Məhkəmə qərarları › İş №2(102)-4030/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4030/2020

06.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4030/2020 06.08.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı X2 X3 (yeni adı “XXX Bank” X3) Cavabdehlər: Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 İddia tələbi: borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi Açar sözlər: borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, kassasiya şikayətinin ekspert (mütəxəssis) rəyi ilə bağlı dəlilləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının vəkili Vəkil və Cavabdeh1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1268/2019 nöm rəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İddiaçı X2 X3 (bundan sonra – iddiaçı və ya Bank) ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən, Bank borcluya illk 26% olmaqla, 36 ay müddətinə 15000 ABŞ dolları məbləğində kredit vermişdir. Həmin borcun təminatı olaraq Bankla Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən sonuncunun mülkiyyətindəki Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Səttar Nəcəfov küçəsində yerləşən, 2 otaqlı, 44,8 kv.m ümumi, 25 kv.m yaşayış, 19,8 kv.m yardımçı sahədən ibarət 1 n ömrəli evin 2 nömrəli mənzili (bundan sonra – ipoteka predmeti) Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İpoteka predmeti olan mənzildə cavabdehlər Cavabdeh1 özü, həyat yoldaşı Cavabdeh5, atası Cavabdeh2, anası Cavabdeh3 və bacısı Cavabdeh4 daimi qeydiyyatdadırlar. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 kredit müqaviləsi üzrə 12414,7 ABŞ dolları məbləğində əsas borc, 6081,91 ABŞ dolları məbləğində faiz borcu və 230,19 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 18726,8 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilm əsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və borcun ipoteka predmetinin açıq hərracda satışından əldə olunan vəsait hesabına Banka ödənilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka predmetinə tutma yönəldikdən və o, satıldıqdan 1 (bir) ay sonra cavabdehlərin ipoteka predmeti olan mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin mənzildən çıxarılmaları, mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən təyin edilmiş, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC-ni n verdiyi xx.xx.2018-ci il tarixli ekspert rəyi ilə ipoteka predmeti olan mənzilin real bazar dəyəri 35000 manat müəyyən edilmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(002)-95/2018 nömrəli iş üzə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.Hüseynov) iddia qismən təmin edilmiş, kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 kredit müqaviləsi üzrə 12414,7 ABŞ dolları məbləğində əsas borc, 6081,91 ABŞ dolları məbləğində faiz borcu və 5 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 18501,61 ABŞ dolları məbləğində borcun (Azərbaycan manatına olan məzənnə ilə hesablanmaqla), 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsu munun və 20 manat xidmət haqqının tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 35000 manat müəyyən edilməklə açıq hərracda satılması və tutulmalı məbləğin ipoteka predmetinin açıq hərracda satışından əldə olunan vəsait hesabına Banka ödənilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin Cavabdeh1 ümumi qaydada tutulması, ipoteka predmetinə tutma yönəldikdən və o, satıldıqdan 1 (bir) ay sonra cavabdehlərin ipoteka predmeti olan mənzildən çıxarılmaları və mənzilin boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti vermişdir. Apelyasiya baxışı zamanı iş üzrə məhkəmə-mühasibatlıq və məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə-mü hasibatlıq ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli, 31720 saylı rəyinə əsasən Cavabdeh1 Banka 13737,55 ABŞ dolları əsas, 5433,11 ABŞ dolları faiz borcu olmaqla, xx xxxxxx 2017-ci il tarixə ümumi borcu 19170,66 ABŞ dolları məbləğində müəyyən edilmişdir. “xxxxxxx” MMC Konsaltinq və Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli, MB 11/1190 saylı rəyə əsasən ipoteka predmeti olan mənzilin xx xxxxxx 2018-ci il tarixə hesablanmış bazar dəyəri 54700 manat məbləğində qiymətləndirilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-1268/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və E.Kazımov) Cavabdeh1 apelyasiya şikayəti q ismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinə və faiz borcuna aid hissədə dəyişdirilmiş, ipoteka predmetinin ilkin satış qiyməti 54700 manat müəyyən edilmiş, Cavabdeh1 Bankın xeyrinə 5433,11 ABŞ dolları faiz borcu tutulmuş, qətnamə cavabdehin apelyasiya şikayətinə münasibətdə qalan (mübahisələndirilən) hissədə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi öz qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddələrinin tələbləri, məhkəmə-mühasibatlıq ekspertizası və qiymətləndirmə rəyləri, həmçinin məhkəməyə həmin rəyləri şübhə altına ala biləcək əsaslı sübutların təqdim edilmədiyi ilə əsaslandırmışdır. Kassasiya şikayətinin dəl illəri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul olumasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Ekspert cərimə borcu üzrə hesablama aparmamış, bununla da əsas və faiz borcunun hesablanmasında yanlışlığa yol vermiş, məhkəmə isə təkrar ekspertiza təyin etməmiş, ekspert rəyini iddiaçının təqdim etdiyi sübutlarla yanaşı qiymətləndirməmiş, iş üzrə səhv hüquqi nəticəyə gəlmişdir. Bundan başqa, mənzilin qiymətləndirilməsi ilə bağlı rəydə əvvəlki illərlə müqayisədə mənzillərin qiymətinin əhəmiyyətli dərəcədə aşağı düşməsi nəzərə alınmamış, qiymətləndirilmə zamanı müqayisəli metoddan istifadə edilməmiş, mövcud bazar qiymətləri araşdırılmamış, nəticə etibarı ilə şişirdilmiş qiymət müəyyən edilmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin əsaslı olduğunu bildirərək onun təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qərarın çıxarılmasını xahiş etdi. İş üzrə Cavabdeh1 məhkəmə iclasına vəkilsiz gəldiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67.1-ci maddəsinin tələblərinə əsasən izahatı dinlənilməmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barə də lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüq uqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yeganə iddiaçı olan Bank kassasiya şikayəti verdiyindən, şikayətin dəlilləri yalnız faiz borcunun və ilkin satış qiymətinin düzgün müəyyən edimədiyi ilə bağlı olduğundan həmin məhkəmə aktı ipoteka predmetinin ilkin satış qiyməti və faiz borcunun tutulması hissələrində yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni nö vlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (739-cu maddələri). Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşya nın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Əgər ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır (269.1, 295, 317, 319.1 və 319.6-cı maddələr). “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə

34. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ nun yaranması anı kimi təsbit edilmişdir. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsi nin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlili iş üzrə verilmiş ekspert və mütəxəssis rəyinin əsassız olması ilə bağlıdır. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Baxılan iş üzrə iddiaçı işdə olan rəylərlə bağlı bu cür hallara istinad et məmiş, işə baxarkən belə pozuntular aşkar edilməmiş, apelyasiya instansiyası məhkəməsi tərəfindən rəylərə və həmin rəylərlə bağlı verilmiş vəsatətə münasibət bildirilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “XXX Bank” X3 (əvvəlki adı - İddiaçı X2 X3) tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1268/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qəra

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar