət mülkiyyətinə aiddir. 2016-2017-ci mövsüm ilində “Dağ” adlanan ərazidə əkin-biçin işlərini iddiaçının xahişi ilə Cavabdeh2 yerinə yetirmiş, iddiaçı da yerinə yetirilən işlərin dəyərini ödəmişdir. Sonradan tərəflər arasında narazılıq yaranmış və iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir Hazırda iddiaçı ona cavabdehlər tərəfindən maddi ziyan vurulduğuna istinad edərək Cavabdeh1 8.850 manat, Cavabdeh2 isə 14.716 manat maddi ziyan məbləğinin tutularaq ona ödənilməsini tələb edir. Cavabdeh1 iddiaya etiraz edərək iddiaçıya hər hansı miqdarda maddi ziyan vurmadığını bildirmişdir. Cavabdeh2 isə iddia tələbini qismən etiraf edərək iddiaçı ilə ararlarında olan razılaşmaya görə yerini yetirilmiş işlərlə bağlı hazırda ona cəmi 1.800 manat borcu qaldı ğını, həmin məbləği iddiaçıya ödəməkdən boyun qaçırmadığını və yaxın vaxtlarda ona ödəyəcəyini bildirmişdir. Oğuz rayonu Böyük Söyüdlü kəndində “Dağ” adlanan ərazidə yerləşən dövlət fonduna aid torpaq sahəsi barəsində Oğuz rayon İcra Hakimiyyəti ilə nə Cavabdeh1, nə də İddiaçı arasında qanunun tələblərinə riayət edilməklə hər hansı icarə müqaviləsi bağlanmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsi ilə əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri, mübahisə edilən və əhəmiyyətsiz əqdlərin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 706-cı maddəsi ilə torpaq icarəsi müqaviləs inin məzmunu müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Apellyasiya məhkəməsi hesab etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi barəsində iddiaçı ilə Cavabdeh1 arasında torpaq sahəsinin iddiaçıya icarəyə verilməsi ilə bağlı hər hansı müqavilə bağlanmamış, belə bir müqavilənin bağlanmasına qanuni əsas və ya zəmin də olmamışdır. Qeyd olunan torpaq sahəsinin iddiaçıya icarəyə verilməsi üçün torpaq sahəsi üzərində hər hansı hüququ da mövcud olmamışdır. Torpaq sahəsinin faktiki ölçüsündən asılı olmayaraq Cavabdeh1 həmin torpaq sahəsinin mülkiyyətçisi və ya qanuni əsaslarla istifadəçisi olmadığından onunla iddiaçı arasında icarə müqaviləsindən irəli gələn münasibətlərin yarandığı istisna edilir. Bu səbəbdən onlar icarə müqaviləsindən irəli gələn münasibətlərə görə öhdəlik və ya dəymiş maddi ziyana görə biri digərinin qarşısında maddi məsuliyyət daşımırlar. Əqdlərin etibarsızlığının nəticələrini müəyyən edən qanunvericiliyin tələbinə görə etibarsız əqd üzrə Cavabdeh1 iddiaçıdan aldıqlarını ona qaytarmalıdır. Tərəflərin izahatlarından da müəyyən edildiyi kimi iddiaçı Cavabdeh1 cəmi 7.200 manat pul vermiş və sonuncu da həmin məbləği qəbul etmişdir. Eyni zamanda iddiaçı ilə Cavabdeh2 arasında əkin-biçin işlərinin yerinə yetirilməsi ilə əlaqədar şifahi şəkildə və muzdsuz tapşırıq müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsin in 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. İddiaçı icarəyə götürdüyünü və özünün qanuni istifadəsində olduğunu hesab etdiyi torpaq sahəsində əkin-biçin işlərini yerinə yetirməyi Cavabdeh2 tapşırmış və yerinə yetiriləcək işlərin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh2 iddiaçı tərəfindən ona verilən və icra etməyi öz öhdəsinə götürdüyü tapşırıqları lazımi qaydada icra etmiş, iddiaçı da tərəflər arasında olan şifahi tapşırıq müqaviləsinin icrası ilə bağlı öz üzərinə düşən vəzifəni yerinə yetirmişdir. Cavabdeh2 qeyd olunan ərazidə aparılan şum, mal a, səpin, kübrələmə, dərmanlama və sair işlərdə işləyən şəxslərə 60 hektara görə haqq ödəmişdir. Cavabdeh2 əkin-biçin işlərinin yerinə yetirilməsi üçün iddiaçının ona göndərdiyi vəsaiti tam şəkildə və təyinatı üzrə sərf etmişdir. Eyni zamanda, Cavabdeh2 qeyd olunan torpaq sahəsinin mülkiyyətçisi və ya qanuni istifadəçisi olmadığından onun həmin torpaq sahəsinin dəqiq ölçüsünü bilmək imkanları və ya belə bir öhdəliyi də olmamışdır. Torpaq sahəsinin faktiki ölçüsünün 60 hektar, 50 hektar və ya daha az olub-olmamasından asılı olmayaraq Cavabdeh2 əkin-biçin işlərinin yerinə yetirilməsi üçün iddiaçının ona göndərdiyi vəsaiti tam şəkildə və təyinatı üzrə sərf etdiyindən iddiaçıya hər hansı miqdarda maddi ziyan da vurmamışdır. Cavabdeh2 iddiaçıya yalnız artıq qalan kübrə məhsulunun satılmasından əldə olunan vəsaitdən 1.800 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmi n edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar