Məhkəmə qərarları › İş №2(102)-4032/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4032/2019

12.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4032/2019 12.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 12 iyun 2019-cu il iş № 2(102)-4032/19 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, iddiaçının vəkili ƏƏnın iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 16 yanvar 2019-cu il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan “Bank Standart” KB tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 12 iyun 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 sentyabr 2018-ci i l tarixli qətnaməsi ilə (sədrlik edən hakim F.Qasımov, 2(001)-6949/2018 saylı mülki iş) iddiaçı Ləğv Prosesində olan QSC "xxxx" KB-nin Cavabdeh qarşı “borcun tutulması və tələbin girov predmetinə yönəldilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 16 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.Hüseyn (sədrlik edən, məruzəçi), E.Nəbiyev və R.Qurbanov, 2(103)1424/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı Ləğv Prosesində olan QSC "xxxx" KB Cavabdeh qarşı “borcun tutulması və tələbin girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 1147.80 m anat məbləğində əsas borc, 508.74 manat məbləğində faiz borcu, 441.52 manat məbləğində cərimə borcu, ümumilikdə isə 2098.06 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun ləğv prosesində olan QSC "xxxx" KB-nin xeyrinə tutulması, tutmanın QSC "xxxx" KB qarşısında ipoteka ilə yüklü edilmiş “Hyundai Elantra” markalı, ** BS *** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı Ləğv prosesində olan “Bank Standart” KB apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etm işdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili ƏƏ kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Re spublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 19.09.2011ci il tarixli LD ********** saylı kredit müqaviləsindən görünür ki, QSC "xxxx" KB X1 illik 21 % olmaqla 36 ay müddətinə qaytarmaq şərti ilə 7500 manat məbləğində kredit vermişdir. LD********** saylı kredit müqaviləsinə əlavə 1 – cədvəldən görünür ki, kreditin son ödənilmə tarixi 19.09.2014-cü il, ümumi ödənilməli məbləğ isə 10172 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən cavabdehə ünvanlanan 21.06.2018-ci il tarixli **********633 saylı məktubun surətindən görünür ki, cavabdehdən 1147.80 manat əs as borc, 508.74 manat faiz borcu və 441.52 manat cərimə borcunun ödənilməsi xahiş edilmişdir. İddiaçı tərəfindən təqdim olunmuş 03.04.2018-ci il tarixli **********242 saylı arayışdan görünür ki, cavabdehin 29.03.2018-ci il tarixinə 1147.80 manat əsas borc, 508.74 manat faiz borcu, 441.52 manat cərimə borcu, cəmi 2098.06 manat borcu vardır. Cavabdeh həmçinin 28.09.2018-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, sonuncu ödənişini 2014-cü ilin dekabrında etdiyini, bank həmin tarixdən 4 il keçdikdən sonra məhkəməyə müraciət etdiyini, belə olan halda iddia müddəti ötürüldüyünə görə bankın ona qarşı hazırkı iddiasının rədd edilməli olmasını bildirmişdir. Məhkəmə Kollegiyası qeyd etmişdir ki, tərəflər arasında imzalanmış kredit müqaviləsinin şərtlərinə görə kredit 36 ay müddətinə verilmiş və kreditdən istifadə müddəti 19.09.2014-cü il tarixdə başa çatmışdır. İş materiallarında olan hesabdan çıxarışdan, eyni zamanda cavabdehin məhkəmə iclasında verdiyi izahatından da görünür ki, cavabdeh tərəfindən sonuncu ödəniş 09.12.2014-cü il tarixdə həyata keçirilmişdir. İddiaçı isə 3 illik iddia müddətini ötürdükdən sonra 23.07.2018-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi 2016-cı ildə də ödənişin həyata keçirildiyini bildirsə də bu barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Mülki Məcəllənin 372.1 və 372.2-ci maddələrinin tələblərinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddi a müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03.06.2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Mə cəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İddiaçının Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, hazırkı işdə Mülki Məcəllənin 379 və 380ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını, həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutların təqdim edilmədiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab etmişdir ki, iddia müddətinin keçməsi səbəbinə görə iddia tələbinin rədd edilmə si barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Belə ki, kredit müqaviləsinin 11.1-ci bəndində qeyd olunur ki, bu müqavilə tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalandıqdan sonra qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tam həcmdə yerinə yetirməsinə qədər qüvvədədir. Kollegiya qeyd etmişdir ki, müqavilənin qüvvədə olma müddətinin öhdəliklərin tam icra edilməsi ilə əlaqələndirilməsi Mülki Məcəllənin 372-384-cü maddələrində nəzərdə tutulmuş iddia müddətinin və həmin Məcəllənin 550-554-cü maddələrində nəzərdə tutulmuş müddətin keçməsinə görə öhdəliyin xitamının tətbiqini qeyri-mümkün etmişdir. Çünki bu halda öhdəliklər icra edilməyənədək müddətin axımı başlanmır, öhdəliklər tam icra olunduqda isə müddətin hesablanmasına ehtiyac olmur. Mülki Məcəllənin 554. 1-ci maddəsinin tələblərinə görə müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Həmin Məcəllənin 554.4-cü maddəsində isə təsbit olunmuşdur ki, müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Qeyd olunan halları və Mülki Məcəllənin 337.1-ci maddəsinin tələblərini nəzərə alaraq kollegiya hesab etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 11.1-ci bəndi Mülki Məcəllənin tələblərinə zidd olduğu üçün etibarsızdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Ləğv prosesində olan “Bank Standart” KB-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 16 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar