Məhkəmə qərarları › İş №2(102)-4024/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4024/2020

11.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4024/2020 11.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Nubaxoviçin, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Əliyeva Gülmirə Eliş qızı və onun vəkili X1 iştirakları ilə, İddiaçı Nubaxoviçin cavabdeh Əliyeva Gülmirə Eliş qızına qarşı əldən çıxmış faydanın ödənilməsi tələbinə dair; Əliyeva Gülmirə Eliş qızının cavabdeh İddiaçı Nubaxoviçə qarşı “əsassız varlanma və qeydiyyat vəsiqəsinin əslinin qaytarılması tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Əliyeva Gülmirə Eliş qızının verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Əliyeva Gülmirə Eliş qızı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Nubaxoviç cavabdeh Əliyeva Gülmirə Eliş qızına qarşı “əldən çıxmış faydanın ödənilməsi tələbinə dair” ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrin ə 15485 ABŞ dollar əldən çıxmış faydanın, "Daşınar və daşınmaz əmlakın qiymətləndirilməsi xidmətinə" ödənilmiş 200 manatın və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əliyeva Gülmirə Eliş qızı cavabdeh İddiaçı Nubaxoviçə qarşı “əsassız varlanma və qeydiyyat vəsiqəsinin əslinin qaytarılması tələbinə dair” qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək əsassız varlanmaya istinad edərək 4679,33 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması, Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, 4A saylı evin 39 saylı mənzilin qeydiyyat vəsiqəsinin cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (h akim S.Mehrəliyev, iş № 2(011)-5464/2019) ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və E.Kazımov, iş № 2(103)13697/2020) İddiaçı Nubaxoviç tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5464/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi qismən, ilkin iddiaya aid hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş və ilkin iddia tələbi qismən təmin edilərək, cavabdeh Əliyeva Gülmirə Eliş qızından 10400 ABŞ dollarının (ödənilən gün Azərbaycan manatına uyğun məzənnə ilə) alınaraq İddiaçı Nubaxoviçə verilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin e dilməməsi qət edilmiş, cavabdeh Əliyeva Gülmirə Eliş qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamış, qətnamə qarşılıqlı iddia tələbinə aid hissədə dəyişdirilmədən saxlanılmış, cavabdeh Əliyeva Gülmirə Eliş qızından iddia ərizəsinin və apelyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş (30+15) 45 manat dövlət rüsumu alınaraq İddiaçı Nubaxoviçə verilməsi, cavabdehin apelyasiya şikayəti verilməsi üçün ödədiyi dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Əliyeva Gülmirə Eliş qızı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətlərinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Əliyeva Gülmirə Eliş qızının vəkili X2 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq İddiaç ı Nubaxoviçin izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansi yası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin 1MK-4085/04 nömrəli, xx.xx.2004-cü il tarixli qətnaməsinə görə, Əliyeva Gülmirə Eliş qızından tələbkar İddiaçı Nubaxoviçin xeyrinə 10000 ABŞ dolları ekvivalentində 49000000 AZM borcun və 217800 AZM ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixl i hökmünə görə, X6 Azərbaycan Respublikası CM-nin 306.1 maddəsi (qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmə) ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi Zavoduna ünvanlanmış məktubuna görə, Əliyeva Gülmirə Eliş qızından tələbkar İddiaçı Nubaxoviçin xeyrinə 10.000 ABŞ dolları məbləğində pulun tutulmasına dair Bakı Apelyasiya Məhkəməsinin 1MK4085/04 nömrəli, xx.xx.2004-cü il tarixli icra vərəqəsi icra edilməsi üçün həmin zavoda göndərilmiş, xx.xx.2012-ci il tarixdən başlayaraq borclu Əliyev a Gülmirə Eliş qızının əmək haqqından 10000 ABŞ dolları borc İddiaçı xeyrinə tam ödənilib qurtaranadək 50%-dən tutulub onun ünvanına köçürülməsinə və hər rübdə borcun ödənilməsi barədə məlumat verilməsinə göstəriş verilməsi xahiş edilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu tərəfindən Bakı şəhəri Xətai rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubuna görə, zavodun işçisi Əliyeva Gülmirə Eliş qızının əmək haqqından 10000 ABŞ dolları və 19.80 manat dövlət rüsumu X4 “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC də açdırdığı hesaba tam ödənilmişdır. İddiaçı ilə “Zaminbank” arasında bağlanmış xx.xx.2003-cü il tarixli depozit müqaviləsinə görə, əmanətçi “Zaminbank"a 10000 ABŞ dolları məbləğində pul formasında vəsait verir, qəbul edilmiş əmanə t üçün 6 aya illik 12% dərəcəsi tətbiq edilir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1092, 1092.1, 1091.1-ci maddəsini tətbiq etmişdir. Apelyasiya instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəsinə görə iddiaçı tələbinin əsası kimi istinad etdiyi hala dair sübut olaraq “Zaminbank” arasında bağlanmış xx.xx.2003-cü il tarixli depozit müqaviləsini təqdim etmişdir ki, həmin müqaviləyə əsasən onun depazitə qoyduğu 10.000 ABŞ dolları məbləğində pula illik 12% dərəcəsi tətbiq edildiyi müəyyən olunur. İddiaçı məhz həmin müqaviləyə əsasən mütəmadi olaraq hər ay 100 ABŞ dolları aldığını bildirir. Cavabdeh bunu mübahisələndirmir, beləliklə də, bu, (yəni iddiaçının banka depozitə qoyduğu, sonra isə bankdan çıxararaq iddiaçıya verdiyi 10.000 ABŞ dollarına görə həmin vaxt hər ay 100 ABŞ dolları əldə etməsi) hazırkı işin mübahisəsiz halıdır. Belə olan halda, qətnamənin çıxdığı xx.xx.2004-cü il tarixdən başlayaraq cavabdehdən iddiaçının xeyrinə ödənişlərin tutulmağa başlanıldığı tarixə, yəni 2012-ci ilin aprel ayına kimi əldən çıxmış fayda, yəni aylıq 100 ABŞ dolları tutulmalıdır ki, həmin müddətdə tutulmalı məbləğ (xx.xx.2004-04.2012 = 8 il, 8 ay= 8 x 12+ 8 =104 ay x 100 ABŞ dollar=10400 ABŞ dolları) 10400 ABŞ dolları təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ilk iddianın təmin olunan hissəsində işin həqiqi hallarına uyğun olmamaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nətic əyə gəlinməmiş, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edilmişdir. Əliyeva Gülmirə Eliş qızı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, “...istər birinci instansiya, istərsə də apelyasiya məhkəməsi mülki işi araşdırarkən iddiaçının “əldən çıxmış faydanın ödənilməsi tələbinə dair” iddiasının hansı sənəd və sübutlara əsaslandığını, qeyd olunan rəqəmlərin hansı sənədə əsasən istinad edərək qeyd etdiyini, həqiqəti əks etdirdiyini öyrənməmişdir. Digər tərəfdən hesablamalar düzgün aparılmayaraq şişirdilmiş, ekspertiza təyin olunmamış və nəticədə ilkin iddia və qarşılıqlı iddia tələbi hərtərəfli, tam və obyektiv araşdırılmamışdır.” Kassasiya şikayətinin digər dəlilləri «ape lyasiya məhkəməsi tərəfindən birinci instansiya məhkəməsi tərəfindən iddia müddətinin tətbiq olunması əsassız hesab olunmuş, lakin hər hansı qanunvericilik normasına istinad olunmamışdır» Məhkəmənin həmin mövqeyindən aydın olur ki, məhkəmə borc məbləğinin banka qoyulmuş depozit məbləğinin çıxarılması nəticəsində verilməsi və həmin məbləğə hesablanan faiz məbləğini aylıq əldən çıxmış fayda məbləği olaraq müəyyən etmişdir. Apelyasiya məhkəməsi iddiaçının banka depozitə qoyduğu, sonra isə bankdan çıxararaq iddiaçıya verdiyi 10.000 ABŞ dollarına görə həmin vaxt hər ay 100 ABŞ dolları əldə etməsini işin mübahisəsiz halı kimi qəbul etmişdir. Halbuki bununla bağlı iş üzrə cavabdeh tərəfin heç bir münasibətini öyrənməmişdir. Məhkəmə kollegiyası da iddiaçının banka 6 ay müddətinə aylıq 100 ABŞ faiz ödənilməklə depozitə 10000 ABŞ dollarının qoyduğunu mübahisəsiz olaraq qəbul edir, lakin məhz həmin məbləğin ilk iddiaçı tərəfindən çıxarılaraq cavabdehə verilməsini təsdiq edən hər hansı sübut apelyasiya məhkəməsi tərəfindən müəyyən edilməmişdir. Belə olan halda işdə olan sübutların tam araşdırılmasını təmin etmədən məhkəmənin öz mülahizəsinə görə hər hansı faktı mübahisəsiz olaraq qəbul etməsi yolverilən hesab edilə bilməz. Digər tərəfdən məhkəmənin maddi hüquq normalarının tətbiqi bağlı mövqeyi aydın deyildir. Məhkəmə zərərin tutulması zamanı ümumi normaya və pul vəsaitinin qanunsuz saxlanmasına istinad edir. Məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı gəlmiş olduğu nəticəyə yalnız işin hallarının tam araşdırılmasından sonra qiymət verilə bilərdi. Lakin hazırkı halda məhkəmənin iddia mü ddətinin tətbiqi ilə bağlı gəlmiş olduğu nəticəsi subyektiv mülahizələrlə əsaslandırılmışdır. Qeyd edilməlidir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlar ı araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən s übutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya məhkəməsi pul məbləğini tutulmalı olan müddətini müəyyən edərkən belə nəticəyə gəlmişdir ki, cavabdeh 2018-ci ilin dekabr ayınadək iddiaçının pul vəsaitini qanunsuz olaraq özündə saxlamış, iddiaçı da məhz buna görə pulunun qanunsuz olaraq saxladığı bütün müddət üçün cavabdehdən əldən çıxmış faydanı tələb edir. Demək ki, cavabdeh iddiaçının pul vəsaitini qaytaranadək, iddiaçının əldən çıxmış fayda ilə bağlı hazırkı tələbi qüvvədə olmuşdur. Mülki işin üçüncü səhifəsindəki daxil olma qeydindən məlum olur ki, iddiaçı hazırkı tələblə xx.xx.2019-cu ildə məhkəməyə müraciət etmişdir. Beləliklə də müəyyən olunur ki, hazırkı işlə bağlı iddiaçı iddia müddətini ötürməmişdir. Məhkəmə cavabdehin 2018-ci il tarixədək pul vəsaitini qanunsuz olaraq özündə saxladığını qeyd edərkən faktiki olaraq iddia tələbi irəli sürülənədək, daha dəqiq ifadə edilmiş olsa istinad etdiyi tarixdən əvvəl və sonra pul məbləğinin hansı hissəsinin ödənilməsi və cavabdehin qanunsuz olaraq özündə saxladığı məbləğin müvafiq dövrlər üzrə müəyyən edilməsi ilə bağlı iddiaçı tərəfin mülahizələrinə əsaslanmaqla o cümlədən göstərildiyi kimi iddia müddətinin tətbiqinin mümkünsüzlüyü ilə bağlı hər hansı araşdırma ap arılmasına cəhd göstərməmişdir. Halbuki iddiaçının iddia ərizəsindən görünür ki, «2003 ilin dekabr ayından -2015-ci ilin iyun ayına qədər mən X3 ödənişin bir qismini aldım. Bu da edir 11 il 7 aya -139 ay x 100 ABŞ dolları (14%)= 13900 ABŞ dolları. Qismən pulumun qaytarılması 2015 il iyul ayından 2019 ilin mart ayına qədər 3 il 9 ay, bu müddətdə mən «Zaminbank»ın orta hesablamalarına görə 1585 ABŞ dolları itirmiş oldum.» Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə qeyd edilməlidir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə m əsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci Fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü Fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoy a biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (MM-in 425-ci maddəsi). Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, Məcəllədə mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalar nəzərdə tutulmuşdur. Belə ki, MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödə nilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarında əks olunmuş hüquqi mövqe bir daha təsdiq edilməklə nəzərə alınmalıdır ki, MM-in 449-cu, xüsusilə də 449.3-cü maddəsində təsbit olunmuş qaydalara müvafiq olaraq müqavilə ilə müəyyən edilmiş pul öhdəliklərinin icrasının gecikdirilməsinə görə zərərin əvəzini ödəməyi tələb etmək hüququ müəyyən xüsusiyyətlərə malikdir. Belə ki, MM-in 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirmə klə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Göründüyü kimi, MM-in 449.1-ci maddəsinə görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində ə mələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə borc məbləğinə hesablanır və bu halda həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Həmin Qərarda göstərilmişdir ki, qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizliklə) əlaqələndirməklə, MM-in 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə məsuliyyət daşımamasını bu şərtlə müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Mülki Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq, (MM-in 4 45.7-ci maddəsində təsbit edilmiş illik beş faiz dərəcəsindən kənar) pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən miqdarda faizlər ödənilməlidir. Kreditor vəsaitindən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ MM-in 21.2-ci maddəsi ilə əlaqəli şəkildə həmin Məcəllənin 449.3-cü maddəsindən irəli gəlir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu q ətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu n, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxar kən sübutların araşdırılması ilə bağlı prosessual hüquq normalarının tələblərini pozmuş və bu pozuntu iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnə bilərdi. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu pozuntu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə Kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmamış, qətnamənin ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilmə si üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏRARA ALİR: Əliyeva Gülmirə Eliş qızının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilk iddianın təmin olunan hissəsində ləğv edilsin, mülki iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar