Məhkəmə qərarları › İş №2(102)-4032/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4032/2020

20.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4032/2020 20.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X2 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-13590/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Emin Mehdiyev) xx xxxxxxxx 2019cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – İlham Kərimli - sədrlik edən və məruzəçi, İsmayıl Xəlilov, Xəyalə Cəmilova) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iləİddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 2000 manat əsas borcun və mənəvi zərərə görə 2000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2017-ci ilin sentyabr ayında Bakı şəhəri Mətbuat prospektində yerləşən, aşpaz işlədiyi Nəşriyyat evini n bufetindəki otaqda həmin bufeti işlədən Cavabdeh 2000 manat məbləğində borc vermiş, Cavabdeh borcu 1 ay müddətinə qaytaracağına söz versə də, borcunu qaytarmamışdır. Cavabdehin hərəkətləri həmçinin onun mənəvi sarsıntı keçirməsinə səbəb olmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmı r, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəm əsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, hazırki tələbində iddiaçı cavabdehə 2000 manat borc pul verdiyini iddia edir və tələbini iddia ərizəzində göstərilənlərlə əsaslandırmışdır. Cavabdeh nümayəndəsi vasitəsi ilə iddia tələbini qəbul etməyərək iddiaçının ona borc pul vermədiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, iddiaçının qonşusu və tanışıdır. 2017-ci ilin sentyabr ayında birlikdə Moskva univermağına getmişlər və orada iddiaçı öz qızıl-zinət əşyalarını satmışdır. Üç-dörd gün sonra birlikdə onun iş yerinə getmişlər və İddiaçı 2000 manat pulu zərfə qoyaraq Cavabdehlə kabinetə daxil olmuşdur. Kabinetdən çıxan zaman x1 ona Cavabdeh icarə pulu üçün 2000 manat borc v erdiyini bildirmişdir. Pul verilən zaman o, onların yanında olmamışdır. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxxx 2018-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı qeyd olunan məsələ ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikası Baş Prokurorluğuna ünvanlanmış müraciəti ilə bağlı Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsində araşdırma aparılmış, araşdırma zamanı toplanmış materiallarla Cavabdeh tərəfindən onun 2000 manat məbləğində pulunun mənimsənilməsi faktı öz təsdiqini tapmamışdır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşməsinə baxmayaraq, o, cavabdehə 2000 manat məbləğində borc verməsini sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçı tərəf borc verilməsini bilavasitə təsdiq edən hər hansı yazılı sənədi və sair mötəbər sübutu məhkəməyə təqdim etməmiş, özünün bildirməsinə görə borc verilən zaman onların yanında başqa heç kim olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş iddiaçının qonşusu və tanışı olan X1 isə pul verilən zaman onların yanında olmadığını, pulun verilməsini iddiaçının ona deməsinə əsasən təsdiq etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Qeyd edilənlərə əsas ən apelyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, İddiaçı Cavabdeh 2000 manat borcun və 2000 manat mənəvi zərərə görə kompensasiyanın tutulması barədə iddia tələbini əsaslandıra və bunu təsdiq edən hər hansı sübutlar təqdim edə bilmədiyindən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəli lləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıd ır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-13590/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar