Məhkəmə qərarları › İş №2(102)-4025/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-4025/2021

14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4025/2021 14.06.2021 ALİ MƏHKƏMƏ Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında QƏRARDAD Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Abbasov Aqil Əzizağa oğlu İddiaçı LPO İddiaçıASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 aprel 2021-cı il tarixli qətnaməsindən kassasiya şikayətini nəzərdən keçirərək Müəyyən etdim: İddiaçı LPO İddiaçıASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.04.2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti öyrənilərkən müəyyən olundu ki, kassasiya şikayəti Vəkil tərəfindən imzalansa da, vəkil order şikayətə əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyətini təsdiq edən sənəd əlavə edilməlidir. Mülki Prosessual Məcəllənin 407.4-cü maddəsinə görə isə şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Mülki Prosessual Məcəllənin 408.1.3-cü maddəsinə görə kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti qaytarılır. Mülki Prosessual Məcəllənin 408.2-ci maddəsinə görə bu Məcəllənin 408.1.1. və 408.1.3.-408.1.5-ci maddələrind ə nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. Qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 409-cu maddəsi apellyasiya instansiyası məhkəməsinin üzərinə kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamaq vəzifəsini qoymuşdur. Yalnız bundan sonra kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinə göndərilə bi lər. Apellyasiya instansiyası məhkəməsi isə kassasiya şikayətinin verilməsi qaydalarına riayət olunub-olunmamasını yoxlamadan, kassasiya şikayətinə vəkilin orderinin əlavə edilməməsinə baxmayaraq, şikayəti kassasiya instansiya məhkəməsinə göndərmişdir. Bu səbəbdən hesab edirəm ki, kassasiya şikayəti Mülki Prosessual Məcəllənin 408.1.3-cü maddəsinin tələbləri pozulmaqla verildiyindən kassasiya şikayətinin icraata qəbulundan imtina edilməli, kassasiya şikayəti işlə birlikdə qaytarılması məsələsinin həlli üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanları və Mülki Prosessual Məcəllənin 411-ci maddəsini rəhbər tutaraq, Qərara aldım: İddiaçı LPO İddiaçıASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.04.2021-cı il tarixli 2(103)-3392/2021 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar