Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4021/2019 10.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi ilə, Cavabdeh tərəfindən Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)169/2019 nömrəli iş üzrə 23 yanvar 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Göyçay rayon məhkəməsinin (hakim İbrahim Fəttahov) 28 avqust 2018-ci il tarixli, 2(046)-1422/2018 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh 10000 manat pulun alınması tələ binə dair iddia tələbi rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Ələddin Məcidov - sədrlik edən və məruzəçi, Mahir Əsədli, İnşallah Quliyev) 23 yanvar 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Göyçay rayon məhkəməsinin 28 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin təmin edilməsi, Cavabdeh 10000 manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 10000 manat pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, 2013-cü ilin payız aylarında Cavabdeh ət kəsmə kombinatı tikmək üçün ondan 10000 manat pul almışdır. X1 ona söz vermişdir ki, həmin kombinatda onun da ət kəsimində iştirakını təmin edəcək və yaxın müddətdə ondan aldığı 10000 manatı qaytaracaq. Lakin həmin vaxtdan 4 il keçməsinə baxmayaraq X1 ondan aldığı 10000 manat pulu qaytarmamışdır. Bununla əlaqədar Göyçay rayon polis şöbəsinə müraciət etmişdir. Müraciəti mülki xarakterli olduğundan məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Həmçinin X1 bununla bağlı Polis şöbəsində izahat verərkən ona bprcuo olmasını təsdiq etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 23 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və yeni qərar qəbul edilərək iddia tələbi nin rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı 2013-cü ilin payız aylarında Göyçay şəhər sakini Şahid1 məxsus Cəyirli kəndi ərazisində tikilməkdə olan ət kəsmə kombinatında işlə təmin ediləcəyi şərti ilə cavabdehə həmin tikinti işlərinə xərcləmək üçün borc olaraq əvvəlcə 4000 manat sonra 1000 manat, daha sonra 5000 manat dəyərində olan 3-4 baş hər birinin çəkisi 40-50 kiloqram olan iribuynuzlu heyvan vermişdir. Məhkəmə bu halları işin mübahisəsiz halı kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyasının müəyyən etdiyi bu hallar heç bir sübuta əsaslanmır, hətta bu hallar arasında aç ıq aydın uyğunsuzluqlar mövcuddur. Digər tərəfdən məhkəmə qeyd etmişdir ki, iş materialları ilə Cavabdeh iddia tələbində göstərilən məbləğdə pul alması onun izahatları və işin digər halları ilə müəyyən olunur. Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə” 28 iyun 2018-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, faktın etirafı məhkəmə iclas protokoluna qeyd olunur və etiraf edən tərəf protokolu imzalayır. Apellyasiya instansiyası məhkəməsi bu hala qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, yalnız iddiaçı tərəfindən irəli sürülən dəlillərə və cavabdehin qanunvericiliyə uyğun rəsmiləşdirilməyən izahatına istinad etməklə iddia tələbini təmin etmişdir. Tərəflərin izahatları: Mə hkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən şəxslər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 23 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İddiaçının apellyasiya məhkəməsində verdiyi izahatından, tərəflərin birinci instansiya məhkəməsində verdikləri izahatlardan, mülki işin materiallarına əlavə edilmiş Göyçay rayon Polis şöbəsinə tərəflərin, Şahid2 və Şahid1 verdiyi izahatlardan apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı 2013-cü ilin payız aylarında Göyçay şəhəri sakini Şahid1 məxsus Cəyirli kəndi ərazisində tikilməkdə olan ət kəsmə kombinatında işlə təmin ediləcəyi şərti ilə cavadeh Cavabdeh həmin tikinti işlərində xərcləmək üçün borc olaraq əvvəlcə 4000 manat, sonra 1000 manat, daha sonra isə 5000 manat dəyərində olan 3-4 baş hər birinin çəkisi 40-50 kiloqram olan iribuynuzlu heyvan vermişdir. Heyvanların qiymətinin 5000 manat olmasını iddiaçı bildirmiş, digərləri isə həmin heyvanların qiymətinin bir halda cəmi 2300 manat, başqa bir halda 4000 manat, başqa bir halda isə 5000 manata yaxın olduğunu bildirmişlər. Qeyd olunan məbləğdə pulların və heyvanla rın iddiaçı tərəfindən cavabdehə verilməsi işin mübahisəsiz hallarındandır. Cavabdeh isə həmin pulları və heyvanları tikinti işlərinə sərf etmək üçün Göyçay şəhəri sakini Şahid1 verdiyini bildirmişdir ki, sonuncu ilə iddiaçı arasında heç bir razılaşma olmamışdır. Cavabdeh yuxarıda göstərilən məbləğdə pulları alması onun öz izahatları və işin digər halları ilə müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bu hal cavabdeh tərəfindən etiraf edildiyindən iddiaçını iddia tələbini sübutetmə yükündən azad edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Cavabdehin iddiaçıdan aldığı p ulları və heyvanların kəsimindən əldə edilmiş pulları Şahid1 verməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin həmin şəxsə və ya digər şəxslərə qarşı qanunla müəyyən edilmiş qaydada iddia irəli sürmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüqununu digər iştiirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştiirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Apellyasiya instansiyası məhkəməsi iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şər h olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlmişdir ki, iddia təmin edilərək Cavabdeh 10000 manat pul alınaraq İddiaçı verilməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə iddia tələbini təmin edərkən y alnız cavabdeh tərəfindən faktın etiraf edilməsinə deyil, işdə olan digər sübutlara, həmçinin tərəflərin Polis Bölməsində verdikləri yazılı izahatlara istinad etmiş, cavabdehin izahatlarını işin digər halları ilə yanaşı qiymətləndirərək iddia tələbinin təmin edilməsi nəticəsinə gəlmişdir. Mülki Prosessual Məcəllənin 106.1-ci madəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Odur ki, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 23 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-169/2019 nömrəli iş üzrə 23 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-4021/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4021/2019
10.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver