Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-403/2021 27.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçılar: İddiaçı1, XXXqızı Cavabdeh: “Yeni Azərbaycan” Partiyası İddia tələbi: Dəymiş zərərin əvəzinin ödənilməsi tələbi Açar sözlər: ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, İddiaçı1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3807/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və cavabdeh “Yeni Azərbaycan” Partiyası tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları “Yeni Azərbaycan” Partiyasını Pirallahı rayon təşkilatına məxsus, texniki cəhətdən saz vəziyyətdə olan “Nissan Sentra” markalı avtomobil yol vərəqəsi əsasında X12 tərəfindən idarə edilən zaman, xx xxxxxxxx 2016-cı il tarixdə Pirallahı-Qala yolu ilə Qala qəsəbəsi istiqamətində hərəkətdə olarkən, sürücü “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum surətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə zidd olaraq 60 km/saat surətlə idarə edər ək həmin yolun Dübəndi bağ massivindən keçən hissəsində göstərilən Qanunun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq qarşıda piyada keçidi ilə yolu keçən piyada X5 vurmuş, hadisə nəticəsində piyada X6 həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər dəyməklə xəstəxanaya aparılarkən yolda ölmüşdür. Birinci və apelyasiya instansiyası məhkəmələrində icraat İddiaçı1 və XXXqızı “Yeni Azərbaycan” Partiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəfn xərcləri qismində 35.000 manat, mənəvi zərər qismində 250000 manat və son iki illik məhkəmə prosesində çəkilmiş maddi zərər 5500 manat pulun alınaraq, İddiaçı1, xx.xx.2015-ci ildə anadan olmuş X7 yetkinlik yaşına çatanadək və əyani formada təhsil üzrə təhsil müəssisələrinə daxil olacağı təqdirdə təhsil aldığı müddət bitənədə k hər ay 1452,05 manat, xx.xx.2015-ci ildə anadan olmuş X7 14 yaşına çatanadək ona qulluq edilməsi üçün hər ay 500 manat, mənəvi zərərə görə 250000 manat alınaraq X3 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2416/2018 nömrəli iş üzə xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim M.A.Bağırova) iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 1096, 1097.1, və 1108.1-ci maddələrinə istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia əsl olmayan cavabdehə qarşı verildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən əsassızdır və təmin edilməməlidir. İddiaçılar həmin qətnamədən verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və pr osessual hüquq normalarının pozulması ilə çıxarıldığından ləğv edilməli və iddianın təmin edilməsi ilə bağlı yeni qətnamə qəbul edilməlidir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-12225/2018 nömrəli iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Q.Hüseynov, A.N.İmanov, V.N.Sadıqov) cavabdehin apelyasiya şikayəti təmin olunmamış, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbinin faktiki əsası, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. İddiaçılar həmin qətnaməni kassasiya qaydasında mübahisələndirmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3549/2019 saylı iş üzrə xx xxx 2019-cu il tarixli qərarı ilə (hakimlər İ.R.Xələfov, Q.Ə.Allahverdiyev və Ə.Ə.Şadiyev) iddiaçıların kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin apellyasiya instansiya məhkəməsinə qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsinin qərarında göstərilmişdir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən mübahisəyə Mülki Məcəllənin 5.1, 43.1, 53.1, 53.2, 53.3 və 1108.1-ci maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9786/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.Ə.Sarıyev, V.T.Həsənov, Ş.A.Məmmədova) iddiaçların apelyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia qis mən təmin edilmiş, cavabdehdən İddiaçı1 xeyrinə dəfn xərclərinə görə 6133 manat, mənəvi zərərə görə 1000 manat, cəmi 7134 manat məbləğində pulun tutulması, cavabdehdən XXXqızının xeyrinə xx.xx.2015-ci il təvəllüdlü X1 üçün uşaq 18 yaşına çatanadək, xx xxxx 2018-ci il tarixdən başlayaraq hər 160 manat məbləğində pulun tutulması, cavabdehdən XXXqızının xeyrinə 1000 manat mənəvi zərərin tutulması qət edilmiş, iddia qalan hissələrdə rədd edilmişdir. Apelyasiya instansiya məhkəməsi Mülki Məcəllənin 5.1, 43.1, 53.1, 53.2, 53.3 və 1108.1-ci maddələrini rəhbər tutaraq, iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, yüksək təhlükə mənbəyi olan “Yeni Azərbaycan” Partiyası Pirallahı rayon təşkilatının mülkiyyətində olan “Nissan Sentra” markalı avtomobili qanuni əsasla idarə edən sürücüsü X12 tər əfindən törədilmiş yol-nəqliyyat hadisəsi zamanı piyada X9 aldığı xəsarətlərdən vəfat etmişdir. Göründüyü kimi, “Yeni Azərbaycan” Partiyası Pirallahı rayon Təşkilatı yüksək təhlükə mənbəyinin mülkiyyətçisi olsa da, hüquqi şəxs deyildir, filial olmaqa, iddiaya cavab verməli olmayan şəxdir. Hazırki halda, “Yeni Azərbaycan” Partiyası hüquqi şəxs olmaqla, iddiaya cavab verən şəxsdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-8496/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər S.F.Hacıyev, Q.A.Əsgərov və E.R.Vəliyeva) İddiaçı1 kassasiya şikayəti təmin edilməmiş, XXXqızının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019cu il tarixli qətnaməsi uşağın saxlanılması üçün pulun tutulması tələbinin t əmin edilməmiş hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsinin qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi uşağın saxlanması üçün pulun tutulması tələbinin təmin edilməmiş hissəsində haqlı olmamış, həmin hissədə maddi və prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3807/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.C.Kazımov, A.Ə.İsgəndərov, İ.Ə.Kərimli) XXXqızının apelyasiya şikayəti qismən təmin edilmiş, qətnamə qismən, xx.xx.2015-ci ildə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün pulun tutulması hissəsinin rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia qis mən təmin edilmiş, cavabdehdən xx.xx.2015-ci ildə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxx 2018-ci il tarixdən başlayaraq hər ay 363 manatın tutularaq XXXqızına ödənilməsi qət edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, mərhum X2 qazancı 1452 manat təşkil etmişdir. Mərhumunun ölməsi ilə əlaqədar professional əmək qabiliyyətini itirməsi dərəcəsi 100% olduğundan, Mülki Məcəllənin 1119.1-ci maddəsinə əsasən itirilmiş qazanc (gəlir) 1452,05 manat təşkil edir. Mülki Məcəllənin 1122.1-ci maddəsinin tələbinə əsasən ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan şəxslərə zərərin əvəzi ölənin bu Məcəllənin 1119-cu maddəsinin qaydalarına əsasən müəyyənləşdirilmiş qazancının (gəlirinin) o hissəsi miqdarında ödənilir k i, həmin hissəni onlar ölənin sağlığında öz dolanacaqları üçün alırdılar və ya almaq hüququna malik idilər. Bu halda, xx.xx.2015-ci ildə doğulmuş X8 yetkinlik yaşına çatanadək mərhum X2 olan qazancının(gəlirinin) o hissəsi ödənilməlidir ki, həmin hissə ən azından atasının sağlığında dolanacığı üsün ona sərf olunurdu yaxud qeyd olunan məbləği uşaq almaq hüququna malik idi. Ailə Məcəlləsinin 76-cı maddəsinin tələbinə əsasən də aliment ödənilməsi barədə razılıq olmadıqda məhkəmə tərəfindən 1 uşağa görə-qazancın və(və ya) valideynlərin başqa gəlirlərinin hər ay dörddə bir hissəsi miqdarında aliment tutulur. Bu meyar da nəzərə alınsa xx.xx.2015-ci ildə doğulmuş X10 yetkinlik yaşına çatanadək mərhum X4 qazancının (gəlirinin) ən azı bu hissəsini almaq hüququna malik idi. Kassasiya şikayətlərini n dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçılar kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini məzmunca apellyasiya şikayətinə uyğun əsaslandırmışlar. Cavabdeh isə kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini “cavabdehdən xx.xx.2015-ci ildə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxx 2018-ci il tarixdən başlayaraq hər ay 363 manatın tutularaq XXXqızına ödənilməsi hissəsində mübahisələndirərək, həmin məbləğin 160 manat məbləğində müəyyən edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçılar kassasiya şik ayətinə qarşı yazılı etiraz vermişlər. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iddiaçı vəkilsiz iştirak etmişdir. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhk əməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı və cavabdehin kassasiya şikayəti əsasında yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1122.1-ci maddəsinə əsasən, ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan şəxslərə zərərin əvəzi ölənin bu Məcəllənin 1119-cu maddəsinin qaydalarına əsasən müəyyənləşdirilmiş qazancının (gəlirinin) o hissəsi miqdarında ödənilir ki, həmin hissəni onlar ölənin sağlığında öz dolanacaqları üçün alırdılar və ya almaq hüququna malik idilər. Həmin şəxslərə ödənilən zər ərin əvəzi müəyyənləşdirilərkən ölənin gəlirinin tərkibinə qazanc (gəlir) ilə yanaşı onun sağlığında aldığı pensiya və digər bu cür ödənclər də daxil edilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmi n olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Proessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-403/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-403/2021
27.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver