Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4027/2019 12.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X14 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin həcminin artırılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 yanvar 2019-cu il tarixli, 2(103)-1440/2019 nömrəli qətnaməsindən Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək Ağdaş Rayon Məhkəməsinin 01 aprel 2016-cı il tarixli 2(014)-663/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 24 mart 2009-cü il təvəllüdlü X1 və 08 sentyabr 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa sabit pul məbləğində 154 manat, cəmi 308 manat aliment tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 29 mart 2015-ci il tarixli 2(051)- 153/2015 saylı qətnaməsinə əsasən onunla Cavabdeh arasında olan nikah pozulmuş və uşaqlar 24 mart 2009-cü il təvəllüdlü X4 və 08 sentyabr 2010-cu il təvəllüdlü X6 onun yanında saxlanılmışlar. Ağdaş Rayon Məhkəməsinin 01 aprel 2016-cı il tarixli 2( 014)-663/2016 saylı qətnaməsi ilə tərəflərin birgə nikahdan doğulmuş - 24 mart 2009-cü il təvəllüdlü X1 və 08 sentyabr 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ayda hər uşağa görə 75 manat, cəmi 150 manat aliment məbləğinin tutularaq ona verilməsi qət edilmişdir. Cavabdeh 150 manat məbləğində aliment ödəyir, lakin uşaqların əlavə xərclərində iştirak etmir. Ağdaş Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşaqların heç bir tələbatının ödənilməsinə yetmir. Uşaqlar orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Buna görə də görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (sədrlik edən hakim X7) İddiaçı Cavabdeh qarşı aliment məbləğinin həc minin artırılması tələbinə dair iddiasının təmin edilməsi, Ağdaş Rayon Məhkəməsinin 01 aprel 2016-cı il tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin artırılması, tərəflərin birgə nikahından 24 mart 2009-cu il tarixdə doğulmuş X1 və 08 sentyabr 2010-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa 154 (bir yüz əlli dörd) manat, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 yanvar 2019-cu il tarixli, 2(103)-1440/2019 nömrəli qətnaməsi ilə (X15 (sədrlik edən və məruzəçi), X3 və X5) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3908/2018 saylı, 24 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışd ır. Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 yanvar 2019-cu il tarixli, 2(103)-1440/2019 nömrəli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 yanvar 2019-cu il tarixli, 2(103)-1440/2019 nömrəli qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qanunsuz və əsassızdır. Belə ki, iddiaçı Cavadova X8 şəhəri, Təbriz küçəsi 13 saylı binanın 36-cı mənzilində daimi qeydiyyatda olduğu halda Bakı şəhərində yaşayan rəfiqəsi Rəna Babayevanın vasitəsi ilə Bakı şəhəri, Əliağa Kürçaylı küçəsi, ev 18, mənzil 1-də qeydiyyatsız yaşaması barədə 34 saylı MİS saxta arayış alaraq həmin arayış əsasında Bakı şəhəri Nizami Rayon Məhkəməsində alimentin artırılması barədə iddia qaldırmış, Nizami Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi buna əhəmiyyət verməyərək alimentin artırılması barədə iddianın təmin olunması barədə əsassız qətnamə qəbul etmişlər. İddia ərizəsinin aidiyyəti üzrə iddiaçının yaşadığı yer üzrə göndərilməsi barədə kassatorun vəkili və nümayəndəsi məhkəmə baxışında vəsatətlər təqdim etmiş, lakin onların vəsatətlərinə əhəmiyyət verilməmişdir. Hazırda heç bir yerdə işləmir, “isteriya, nevroz tez-tez müşahidə olunan isterik reaksiyalar diaqnozu ilə” psixonevroloji dispanserdə müalicədədir, başqa bir qadınla ailə qurmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR: Tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. İşin mübahisəsiz hallarına görə, tərəflər 2008-ci ildə faktiki nikah münasibətlərinə daxil olmuş və həmin nikahdan 24 mart 2009-cu il təvəllüdlü X4 və 08 sentyabr 2010-cu il təvəllüdlü X6 anadan olmuşdur. Ağdaş Rayon Məhkəməsinin 2(014)-663/2016 saylı, 01 aprel 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh 24 mart 2009-cu il tarixdə anadan olmuş X1 və 08 sentyabr 2010-cu il tarixdə doğulmuş X2 18 yaşına çatana qədər onların saxlanılmaları üçün İddiaçı xeyrinə hər ay hər uşağa 75 manat, cəmi 150 (yüz əlli) manat alimentin tutulması qət edilmi şdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin işləməməsi, maddi vəziyyətinin yaxşı olmaması onun qanunla müəyyən edilmiş uşaqların lazımi səviyyədə saxlaması vəzifəsindən azad etmir və ya əsas vermir ki, uşaq qanunla müəyyən edilmiş yaşayış minimumundan aşağı səviyyədə təmin olunsun. Hazırda tərəflərin birgə nikahlarında olan uşaqların iddiaçının himayəsində qalması uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən-cavabdehdən tutulmasına əsas ola bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçü n sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını düzgün müəyyənləşdirmiş, maddi və prosessual hüquq normalarının tələblərinə riayət etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valy uta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağı əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həmdə bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər mak simal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə müvafiq olaraq, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, «Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası qanununa görə 2018-ci il üçün yaşayış minimumu uşaqlar üçün 154 manat müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun o laraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Buna görə də, məhkəmələr işin faktiki hallarını və uşağın mənafeyini, tərəflərin hər ikisinin maddi və ailə vəziyyətini, uşağı saxlamaqda valideynlərin bərabər öhdəlik daşımalarını və uşaqların saxlanılması üçün minimum yaşayış xərclərini rəhbər tutaraq hər uşağın saxlanılması üçün hər ay alimentin miqdarını 154 (bir yüz əlli dörd) manat 2 uşaq üçün cəmi 308 (üç yüz səkkiz) manat müəyyən etməkdə haqlı olmuşlar. Göstərilənlərə əsasən kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27.07.2016-cı il tarixli qərarında məhkəmə müəyyən etmişdir ki, aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir... nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsini n uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. İşə baxılarkən ərazi aidiyyətinin pozulmasına gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prossesual Məcəlləsinin 418.3-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Bu səbəbdən, kassasiy a şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 yanvar 2019-cu il tarixli, 2(103)-1440/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4027/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4027/2019
12.06.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver