Məhkəmə qərarları › İş №2(102)-4019/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4019/2020

30.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4019/2020 30.07.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İddia tələbi: pulun qaytarılması Açar sözlər: fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı kompensasiyanın üçüncü şəxsə verilməsi tələbi, əsassız varlanma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının, onun vəkili Vəkil1, cavabdehin və onun vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1807/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları xx.xx.2015-ci il tarixdə «XXX» X2 ilə (bundan sonra – Bank) Cavabdeh (bundan sonra - cavabdeh) arasında bağlanmış müqaviləyə əsasən Bank əmanətçidən 17000 ABŞ dolları məbləğində olan pul vəsaitini qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və ya qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün illik 7 % dərəcəsi ilə ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 525pd/15 saylı müqaviləyə əsasən, Bank tərəfindən müştəriyə 12 ay müddətinə, xx.xx.2016-cı il tarixədək 12% ödəmək şərti ilə 10000 ABŞ dolları məbləğində kredit xətti ayrılmışdır. xx.xx.2017-ci il tarixdə İddiaçı (bundan sonra - idd iaçı) ilə cavabdeh arasında notariat qaydada təsdiq olunmuş borcun etirafı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, cavabdeh xx.xx.2015-ci il tarixdə iddiaçıya 8900 ABŞ dolları məbləğində borc pul verdiyini, iddiaçı xx.xx.2015-ci il tarixdə cavabdehdən 8900 ABŞ dolları məbləğində borc pul aldığını etiraf etmiş, həmin pul məbləğini xx.xx.2017-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2017-ci il tarixdə “xx.xx.2017-ci il tarixli 3M-228 reyestrli borcun etirafı haqqında müqavilənin ləğvinə dair” saziş imzalanmış və iddiaçı cavabdehdən aldığı 8900 ABŞ dolları borc məbləğini geri qaytarmış və borc verən cavabdeh bu ödəməni qəbul etmişdir. Həmin sazişlə qeyd olunan müqaviləyə xitam verilmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı ə lavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına (bundan sonra – Fərman) cavabdehə xx.xx.2015-ci il tarixə Banka olan 9856,76 ABŞ dolları kredit borcuna görə 5914,06 manat (1 ABŞ dollarına 0,60 manat) məbləğində kompensasiya hesablanıb, ödənilmişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı cavabdehin hesabına ödənilmiş 5914 manat kompensasiyanın ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona 10000 ABŞ dolları məbləğində pul vəsaiti lazım olduğundan kredit almaq üçün Banka müraciət etmişdir. Lakin onun qeydiyyatı Qax rayonu, Çüdüllü kəndində olmasını bilib ona kredit verməkdən imtina edilib. Buna görə qaynı olan cavabdehə müraciət edərək ondan xahiş etmişdir ki, kredit onun adına sənədləşdirilsin, pul vəsaitini ona versin bunun müqabilində həmin kredit üzrə bütün hüquq və öhdəlikləri o, öz üzərinə götürməyi aralarında razılaşmışlar. Bu razılaşmadan sonra xx xxxxxx 2015-ci il tarixdə onlar birlikdə Banka getmiş, orada cavabdehin adına kredit müqaviləsi bağlamaqla sonuncu 10000 ABŞ dolları məbləğində kredit alaraq, həmin pul vəsaitini bütün məbləğini ona vermişdir. Cavabdehin kredit üzrə öhdəliyini kredit xətti üzrə açılmış qrafik ilə ödəməyə başlamışdır. Qrafik üzrə 3300 ABŞ dolları ödədikdən sonra cüzi gecikmə olmuşdur. Buna görə cavabdeh ondan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinə ş ikayət etmişdir. O, da cavabdehdən şikayət etmişdir. Bundan sonra, o, kənardan borc götürüb həmin pulu bir dəfəyə ödəyib Bank qarşısında öhdəliyi tam bağlaması qərarına gəlmiş, bununla əlaqədar əvvəl xx xxxxxx 2017-ci il tarixdə cavabdeh ilə onun arasında borcun etirafına dair notarial qaydada təsdiqlənməklə müqavilə bağlanmış, Banka ödəniləsi pul vəsaitini toplayıb 8900 ABŞ dollarını iki dəfəyə cavabdehə ödəniş etmişdir. Ödənişləri etdikdən sonra xx xxxxxx 2017-ci il tarixdə cavabdeh tərəfindən notarial qaydada rəsmləşdirilməklə xx xxxxxx 2017ci il tarixli borcun etirafına dair müqaviləyə xitam verilmiş və onun Bankın kreditinin qalıq hissəsi olan 8900 ABŞ dolları tam ödəniş etməyini təsdiqləmişdir. İddiaçı cavabdehin adına sənədləşdirilmiş kredit müqaviləsi üzrə 10000 ABŞ dolları məbləği ndə kreditə dair 11200 ABŞ dolları ödəniş etmişdir. Beləliklə o, kredit ödənişi üzrə öhdəliyi yerinə yetirib tam ödədiyi halda, cavabdeh Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən xarici valyutada götürülmüş kreditlər üzrə vətəndaşlara kompensasiyaların verilməsi ilə əlaqədar ödənilən 5914 manat kompensasiyanı 2019-cu ilin may ayında alaraq ona verməmiş, özündə saxlamışdır. Dəfələrlə ondan bu pul vəsaitini qaytarmağı tələb etsə də cavabdeh pul vəsaitinin qaytamaqdan imtina etmişdir. Halbuki, yuxarıda təsfir edilən halı cavabdeh polis orqanında öz izahatında etiraf etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-4248/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.Ədilova) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Fərmana əsasən cavabdehə onunla Bank arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit xətti və girov müqaviləsinə görə 5914,06 manat kompensasiya hesablanmış, qeyd olunan miqdarda pul vəsaiti əsassız olaraq geri qaytarılmayaraq cavabdeh əsassız olaraq varlanmışdır. Mülki Məcəllənin normalarının tələblərinə uyğun olaraq cavabdeh əsassız olaraq varlandığı- 5914,06 manat məbləğində vəsaiti iddiaçıya qaytarmalıdır. Belə ki, tərəflər arasında xx.xx.2017-ci il tarixdə borcun etirafı ilə bağlı müqavilə imzalanmış və iddiaçı tərəfindən cavabdehə onunla Bank arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit xətti və girov müqaviləsinə görə borc məbləği xx.xx.2017-ci il tarixdə tam olaraq ödənilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən c avabdeh apelyasiya şikayəti vermiş, şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə dövlət tərəfindən kompensasiya ödənilməsini əsassız olaraq əsassız varlanma kimi qiymətləndirərək, həmin kompensasiyanın iddiaçıya aid edilməsi barədə səhv nəticəyə gəlmişdir. Apelyasiya baxışında cavabdehin nümayəndəsi əlavə olaraq bildirmişdir ki, kreditləri məhz iddiaçı tərəfi vaxtında ödəməməsi nəticəsində Bankda olan depozit hesabından müəyyən məbləğdə pul silinmişdir. Ona görə həmin kompensasiyanı almaq cavabdehin haqqıdır. Apelyasiya baxışında iddiaçının vəkili apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, müqavilə cavabdehin adına formal olaraq bağlanmışdır. Pulun tam ödənilməsini cavabdeh təmin etmişdir, ona görə kompensasiyadan yararlanmaq onun haqqıdır. Kompensasiyanı cavabdehə iddiaçı deyi l, dövlət ödəyib. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-1807/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Hüseyn (sədrlik edən və məruzəçi), E.Nəbiyev və R.Qurbanov) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehə ödənilmiş kompensasiya məbləği Fərmana əsasən müəyyən edilmişdir. Həmin Fərmana uyğun olaraq fiziki şəxslərin Banklara 10000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, Fərmana əsasən kompensasiya məbləğinin kredit götürən şəxslərə ödənilməsi nəzərdə tutulmuşdur. Elə həmin fərmana uyğun olaraq da kompensasiya məbləği məhz cavabdehə ödənilmişdir. İddiaçının həmin məbləği tələb etməsini nəzərdə tutan hər hansı maddi hüquq norması, həmçinin iddia tələbinin təmin edilməsi üçün əsaslar olmadığından birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmamışdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işdə olan halları tam, hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarını pozmuşdur. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin olunmasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair yeni qərar çıxarılmasını xahiş etdilər. Cavabdeh və onun vəkili kassasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin olunmamasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kassasiya baxışının hə dləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozun tu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə iddiaçı olan kassator apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mü lki işə tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 739.1. Borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli, 551 nömrəli Fərmanı

1. Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin...

8. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün: 8.1. fiziki şəxslərin xarici valyutada 10 000 (on min) ABŞ dollarınadək və ya milli valyutada 17 000 (on yeddi min) manatadək olan əsas kredit borcları dedikdə onların bütün banklara və ləğvetmə prosesində olan ban klara əsas kredit borclarının qalıq məbləğinin cəmi; 8.2. 10 000 (on min) ABŞ dollarınadək və ya 17 000 (on yeddi min) manatadək məbləğ dedikdə müvafiq olaraq 10 000 (on min) ABŞ dollarının və ya 17 000 (on yeddi min) manatın da daxil olduğu məbləğ; 8.3. bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi;... 8.6. vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar;... Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində kassator apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasını ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olması ilə bağlı mövqeyini əsaslandırmamışdır. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1091.1-ci maddəsi o şəxsi əsassız varlanan şəxs sayır ki, o, hüqu qi əsas (müqavilə əsası və ya qanuni əsas) olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etmiş olsun. İşə baxan məhkəmələr müəyyən etmişlər ki, iş üzrə cavabdeh Fərmana əsasən tərəfi olduğu problemli kredit üzrə dövlətdən kompensasiya almışdır. Göründüyü kimi baxılan iş üzrə cavabdehin əldə etdiyinin əsassız varlanma hesab edilməməsi üçün iki vacib şərt mövcuddur: 1) cavabdeh tələb olunan pulu iddiaçının əmlakı hesabına deyil, dövlət hesabına əldə etmişdir; 2) kompensasiya cavabdehə qanuna əsasən (Fərmana uyğun olaraq) ödənilmişdir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi cavabdehin mübahisəli pulu iddiaçının əmlakı hesabına əsassız varlanma üzrə əldə etmədiyi barədə qanuni qənaətə gəlmişdir. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Apelyasiya şikayətinin dəlillərini təkrarlayan həmin dəlillərə apelyasiya instansiyası məhkəməsi tərəfindən əsaslandırılmış qiymət verilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegi yasının 2(103)-1807/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar