Məhkəmə qərarları › İş №2(102)-403/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-403/2022

18.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-403/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul olunmasına dair qərardadın ləğv olunması və işin kassasiya baxışından çıxarılması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1899/2021 nömrəli iş üzrə 27 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı QSC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 yanvar 2021-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 31.10.2018-ci il tarixli № 001L**********46 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən X1 120 ay müddətinə 100000 manat məbləğində kredit xətti açılmışdır. 31.10.2018-ci il tarixli № 001R********** saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı QSC-dən 24 ay müddətinə aylıq faiz dərəcəsi 2.1667 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 manat məbləğində kredit almışdır. 31.10.2018-ci il tarixli № 001S**********02 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 ilə İddiaçı QSC arasında 31.10.2018-ci il tarixli № 001L**********46 saylı kredit müqaviləsi və həmin müqavil ənin tərkib hissəsi olan kredit razılaşması üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə zaminlik müqaviləsi bağlanmışdır. 11.02.2020-ci il tarixli 2095 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 31.10.2018-ci il tarixli № 001R********** saylı kredit razılaşması üzrə İddiaçı QSC-yə 30.01.2020-ci il tarixə 3816,82 manat əsas, 541,66 manat faiz və 920,55 manat cərimə olmaqla, ümumilikdə 5279,03 manat borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 001R********** saylı kredit razılaşması üzrə 3816,82 manat məbləğind ə kredit borcu, 541,66 manat məbləğində faiz borcu və 920,55 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 5279,03 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 31.10.2018-ci il tarixli 001L**********46 saylı uzunmüddətli kredit müqaviləsinin və 31.10.2018-ci il tarixli 001R********** saylı kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 001R********** saylı kredit razılaşması üzrə 3816,82 manat məbləğində kredit borcu, 541,66 manat məbləğində faiz borcu və 920,55 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 5279,03 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 31.10.2018-ci il tarixli 001L**********46 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 100000 manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 31.10.2018-ci il tarixli 001R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 manat məbləğində kredit götür müşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 08.07.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 1183,18 manat ödəmiş, onun 3816,82 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçü n 30.01.2020-ci il tarixə 206 gün üçün hesablanmış faiz borcu 541,66 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. 30.01.2020-ci il tarixə 206 gün üçün hesablanmış cərimə 920,55 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cav abdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Odur ki, iddiaçının nümayəndəsi iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Şamaxı Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Hümbətov, iş № 2(074)-303/2020) iddia qismən təmin olunaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 001R********** saylı kredit razılaşması üzrə 3816,82 manat məbləğində kredit borcu, 541,66 manat məblə ğində faiz borcu və 10 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 4368,48 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumunun tutulması, 31.10.2018-ci il tarixli 001L**********46 saylı uzunmüddətli kredit müqaviləsi və 31.10.2018-ci il tarixli 001R********** saylı kredit razılaşmasının ləğv edilməsi, iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər L.Məmmədova (sədrlik edən və məruzəçi), T.Quliyev və G.Tağızadə, iş № 2(105)-1899/2021) Cavabdeh2 apellyasiya şikayəti təmin edilərək, Şamaxı Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 2(074)-303/2020 saylı qətnaməsinin mübahisələndirilən hissədə - iddianın Cavabdeh2 qarşı təmin edilən hissəsində ləğv edilməsi, iddia tələbinin Cavabdeh2 dair hissədə təmin edilməməsi qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri İddiaçı QSC (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)1899/2021 nömrəli iş üzrə 27 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və 1-ci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 402.1-ci maddəsinə əsasən mül ki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 407.1.-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir: 407.1.1.-ci maddəsinə əsasən şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 407.1.2.-ci maddəsinə əsasən şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən dig ər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 407.1.3.-cü maddəsinə əsasən şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti; 407.1.4.-cü maddəsinə əsasən şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması; 407.1.5.-ci maddəsinə əsasən şikayətə əlavə edilən sənədlərin siyahısı. 407.2.-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının s übut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. 409-cu maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin təl əblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir 417.1.7-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması müəyyən edərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Hazırki iş üzrə müəyyən edilmişdir ki, iddiaçı məhkəmədə iddia tələbi irəli sürərək, cavabdehdən 5279,03 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfin dən cəmi 4368,48 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumu tutulmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apellyasiya şikayəti verməmişdir. Hazırda iddiaçı apellyasiya insansiyası məhkəməsinin qətnaməsindən zaminə münasibətdə iddianın rədd edilməsi hissəsini mübahisələndirir. Məhkəmə kollegiyası Mülki Proessual Məcəllənin 402-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iddianın qismən təmin edilmiş hissəsi 5000 manatdan az olduğundan (4368,48 manat) qətnamədən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, Ali Məhkəmənin Mülki kollegiyasının 26 noyabr 2021-ci il tarixli 2(102)-7027/2021 nömrəli işin icraata qəbul edilməsinə dair qərardadı ləğv edilərək kassasiya şikayəti məhkəmə baxışından çıxarılaraq ger i qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 402, 407, 417.1.7-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı QSC Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)1899/2021 nömrəli iş üzrə 27 iyul 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 26 noyabr 2021-ci il tarixli 2(102)-7027/2021 nömrəli qərardadı ləğv edilsin. Mülki iş məhkəmə baxışından çıxarılsın. Kassasiya şikayəti qeyri-mümkün hesab edilərək mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar