Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-402/2021 02.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: “xxxx Aqro” Şirkəti Cavabdeh: Cavabdeh İddia tələbi: avtomobil satışından borc qalmış pul vəsaitinin tutulması Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2393/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən ve rilmiş kasasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Qurumunun Dövlət Qeydiyyatı haqqında şəhadətnamənin surətindən görünür ki, “xxxx” Arqo Şirkəti xx.xx.1994-cü il də 2 saylı Ərazi Vergilər Departamentində ********** nömrəli VÖEN ilə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Qurumunun Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, “xxxx” Arqo Şirkətinin qanuni təmsilçisi Nümayəndədur. İşdə olan 569078 nömrəli, xx.xx.2014-cü il tarixli arayış hesabdan görünür ki, “xxxx” Arqo Şirkəti tərəfindən Cavabdeh 2013-cü il buraxılışı, “Brilliance H 530” minik markalı, LSYYBBDBXDC051305 ba n nömrəli, 4A92S*GH9684 mühərrik nömrəli avtomobil satılmış və həmin nəqliyyat vasitəsi verilmişdir. İşdə olan 23.11 2014-cü tarixli kredit müqaviləsinin surətindən görünür ki, X1 Oqtay Nizami oğluna 15.582 manat məbləğində pulu hər ay 5.194 olmaqla üç ay müddətinə qaytarmaq şərti ilə borc vermişdir, Cavabdeh X3 15.582 manat məbləğində pulu hər ay 5.194 manat olmaqla üç ay müddətinə qaytarmaq şərti ilə borc almışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli, 2(005)589/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, X2 Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 15.582 manat məbləğində borcun Cavabdeh X3 verilməsi müəyyən edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəm əsinin xx xxxxxx 2016-cı il tarixli, 2(005)12/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh X3 qarşı avtomobilə dair kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilərək, X5 ilə Cavabdeh arasında bağlanmış Bakı şəhəri 28 saylı Notariat Kontorunda təsdiq edilmiş xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli, 2(103)916/2017 nömrəli qətnaməsi ilə X2 apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(005)-6612/2016 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, eyni zamanda Cavabdeh apelyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri, Nərimanov Rayon Mə hkəməsinin xx xxx 2016cı il tarixli 2(005)-589/2016 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla, X2 Cavabdeh qarşı “borca görə 15.582 manat, mənəvi zərərə görə 25.000 manat pul tələbi”nə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli, 2(102)-6356/2017 nömrəli qərarının surətindən görünür ki, Cavabdeh nümayəndəsi X8, vəkili X6 və X2 nümayəndəsi Nümayəndə və vəkili Səfərov Fəxrəddin Heydər oğlunun kasasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli, 2(103)-916/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan 569078 nömrəli, xx.xx.2014-cü il tarixli arayış hesabdan görünür ki, “xxxx” Arqo Şirkəti tərəfindən Cavabdeh 2013-cü il buraxılışı, “Brilliance H 530” minik markalı, LSYYBBDBXDC051305 ban nömrəli, 4A92S*GH9684 mühərrik nömrəli avtomobil satılmış və həmin nəqliyyat vasitəsi alıcıya verilmişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı “xxxx” Arqo Şirkəti Cavabdeh qarşı «avtomobil satışından borclu qalmış pul vəsaitinin tutulması tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “xxxx” Arqo Şirkətindən aldığı maşına görə ödənilməmiş qalan 15.582 manat pulun ondan tutularaq, müəssisəyə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1455/2018 saylı, xx xxxx 2018ci il tarixli qətnaməsi ilə (hakim G.A.Əsədova) iddia tələbi qismən təmin edilmiş, 15.500 manat məbləğində pulun cavabdeh Məmmədov Oktay Nizam i oğlundan tutularaq, iddiaçı “xxxx” Şirkətinə ödənilməsi qət olunmuş, iddia tələbləri qalan hissədə təmin olunmamışdır. Qətnamədən cavabdeh Məmmədov Oktay Nizami oğlu apelyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)9080/2019 nömrəli qətnaməsi ilə (hakimlər – İ.K.Xəlilov (sədrlik edən və məruzəçi), X.A.Cəmilova və İ.Ə.Kərimli) cavabdeh Məmmədov Oktay Nizami oğlunun apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən cavabdeh Məmmədov Oktay Nizami oğlu kasasiya şikayəti vermişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-7212/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər – E.R.Vəliyeva (sədrlik edən və mə ruzəçi), Q.A.Əsgərov və S.F.Hacıyev) cavabdeh Məmmədov Oktay Nizami oğlu və vəkili X6 tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)-9080/2019 saylı qətnaməsinin qismən ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)2393/2020 nömrəli qətnaməsi ilə (hakimlər – İ.S.Şirinov (sədrlik edən və məruzəçi), T.S.Səmədov və A.V.Tanrıverdiyev) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1455/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi onun apelyasiya şikayətinə münasibətdə (mübahisələndiril ən hissədə) dəyişdirilmədən saxlanılmışdır. Kasasiya şikayətinin dəlilləri, ona etiraz, kasasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, avtomobilin dəyərinin ödənilməsini təsdiq edən arayış-hesab deyilən sənədə düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edi lmişdir. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında cavabdehin vəkili Vəkil kasasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə Cavabdeh hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respubl ikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Həmin Məcəllənin 600-cü maddəsi əşyanın nisyə satılması ilə bağlı, 601-ci maddəsi isə nisyə satılmış əşyanın hissə-hissə ödənilməsi ilə bağlı məsələləri tənzimləyir. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (maddə 601). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlə r üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (maddə 600.2). Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir (maddə 600.3). Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər ( maddə 600.4). Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məc əllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər (maddə 600.5). Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər (maddə 601.1). Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqavilədə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir (maddə 601.2). Kasasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə əsasən kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Azərbaycan Respublikası MPM-yə əsasən kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülki işdə olan 569078 nömrəli, xx.xx.2014-cü il tarixli arayış-hesaba əsasən “xxxx” Arqo Şirkəti tərəfindən Cavabdeh 2013-cü il buraxılışı, “Brilliance H 530” minik markalı, LSYYBBDBXDC05130 5 ban nömrəli, 4A92S*GH9684 mühərrik nömrəli avtomobil satılaraq həmin nəqliyyat vasitəsi cavabdehə verilsə də, cavabdeh xx.xx.2014-cü il tarixdə avtomobilə görə ödənilməyən məbləğə dair borc müqaviləsinin başqa digər hansı məqsədlə bağlanılmasını izah və sübut edə bilməmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin təqdim etdiyi sübut, yəni xx.xx.2014-cü il tarixli arayış-hesab kifayət qədər güclü, aydın və konkret olmadığından, habelə təkzibolunmazlıqla bağlı və əsaslı şübhədən kənar sübut tələblərinə cavab vermədiyindən, həmin sənəd cavabdehin istinad etdiyi halı- onun öhdəliyinin icrasını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Apelyasiya instansiyası məhkəməsi instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçının nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş qalan 15.500 manat pulun cavabdeh tərəfindən ona ödənilməsi ilə bağlı tələbi əsaslıdır və birinci instansiya məhkəməsinin bununla bağlı gəldiyi nəticə düzgün olmuşdur. Kasasiya kollegiyası qeyd edir ki, kassator kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını, işin faktiki hallarına və arayış-hesaba düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Əksinə əqdin etibarsızlığına dair iddiaçı qismində cavabdehin özünün əvvəllər qaldırdığı iddia tələbində avtomobilə dair faktiki nisyə alqı-satqısı müqaviləsinin bağlanması təsdiq olunmuşdur. Həmin iddia tələbinin özündə MM-nin 340-cı maddəsinə istinad edilmişdir. Həmin maddəyə əsasən isə yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kasasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)2393/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-402/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-402/2021
02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver