Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4020/2020 15.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh ASC-yə qarşıiş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə artıq ödənilmiş pulun qaytarılması, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov AbiddinQabil oğlu və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndələri X4, X2, vəkili X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-12754/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş kassasiya ş ikayəti üzrə işə xx xxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı (bundan sonra - iddiaçı) ilə Cavabdeh ASC-nin Nərimanov filialı arasında bağlanmış xx xxxx 2008-ci il tarixli 169 saylı kredit müqaviləsinə əsasən iddiaçıya illik 17% olmaqla 12 ay müddətinə 200000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(006)-6078/2015 saylı qətnaməsindən müəyyən edilir ki, xx xxxx 2008-ci il tarixli 169 saylı kredit müqaviləsi üzrə iddiaçı ödəməli olduğu faiz borcu üzrə bundan iki dəfədən artıq 79303,44 ABŞ dolları ödəniş etmiş, lakin cavabdeh bank tərəfindən müqavilənin müddəti bitdikdən sonra əsassız olaraq yenidən faizlər hesablanmış, ona görə də, məhkəmə tərəfindən hesablanmış 12236,07 ABŞ dolları məbləğində faizlərin silinməsini cavabdehə həvalə etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 45303,44 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxx 2008-ci il tarixli 169 saylı kredit müqaviləsi üzrə ödəməli olduğu faiz borcundan əlavə olaraq 45303,44 ABŞ dolları məbləğində artıq ödəniş edilmişdir. Bu hal Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya mə hkəməsi) 20 avqust 2019-cu il tarixli 2(006)-4655/2019 saylı qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən ona istinad etmişdir ki, iddiaçının cavabdeh banka ödədiyi artıq pul məbləğinə dair münasibətin qanuni əsasını mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları təşkil etmiş, belə olan halda Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Cavabdehin nümayəndəsi Ə.İddiaçı iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş, iddiaçı tərəfindən müddətin üzrlü səbəbdən ötürülməsi barədə məhkəməyə heç bir sübut təqdim edilmədiyindən, həmçin in iddia müddətinin bərpa olunması barədə ərizə ilə məhkəməyə müraciət olunmadığından iddia tələbi rədd olunmalıdır. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İlham Kərimli - sədrlik edən və məruzəçi, Xəyalə Cəmilova, İsmayıl Xəlilov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iləiddiaçının apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbinin təmin olunması, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxx 2008-ci il tarixli 169 saylı kredit müqaviləsi üzrə artıq ödənilmiş 45303,44 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş Azərbaycan m anatının ABŞ dollarına nisbətən məzənnəsi ilə cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi istinad etdiyi Mülki Məcəllənin 1091-ci maddəsinə görə əsassız varlanma müəyyən bir şəxsə məxsus olan əmlakın başqa şəxsin mülkiyyətində olan əmlakı hesabına hər hansı bir hüquqi əsas olmadan varlanması nəticəsində yaranan münasibətləri tənzimləyir, yəni əsassız varlanma öhdəliyinin yaranması üçün müqavilə əsası tələb olunmur. Lakin iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi bağlanmış, yəni onlar arasındakı münasibətlərin əsasında müqavilə dayanır. Həmin müqavilə üzrə də iddiaçı üzərinə düşən bütün öhdəlikləri icra etmiş, bundan əlavə müqavilə üzrə ödəməli olduğu faiz məblə ğindən artıq ödəniş etmişdir. Belə olan halda iddia tələbinin qanuni əsasını mülki qanunvericiliyin əsassız varlanmaya dair müddəaları təşkil etməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmamışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının mübahisələndirdiyi artıq ödənilmiş 45303,44 ABŞ dolları məbləğində pul vəsaiti onun mülkiyyətidir, yəni cavabdeh bankla bağladıqları kredit müqaviləsinə görə də ödədiyi pul ödəniş vasitəsi kimi çıxış etməmiş, mülkiyyət kimi verilib, mülkiyyət kim də geri qaytarılmalıdır. İddiaçının iddia müddətini ötürmüş olması barədə cavabdehin nümayəndəsi tərəfindən birinci instansiya məhkəməsində verilmiş iddia müddətinin tətbiqi ilə bağlı apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin bununla bağlı gəldiyi nəticə də əsassızdır. Belə ki, iddiaçının iddia tələbi Mülki Məcəllənin 384.0.4-cü maddəsinin tələbinə görə mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddətinin şamil edilmədiyi tələblər kateqoriyasına aiddir. İddia tələbinin əsasını artıq ödənilmiş pul məbləğinin geri qaytarılması təşkil etdiyindən və həmin pul iddiaçının mülkiyyəti kimi çıxış etdiyindən hazırki tələbə iddia müddəti tətbiq edilmir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddia müddətinin ötürülmüş olması barədə cavabdehin nümayəndəsinin dəlili əsassızdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri C avabdeh bank (vəkil X5) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsini ləğv etməkdə düzgün nəticəyə gəlməmiş, iddianı təmin edərkən ümumiyyətlə mübahisənin həllində aidiyyəti olmayan normaya istinad etməklə düzgün olmayan qətnamə qəbul etmişdir. İddianı təmin edərkən apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi yeganə sübut Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2015-i il tarixli qətnaməsidir. Qeyd edilən qətnamədən artıq tərəflər arasında 2008-ci il tarixli müqaviləyə xitam verildiyi üçün iddiaçı tərəfindən banka artıq vəsait ödənilməsi öz hüquqi təsdiqini tapdığına, iddiaçının bu qətnamədən 2015-ci tarixdə məlumatlı olduğuna və nəhayət həmin vəsaitin Bankdan 3 ildən sonra tələb etdiyinə hüquqi qiymət verərkən 1-ci instansiya məhkəməsi haqlı olaraq artıq ödənişin məhz “əsassız varlanma"nın təsiri altına düşdüyü qənaətinə gələrək bununla bağlı müddətin ötürüldüyünə dair qərar qəbul etmişdir. Apelyasiya instansiyası isə Mülki Məcəllənin 1091-ci maddəsinə istinad etsə də, həmin maddəni düzgün təfsir etməyərək yuxarıda qeyd edilən halları əsassız varlanma deyil müqavilə öhdəlikləri hesab etmişdir ki, yuxarıda da qeyd edildiyi kimi tərəflər arasında müqavilə öhdəlikəri ilə bağlı hər hansı bir məsələ qalmadığından artıq edilmiş ödənişin yalnız əsassız varlanmaya aid olan müddəalarının təsiri altına düşməsi şüb həsizdir. Maddənin mətnindən belə nəticəyə gəlmək olar ki, 2008-ci il tarixdən müqavilə üzrə münasibətlər davam etmədiyindən yalnız əsassız varlanmaya dair müddəa tətbiq edilməlidir. Bundan əlavə Mülki Məcəllənin 135-ci maddəsinə istinad etməklə guya ödənilmiş pulun İddiaçı mülkiyyəti olması və bu səbəbdən onun tələblərinə iddia müddətin şamil edilməməsi haqqında məhkəmənin gəldiyi nəticə də əsassız olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı (Vəkil Mirzəhüsen oğlu) kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, iş üzrə iddia ərizəsində iddianın hüquqi əsası göstərilmə mişdir. İddiaçı cavabdehdən artıq ödənilmiş pul vəsaitinin tutulmasına dair tələbini işin faktiki halları ilə əsaslandırmış, lakin hüquqi əsas kimi bu və ya digər maddi hüquq normasını konkret olaraq göstərməmişdir. Bu da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələbinə uyğundur. Belə ki, istinad olunan müddəada iddia ərizəsinin forma və məzmununa dair tələblərdə, iddianın hüquqi əsasının göstərilməsi tələbi mövcud deyildir. Lakin iş materiallarından göründüyü kimi, işə baxan birinci instansiya məhkəməsi cavabdeh ilə bağlanmış xx xxxx 2008-ci il tarixli, 169 saylı kredit müqaviləsi üzrə geri ödənişləri həyata keçirirəkən, artıq alınmış 45303,44 ABŞ dolları məbləğində pul vəsaitinin geri qaytarılması barədə iddia tələbini təmin etməyərkən cavabdeh bankın nüma yəndəsinin Azərbaycan Respublikasının MM-nin 1095-ci maddəsinə istinadən iddia müddətinin tətbiq edilməsinə dair ərizənin təqdim edilməsinə və iddia müddətinin üzürlü səbəbdən ötürülməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməməsinə, həmçinin iddia müddətinin bərpa olunmasına dair ərizə ilə məhkəməyə müraciət edilməməsinə əsaslanmışdır. Mübahisə üzrə Mülki Məcəllənin 1091-ci və 1095-ci maddələrinin tətbiq olunmasına dair mülahizəni cavabdeh irəli sürmüş və Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulmuş 2 illik iddia müddətinin mübahisə üzrə tətbiq edilməsinə dair ərizə vermişdir. Birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi üçün yeganə istinad etdiyi əsas cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsidir. Birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş ape llyasiya şikayətində - mübahisə üzrə maddi hüquq norması kimi MM-in 1091-ci (əsassız varlanma) maddəsinin tətbiq lunmasının qanunsuzluğunu və mübahisəyə bu hüquq normasının tətbiq olunmasının maddi hüququn səhv tətbiqi olduğu, əslində mübahisəyə MM-in 739, 135-ci, 384-cü maddələrinin, Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli, istinad olunan qərarında şərh edilən hüquqi mövqeyinin tətbiq edilməsinin zəruriliyi əsaslandırılmışdır. Kassasiya şikayətində kassator birinci instansiya məhkəməsində irəli sürdüyü mövqeyi eynilə təkrar edərək, iddia tələbi üzrə MM-in-1091-ci və 1095-ci maddəsinin tələblərini sadalamışdır. Apellyasiya məhkəmə haqlı olaraq, iş üzrə Mülki Məcəllənin 1091 və 1095-ci maddələrinin tətbiqinin yanlış olduğu qənaətinə gəlmiş, mübahisəyə Mülki Məcəllənin 135 və 739cu maddələrinin tətbiqi ilə mübahisə üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin nümayəndələri X7, X6,vəkili X5 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. İddiaçının vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi; Maddə
367. Müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Maddə
372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət ş amil edilir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazların ın əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı ilə cavabdeh Bank arasında kredit müqaviləsi bağlanmış, yəni onlar arasındakı münasibətlərin əsasında müqavilə dayanır. Həmin müqavilə üzrə də iddiaçı üzərinə düşən bütün öhdəlikləri icra etmiş, bu ndan əlavə müqavilə üzrə ödəməli olduğu faiz məbləğindən artıq ödəniş etmişdir. Belə olan halda iddia tələbinin qanuni əsasını mülki qanunvericiliyin əsassız varlanmaya dair müddəaları təşkil etməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının mübahisələndirdiyi artıq ödənilmiş 45303,44 ABŞ dolları məbləğində pul vəsaiti onun mülkiyyətidir, yəni cavabdeh bankla bağladıqları kredit müqaviləsinə görə də ödədiyi pul ödəniş vasitəsi kimi çıxış etməmiş, mülkiyyət kimi verilmiş, mülkiyyət kim də geri qaytarılmalıdır. Məhkəmə iddia tələbini təmin edərkən mübahisəyə MM-in 135-ci və 739-cu maddələrini tətbiq etməklə, Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2015-ci il tarixli Qərarında verilən şərhə uyğun olar aq, kredit müqaviləsi üzrə ödənilən pulun mülkiyyət olmasını və Azərbaycan Respublikası MM-nin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətin qaytarılması ilə bağlı tələblərə iddia müddətinin şamil olunmamasına istinad etmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu qənaəti qanunu və əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1 və 1091.2-ci maddlərində əsassız varlanmanın anlayışı verilmişdir. Həmin maddələrə görə əsassız varlanma başqa şəxsin hesabına hüquqi əsas olmadan əmlak əldə etmədir. Əsassız varlanma isə o vaxt baş verir ki, tərəflər arasında varlanmaya haqq qazandıran birincisi qanuni əsas, ikincisi müqavilə əsası, üçüncüsü həyata keçirilməmiş əsas, dördüncüsü isə sonralar aradan qalxmış əsas olmasın. İşə baxan apellyasiya i nstansiyası məhkəməsi iddiaçı ilə cavabdeh Bank arasında xx xxxx 2008-ci il tarixli kredit müqaviləsinin olması, onlar arasındakı münasibətlərin əsasını həmin müqavilənin təşkil etdiyini, bankın həmin müqavilə əsasında varlandığını qeyd etsə də, nəzərə almamışdır ki, müqavilənin müddəti xx xxxx 2009-cu il tarixdə başa çatmış, bununla da borc alan İddiaçı göstərilən tarixdən sonrakı dövr üçün faiz borcu ödəmək vəzifəsi, bankın isə həmin borcu tələb etmək hüququ olmamış, artıq bankın borcalanın hesabına varlanması üçün müqavilə əsası aradan qalxmışdır. İşdən daha sonra görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə xx xxxx 2008-ci il tarixli 169 saylı kredit müqaviləsi üzrə borcalan İddiaçı tərəfindən banka 45303,44 ABŞ dolları məbləğində əsassız ödəniş etməsi müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra həmin pulu geri tələb etmək hüququnun olduğunu yəqinliklə bilməsinə baxmayaraq İddiaçı bu barədə yalnız xx xxxx 2019-cu il tarixdə məhkəmədə iddia qaldırmışdır. Halbuki Mülki Məcəllənin 1095-ci maddəsinə görə isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə q anuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının po zulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-12754/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəmə sinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov