Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-403/2019 30.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-403/2019 30 yanvar 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.08.2018-ci il tarixli 2(107)587/2018 saylı qətnaməsindən Cavabdeh3, X2 və Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Şəki rayon məhkəməsinin 20 fevral 2017-ci il tarixli qətnaməsi ilə (hakim E.M.Mehdiyev, iş № 2(075)-232/2017) iddiaçı “xxxx” ASC-nin cavabdehlə r Cavabdeh2 Mövlud oğlu və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası qismən təmin edilərək bankla Cavabdeh1 arasında bağlanmış 30 may 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə yaranmış cəmi 14.468,11 ABŞ dolları məbləğində borcun ödəniş gününə mövcud olan məzənnəyə uyğun olaraq manatla cavabdehlər Cavabdeh4, Cavabdeh3, X3 və Cavabdeh5 müştərək qaydada tutularaq banka verilməsi, Cavabdeh2 Movlud oğlundan kredit borcunun, cərimə və dövlət rüsumunun tutulmasına dair hissədə iddianın təmin olunmaması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 iyun 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər: Ə.T.Məcidov, V.K.Qasımov və M.A.Əsədli, iş № 2(107)-1012/2017) tərəflərin apellyasiya şikayətləri təmin edilməmiş, Şəki rayon məhkəməsinin 20 fevral 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08 noyabr 2017-ci il tarixli qərarı ilə (hakimlər: Ə.A.Mirzəliyev, T.A.Qoldman və G.A.Quliyev, iş № 2(102)7761/17) bankın və Cavabdeh3 kassasiya şikayətləri qismən təmin edilərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 iyun 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə təkrar baxan Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: E.Ş.Hüseynov, R.R.Rəfiyev və İ.H.Şükürov) Şəki rayon məhkəməsinin 20 fevral 2017-ci il tarixli qətnaməsi qismən-Cavabdeh2 Mövlud oğlundan kredit borcu və dövlət rüsumunun tutulmasının rədd olunmasına dair hissədə ləğv edilərək həmin hissədə iddianın qismən təmin olunub digər cavabdehlərlə yanaşı Cavabdeh2 Mövlud oğlundan da müştərək qaydada kredit borcuna görə cəmi 14.468,11 ABŞ dollarının ödəniş günü mövcud olan məzənnəyə uyğun olaraq manatla bankın xeyrinə tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: 30 may 2014-cü il tarixdə bankla Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən Cavabdeh1 illik istifadə dərəcəsi 27 faiz olmaqla 36 ay müddətinə 12.700 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə borclunun öhdəliklərinin təminatı kimi bankla Cavabdeh2 Mövlud oğlu arasında zaminlik müqaviləsi bağlanmışdır. 2016-cı ilin sentyabr ayında bank iddia ərizəsi ilə məhkəmə yə müraciət edərək Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən 08 sentyabr 2016-cı il tarixə kimi cəmi 15.486,61 ABŞ dolları məbləğində borcunun yaranmasını əsas göstərməklə həmin məbləğin borclu və zamindən müştərək qaydada tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə məhkəmədə baxılana qədər borclu Cavabdeh1 07 iyul 2016-cı il tarixdə vəfat etmiş və bununla əlaqədar Şəki rayon məhkəməsinin 13 dekabr 2016-cı il tarixli qərardadı ilə Şəki şəhəri “Qurdlar” məhəllə nümayəndəsinin 20 fevral 2017-ci il tarixli vərəsəliyə dair arayışına əsasən mərhumun arvadı Cavabdeh4, oğlanları N oğlu, Cavabdeh3 və Cavabdeh5 hüquq varisləri kimi cavabdeh qismində cəlb edilmiş və iş üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya ş ikayətinin dəlilləri: İş üzrə cavabdehlər Cavabdeh3, X2 və Cavabdeh5 kassasiya şikayəti verərək onların miras qoyanın vərəsəli kimi mirası qəbul etməmələrini və belə olduqda borcun onlardan tutulmasının qanunsuz olmasını əsas göstərməklə qətnamənin onlara münasibətdə ləğv edilməsi və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh N və vəkili kassasiya şikayətinin təmin olunmasını, iddiaçının vəkili isə kassasiya şikayətinin əsassız olduğundan təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdilər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində Nlar tərəfindən yalnız hüquq varisliyi məsələsinə münasibətdə qətnamənin qanuniliyi mübahisələndirildiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi yalnız həmin hissədə yoxlanılmalıdır. Cavabdehlərə görə onlar mirası qəbul etmədikləri üçün miras qoyanın kreditoru qarşısında maddi məsuliyyət daş ımırlar. İş materiallarından görünür ki, cavabdehlər-N və Cavabdeh5lar kredit müqaviləsi üzrə borclu və miras qoyan Cavabdeh1 övladları olmaqla onun birinci növbə vərəsələridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları birinci növbədə vərəsələr hesab olunurlar. Həmin Məcəllənin 1306.1-ci maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar İşin müəyyən olunmuş hallarından görünür ki, cavabdehlər miras qoyanın övladları kimi onunla birlikdə N saylı evdə yaşamış və atalarının vəfatından sonra da həmin evdə yaşamaqda davam etməklə mirası faktiki qəbul etmişlər. İşin həmin halı Şəki şəhər “Qurdlar” məhəllə nümayəndəsinin yuxa rıda göstərilən vərəsəliyə dair arayışı ilə təsdiq olunur. Mülki Məcəllənin 1243-cü maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır(1243.2) Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.(1243.3) Göstərilən vəziyyətdə cavabdehlərin miras qoyanın hüquqi varisləri kimi cavabdeh qismində işə cəlb olunmaları və borcun eyni zamanda onlardan tutulması qanunun tələbinə uyğun olduğundan kollegiya apellyasiya instansiyası məhk əməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qətnaməni mübahisələnirilən hissədə qanuni və əsaslı sayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 14 avqust 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-403/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-403/2019
30.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver