Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4027/2022 26.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzilə istifadə hüququnun tanınması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-646/2022 nömrəli iş üzrə 13 yanvar 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qardaşı X7 ilə 1995-ci ildə faktiki, 11 fevral 1998-ci il tarixdə isə rəsmi nikaha daxil olmuş, faktiki nikah münasibəti yarandığı vaxtdan ünvan 1 ünvanına (bundan sonra – mübahisəli mənzil) gəlin köçmüşdür.
2. Bakı Şəhər Sovetinin Xalq Deputatları İdarəsinin 199780 nömrəli orderinə əsasən mübahisəli mənzil 20 may 1986-cı il tarixdə iddiaçının əri və cavabdehlər də daxil olmaqla 7 nəfər ailə üzvü ilə birlikdə iddiaçının qayınatası X3 verilmiş və o, göstərilən mənzilin icarədarı hesab edilmişdir. X8 23 mart 2012-ci il tarixdə və onun orderdə göstərilən ailə üzvü, iddiaçının əri olan X7 isə 18 fevral 2016-cı il tarixdə vəfat etmi şdir.
3. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən, mübahisəli mənzilin qeydiyyatdan keçməsi haqqında idarənin arxivində məlumat aşkar edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mübahisəli mənzilə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzilə gəlin köçərək həmin mənzildə təsərrüfatı birgə idarə etməklə bir ailə kimi yaşamışdır. Yaşadığı mənzil qayınatası X1 mülkiyyətində olmuş və ölümündən öncə qayınatası Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, onun mübahisəli mə nzilə qeydiyyata alınmasına etiraz etmədiyini bildirmişdir. Bundan başqa, onun X4 ilə birgə nikahından 1996-cı il təvəllüdlü X10, 1999-cu il təvəllüdlü X5 və 2009-cu il təvəllüdlü X2 adlı uşaqları dünyaya gəlmişdir və hər 3 övladı yaşadıqları mübahisəli mənzildə qeydiyyatdadırlar.
6. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, mübahisəli mənzil dövlət mənzil fonduna aiddir, yəni iddiaçının iddia etdiyi kimi, qayınatasının mülkiyyətində olmamış, qayınatası yalnız icarədar olmuş, buna görə də, mənzilə vərəsəlik hüququ yaranmamışdır. İcarədarın ölümündən sonra ailə üzvləri olan şəxslər mənzilin icarədarının müəyyən edilməsi üçün müraciət etməmişlər.
7. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkə məsi) 2(005)-2640/2021 nömrəli iş üzrə 22 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.Əsədova) iddia rədd edilmişdir.
8. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mübahisəli mənzil dövlət mənzil fonduna aid olan mənzildir, yəni iddiaçının iddia etdiyi kimi qayınatasının mülkiyyətində olmamış və sonuncunun ölümündən sonra həmin mənzilə vərəsəlik hüququ yaranmamışdır. Mənzil qanunvericiliyinin tələblərinə əsasən isə göstərilən mənzilə ailə üzvlərini və ya başqa şəxsləri köçürmək hüququ icarədara məxsusdur. Hazırkı halda, mübahisəli mənzilin icarədarı müəyyən edilməmiş, yəni icarədarın ölümündən sonra mənzildə yaşayan və onun ailə üzvləri olan şəxslər mənzilin icarədarının müəyyən edilməsi üçün müraciət etməmişlər.
9. Məhkəmə hesab etmişdir ki, mübahisəli mənzilin icarədarı müəyyə n edildikdən sonra iddiaçı icarədarın razılığı ilə göstərilən mənzilə istifadə hüququnun tanınması ilə əlaqədar hüququnu həyata keçirə və ya yaranan mübahisə ilə əlaqədar məhkəməyə müraciət edə bilər.
10. Məhkəmə öz mövqeyini xx.xx.2010-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 51, 53, 54 və 85-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsinin və iddianın təmin olunmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlinmişdir.
13. Apellyasiya b axışı zamanı Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da məhkəmə baxışında iştirak etməmişdir.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-646/2022 nömrəli iş üzrə 13 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinov və A.Tanrıverdiyev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddia tələbi təmin edilərək, iddiaçının mübahisəli mənzilə istifadə hüququnun tanınması qət olunmuşdur.
15. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı nikaha girməsi ilə əlaqədar 1996-ci ildə X6 tərəfindən müba hisəli mənzilə köçürülmüş və icarədarla, eləcə də icarədarın digər ailə üzvləri ilə birgə təsərrüfat aparmaqla mənzildə yaşamış, həmin vaxt iddiaçının mübahisəli mənzilə köçürülməsi barədə icarədar (qayınatası) X1 razılığı olmuş, hətta sonradan icarədar iddiaçının həmin mənzilə pasporta qeydiyyatına alınmasına dair yazılı razılıq ərizəsi də vermiş, icarədarla birgə yaşayan digər ailə üzvləri buna hər hansı formada etirazlarını ifadə etməmişlər. Belə olan halda, iddiaçının mübahisəli mənzilə istifadə hüququ məhkəmə qaydasında tanınmalıdır.
16. Məhkəmə gəldiyi nəticəni xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 51, 53, 54, 61-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1, 80, 217.2, 218.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh2 (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul olunmasını xahiş etmişdir.
18. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehlər mübahisəli mənzilin mülkiyyətçiləri deyillər və həmin mənzilə dair iddiaçı ilə icarə müqaviləsi bağlamaq üçün müstəsna hüquq və səlahiyyətlərə də malik deyillər. Həmin hüquq və səlahiyyətlər Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə məxsusdur. Məhkəmə həmin orqanı müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb etmişdir, halbuki həmin orqan işə cavabdeh kimi cəlb oluna bilərdi. Bu halda isə mübahisəyə mülki-prosessual qanunverici liyə deyil, inzibati prosessual qanunvericiliyə əsasən baxılmalı idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq xx.xx.2020-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsi
20. Maddə
51. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə kirayəçi - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır.
21. Maddə
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqa vilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.
22. Maddə
54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynl ərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
23. Maddə
61. İcarədarı müvəqqəti başqa yerə getmiş yaşayış sahəsində yaşayan ailə üzvləri qaldıqları bütün sahədən əvvəlki şərtlərlə istifadə etmək ixtiyarına malikdirlər; həm də onlar bu sahənin icarə müqaviləsinə əsasən bütün hüquqları həyata keçirir və bütün vəzifələri daşıyırlar. Mülki Prosessual Məcəllə
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
30. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən q əbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Hazırkı iş üzrə apellyasiya məhkəməsinin aktı cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Kass asiya şikayətinin dəlilləri ilə bağlı nəzərə alınmalıdır ki, hazırkı iddia tələbi mübahisəli mənzilə dair iddiaçı ilə icarə müqaviləsinin bağlanması deyil, mənzil qanunvericiliyinin tələblərinə əsasən iddiaçının həmin mənzilə yaranmış istifadə hüququnun tanınması ilə bağlıdır. Hal-hazırda həmin mənzilin yerləşdiyi ərazi üzrə yerli icra hakimiyyəti orqanı ilə iddiaçı arasında hər hansı mübahisə yoxdur.
35. Mübahisəli mənzilə dair orderdə icarədar kimi qeyd olunmuş şəxs öldüyü üçün iddiaçı düzgün olaraq iddia ərizəsini orderdə adı olan və onun mənzilə istifadə hüququnun olduğunu mübahisə edən hazırkı iş üzrə cavabdehlərə qarşı qaldırmışdır.
36. Bu baxımdan kassasiya şikayətinin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin əsl cavabdeh olması və hazırkı işin inzibati mübahisə olması barədə dəlill əri əsassızdır.
37. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
38. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-646/2022 nömrəli iş üzrə 13 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəb