Məhkəmə qərarları › İş №2(102)-4025/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4025/2020

02.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4025/2020 02.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı vəkili Hüseynov Orxan Mehdixan oğlunun iştirakı ilə, İddiaçı və vəkili Əbilov Elməddin Nazim oğlunun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 yanvar 2020-ci il tarixli, 2(103)-1177/2020 saylı qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli, 2(003)3400/2019 nömrəli qətnaməsi ilə (hakim R.H.Xəzri) İddiaçı Cavabdeh qarşı dəymiş zərərin və debitor borcun ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 yanvar 2020-ci il tarixli, 2(103)1177/2020 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi Ş.A.Məmmədova, V.T.Həsənov və X.Ə.Sarıyev) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunaraq, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli, 2(003)3400/2019 nömrəli qətnaməsinin ləğv olunması, iddia qismən təmin olunaraq İddiaçı xeyrinə 736,50 manat debitor borcun tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin və debitor borcun ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə birinci instansiya məhk əməsinə müraciət edərək, təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 3927,70 manat məbləğində pulun, 736,50 manat məbləğində debitor borcun və 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 4.694,20 manat məbləğində borcun Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh məxsus fərdi yaşayış evini müqavilə əsasında təbii qazla təchiz edir. Həmin evə İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00250 nömrəli abonent kodu verilmiş, mənzildə G-4 markalı, 1402AZ**********52 saylı qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin istixanasında quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X2n pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, 16.12.2016-cı il tarixli, ******* saylı akt əsasında 455,90 manat; 17.01,2018-ci il tarixli, ******* saylı akt əsasında 258,40 manat; 01,02.2017-ci il tarixli, ******* saylı akt əsasında 100,80 manat; 11.01.2018-ci il tarixli, ******* saylı akt əsasında 75 4,40 manat; 14.03.2018-ci il tarixli, ******* saylı akt əsasında 402,60 manat; 18.04.2018-ci il tarixli, 58/2745 saylı akt əsasında 256,20 manat; 29.05.2018-ci il tarixli, ******* saylı akt əsasında 182 manat; 22.06.2018-ci il tarixli, ******* saylı akt əsasında 133,20 manat; 26.07.2018-ci il tarixli, ******* saylı akt əsasında 133,20 manat; 28.08.2018-ci il tarixli, ******* saylı akt əsasında 133,20 manat; 19.09.2018-ci il tarixli, ******* saylı akt əsasında 133,20 manat; 31.10.2018-ci il tarixli, ******* saylı akt əsasında 66,60 manat; 30.11.2018-ci il tarixli, ******* saylı akt əsasında 142,20 manat; 28.12.2018-ci il tarixli, ******* saylı akt əsasında 142.20 manat; 31.01.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat; 28.02.2019- cu il tarixli, ******* saylı akt əsasında 1 42,20 manat; 29.03.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat; 30.04.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat; 30.05.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat; 28.06.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat dəymiş ziyan hesablanmışdır. Həmçinin cavabdehin əvvəlki illərdən 736,50 manat debitor borcu olmuşdur. Beləliklə cavabdehin cəmi borcu (736,50+3927,70=4664,20) manat olmuşdur. Cavabdeh 2015-2019-cu il tarixlərdə cəmi 40 manat ödəniş həyata keçirmişdir. Bu da cavabdehin təbii qazdan qanunsuz istifadə etməsini təsdiq edir. Tərəflər arasında imzalanmış 23.05.2017-cı il tarixli, 10/11019 saylı müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı (bizim halda Cavabdeh) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə ü zrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Dəymiş zərər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının 14.03.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmiş “İstehlakçılar tərəfindən təbii X2nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qavdaları”na (Əlavə olunur) əsasən müəyyən edilmişdir. Həmin qaydalara əsasən, istehlakçılar tərəfindən X2nın pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddət i ərzində (3 il) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma-hesabına ödənilir. Yuxarıda qeyd edilən sənədlərdən göründüyü kimi, cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “X2”nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qeyd olunanlara əsasən, təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 3927,70 manat məbləğində pulun, 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 4694,20 manat məbləğində borcun Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları İddiaçı və vəkili Əbilov Elməddin Nazim oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası iddiaçı tərəfdən aktlar yazıld ığı tarixlərdə təbii qazdan istifadəyə görə nə qədər pul ödənildiyini araşdırmamış, tərəfimizdən təqdim edilmiş fotoşəkillərə qaz xəttinin üzərində qanunsuz istifadə əlamətlərinin olubolmaması barədə ekspertiza təyin etməmiş, yalnız iddiaçının fikirlərini əsas götürmüş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Hüseynov Orxan Mehdixan oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh üzrlü səbəb olmadan iştirak etməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddiaçı vəkili Hüseynov Orxan Mehdixan oğlunun izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə iddianın təmin olunmayan hissəsində ləğv olunmalı, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı və qətnamənin digər hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və p rosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunub-olunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 3927,70 manat məbləğində borcun cavabdehdən tutulması hissəsinin rədd edilməli olması ilə bağlı aşağıdakı kimi əsaslandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın 6.5 və 6.7-ci bəndlərinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “X2”na 3 nömr əli Əlavənin 2.1.6-cı bəndinə əsasən istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq paylayıcının vəzifəsidir. Cavabdeh həm iddia ərizəsində, həm də apelyasiya şikayətində qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə etdiyini qeyd etsə də, lakin qeyd edilənləri sübut edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasə n, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apelyasiya instansiyası məhkəməsi qeyd olunanlara əsasən bu nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən qeyri-qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə edilməsi sübut edilmədiyindən, təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 3927,70 manat məbləğində borcun Cavabdeh tutulması hissəsində tələb əsassızdır. Ali Məhkəmənin Mülki Kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu bu nəticəni aşağıda göstərilənlərə əsasən qanuni və əsaslı hesab etmir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xəttinə, eləcə də cavabdehin istixanasında quraşdırılmış qaz sayğacına baxış keçirilərkə n qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilmişdir. Bununla əlaqədar iş materiallarına iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə əlaqədar aktlar və foto çəkilişlər əlavə edilmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi təqdim olunmuş fotoşəkillərə əsasən qaz xəttinin üzərində qanunsuz istifadə əlamətlərinin olub-olmaması barədə ekspertiza təyin etməmiş, sübutlara düzgün hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıq dan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya M əhkəməsi Mülki Kollegiyasının 23 yanvar 2020-ci il tarixli, 2(103)-1177/2020 saylı qətnaməsi iddianın təmin olunmayan hissəsində ləğv edilsin, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Qətnamənin digər hissəsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar