Məhkəmə qərarları › İş №2(102)-4028/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4028/2023

29.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4028/2023 29.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi, iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3160/23 nömrəli, 30 may 2023-cü il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. 2. “Kia Sportage minik” markalı avtomobil 29 iyul 2011-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmış, avtomobilə **-LT-*** dövlət qeydiyyat nişanı və AB seriyalı 629575 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. Həmin avtomobilə dair X1 29 iyul 2011-ci il tarixdən 29 iyul 2061-ci il tarixədək, Cavabdeh 29 iyul 2011-ci il tarixdən 21 may 2019-cu il tarixədək etibarnamə verilmişdir. Həmin avtomobil 28 sentyabr 2012-ci il tarixdə Cavabdeh adından qeydiyyatdan çıxmış, 22 sentyabr 2012-ci il tarixli “Nəqliyyat vasitəsinin alqısatqısı müqaviləsi”nə əsasən X3 adına qeydiyyata alınmışdır. Daha sonra həmin avtomobilə dair Cavabdeh 22 sentyabr 2012-ci il tarixdən 21 may 2019-cu il tarixədək etibarnamə verilmişdir. Həmin avtomobilə dair Cavabdeh etibarnaməsinə 28 sentyabr 2012-ci ildə xitam veri lmişdir. Sonuncuya verilən etibarnamənin müddəti 23 may 2019-cu ildən 14 may 2029-cu ilədək uzadılmışdır.

3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-770/2021 nömrəli 21 aprel 2021-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı cavabdehlər X5 və Cavabdeh qarşı nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinin etibarsız sayılması və nəqliyyat vasitəsinin alınıb ona təhvil verilməsi tələbi barədə iddiası təmin edilərək, Cavabdeh ilə X6 arasında “Kia Sportage” minik markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair bağlanmış 22 sentyabr 2012-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, buraxılış ili 2011-ci il olan, ağ rəngli “Kia Sportage” minik markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair X3 adına Azərbaycan Respublikas ı BDYPİdə 22 sentyabr 2012-ci il tarixdə aparılmış qeydiyyat və X5 buraxiliş ili 2011-ci il olan, ağ rəngli Kia Sportage minik markalı, “**-LT-***” dövlət qeydiyyat nişanlı avtomobilə dair 22 sentyabr 2012-ci il tarixdə verilmiş AB seriyalı, 816906 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv olunması və buraxılış ili 2011-ci il olan, ağ rəngli “Kia Sportage minik” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh və X2 alınaraq İddiaçı qaytarılması qət edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7554/2021 nömrəli 29 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsin 2(003)-770/2021 nömrəli 21 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilmiş, iddia rədd edil mişdir.

5. Azərbaycan Respublikasının Ali Məhkəməsının 2(102)-1035/2022 nömrəli 17 mart 2022-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7554/2021 nömrəli 29 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra – iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra – cavabdeh) 25000 manat avtomobilin dəyərinin, 9 il ərzində vəsaitin qanunsuz olaraq saxlanması üçün 11250 manat əlavə haqqın (penyanın), məhkəməyə ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdı r ki, mülkiyyətində “Kia Sportage minik” markalı 90- LT-575 dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. Həmin avtomobil 29 iyul 2011-ci il tarixdə əldə edilmiş və müvafiq olaraq AB seriyalı 629575 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. Bundan sonra tərəfindən Cavabdeh müvafiq etibarnamə verilmişdir. Cavabdeh 22 sentyabr 2012-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi əsasında qeyd edilən nəqliyyat vasitəsini X5 25000 manata satmışdır. Bu zaman alqı-satqı müqaviləsi etibarnamə əsasında həyata keçirilməsinə baxmayaraq Cavabdeh avtomobilin satışından əldə edilmiş vəsaiti ona ödəməmişdir. Faktiki olaraq Cavabdeh oğlu ona məxsus avtomobili onun adından satmış, ancaq əldə edilmiş vəsaiti ona ödəməyərək həmin vəsaiti mənimsəmişdir. Qeyd edilən alqı-satqı müqaviləsi tərəfin dən Xəzər Rayon Məhkəməsində mübahisələndirilsə də, ilkin olaraq iddia ərizəsi təmin edilmiş, lakin yuxarı instansiya məhkəmələri tərəfindən 3 illik iddia müddəti tətbiq edilməklə iddia tələbləri rədd edilmişdir. Yuxarıda qeyd edildiyi kimi, alqısatqı müqaviləsinin mübahisələndirilməsi ilə bağlı olan məhkəmə çəkişmələri zamanı da qeyd edilən fakt öz təsdiqini tapmışdır. Alqı-satqı müqaviləsi 2012-ci ilin sentyabr ayının 22-də olsa da bu günə qədər cavadbeh tərəfindən heç bir pul vəsaiti iddiaçıya qaytarılmamışdır.

8. Birinci instansiya məhkəməsində cavabdeh iddia tələbini qəbul etməmiş və bildirmişdir ki, o 2010-cu ildə X4 ilə faktiki nikaha daxil olaraq ailə qurmuşdur. 2012-ci ildə 21500,0 manat məbləğində pula “Kia Sportage minik” markalı avtomobil almış və avtomobili razılıq əsasında Sa mirə Heydərovanın xalası olan iddiaçının adına rəsmiləşdirmişdir. Sonra Samirə və Dünyaxanım ilə birlikdə notariat kontoruna gedərək avtomobili Seymurun adına keçirmişlər və Seymurdan 20000,0 manat məbləğində pul götürərək Samirəyə ev almışdır. Lakin avtomobil alındığı gündən hal-hazıradək onda olmuş və avtomobili o idarə etmişdir. Bundan bir qədər sonra Samirə avtomobili birgə yaşadıqları müddətdə aldıqları üçün ona verməli olduğunu bildirmiş, verməyəcəyi halda onu şərləyəcəyini demişdir. Bundan sona Samirə ondan polisə şikayət etmişdir. İddiaçı daha əvvəl də bu predmet üzrə (avtomobil) ona qarşı iddia ərizəsi ilə Xəzər rayon Məhkəməsinə müraciət etmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş “müqavilənin və avtomobilin şəhadətnam əsinin etibarsız sayılması, avtomobilin cavabdehdən alınaraq ona təhvil verilməsi tələbi” nə dair iddiası təmin edilməmişdir. Həmçinin qeyd edilən qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti də Ali Məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixli qərarla təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda isə iddiaçı tərəfindən verilmiş pul tələbinə dair iddiası qeyd edilən avtomobillə bağlıdır ki, bu avtomobilin alqısatqısında məhkəmə tərəfindən aparılmış araşdırma zamanı hər-hansı bir qanunsuzluq müəyyən edilməmişdir. Eyni zamanda cavabdeh prosessual müddətin tətbiqinə dair ərizə ilə müraciət edərək, iddiaçının ona qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək guya iddiaçıya məxsus avtomobili sataraq 25000,0 ma nat pulu mənimsədiyini bildirməklə həmin vəsaitin, həmçinin bu vəsaitin qanunsuz olaraq saxlanılması üçün 11250,0 manat əlavə haqqın, məhkəmə rüsumunun ondan tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsinin məzmunundan da göründüyü kimi iddia olunan tələbin yaranma səbəbi kimi xx.xx.2012-ci ildə bağlanmış alqı-satqı müqaviləsi göstərilmişdir. Belə olan halda isə mübahisələndirilən halın baş vermə anından 10 ildən artıq müddət keçmişdir. Bildirmək istəyir ki, hazırkı iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən iddia müddətləri də ötürülmüşdür.

9. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(003)-264/2023 nömrəli iş üzrə 22 fevral 2022-ci il tarixli qətnaməsi ilə ( hakim R.H.Xəzri) iddia təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi öz mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilərək, iddia müddətinin ötürülməsi əsasına görə iddia təmin edilməməlidir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh mübahisələndirilən alqısatqı müqaviləsinin bağlanmasından 10 ildən çox müddətin keçdiyini, bu müddət ərzində ona qarşı hər hansı tələb irəli sürülmədiyini, iddiaçının həmin müqavilənin bağlanmasından məlumatlı olduğunu bildirərək iddia müddətinin tətbiq olunması barədə ərizə vermişdir.

12. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, iş materiallarından görünür ki, iddiaçı özünü mübahisəli avtomobilin əsil sahibi saymır və avtomobilin bacısı qızı Samirə Heydərovaya məxsus olduğu m üəyyən edilmişdir. Lakin iş materiallarından göründüyü kimi, Samirə Heydərova tərəfindən cavabdehə qarşı avtomobillə bağlı hər hansı tələb irəli sürülməmişdir. Bundan başqa iddiaçı cavabdehə avtomobilin idarə olunması və avtomobil üzərində sərəncam verilməsi ilə bağlı etibarnamə vermişdir. Mülki hüquqda nümayəndəyə verilən səlahiyyətin həcminə və məzmununa görə etibarnamənin 3 növü fərqləndirilir: ümumi etibarnamə, -xüsusi etibarnamə, - birdəfəlik etibarnamə. Ümumi etibarnamə odur ki, o, nümayəndəyə əhatə dairəsi geniş və müxtəlif olan Əqdlərin bağlanmasına və digər hüquqi hərəkətlərin yerinə yetirilməsinə səlahiyyət verir. Bu cür etibarnamə adətən, təmsil olunanın əmlakının idarə olunması və ona sərəncam verilməsi üçün verilir. Ümumi etibarnamə imkan verir ki, nümayəndə istənilən 3-cü şəx s qarşısında nümayəndəlik funksiyasını həyata keçirsin, mümkün olan, qanunla nəzərdə tutulan bütün əqdləri bağlasın və digər hüquqi hərəkətləri yerinə yetirsin. Xüsusi etibarnamə odur ki, o, nümayəndəyə müəyyən sahədə və ya eyni növlü bir neçə hüquqi hərəkətin yerinə yetirılməsinə səlahiyyət verir. Birdəfəlik etibarnamə odur ki, o, nümayəndəyə yalnız konkret əqd bağlamaq və digər hüquqi hərəkətləri yerinə yetirmək üçün səlahiyyət verir.

13. Məhkəmə qeyd etmişdir ki, xx.xx.2012-ci il tarixli etibarnamədə cavabdehə mübahisəli avtomobilin idarə olunması ilə yanaşı onun üzərində sərəncam vermək və s. barədə də səlahiyyət verilmişdir. Cavabdeh alqı-satqı müqaviləsini bağlayarkən etibarnamə üzrə verilən səlahiyyətlərdən kənara çıxmamış, səlahiyyət həddini aşmamışdır.

14. Birinci instansiya məhkə məsi hesab etmişdir ki, xx.xx.2012-ci il tarixli etibarnamədə cavabdehə mübahisəli avtomobilin idarə olunması ilə yanaşı onun üzərində sərəncam vermək və s. barədə də səlahiyyət verildiyindən və etibarnamə üzrə verilən səlahiyyətlər etibar edilənə mübahisəli avtomobilə dair qanunla icazə verilən bütün əqdləri bağlamaq hüququ verdiyindən iddiaçının etibar edilənin (təmsil edənin) bağladığı həmin əqdləri onların bağlandığı gündən mübahisələndirmək hüququ olmuşdur. Yəni, əqdin bağlandığı tarix iddiaçının hüququnun pozulduğunu bilməli olduğu gündür. Məhz buna görə də onun üçün iddia müddətinin axımı həmin vaxtdan başlanmışdır. İş materiallarında olan ərizədən görünür ki, cavabdeh hazırkı mübahisəyə əqdlərin etibarsızlığı ilə bağlı iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir.

15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı işdə iddiaçı mübahisəli avtomobilin alqı-satqısından xəbərdar olmuş və mübahisə açmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti buraxmışdır. Cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini, iddianın əsassız olmasına və iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş edir.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

17. Məhkəmə hesab etmişdir ki, mövcud tələb üzrə iddia müddətləri ötürüldüyündən, iddia təmin edilə bilməz. Ona görə ki, iddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan iddiaçı mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş iddia müddəti daxilində mövcud tələb hüququna malik olmuşdur. Odur ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini buraxdığından iddia təmin edilməməlidir.

18. Məhkəmə həmçinin iddiaçının 11250,0 manat məbləğində əldən çıxmış faydanın tələbini də əsassız saymışdır. Çünki sözügedən maddi zərərin tutulması tələbinin təmin olunmaması, bu tələbd ən irəli gələn digər tələblərin dispozitiv şərtlərini də istisna edir.

19. Məhkəmə həmçinin məhkəməyə ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması tələbinə də qiymət verərək, hesab etmişdir ki, iddia tələbi təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli və iddia bu hissədə də təmin edilməməlidir.

20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 373.1, 373.2, 375.2, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 fevral 2022-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1, və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsini yalnız iddia müddətinin keçməsi əsası ilə rədd etmişdir. Bu zaman məhkəmə fikrini belə izah etmişdir ki, iddia iddia müddətinin keçməsi əsası ilə də rədd edilməlidir. Ancaq digər əsasların nədə ifadə edilməsi qətnamədə əks edilməmişdir. İşə baxan hakim tərəflər arasında olan digər mübahisə üzrə məhkəmənin qəbul etmiş olduğu qətnamədən çıxarışları öz qətnaməsində əks etdirməklə kifayətlənmişdir. Məhkəmənin hansı səbəbdən cavabdeh tərəfindən qanunsuz olaraq vəsaiti mənimsəməsinə hüquqi qiymət verilməməsi qeyri-müəyyən qalmışdır. Mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cü r pozuntularının aradan qaldırılması haqqında tələblərinə iddia müddətləri şamil edilmir. Digər məhkəmə aktları ilə müəyyən edilir ki, iddiaçı 2020-ci ildə məhkəməyə müraciət etmiş və alqı-satqının etibarsızlığını tələb etmişdir. Bu zaman məhkəmələr alqı-satqının qüvvədə olması əsası ilə iddianı rədd etmişlər. Bundan sonra iddiaçı pul tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Belə olan halda iddiaçı iddia müddətini ötürməmişdir. Belə ki, alqı-satqı 2012-ci ildə olmuş, iddiaçı isə öz hüquqlarının müdafiəsinə 2020-ci ildən başlamış və məhkəməyə müraciət etmişdir. Hazırkı mübahisə ilə bağlı ümumilikdə iddia müddəti tətbiq edilməli deyil.

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3160/2023 nömrəli mülki iş üzrə 30 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər F.H.Qasımov (sədrlik edən və məruzəçi), F.V.Adıyev və X.Ə.Sarıyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişidirilmədən saxlanılmışdır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

25. İşin halları ilə təsdiq olunur ki, iddiaçının mülkiyyətində olmuş “Kia Sportage minik” markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair cavabdehə etibarnamə verilmiş, cavabdeh nəqliyyat vasitəsinin alqı-sat qı müqaviləsi əsasında qeyd edilən nəqliyyat vasitəsini X5 25000 manata satmışdır. İddiaçı tərəfindən alqı-satqı müqaviləsi mübahisələndirilmiş, lakin, iddia müddəti tətbiq edilməklə iddiası rədd edilmişdir. Daha sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

26. Göstərilən xüsusatlarla təsdiq olunur ki, iddiaçı hazırkı iddianı irəli sürmək üçün subyektiv hüquqa malik olmuşdur.

27. İddiaçı şikayətinin dəlillərində göstərmişdir ki, məhkəmə iddianı yalnız iddia müddətinin keçməsi əsası ilə rədd etməklə kifayətlənməməli, tələbə hüquqi qiymət verməli idi.

28. Avtomobilin iddiaçı tərəfindən cavabdehə verdiyi etibarnamə əsasında satılması, ona avtomobilin satışından əldə olunan pul vəsaitinin ödənilməməsi işin faktiki halları ilə təsdiqini tapır.

29. Qanunvericiliyinin normaları və Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi baxımından qeyd olunmalıdır ki, məhkəmə iddia müddətinin keçməsi əsası ilə iddianı rədd edərkən yalnız iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmaqla kifayətlənməlidir. Çünki, iddia müddəti institunun məqsədi məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaq zərurətindən azad etməkdir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə 07 iyul 2009-cu il tarixli Qərarı). Bu konteksdə tələbin əsaslı olub-olmaması məsələsini isə yalnız işdəki sübutların məcmusu ilə mahiyyəti üzrə baxılan zaman qiymətləndirilmək mümkündür.

30. Şikayətin digər dəlili ondan ibarətdir ki, idd iaçı 2020-ci ildə məhkəməyə müraciət etmiş və alqı-satqının etibarsızlığını tələb etmiş, bu zaman məhkəmələr alqı-satqının qüvvədə olması əsası ilə iddianı rədd etmişlər. Bundan sonra iddiaçı pul tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Belə olan halda iddiaçı iddia müddətini ötürməmişdir. Belə ki, alqı-satqı 2012-ci ildə olmuş, iddiaçı isə öz hüquqlarının müdafiəsinə 2020-ci ildən başlamış və məhkəməyə müraciət etmişdir.

31. Kollegiya bu dəlil ilə də razılaşmayaraq qeyd etmişdir ki, işin hallarından və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən müəyyən olunur ki, iddiaçı alqı-satqı müqaviləsindən elə həmin müqavilənin bağlandığı vaxt məlumatlı olmuşdur, lakin tərəflər arasında mübahisənin yaranması 2020-ci ilə təsadüf edir və iddiaçı məhz bundan sonra məhkəməyə müraciət etmişdir. Be lə olan halda iddia müddətinin axımının başlanğıcı da həmin vaxt olmuşdur. İddiaçı əgər müqavilədən daha sonra xəbərdar olduğunu iddia edirsə, belə olan halda bu halı sübut etmək öhdəliyi də onun üzərinə düşür ki, hazırkı işdə iddiaçı bu barədə ümumiyyətlə sübut təqdim edə bilməmişdir. İddia müddətinin keçməsi, iddiaçının əqd barədə məlumatlı olub-olmaması ilə bağlı hallar qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7554/2021 nömrəli, 29 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə də müəyyən olunmuşdur. Həmin qətnaməyə əsasən iddianın təmin olunması barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-770/2021 nömrəli 21 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi əsaslarından biri də ondan ibarət olmuşdur ki, “...İddiaçının başqa bir dəlili mübaisəli avtomobilin alqı – satqısına dair 2012ci ildə bağlanmış müqavilədən 2020-ci ildə xəbər tutması barədədir. Məhkəmə məhz iddiaçının bununla bağlı izahatını mötəbər sübut kimi qəbul edərək tələb üzrə iddia müddətinin keçmədiyi qənaətinə gəlmişdir.... əqdin bağlandığı tarix iddiaçının hüququnun pozulduğunu bilməli olduğu gündür. Məhz buna görə də onun üçün iddia müddətinin axımı həmin vaxtdan başlanmışdır. Lakin o, öz hüququndan istifadə etməyərək 28 avqust 2012ci ildə bağlanmış müqavilələrin etibarsızlığı barədə 09 dekabr 2020-ci ildə, yəni, 8 ildən sonra sonra iddia qaldırmışdır.... Məhkəmə kollegiyası işin araşdırılan hallarına əsasən müəyyən etdi ki, Cavabdeh və iddiaçının bacısı qızı Samirə Heydərova 2010-cu ildən faktiki nikah münasibətində olmuş, 2020-ci ildə münasibətləri pozulmuşdur. Məhz onların müna sibətləri pozulduqdan sonra İddiaçı hazırkı iddianı qaldırmışdır.”

32. Göründüyü kimi iddia müddəti ilə bağlı məsələyə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə qiymət verilmişdir. İddiaçı 28 avqust 2012-ci ildə bağlanmış müqaviləyə əsasən pul tələbi ilə bağlı iddianı nəinki müqavilələr üçün nəzərdə tutulmuş 3 illik, ümumi iddia müddəti olan 10 il müddət keçdikdən sonra – 06 oktyabr 2022-ci il tarixdə qaldırmışdır.

33. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddianı rədd etməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

34. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

35. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eynilik təşkil etmiş və əlavə olaraq onunla əsaslandırılmışdır ki, apellyasıya instansiya məhkəməsi hazırki iddia üzrə cavabdeh Satıcının adından etibarnamə əsasında çıxış edərək alqı-satqı müqaviləsini imza etmiş və satışdan müəyyən məbləğ əldə etmişdir. Qeyd edilən hal iş materialları və məh kəmə qətnamələri ilə sübuta yetirilmişdir. İddiaçıya (mülkiyyətçiyə) məxsus KİA markalı avtomobil cavabdeh tərəfindən etibarnamə əsasında üçüncü şəxsə satılmışdır. Öncəki məhkəmə qətnamələrinə əsasən satış etibarnamə əsasında həyata keçirilmiş və qanuni olmuşdur. Bu hal mübahisələndirilmişdir. Mübahisənin mahiyyətini satışdan əldə edilən vəsaitin cavabdeh tərəfindən yəni etibar edilən tərəfindən iddiaçı (mülkiyyətçi-etibar edən) şəxsə verilməməsidir. Yəni cavabdeh əldə edilmiş vəsaiti mənimsəyərək iddiaçıya verməmiş və bu halı məhkəmədə etiraf edərək belə əsaslandırmağa cəhd etmişdir ki, qeyd edilən nəqliyyat vasitəsi onun olmuşdur, sadəcə iddiaçının adına rəsmiləşdirilmiş və nəqliyyat vasitəsini satan zaman o belə hesab etmişdir ki, nəqliyyat vasitəsi onun olduğundan əldə edilən pul da on undur və həmin pulu heç kəsə verməli deyil. İşə baxan məhkəmələr qeyd edilən halı və etirafı görməzdən gələrək Mülki Məcəllənin 362.1, 377.1, 384.0.4, 567-ci maddələrini kobud surətdə pozulmasını nəzərə almamış, qeyd edilən maddələri düzgün tətbiq etməmiş, əslində isə faktiki olaraq avtomobilin satışından əldə edilmiş vəsait cavabdeh tərəfindən mənimsənilmişdir ki, bu zərərvurma hesab edilir. Alqısatqı müqaviləsi 2012-ci ilin sentyabr ayının 22-də olsa da bu günə qədər cavabdeh tərəfindən heç bir pul vəsaiti iddiaçıya qaytarılmamışdır. Məhkəmə iddianı yalnız iddia müddətinin keçməsi əsası ilə rədd etmişdir. Halbuki apellyasiya kollegiyası qətnamənin 24-cü bəndində qeyd edir ki, avtomobilin iddiaçı tərəfindən cavabdehə verdiyi etibarnamə əsasında satılması, ona avtomobilin satışından əldə o lunan pul vəsaitinin ödənilməməsi işin faktiki halları ilə təsdiqini tapır. Bu zaman məhkəmə 29-cü bənddə fikrini belə izah etmişdir ki, iddiaçı 28 avqust 2012-ci ildə bağlanmış müqaviləyə əsasən pul tələbi ilə bağlı iddianı nəinki müqavilələr üçün nəzərdə tutulmuş 3 illik, ümumi iddia müddəti olan 10 il müddət keçdikdən sonra – 06 oktyabr 2022-ci il tarixdə qaldırmışdır. Lakin məhkəmə müddət axımını 2012-2022-ci illər üzrə hesablasa da, bu zaman məhkəmə müddət axımını 2020-ci ildə artıq iddiaçının digər iddia qaldırması ilə dayanmasını unutmuşdur. İddiaçı mübahisəli əqd bağlandıqdan sonra ona ödənilməli olan pul vəsaitindən xəbərsiz olmuş, cavabdeh alqı-satqıdan sonra nəqliyyat vasitəsini idarə etmiş, özünün də etiraf etdiyi kimi nəqliyyat vasitəsindən əldə edilən vəsaiti iddiaçıya verməm əli olmasına inanmışdır. 2020-ci ildə iddiaçı ilk əvvəl olmasına inanmışdır. 2020-ci ildə iddiaçı ilk əvvəl əqdi mübahisələndirmişdir. Bu zaman iddia rədd edildikdən sonra həmin əqd əsasında ona ödənilməli olan vəsaiti tələb etmişdir. Yəni ona ödənilməli olan pul vəsaiti, əmlakın dəyərini tələb etmişdir. Belə olan halda iddia müddəti axımı əqdə münasibətdə hesablanarsa 2012-ci ildən 2020-ci ilədək, yəni ilkin iddia irəli sürülən ana qədər hesablanmalı və həmin anda müddət axımı dayanmalıdır. İddiaçıya əmlakın dəyəri ödənilmədiyi halda, bu zərərvurma hesab edilir ki, burada iddia müddətinin tətbiqi əsassızdır. İş materiallarında olan digər məhkəmə aktları ilə müəyyən edilir ki, iddiaçı 2020-ci ildə məhkəməyə müraciət etmiş və alqı-satqının etibarsızlığını tələb etmişdir. Bu zaman məhkəmələr alqı-satqının qüvvədə olması əsası ilə iddianı rədd etmişlər. Bundan sonra iddiaçı pul tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Belə olan halda iddiaçı iddia müddətini ötürməmişdir. Belə ki, alqı-satqı 2012-ci ildə olmuş, iddiaçı isə öz hüquqlarının müdafiəsinə 2020-ci ildən başlamış və məhkəməyə müraciət etmişdir. Qeyd edilən hüquq normasına əsasən isə hazırkı mübahisə ilə bağlı ümumilikdə iddia müddəti tətbiq edilməli deyildi. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən mübahisənin araşdırılması zamanı iş materialları, tərəflərin izahatları düzgün hüquqi qiymət almamışdır. Məhkəmə digər mübahisə üzrə müəyyən edilmiş faktları görməzdən gəlmiş, cavabdehin iddia ərizəsini ümumilikdə qəbul etməməsini və belə olduğu halda iddia müddətinin də tətbiqinin əsassız olmasını u nutmuşdur. Məhkəmə sadəcə digər qətnamələrdəki halları sadalamaqla kifayətlənmişdir ki, bu isə MPM-in tələblərinin kobud şəkildə pozulması və ədalət mühakiməsini həyata keçirən məhkəmənin ciddi pozuntusudur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

37. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.

38. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, h əmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.

39. Maddə 360.2. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.

40. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

41. Maddə 366.2. Etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni v ermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir.

42. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

43. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

44. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir; Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

45. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfi nin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

46. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

47. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Mülki Prosessual Məcəllə

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ka ssasiya baxışının hədləri

53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

54. Kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası hesab edir ki, apellya siya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

56. Belə ki, mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materialları əsasında bu qənaətə gəlmişlər ki, iddiaçı, cavabdehə qarşı pul tələbi üzrə iddia müddətini ötürmüşdür, cavabdeh isə müdafiə vasitəsi kimi iddia müddətinin tətbiqi barədə ərizə vermişdir.

57. Belə olan halda, iddianın rədd edilməsi maddi hüquq normasına uyğun olmuşdur. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddi a müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

58. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

59. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma pre dmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

61. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

62. Göstərilənlər ə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3160/23 nömrəli, 30 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar