Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4030/2019 21.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-6001/2018 nömrəli iş üzrə 25 iyul 2018ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim T.B.Axundov) 2(004)-7727/2017 nömrəli, 16 noyabr 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı1 və İddiaçı2 Cavabdeh1, Cavab deh2 və Cavabdeh3 qarşı iddiası qismən təmin edilməsi, cavabdehlərdən birgə qaydada avtomobilin ödənilməmiş dəyəri üzrə 10.000 ABŞ dolları və faiz üzrə 2.796 ABŞ dolları olmaqla, cəmi 13.188 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş gününə manata olan məzənnəsi ilə alınaraq İddiaçı2 verilməsi, iddia qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Ş.Vəliyev (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və E.M.Həsənov) 2(103)-6001/2018 nömrəli, 25 iyul 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilməsi, Yasamal Rayon Məhkəməsinin 16 noyabr 2017-ci il tarixli qətnaməsi qismən ləğv edilməsi, ilkin iddia qismən təmin edilməsi, cavabdehlərdən birgə qaydada avtomobilin ödənilməmiş dəyəri üzrə 10.000 ABŞ dolları və faiz üzrə 2.796 ABŞ dolları olmaqla cəmi 13.188 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş gününə manata olan məzənnəsi ilə alınaraq İddiaçı2 verilməsi qət edilməsi, iddia qalan hissədə və Cavabdeh3 “qəbzin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın (hakimlər G.A.Quliyev (sədrlik edən və məruzəçi) Ə.A.Mirzəliyev və İ..Xələfov) 2(102)-8301/2018 nömrəli iş üzrə 06 dekabr 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyul 2018-ci il tarixli qətnaməsi Cavabdeh3 münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İŞİN HALLARİ: İddiaçı1 və İddiaçı2 Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «borcun və hesablanmış fai zlərin tutulması» tələbinə dair ilkin iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2012-ci il tarixdə İddiaçı1, öz oğlu X3 (indiki adı İddiaçı2) tapşırığı ilə Orxanın mülkiyyətində və Yusifin sahibliyində və istifadəsində olan “Mersedes Benz” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq və əldə olunacaq pulu banka əmanət kimi yerləşdirərək, ildə 12 faiz fayda əldə etmək qərarına gəlmişlər. Bununla bağlı olaraq, Yusif tanışı Cəfərov Nazim oğlunun vasitəsi ilə Cavabdeh1 ilə tanış olmuş və həmin avtomobili Nazimlə birlikdə apararaq Zöhrabın fəaliyyət göstərdiyi maşın salonuna qoymuşdur. Zöhrab avtomobili 35.000,00 ABŞ dollarına satacağı və pulunu Yusifə verəcəyi barədə Yusi fə söz vermişdir. Təxminən 2-3 ay sonra Zöhrab Yusifin mobil telefonuna zəng edərək, nəqliyyat vasitəsini 33.000,00 ABŞ dollarına almaq istəyən olduğunu, həmin şəxsin 13.000,00 ABŞ dollarını nağd şəklində, yerdə qalan pulu isə «Kia Ceed» markalı minik avtomobili vermək niyyətində olduğunu bildirmişdir. Yusif, Zöhraba bildirmişdir ki, Yusifə təcili olaraq pul lazımdır, ona görə də Yusif maşınının qarşılığında heç bir nəqliyyat vasitəsi istəmir. Zöhrab Yusifi inandırmışdır ki, əgər Yusif qalan pulun əvəzində «Kia Ceed» markalı maşını almağa razılaşarsa, Zöhrab bir həftə ərzində «Kia Ceed» markalı nəqliyyat vasitəsini satıb əvəzində 20.000,00 ABŞ dolları pulu Yusifə verəcək. Beləliklə, Yusif Zöhrabla maşını bu şərtlərlə satmağa razılaşmışdır. Bundan sonra, X2 görüşərək Orxana 13.000,00 ABŞ dolları pul vermişdir. Lakin Yusiflə olan razılaşmasına zidd olaraq, həmin vaxtdan bir həftə keçməsinə baxmayaraq, pulun qalan 20.000,00 ABŞ dolları hissəsini nə Yusifə, nə də Orxana verməmişdir. Yusif həmin pulu dəfələrlə həm telefon, həm də Zöhrabın fəaliyyət göstərdiyi avtosalona getməklə Zöhrabdan tələb etmişdir. Aralarında olan razılaşmadan 7-8 ay keçdikdən sonra, növbəti dəfə Zöhrabın fəaliyyət göstərdiyi avtosalona baş çəkdiyi zaman Zöhrab Yusifə həmin pulu verməkdən imtina etmiş, amma əvəzində Yusifə maşın verməyi təklif etmişdir. Yusif bu təklifdən imtina edərək, pulu tələb etmişdir. Zöhrab Yusifə söz vermişdir ki, bir həftə ərzində təklif etdiyi maşını satıb pulunu Yusifə verəcəkdir. Lakin növbəti həftələrdə əlaqə saxlasa da, Zöhrab müxtəlif bəhanələr gətirərək pulu Yusifə vermək dən boyun qaçırmışdır. Yusif dəfələrlə Zöhrabın telefon nömrəsinə zəng etmiş, lakin Zöhrab onun zənglərinə cavab verməmişdir. Yalnız 04.06.2017-ci il tarixdə, Cavabdeh1 Yusifə borclu olduğu pulu tezliklə ödəyəcəyi barədə Yusifin mobil telefonuna SMS göndərmişdir. 2014-cü ilin əvvələrində Yusifin mobil telefonuna ***-***-**-** saylı mobil nömrədən Cavabdeh3 adlı şəxs zəng etmiş və Yusiflə görüşərək Zöhrabın borclu olduğu pulu verəcəyini bildirmişdir. 10.02.2014-cü il tarixdə Cavabdeh3 və Cavabdeh2 adlı şəxslər Xaçmaz şəhərində 1 saylı Notariat kontorunda Yusifə qəbz verərək “Mersedes Bens” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə Yusifə borclu olduqları 20.000,00 ABŞ dolları pulu 10.04.2014-cü ilədək ödəməyi öz öhdələrinə götürmüşlər. 2014-cü ilin may ayında Yusif Seymurl a və Qoşunla görüşmüşdür. Sonuncular Yusifə 10.000,00 ABŞ dolları pul vermişlər, qalan 10.000,00 ABŞ dollarını isə 2014-cü ilin iyul ayının axırına kimi verəcəklərinə söz vermişlər. O vaxtan etibarən bu günədək onlar Cavabdeh1 borclu olduğu 10.000,00 ABŞ dolları pulu nə Zöhrabdan, nə də Seymur və Qoşundan ala bilməmişlər. Dəfələrlə müraciətinə baxmayaraq ona yalandan vədlər verilmiş, lakin borc ödənilməmişdir. Məsələ ilə bağlı, Yusif Cavabdeh1 barəsində Xətai rayon prokurorluğuna aldadıldığı barədə ərizə vermişdir. Onun ərizəsi əsasında 04.06.2016-cı il Xətai rayon prokuorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmış, ibtidai istintaqın aparılması Xətai RPİ-nin İstintaq Şöbəsinə tapşırılmış, 20.07.2016-cı il tarixdə Cavabdeh1 tutu lmuş, 22.07.2016-cı il tarixdə azad olunmuş, cinayət təqibi üzrə icraata 26.08.2016-cı il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsi ilə xitam və Yusifə mülki qaydada məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Ona görə də, onlar cavabdehlərdən onlara olan borcun, həmin borc üzrə əldən çıxmış faydanın faiz dərəcəsi məbləğinin ödənilməsini tələb edirlər. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 10.000,00 ABŞ dollarını qaytarmamaqla onlara külli miqdarda ziyan vurmuşlar. Belə ki, Cavabdeh1 Adil oğlu 10.000,00 ABŞ dollarını onlara vaxtında, yəni 2012-ci ilin yanvar ayında qaytarsaydı onlar pulu banka əmanət kimi yerləşdirərək ildə 12 faizi məbləğində fayda əldə edərdilər. Bu isə, ildə ən azı 1.200,00 ABŞ dolları olmaqla, 2012-ci il yanvar ayından avqust ayına qədər 5 il 7 ay müddəti üçün 6.840,00 ABŞ dolları təşkil edir (1.200,00x5,7=6.840,00). Bundan əlavə olaraq nəzərə alaraq ki, Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankının təyin etdiyi illik uçot faiz dərəcəsi 2012-ci ilin yanvar ayından 2016-cı ilin mart ayına olan dövr (13 ay) ərzində illik 5%-dən çox olmamış, 2016-cı ilin mart-iyul ayları ərzində 7%, 2016-cı ilin avqust ayı ərzində 9,5%, 2016-cı ilin sentyabr ayından etibarən indiyə qədər olan dövr ərzində isə illik 15% olmuşdur. Cavabdehlər 10.000,00 ABŞ dolları pul məbləğini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, ödənilməsini gecikdirməklə ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən onlara 2.287,00 ABŞ dolları məbləğində pul ödəməlidirlər. (541,6+291,6+79,1+1.375– 2.287,3). Cavabdehlər iddiaçılarla aralarında olan razılaşmaya zidd olaraq, 2012-ci ilin yanvar ayında iddiaçılardan aldıqları “Mersedes Benz” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilin əvəzində iddiaçılara verməli olduqları pulun 10.000,00 ABŞ dolları hissəsini indiyə qədər verməmişlər. Ona görə də, onlar cavabdehlərdən onlara olan borcun, həmin borc üzrə əldən çıxmış faydanın və illik uçot faiz dərəcəsi məbləğinin ödənilməsini tələb edirlər. Əldən çıxmış fayda: cavabdehlər onlara olan borc üzrə 10.000,00 ABŞ dollarını vaxtında, yəni 2012-ci ilin yanvar ayında qaytarsaydılar, onlar həmin pulu banka əmanət kimi yerləşdirərək ildə 12 faizi məbləğində fayda əldə edəcəkdilər. Bu isə, ildə ən azı 1.200,00 ABŞ dolları olmaqla, 2012-ci il fevral ayından etibarən 2017-ci il sentyabr ayına qədər, 5 il 7 ay müddət üçün 6.800,00 ABŞ dolları təşkil edir. 1.200,00x5 (il)=6.000,00+ 800,00 (8 ay)=6.800,00; cəmi=6.800,00 ABŞ dolları. Bundan əlavə olaraq nəzərə alaraq ki, Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankının təyin etdiyi illik uçot faiz dərəcəsi 2012ci ilin fevral ayından, 2016-cı ilin fevral ayına qədər olan dövr (4 il) ərzində illik 5%-dən çox olmamış, 2016cı ilin mart-iyul ayları (5 ay) ərzində 7%, 2016-cı ilin avqust ayı (1 ay) ərzində 9,5%, 2016-cı ilin sentyabr ayından etibarən indiyə qədər olan dövr (11 ay) ərzində isə illik 15% olmuşdur. Cavabdehlər 10.000,00 ABŞ dolları pul məbləğini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla və onun ödənilməsini gecikdirməklə ondan faydalan mağa görə həmin vəsaitin məbləğindən onlara 2.287,00 ABŞ dolları məbləğində pul ödəməlidirlər. Beləliklə, 2012 fevral-2016 fevral dövrü üçün: 4 (il) x 500 (əsas borcun 5%) = 2,000,00; 2016 mart-iyul dövrü üçün: 5 (ay) x 58,33 (əsas borcun illik 7%-nin 5 aylıq hissəsi) = 291,66; 2016-cı ilin avqust dövrü üçün: əsas borcun illik 9,5%-nin bir aylıq hissəsi = 79,16; 2016-cı ilin sentyabr-2017-ci il sentyabr: əsas borcun illik 15% = 1.500,00; cəmi = 2.000,00 + 291,66 +79,16 + 1.500,00 = 3.870,82. Göstərilənlərə əsasən, cavabdehlər X1, Cavabdeh3 və Cavabdeh2 10.000,00 ABŞ dolları məbləğində real ziyanın, 6.800,00 ABŞ dolları məbləğində əldən çıxmış faydanın, 3.870,00 ABŞ dolları məbləğində uçot faiz dərəcəsi məbləğinin və 30,00 manat dövlət rüsumunun, ümumilkdə 20.670,00 ABŞ dolları məbləğində p ul vəsaitinin və 30,00 manat dövlət rüsumunun müştərək qaydada alınaraq İddiaçı1 və İddiaçı2 müştərək qaydada verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı Cavabdeh3 İddiaçı1 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, qeyd olunan qəbzi Zöhraba kömək etmək məqsədilə vermişdir, onun heç bir borcu yoxdur və pulu Zöhrab ödəməlidir. Lakin Zöhrabın nümayəndəsi həqiqəti əks etdirməyən izahatlar verir. Hətta, Zöhrabın telefonla göndərdiyi SMS mətni iş materiallarına əlavə olunmuşdur. Göstərilənlərə əsasən, 10.02.2014-cü il tarixli qəbzin etibarsız hesab olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİ N DƏLİLLƏRİ Cavabdeh Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)6001/2018 nömrəli iş üzrə 25 iyul 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasında İddiaçı2 və Cavabdeh1 vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyasında onların izahatları dinlənilmədi. M əhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)6001/2018 nömrəli iş üzrə 25 iyul 2018-ci il tarixli qətnaməsi cavabdeh Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktların a təsir göstərə bilər. İş materiallarında olan: ƏN-İİ Ns 883472 saylı, 15.01.2010-cu il tarixli etibarnamənin surətindən aydın olur ki, Cəlilli (Cəlil) Orxan Yusif oğlu 07.01.2010-cu il tarixli, AB Nq 346774 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən mülkiyyətində olan “Mercedes Benz” E 350 minik markalı **-HB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etməyi, qeydiyyatdan çıxarmağı, qeydiyyata salmağı, bağışlamağı, ipoteka qoymağı, üzərində sərəncam verməyi bu tapşırığın yerinə yetirilməsilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi, səlahiyyətlərin başqa şəxsə verilməsinin mümkünlüyü ilə 30 il müddətinə 15.01.2040-cı il tarixədək İddiaçı1 etibar etmişdir. 10.02 2014-cü il tarixdə Xaçmaz 1 saylı notariat kontorunda təsdiq olunmuş qəbzdən aydın olur ki, Cavabdeh3 və Cavabdeh2 2012-ci ilin yanvar ayında onların avtosalonunda satılmış İddiaçı1 məxsus 2006-cı il buraxılışlı “Mersedes Benz” avtomobilin dəyərindən borclu qaldıqları 20.000,00 ABŞ dolları pulu birlikdə 10 aprel 2014-cü tarixədək qaytaracaqlarına dair öhdəlik götürmüşlər. Bakı şəhəri Xətai RPİ-nin İstintaq Şöbəsinin cinayət işi üzrə icraata xitam verilməsi haqqında 26 avqust 2016-cı il tarixli qərarı ilə ********* saylı cinayət işi üzrə icraata xitam verilmişdir. Həmin vaxt şübhəli şəxs qismində dindirilmiş Cavabdeh1 Sahab oğlu bildirmişdir ki, 2010-cu il tarixdən 2014-cü il tarixədək Xətai rayonu, Babək prospektində yerləşən avtosalon işlətmişdir. “Mersedes Bens” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobil salonda satdığa qoyulmuş dur. Təxminən 2011-ci ilin sonlarında İddiaçı1 ilə danışıb avtomobili dəyişmək yolu ilə, yəni 13.000,00 dollar əvvəlcədən ödəməklə, yerdə qalan 20.000,00 dolların əvəzinə isə «Kia Ceed» markalı avtomobil verdiyini demiş, İddiaçı1 demişdir ki, ona pul lazımdır satıb pulunu verər. “Mersedes Benz” markalı avtomobili «Kia Ceed» markalı avtomobillə dəyişmiş və üstündə “Kia”-nın sahibindən 13.000,00 dollar pul almışdır. Səhərisi gün, Nərimanov rayonunda yerləşən Atatürk parkının qarşısında X6 ilə görüşüb 13.000,00 dollar pulu ona vermiş, qalan 20.000,00 dollar pulu isə barter edib, aldığı avtomobili satdıqdan sonra verəcəyini demişdir. Yeni barter edərək aldığı avtomobil 3-4 ay salonda qalmış, avtomobilin satılmadığını görüb Nazimə zəng edib bildirmişdir ki, avtomobil satılmır, istəyirsə Orxanın atası İddiaçı1 gəlib baxsın və özü sürsün. İddiaçı1 onun salonuna Nazimlə birlikdə gəlib avtomobilə baxmış, həmin avtomobildən başqa salonda olan 20.000,00 dollar dəyərində avtomobilləri göstərmiş və istədiyini götürməsini demişdir. Lakin İddiaçı1 razılaşmamış və pulunun verilməsini istəyib salondan getmişdir. Bundan bir neçə müddət sonra, 2012-ci ilin aprel-may aylarında Elşən adlı maşın alverçisi Rafiq adlı bir nəfəri gətirərək maşını ona satmaq istədiyini demiş, razılaşmamış, lakin onunla bərabər işləyən Seymur maşını ona satmasını təkid etmişdir. Seymur şəriki olduğu üçün onunla razılaşmalı olmuş, maşını 20.000,00 dollara satmağa razılaşmışlar. Elşən Seymura 3.000,00 dollar pul vermiş, qalan 17.000,00 dolları isə bir ay müddətnə verəcəyini demişdir. Bir müddətdən sonar, Seymur ona Kia -nı satdığı Rafiq adlı şəxsin rəhmətə getdiyini demiş, İddiaçı1 pulu necə verəcəyini soruşduqda Seymur narahat olmamasını, onun pulunu özünün danışıb verəcəyini demişdir. Seymurdan, İddiaçı1 pulunu verib vermədiyini soruşduqda, Seymur ona İddiaçı1 ilə görüşdüyünü və hər şeyi qaydasına qoyduğunu demişdir. Seymura inanmış, lakin sonradan polisə çağrılanda Seymurun onu aldatdığını, İddiaçı1 pulun hamısını vermədiyini öyrənmişdir. «Zohrab Avtosalon» abunəsi tərəfindən 04 iyun (bazar günü) saat 13:58-də göndərilmiş ismarıcda: «Salam Yusif mellim, muqeddes Ramazan ayiniz da mubarek. Bakida deyilem insallah gelib sizinle gorusecem. Bu ay o lotoreyanni goturub gorusecem sizinle. Bir az da sebr eleyin, xais edirem.» sözləri qeyd edilmişdir. Cavabdeh1 iddiaçılar qarşısında hər hansı borc öhdəliyi ol madığına dair iddiaya etirazındakı dəlilləri, onun Bakı şəhəri Xətai RPİ-nin İstintaq Şöbəsinin 26 avqust 2016-cı il tarixli qərarı ilə xitam verilmiş ********* saylı cinayət işi üzrə verdiyi ifadəsi ilə təkzib edilmişdir. Cavabdeh1 Bakı şəhəri Xətai RPİ-nin İstintaq Şöbəsinin 26 avqust 2016-cı il tarixli qərarındakı ifadəsindən aydın olur ki, “Mersedes Benz” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun 2010-cu il tarixdən, 2014-cü il tarixədək işlətdiyi avtosalonda satışa qoyulmuşdur. Cavabdeh1 nəqliyyat vasitəsini dəyişmək yolu ilə, yəni 13.000,00 ABŞ dolları pul və yerdə qalan 20.000,00 ABŞ dollarının əvəzinə «Kia Ceed» markalı nəqliyyat vasitəsinin verilməsi ilə “Mersedes Bens” markalı, **-HB*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satılmasını etibarnam ə ilə idarəçi İddiaçı1 təklif etmiş, lakin sonuncu ona pul lazım olduğunu demişdir. Cavabdeh1 “Mersedes Bens” markalı nəqliyyat vasitəsini «Kia Ceed» markalı nəqliyyat vasitəsi ilə dəyişmiş və üstündə “Kia Ceed” markalı nəqliyyat vasitəsinin sahibindən 13.000,00 ABŞ dolları pul almış və səhəri həmin pulu İddiaçı2 vermiş, qalan 20.000,00 dollar pulu isə barter edib, aldığı nəqliyyat vasitəsini satdıqdan sonra verəcəyini demişdir. Sonradan da, yalnız Cavabdeh1 «Kia Ceed» markalı avtomobili və ya həmin avtomobildən başqa salonda olan 20.000,00 ABŞ dolları dəyərində digər avtomobili İddiaçı1 göstərib və istədiyini götürməsini demişdir. Lakin İddiaçı1 razılaşmamış və pulunun verilməsini istəyib salondan getmişdir. 2012-ci ilin aprel-may aylarında «Kia Ceed» markalı avtomobili də Rafiq adlı şəxs ə Cavabdeh1 özü satmış, bunu şəriki olan Seymurun bu barədə təkid etməsi ilə əsaslandırmışdır. Göründüyü kimi “Mersedes Benz” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısı, bilavasitə Cavabdeh1 tərəfindən həyata keçirildiyindən, digər cavabdehlərin sonradan avtomobilin alqısatqısı ilə əlaqədar yaranmış borcun ödənilməsinə dair öhdəliyi öz üzərlərinə götürmələri, Cavabdeh1 avtomobilin alqı-satqısı üzrə ödənilməmiş dəyərinə görə yaranmış borcun ödənilməsi öhdəliyindən azad edilməsinə əsas ola bilməz. Belə ki, Cavabdeh2 və Cavabdeh3 10.02.2014-cü il tarixdə verdikləri qəbzdə avtomobilin dəyərindən boclu qaldıqları 20.000,00 ABŞ dolları pulu birlikdə 10 aprel 2014-cü il tarixədək qaytaracaqlarına dair öhdəlik götürsələr də, qəbzdə Cavabdeh1 əvəz etdiklərini göstərməmiş lər. İşin müəyyən edilmiş hallarından görünür ki, “Mercedes Benz” E 350 minik markalı **-HB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı2 məxsus olmudur. Sonuncu, 15.01.2010-cu il tarixli etibarnamə ilə nəqliyyat vasitəsini 15.01.2040-cı il tarixədək İddiaçı1 etibarnaməli idarəçiliyinə vermişdir. Mülkiyyətçinin verdiyi etibarnamə əsasında hərəkət edən İddiaçı1, həmin nəqliyyat vasitəsini Cavabdeh1 2010-cu il tarixdən, 2014-cü il tarixədək işlətdiyi avtosalonda satışa qoymuşdur. Cavabdeh1 avtomobili dəyişmək yolu ilə, yəni 13.000,00 ABŞ dolları pul və yerdə qalan 20.000,00 ABŞ dollarının əvəzinə «Kia Ceed» markalı avtomobilin verilməsi ilə “Mersedes Benz” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilin satılmasını İddiaçı1 təklif etmiş, lakin sonuncu ona pul lazım olduğunu demişdir. Cavabdeh1 “Mersedes Benz” markalı avtomobili «Kia Ceed» markalı avtomobillə dəyişmiş və üstündə KİA-nın sahibindən 13.000,00 ABŞ dollar pul almış və səhəri gün həmin pulu İddiaçı2 vermiş, qalan 20.000,00 ABŞ dolları pulu isə barter edib, aldığı avtomobili satdıqdan sonra verəcəyini demişdir. Cavabdeh1 2012-ci ilin aprel-may aylarında «Kia Ceed» markalı avtomobili 20.000,00 ABŞ dollarına Rafiq adlı şəxsə satsa da, “Mercedes Benz” E 350 minik markalı **-HB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dəyərinin ödənilməmiş qalan hissəsini mülkiyyətçiyə ödəməmişdir. Cavabdeh3 və Cavabdeh2 10.02.2014-cü il tarixdə notariat qaydasında təsdiq olunmuş qəbzdə, 2012-ci ilin yanvar ayında onların avtosalonunda satılmış İddiaçı2 məxsus “Mercedes Benz” E 3 50 minik markalı **-HB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dəyərindən boclu qaldıqları 20.000,00 ABŞ dolları pulu birlikdə 10 aprel 2014-cü il tarixədək qaytaracaqlarına dair öhdəlik götürsələr də, nəqliyyat vasitəsinin dəyəri üzrə yalnız 10.000,00 ABŞ dolları ödəniş etmişlər, 10.000,00 ABŞ dolları ödənilməmiş qalmışdır. Cavabdeh1 Bakı şəhəri Xətai RPİ-nin İstintaq şöbəsinin 26 avqust 2016-cı il tarixli qərarındakı ifadəsində, 2012-ci ilin aprel-may aylarında Elşənin «Kia Ceed» markalı avtomobilin dəyəri üzrə Seymura 3.000,00 ABŞ dolları pul verdiyini, qalan 17.000,00 ABŞ dollarını isə bir ay müddətnə verəcəyini dediyini bildirmişdir. «Kia Ceed» markalı avtomobilin alıcısının əşyanın dəyərini ödəməməsi, cavabdehləri “Mercedes Benz” E 350 minik markalı, **-HB-*** dövlət qeydi yyat nişanlı nəqliyyat vasitəsinin dəyərini satıcısına ödəmək öhdəliyindən azad etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən borclu icra predmetini başqa şəxsdən almalı olduqda və onu ala bilmədikdə də, əgər müqavilədən ayrı qayda irəli gəlmirsə, icra etməmək üçün məsuliyyət daşıyır. Cavabdeh 2 iddia müddətinin tətbiq olunmasına və iddia tələbinin təmin olunmamasına dair ərizə vermiş, ərizəsini onunla əsaslandırmışdır ki, tələb iddia müddəti ötürüldükdən sonra verilmişdir. İddiaçı tərəf Cavabdeh1 04.06.2017-ci il tarixdə borcu etiraf edən, bununla da iddia müddətinin axımını dayandıran hərəkətlər etdiyini bildirmiş, həmin dəlilinin təsdiqi üçün «Zohrab Avtosalon» abunəsi tərəfindən göndərilmiş ismarıcı təqdim etmiş, Cavabdeh1 borcu etiraf edən hərəkətlərinin həmin ismarıcı ilə avtomobilin dəyərini ödəmək niyyətində olduğunu nümayiş etdirməsində və bunun üçün İddiaçı1 bir az vaxt verməsini xahiş etməsində ifadə olunduğu ilə əsaslandırmışdır. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı2 məxsus “Mersedes Benz” markalı, **HB-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısı üzrə hərəkətlər 2012-ci ilin yanvar ayında, bilavasitə Cavabdeh1 tərəfindən həyata keçirilmiş və satışdan əldə edilmiş 13.000,00 ABŞ dolları satıcıya onun tərəfindən ödənilmiş, digər cavabdehlər sonradan avtomobilin alqı-satqısı ilə əlaqədar yaranmış borcun ödənilməsinə dair öz üzərlərinə öhdəlik götürsələr də, avtomobilin dəyəri üzrə 10.000,00 ABŞ dolları hal-hazıradək ödənilməmiş qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Göründüyü kimi, hazırkı tələb rəsmi reyestrdə qeydə alınması tələb edilən daşınar əşyanın alqısatqısı üzrə satıcıya ödənilməli pul vəsaiti barədədir və qanunvericiliyin qeyd edilən normalarına əsasən bu əşyaya daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər, o cümlədən, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə altı illik iddia müddəti müvafiq surətdə tətbiq edilməlidir. Satıcı tərəfindən isə həmin müddət keçirilməmişdir. İddiaçılar eyni zamanda, 3.870,00 ABŞ dolları məbləğində uçot faiz dərəcəsi üzrə məbləğinin tutulmasını tələb etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Göstərilən Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ond an faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Qeyd olunan Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi internet səhifəsində yerləşdirilmiş məlumata əsasən, uçot faiz dərəcəsi 11.02.2013-cü il tarixdən 01.05.2014-cü il tarixədək 4.75%; 01.05.2014-cü il tarixdən 30.07.2014-cü il tarixədək 4.25%; 30.07.2014-cü il tarixdən 13.07.2015-ci il tarixədək 3.5%; 13.07.2015-ci il tarixdən 15.02.2016-cı il tarixədək 3%, 15.02.2016-cı il tarixdən 04.03.2016-cı il tarixədək 5%; 04.03.2016-cı il tarixdən 08.08.2016-cı il tarixədək 7%; 08.08.2016-cı il tarixdən 14.09.2016-cı il tarixədək 9.5%; 14.09.2016-cı il tarixdən 17.11.2017-ci il tarixədək 15 % təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddiaçılar, eyni zamanda 6.800,00 ABŞ dolları məbləğində əldən çıxmış faydanın tutulmasını tələb etsələr də, onu əldə etm ək üçün gördükləri tədbirlər və bu məqsədlə apardıqları hazırlıq işləri barədə hər hansı sübutu məhkəmə kollegiyasına təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, “Mercedes Benz” E-350 minik markalı, **-HB***4 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı2 məxsus olduğundan, həmin əşyanın dəyərinin ödənilməsini və bununla əlaqədar digər tələblərlə müraciət etmək hüququ ona məxsusdur və onun 15.01.2010-cu il tarixli etibarnamə ilə nəqliyyat vasitəsini İddiaçı1 etibarnaməli idarəçiliyinə verməsi, sonuncunun da nəqliyyat vasitəsinə mülkiyyətçi hüquqları, o cümlədən və hazırkı tələblərlə müraciət etmək hüququ əldə etməsinə əsas deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mükiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifad ə edilməlidir. Həmin Məcəllənin 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Apellyasiya instansiyası məhkəməsi tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlmişdir ki, İddiaçı2 mülkiyyətində olmuş “Mercedes Benz” E-350 minik markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dəyərinin və vaxtında ödənilmərniş, dəyər üzrə faizlərin ödənilməsini tələb etmək hüququ olduğundan cavabdeh Zöhrab Aşırov «Kia Ceed» markalı avtomobil satıldıqdan sonra q alan 20.000,00 ABŞ dolları məbləğində pulu verəcəyinə, 10 aprel 2014-cü il tarixədək avtomobilin dəyərini ödəyəcəklərinə dair vəd verdiklərindən, eləcə də, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olduğundan, avtomobilin ödənilməmiş dəyəri üzrə 10.000,00 ABŞ dolları və faiz üzrə 2.796,30 ABŞ dolları icra vaxtı manata olan məzənnə ilə cavabdehlərdən birgə qaydada alınaraq İddiaçı2 verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olun madığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibət ini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-6001/2018 nömrəli iş üzrə 25 iyul 2018-ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-6001/2018 nömrəli iş üzrə 25 iyul 2018-ci il tarixli qətnaməsi cavabdeh Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4030/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4030/2019
21.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver