Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4031/2022 26.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2213/2022 nömrəli iş üzrə 05 mart 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 26 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (bundan sonra – qeyri-yaşayış sahəsi) iddiaçının mülkiyyətində olduğu 08 noyabr 2018-ci il tarixindən qeyri-yaşayış sahəsinin təhvil verildiyi 30 oktyabr 2020-ci il tarixinə kimi əldən çıxmış fayda olaraq 7120 manat maddi zərərin və mənəvi-psixoloji sarsıntılar keçirməyə görə 5000 manat məbləğində mənəvi ziyanın cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər, öz növbəsində, qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, maddi zərərin əvəzi olaraq 6000 manatın iddiaçıdan Cavabdeh2 xeyrinə tutulması, mənəvi zərərin əvəzi olaraq 7000 manatın, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 120-ci maddəsinə uyğun olaraq iş v axtının itirilməsinə görə 2000 manatın, cəmi 9030 manat pulun iddiaçıdan onların xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(009)-287/2021 nömrəli iş üzrə 11 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim M.Bağırova) hər iki iddia tələbi rədd olunmuşdur. Birinci instansiya məhkəməsinin eyni tarixli qərardadı ilə əldən çıxmış fayda olaraq 5500 manat maddi zərərin tutulması hissəsində iddia tələbi üzrə icraata xitam verilmişdir. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, əvvəllər hazırkı iş üzrə iddiaçı hazırkı iş üzrə cavabdehlərə qarşı sözügedən qeyri-yaşayış sahəsinin boşaldılması, qeyri-yaşayış sahəsinin mülkiyyətində olduğu müddət ərzində ondan istifadəsinə imkan verilmədiyi üç ün əldən çıxmış fayda olaraq 5500 manat maddi ziyanın və 5000 manat mənəvi zərərin ödənilməsi barədə iddia qaldırmış, birinci instansiya məhkəməsinin 2(009)-690/2019 nömrəli iş üzrə 01 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim Ş.Abdullayev) iddia tələbi qismən təmin edilərək qeyri-yaşayış sahəsinin cavabdehlər tərəfindən boşaldılaraq açarlarla birlikdə iddiaçıya təhvil verilməsi qət edilmiş, iddia tələbi qalan hissələrdə (maddi və mənəvi zərər tələbi hissəsində) rədd olunmuşdur. Həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmış, qətnamə icraya yönəldilmiş və Bakı Şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən tərtib olunmuş 30 oktyabr 2020-ci il tarixli Akta əsasən qeyriyaşayış sahəsi iddiaçıya təhvil verilmişdir. Qeyd olunan lara əsasən, Məhkəmə hesab etmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçının mülkiyyətində olduğu xx.xx.2018-ci il tarixdən həmin qeyri-yaşayış sahəsindən istifadə etməsinə cavabdehlər tərəfindən imkan verilmədiyi üçün əldən çıxmış fayda olaraq 5500 manat maddi zərərin cavabdehlərdən iddiaçının xeyrinə tutulması tələbinin rədd edilməsi barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olduğuna görə, hazırkı iş üzrə irəli sürülən eyni tələb üzrə - əldən çıxmış faydaya görə tələb olunan 7120 manat məbləğin 5500 manat hissəsində ilkin iddia tələbi üzrə icraata xitam verilməlidir. İddiaçının həmin qərardaddan verdiyi şikayətlər təmin edilməmiş, qərardad qanuni qüvvəyə minmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-22 13/2022 nömrəli iş üzrə 05 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Talışinski (sədrlik edən və məruzəçi), A.İmanov və Q.Əsgərov) tərəflərin birinci instansiya məhkəməsinin qətnaməsindən verdikləri apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin 11 mart 2021-ci il tarixli qətnaməsi qalan hissədə (ilkin iddianın 1620 manat maddi ziyan, 5000 manat mənəvi ziyan və qarşılıqlı iddianın rədd olunması hissələrində) dəyişdirilmədən saxlanılmışdır. Sonuncu qətnamədən İddiaçı (vəkil X1) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddia ilkin tələbinin tam təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti 13 iyun 2022-ci il tarixli qərardadla icraata qəbul olunmuşdur Məhkəmə kollegiyası ilk növbədə digər iddialarla birləşdiri lmiş mənəvi zərər tələblərinin irəli sürüldüyü işlər üzrə kassasiya şikayətlərinin mümkünlüyü ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kollegiyasının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Qeyd olunan maddədə kassasiya şikayətinin mümkünlüyünün iddianın qiyməti ilə məhdudlaşdırılması yalnız əmlak xarakterli iddialar üzrə qətnamələrə aid olduğundan, həmin normanın məhdudlaşdırıcı şərtləri bir qayda olaraq qeyri-əmlak xarakterli iddialar (o cümlədən, vurulmuş mənəvi ziyana görə pul tələbləri) üzrə qətnamələrə şamil olunmur. Bun a görə də, kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən yalnız əmlak xarakterli iddianın qiyməti nəzərə alınmalıdır. Eyni zamanda, bir neçə müstəqil tələbdən ibarət olan iddialarda tələblərdən biri (yaxud bir neçəsi) qiymətləndirilməyən, digəri (yaxud digərləri) isə qiymətləndirilən olduğu, lakin onların həlli biri-birindən asılı olmadığı hallarda, qətnamənin qiymətləndirilən iddia tələbi ilə bağlı hissəsindən verilən kassasiya şikayətinin mümkünlüyünə dair məsələ müstəqil həll edilməlidir. Lakin əmlak xarakterli tələblərlə yanaşı irəli sürülən mənəvi ziyanın ödənilməsi barədə tələb (qeyri-əmlak xarakterli tələb) müstəqil əsaslarla deyil, məhz əmlak xarakterli tələblə əlaqədar irəli sürülərsə və (və ya) mənəvi zərər tələbinin təmin olunması əmlak xarakterli əsas tələbin təmin edilməsində n asılı olarsa onda mübahisələndirilən hissədə iddianın qiyməti mənəvi ziyana görə tələb olunan pulun məbləği nəzərə alınmadan əmlak xarakterli tələb əsasında müəyyən edilməlidir. Baxılan iş üzrə iddiaçının mənəvi zərər tələbi əmlak xarakterli tələbdən irəli gəldiyi və iddiaçının maddi itkilərə məruz qalması ilə üzvi bağlı olduğundan mübahisələndirilən hissədə iddianın qiyməti maddi zərər tələbi əsasında müəyyən edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının irəli sürdüyü 7120 manat maddi zərərin 5500 manat hissəsində ilkin iddia tələbi üzrə icraata xitam verilmiş, həmin qərardad yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Hazırda maddi zərərin ödənilməsi tələbi üzrə kassasiya qaydasında mübahisələndirilən hissə (7120-5500) 1620 manat təşkil edir. İddiaçının 5000 manat mənəvi zərər tələbi isə müstəqil əsaslarla deyil, məhz əmlak xarakterli 1620 manat tələbdən irəli gəldiyindən iddianın qiymətinin müəyyən edilməsi zamanı həmin məbləğ nəzərə alınmamalıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə iddiaçının maddi zərər tələbinə aid mübahisələndirdiyi hissə (1620 manat) qanunvericilikdə nəzərdə tutulmuş məbləğdən az olduğundan, kassasiya şikayətinin icraata qəbulu barədə qərardad ləğv edilməli və mülki iş kassasiya baxışından çıxarılaraq apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. MPM-in 417.1.7-ci maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Qeyd olunanları nəzərə alaraq və MPM-in 402.1 və 417.1.7-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2213/2022 nömrəli iş üzrə 05 mart 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin Mülki kollegiyasının 13 iyun 2022-ci il tarixli qərardadı ləğv edilsin. 2(102)-4031/22 nömrəli mülki iş kassasiya baxışından çıxarılsın və Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4031/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-4031/2022
26.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver