Məhkəmə qərarları › İş №2(102)-4023/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4023/2021

22.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4023/2021 22.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-797/2021 nömrəli iş üzrə 03 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisə 7900 manat pul tələbi ilə bağlıdır.

2. İddiaçı bildirir ki, ona xidmət göstərilməsində köməklik edilməsi məqsədilə cavabdeh 5400 manat və 2500 manat pul vermiş, lakin qarşılığında heç bir iş görülmədiyindən həmin vəsaitin qaytarılmasını tələb edir.

3. Cavabdeh isə bunu təkzib edərək, iddiaçıya yalnız gördürmək istədiyi işlərlə bağlı kimlərə müraciət etməli olması ilə bağlı köməklik göstərdiyini, qalan məsələlərin də onların öz aralarında baş verdiyini, iddiaçıdan heç bir məbləğ almadığını bildirir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 5400 manat və 2500 manat, ümumilikdə 7900 manat zərərin habelə məhkəmə xərclərinin tutulmasını xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi RPİ-nin müstəntiqi X4 qəbul etdiyi 29.11.2019-cu il tarixli “Cinayət təqibinin başlanılmasının rədd edilməsi barədə” qərarının ləğv edilməsi üçün iddiaçı məhkəmə nəzarəti qaydasında Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət vermişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 14.01.2020-ci il tarixli qərarı ilə İddiaçı məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsi qərara alınmışdır. Belə ki, məhkəmə qəbul etdiyi qərarının “Müəyyən etdi” hissəsinin 10-cu abzasında qeyd etmişdir ki,-Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, İddiaçı ilə Cavabdeh və “Cavid” adlı şəxsin arasında müəyyən vəsait hesabına xidmətlərin göstərilməsindən ibarət mülki münasibətlər mövcud olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı şikayəti mülki mübahisə predmetidir və müstəntiq tərəfindən qəbul edilmiş 29 noyabr 2019-cu il tarixli qərar qanuni və əsaslıdır. Şikayətin dəlilləri qərarın ləğv edilməsi üçün əsas deyildir. Məhkəmənin nəzərinə çatdırmaq istərdi ki, Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-nin baş təhqiqatçısı polis mayoru Rəşad İmamverdiyevin qəbul etdiyi 03 noyabr 2019-cu il tarixli qərarında müəyyən olunmuşdur ki, Cavabdeh əvvəllər AR-sı CM-nin 178.2, 178.2.4 və 128-ci maddələri ilə məhkum olunmuşdur. Ərizə ilə bağlı araşdırma aparılaraq zərərçəkmiş şəxsin izahatı alınmış, hadisə yerinə hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş, fotoşəkillər çəkilərək materiala əlavə olunmuş, hadisəni törətmiş vətəndaş Cavabdeh və hadisənin şahidləri olan X6, X7 və X1 izahatları alınmış və sair digər prosessual hərəkətlər icra olunmuşdur. Ona görə də məhkəmənin qərarında müəyyən edilənlərlə əlaqədar iddiaçı mülki qaydada məhkəməyə hazırki iddia tələbi ilə müraciət etməkdə hesab edir ki, haqlıdır və iddianın əsasları və dəlilləri barədə əlavə heç bir hal göstərməyərək məhkəmə qərarında müəyyən olunmuş halların preyudisial əhəmiyyətə malik olmasına istinad edərək məhkəmədən yuxarıda qeyd olunanları nəzərə alaraq və AR MPM-nin 216-cı maddəsini rəhbər tutaraq aldatma yolu ilə ona dəymiş 7900 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçıya verilməsi və məhkəmə xərclərinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, iddiaçının iddia tələbi əsassızdır. Heç bir sübutu yoxdur. Cavid adında şəxslə id diaçını o tanış etmişdir. Binəqədi rayonunda yerləşən kafedə iddiaçı Cavidə 2000 manat məbləğində pul vermişdir. Cavid isə pulu götürməmişdir. İddiaçı ondan xahiş etdi ki, pulu Cavidə o versin və Cavid iddiaçının işini həll etsin. Lakin Cavid iddiaçıdan o pulu götürmədi. 2019-cu ilin qış ayı idi və iddiaçı dayanmadan ona zəng edirdi ki, görüşək Cavid ona kömək etsin. İddiaçının bildirdiyinə görə evi əldən gedirdi. İddiaçı qaynatasının evini ondan icazəsiz başqa şəxslərə satıb. Evi isə iddiaçı başqa şəxsə saxta sənədlərlə satıb. Qayınatasına oxşayan adamı notariusa aparıb ona müqaviləyə imza atdırıb. Qayınatası iddiaçını məhkəmə iclasında təhqir etdi və polisə verdi. Düzdür iddiaçı Cavidə pul verib, lakin öz işi üçün bunun ona heç bir dəxli yoxdur.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsini n (hakim S.Ədilova) 17 sentyabr 2020-ci il tarixli, 2(005)-1787/2020 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən İddiaçı iddia etdiyi 7900 manat pulu özündə qanunsuz saxlaması barədə faktiki hal təsdiq edilmir. Bununla da müəyyən olunur ki, iddia tələbində qeyd olunan xüsusatlarla əlaqədar iddiaçının hər hansı bir mötəbər dəlili və sübutları mövcud deyildir. Habelə iddiaçı cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarlarda əksini tapan ifadələrə istinad etməklə, iddia tələbini sübut etməyə çalışmışdır. Məhkəmə bildirir ki, cinayət işi üzrə verilən ifadələrdə iddiaçının tələbini sübut edəcək hər hansı əsaslar mövcud olmamaqla, həmin hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. b) Apellyasiya insta nsiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Z.Şirinov (sədrlik edən və məruzəçi), F.Talışinski və R.Eyvazov) 03 fevral 2021-ci il tarixli, 2(103)-797/21 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1787/2020 saylı iş üzrə 17 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

11. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş e tmişdir.

12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində şahid qismində izahatı alınmış X2 bildirmişdir ki, Cavidə çatası 5.400 manatdan ilkin olaraq 2.500 manat məbləğində pul Sultanəlinin göstərişi ilə vəkil xidmətlərinin aparılması üçün Cavidə çatdırılması məqsədi ilə Sultanəliyə həmin məbləğ Nigar tərəfindən Sultanəliyə pul verilmişdir. Həmin pulun verilməsinin mövcud olmasını Sultanəli etiraf etsə də o pulun ona verilməsinə etiraz etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi nədənsə birinci instansiya məhkəməsi kimi cavabdehin vasitəsi ilə Cavidə və Mirzəyə verilən pul məbləğlərini mötəbər sübut kimi qəbul etməmiş və bu sübutları rədd etmək üçün AR-sı MPM-nin 220.4-cü maddəsində nəzərdə tutulmuş qaydada əsaslandırmadan Avropa Məhkəməsinin 26 iyul 207-ci il tarixli qərarına istinad etməkdə özünü haqlı hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsi kimi, iddiaçının iddia ərizəsinə əlavə etdiyi sübutların, şahidin ifadəsini bir kənara qoyaraq, yalnız cavabdehin verdiyi izahatı əsasında apellyasiya şikayətinin təmin edilməməsi qənaətinə gəlməkdə israrlı olmuşdur. Qərarın 15-ci abzasında qeyd edilmişdir ki, “Digər tərəfdən isə işdə iştirak edən şəxslər işin tam apellyasiya çərçivəsində yenidən baxılması hüququnun olduğunu bilməklə öz işlərinin birinci instansiya məhkəməsində, hərtərəfli araşdırılması, o cümlədən bütün sübutların toplanması və həmin instansiya məhkəməsinə təqdim edilməsinə o qədər də maraqlı olmaya bilərlər. Tam apellyasiya zamanı apellyasiya instansiyası məhkəməsi birinci instansi yası məhkəməsini əvəz edir və onun prosessual əhəmiyyətini və nüfuzunu aşağı salır. Apellyasiya məhkəməsinin vəzifəsi birinci instansiyada işin mahiyyətinə aid olmayan hallardan təmizlənmiş və apellyasiya şikayətinin həcmində mübahisənin predmetinə baxılmasından ibarətdir. İlkin olaraq apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin müəyyən hissəsindən verildiyi halda, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri ilə bağlı yaranan sualların həllidir. Apellyasiya instansiyası məhkəməsinə daxil olmuş 10 noyabr 2020-ci il tarixli “Sübutların iş materiallarına əlavə edilməsi barədə” ərizənin və vəsatətin mövcud olmasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsində işin mahiyyətinə aid olmayan hallardan təmizlənməsi və apelly asiya şikayətinin həcmində mübahisənin predmetinə baxılması istiqamətində, AR-sı Konstitusiya Məhkəməsinin Plenumunda qeyd olunanlara göründüyü kimi riayət edilməsindən kənarda tutmağa üstünlük vermişdir. Apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnaməsinə diqqətlə nəzər yetirilsə, məhkəmə işə mübahisə çərçivəsində aid olmayan MM-nin nəinki 1096.1 və 1097.1-ci maddələrinə səhvən istinad etmiş, habelə rəhbər tutduğu MPM-nin 77.1-ci maddəsinin tələblərinə tam riayət etmədən işə baxmaqda özünə haqq qazandırmaq istəmişdir. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün maddi hüquq normalarının, istinad etdiyi qanunların və ya digər normativ aktların adlarını, maddələrini, onların abzaslarını və bəndlərini, zəruri halla rda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarlarım əsas gətirə bilməmiş və onları göstərməkdə çətinlik çəkmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İddiaçı və Cavabdeh məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədikləri üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onların izahatı dinlənilmədi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərək ətsizlikdir).

16. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

19. Hazırkı kassasiya şikayətində qətnamə tam müba hisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün t ətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

23. Nəsimi RPİ-nin İŞ-nin cinayət təqibinin başlanılmasının rədd edilməsi barədə 24.11.2019-cu il tarixli qərarına əsasən, Cavabdeh, Cavid adlı şəxsin və qeyrilərinin təqsirliklikləri sübuta yetirilmədiyindən, əməllərində cinayət tərkibi olmadığından İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir. İddiaçı həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət vermiş və Nəsimi Rayon Məhkəməsinin 14.01.2020-ci il tarixli qərarı ilə şikayət təmin edilməmiş, ibtidai istintaq orqanının sözügedən qərarı qanuni hesab edilmişdir. Məhkəmə hesab etmişdir ki, tərəflər və Cavid adlı şəxs arasında müəyyən vəsait hesabına xidmətlərin göstərilməsindən ibarət mülki münasibətlər mövcud olmuşdur.

24. Nərimanov RPİ-nin İŞ-nin 19.12.2019-cu il tarixli cinayət işin başlanılmasının rədd edilməsi barədə qərarda qeyd olunmuşdur ki, araşdırma zamanı Cavabdeh bildirmişdir ki, Mirzə adlı şəxsi 2017-ci ildən tanıyır. 2019-cu ilin yay aylarına İddiaçı ona kredit lazım olduğunu bildirdikdə, o da Mirzəni tanıdığından ona müraciət etməsini demişdir. Nəticədə onlar, Mirzə ilə Nigar görüşmüş və kredit alınmasına kömək olunacağı məqsədilə sonuncuya 5000 ABŞ dolları və 500 manat pul vermişdir. Lakin sonuncu vədinə əməl etməmiş və pulu da qaytarmamışdır. İddiaçı isə bildirmişdir ki, Cavabdeh 2014-cü ildən tanıyır. Ona 40.000 manat pul lazım olduğundan Cavabdeh söz vermişdir ki, həmin kreditin alınmasına köməklik edə bilər. Bu iş üçün 2500 manat istədiyini, həmin pulun isə Mirzə adlı şəxsə çatacağını demişdir. Bundan başqa isə, əlavə olaraq 2500 manat vermiş, lakin sonuncu vədinə əməl etməmiş və pulunu da qaytarmamışdır.

25. İş üzrə iddiaçı bildirir ki, cavabdehlə arasındakı münasibətlər xidmət göstərilməsində köməklik edilməsi ilə bağlı olmuş və o, bu xidmətlərə görə ödənişi xidmət göstərən şəxslərə bilavasitə deyil, cavabdehə verməklə ödəmiş, lakin qarşılığında heç bir iş görülmədiyindən hazırda pulunun qaytarılmasını tələb edir. Cavabdeh isə bunu təkzib edərək, i ddiaçıya yalnız gördürmək istədiyi işlərlə bağlı kimlərə müraciət etməli olması ilə bağlı köməklik göstərdiyini, qalan məsələlərin də onların öz aralarında baş verdiyini, iddiaçıdan heç bir məbləğ almadığını bildirir.

26. Apellyasiya instansiyası məhkəməsi mübahisənin hüquqi həlli ilə bağlı bildirmişdir ki, mülki qanunvericiliyin ayrı-ayrı müddəalarında zərərin ödənilməsi tələbini özündə ehtiva edən öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Hazırkı mübahisə üzrə iddiaçının tələbi (tələbin hüquqi əsası) mülki hüquq pozuntusuna (deliktə) söykənir. İddia tələbinin hüquqi əsası kimi qeyd edilən maddələrin (§ 15- 16) tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir.

27. İddiaçı, hazırkı tələbini irəli sürərkən özünün şəxsən tanımadığı iki şəxs tərəfindən ona bəzi xidmətlərin göstərilməsi məqsədilə cavabdehə ayrı-ayrılıqda 5400 manat və 2500 manat məbləğində pul verməsinə baxmayaraq, əvəzində heç bir iş görülmədiyinə istinad edir. Belə olan halda, sübutetmə yükü baxımından qeyd olunan halları sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşür.

28. Çünki, hər bir tərəf öz tələblərinin və etirazlar ının əsası kimi istinad etdiyi halları sübut etməlidir (§ 17).

29. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər.

30. Baxılan işdə isə İddiaçı, cavabdehin hərəkətləri nəticəsində maddi zərərə düşdüyünü təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.

31. Apellyasiya kollegiyası qeyd etmişdir ki, iddiaçının istinad etdiyi cinayət işin başlanılmasının rədd edilməsi barədə (24.11.2019-cu il və 19.12.2019-cu il tarixli) qərarlardan da bu nəticəyə gəlmək mümkün deyil. Belə ki, həmin qərarlardan görünür ki, yalnız tərəflərin izahatları alınmaqla onlar arasındakı münasibətlərlə bağlı əlavə heç bir araşdırılma aparılmadan münasibətlərin mülki xarakterli olması əsası ilə cinayət işinin başlanılmasından imtina edilmişdir. Cavabdeh isə, təhqiqat orqanında və məhkəmədə verdiyi bütün izahatlarında iddiaçıdan hər hansı məbləğdə pul almadığını qəti şəkildə bildirmişdir.

32. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

33. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işd əki sübutlar ətraflı araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

34. Kassasiya şikayətinin dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

35. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi d əyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

36. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-797/2021 nömrəli iş üzrə 03 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar