Məhkəmə qərarları › İş №2(102)-402/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-402/2020

22.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-402/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Cavabdeh ASC-nin vəkili Seyidov Tofiq Seyidqulu oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)8558/2019 nömrəli qətnaməsindən Cavabdeh ASC-nin kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, so nuncudan xx.xx.2015-ci il tarixli “öhdəlik müqaviləsi” üzrə yaranan 4527 ABŞ dolları və bununla yanaşı xx.xx.2017-ci il tarixli “borc müqaviləsinə” əsasən yaranan 48,500 manat əsas və 7775,25 manat kompensasiya və əsas borcun gecikdirilməsinə görə xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək illik 5% hesablamaqla 2627 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında xx.xx.2015-ci il tarixdə “öhdəlik müqaviləsi”, xx.xx.2017-ci il tarixdə isə “borc müqaviləsi” bağlanmışdır. Öhdəlik müqaviləsin 2.3.1-ci bəndinə əsasən istiqraz sahibləri ilə emitent - ASC X3 Heyətinin xx xxxxxx 2015-ci il tarixli qərarı ilə yaranmış məzənnə fərqini kompensas iya etmək məqsədi ilə tərəflər bu müqavilənin şərtlərini tam yerinə yetirdiyi halda Alıcıya xx xxxx 2018-ci il tarixdə əlavə olaraq 13581 ABŞ dolları kompensasiya ödəmək barədə balansarxası öhdəlik götürmüş, cavabdeh həmin pulun bir hissəsini, 9054 ABŞ dollarını ödəsə də, pulun qalan hissəsi 4527 ABŞ dolları ödənilməmişdir. Borc müqaviləsi üzrə isə cavabdeh tərəfindən borcun bir hissəsi (38.000 manatı) qaytarılsa da, pulun qalan hissəsi (48.500 manat) qaytarılmamışdır. Hazırda həmin müqavilə üzrə cavabdehin ona 48.500 manat əsas və 7775,25 manat kompensasiya olmaqla ödənilməmiş borcu yaranmışdır. Həmçinin bu müqavilə üzrə cavabdeh əsas borcun ödənilməsini gecikdirdiyi üçün, gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmaqla əlavə olaraq 2627 manat pul cavabdehdən onun xeyrinə ödənilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(006)-1190/2019 saylı qətnaməsi ilə (hakim S.F.Cəfərov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh ASC-dən xx.xx.2015-ci il tarixli “öhdəlik müqaviləsi” üzrə 4527 ABŞ dolları məbləğində, xx.xx.2017-ci il tarixli “borc müqaviləsi” üzrə 44,500 manat əsas borc, 7775,25 kompensasiya və əsas borcun gecikdirilməsinə görə xx.xx.2017-ci il tarixdən xx.xx.2018ci il tarixədək illik 5 % hesablanmaqla 2627 manat məbləğində pulun, həmçinin dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh ASC qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)8558/2019 nömrəli qətnaməsi ilə (hakimlər V.N.Sadıq ov, A.Q.Hüseynov və A.N.İmanov) Cavabdeh ASC-nin apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(006)-1190/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmış, qətnamə ilə Cavabdeh ASC-dən xx.xx.2015-ci il tarixli “öhdəlik müqaviləsi” üzrə tutulmalı olan məbləğ (4527 ABŞ dolları) qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)8558/2019 nömrəli qətnaməsindən Cavabdeh ASC kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh ASC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)-8558 /2019 nömrəli qətnaməsinin dəyişdirilərək 2627 manat cərimə məbləğinin silinməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, əsas borcdan 4000 manat ödənildiyinə görə müvafiq olaraq cərimə məbləği də azaldılmalıdır. PROSESSUAL MƏSƏLƏLƏR: Cavabdeh ASC-nin vəkili Seyidov Tofiq Seyidqulu oğlu kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onuniştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsa sən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh ASC-nin apellyasiya şikayətini təmin etməyib, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1190/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsini borcun ödənilməsinin gecikdirilməsinə görə 2.627 manat məbləğində pulun tutulması hissəsində dəyişdirmədən saxlayarkən haqlı olmuş, həmin hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2015-ci il tarixdə “öhdəlik müqaviləsi” və xx.xx.2017-ci il tarixdə “borc müqaviləsi” bağlanmışdır. İddiaçı (alıcı) və Cavabdeh ASC (Emitent) arasında bağlanmış xx.xx.2015-ci il tarixli öhdəlik müqaviləsinin 1.1-ci və 2.3.1-ci bəndlərinə əsasən istiqraz sahibləri ilə emitentin uzunmüddətli əməkdaşlığını nəzərə alaraq “Alıcı” tərəfindən alınmış 100 ədəd hər birinin dəyəri 500 manat, ümumi dəyəri 50000 manat olan Cavabdeh ASC-nin faizsiz sənədli adsız istiqrazlarının X3 Heyətinin xx xxxxxx 2015-ci il tarixli qərarı ilə yaranmış məzənnə fərqi nəticəsində yaranmış itkilərin kompensasiya etmək məqsədi ilə tərəflər bu müqavilənin şərtlərini tam yerinə yetirdiyi halda Alıcıya xx.xx.2018-ci il tarixdə əlavə olaraq 13581 ABŞ dolları kompensasiya ödəmək barədə balansarxası öhdəlik götürür. Cavabdeh həmin pulun bir his səsini, 9054 ABŞ dollarını ödəsə də, pulun qalan hissəsi 4527 ABŞ dolları ödənilməmişdir. İddiaçı (borc verən) və Cavabdeh ASC (borc alan) arasında bağlanmış xx.xx.2017-ci il tarixli “Borc müqaviləsi”ndən görünür ki, borc verən 86.500 manat məbləğində pul vəsaitini “borc alan”a qaytarılmaq şərti ilə borca verir, “borc alan” isə bu müqavilənin şərtləri əsasında və müddəti ərzində geri qaytarmağı öz öhdəsinə götürür. Borc bir ay müddətinə verilir və həmin müddət ərzində qaytarılarsa heç bir kompensasiya ödənilmir. Borc bu müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarılmazsa “borc alan” dəymiş zərərə görə 1730 manat məbləğində kompensasiya ödəyir. Borc məbləği növbəti aylarda da qaytarılmazsa, “borc alan” hər gecikdirilmiş gün üçün dəymiş zərərə görə 57.67 manat məbləğində kompensasiya ö dəyir. Cavabdeh ASC-nin xx.xx.2018-ci il tarixli 725 nömrəli arayışından görünür ki, xx.xx.2017-ci il tarixli “borc müqaviləsi" üzrə xx.xx.2018-ci il tarixinə 48500 manat əsas məbləğ və 7775 manat 25 qəpik kompensasiya məbləği borc verən İddiaçı ödənilməmişdir. İddiaçı nümayəndəsi X2 tərəfindən Cavabdeh ASC-yə göndərilmiş “Xəbərdarlıq”dan görünür ki, Cavabdeh ASC tərəfindən xx.xx.2015-ci il tarixli öhdəlik müqaviləsi və xx.xx.2017-ci il tarixli borc müqavilələri üzrə öhdəliklərin 3 gün ərzində icra edilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. xx.xx.2018-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh ASC-nin nümayəndəsi X1 tərəfindən İddiaçı təyinatı “borc müqaviləsinə əsasən borcun ödənilməsi” olan 4000 manat pul ödənilmişdir. Maddi və prosessual hüquq normala r yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdir məyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulmasıbaşa düşülməlidir. 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsaəsn borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böy ük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqavil əsi adlandırılır; Yuxarıda sadalanan maddi hüquq normalarına istinad edən apellyasiya instansiya məhkəməsi apellyatorun irəli sürdüyü, borc müqaviləsində illik 5 faiz olmaqla 2627 manat cərimə məbləğinin hesablanmasının nəzərdə tutulmaması və qeyd olunan cərimə məbləğinin düzgün hesablanmaması barədə dəlilinə münasibətdə haqqlı olaraq qeyd etmişdir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Qeyd olunan normanın məzmunundan müəyyən edildiyi kimi, əgər kreditor daha böyük məbləğ tələb edə bilmirsə, borclu gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməlidir. Hazırk ı iş üzrə isə göründüyü kimi borclu tərəfindən pul məbləğinin ödənilməsi gecikdirilmişdir, tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulubtutulmamasından asılı olmayaraq, belə olan halda iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsinin əsas borcdan 4000 manat ödənilsə də, illik 5 faiz dərəcəsi ilə hesablanan cərimə məbləğinin dəyişməməsi ilə bağlı bildirdiklərinə münasibətdə də kollegiya düzgün olaraq qeyd etmişdir ki, iş materiallarından da müəyyən edilir ki, iddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək illik 5% hesablamaqla 2627 manat cərimə məbləği tələb etmiş, 4000 manat isə xx.xx.2018-ci il tarixdə ödənilmişdir. Göründüyü kimi, gecikdirilmiş vaxt üçün illik beş faiz dərəcə si ilə hesablanan məbləğ 4000 manatın ödənilməsindən əvvəlki dövr üçün hesablanmış məbləğdir. Belə olan halda, qeyd edilən dəlil əsassızdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnormalarınıdü zgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qə tnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh ASC-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)8558/2019 nömrəli qətnaməsi müahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar