Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4034/2021 06.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı prosessual hüquq varisi Nümayəndə Hətəm qızının cavabdehlər Cavabdeh1, 38 saylı Notariat Kontoruna və Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4034/21 (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsızlığı, çıxarışın etibarsız hesab edilməsi, iddia müddəti, tələbin əsası) Bakı şəhəri, 06 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahver dizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı prosessual hüquq varisi Nümayəndə vəkili X11 oğlunun, Cavabdeh1 vəkili Məmmədov Adəm Məhərrəm oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, 38 saylı Notariat Kontoruna və Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsızlığı və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-459/2021 nömrəli, 18 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 06 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Cavabdeh1, 38 saylı Notariat Kont oruna və Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və dəqiqləşmə barədə ərizə Xəzər Rayon Məhkəməsinə məhkəməyə müraciət edərək 07 dekabr 2013-cü il tarixli 4Ə/ 02-477 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız və 1321 saylı bağ sahəsinin qanunsuz olaraq özgəninkiləşdirlilməsi barədə çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi belə əsaslandırılıb ki, Bağlar təsərrüfatının inkişafı və istismarı Birliyi ilə İddiaçı Yadulla oğlu arasında bağlanmış 18 iyul 2002-ci il tarixli bağın icarayə verilməsi haqqında müqaviləyə əsasən Şüvəlan qəsəbəsində yerləşən 0,12 ha sahəsi olan 1321 saylı bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir.
3. Həmin bağ sahəsini iddiaçı 03 sentyabr 2015-ci il tarixdə baş etibarnamə ilə qardaşı X4 vermişdir. Hazırda həmin bağ sahəsində qardaşı özünə ev tikmişdir.
4. Eyni zamanda iddiaçı bağ sahəsinə çıxarış almaq məqsədi ilə ünvan 1 ünvanında yaşayan Cavabdeh1 10 sentyabr 2013-cü il tarixdə etibarnamə vermişdir. Bir müddət keçdikdən sonra torpağın çıxarışının verilməsi gecikdirildiyi üçün iddiaçı 10 sentyabr 2013-cü il tarixli etibarnaməni 03 oktyabr 2015-ci il tarixdə ləğv etdirmişdir.
5. İddiaçının qardaşı X6 Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ərizə ilə müraciət edən zaman bəlli olmuşdur ki, iddiaçıya məxsus olan 1321 saylı bağ sahəsi başqa bir ərazidə yerləşən bağ sahəsinin planında otu zdurularaq özgəninkiləşdirilmişdir.
6. İddiaçı DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinə narazılığını bildirərək, çıxarışın ləğv edilməsini tələb etmişdir. Lakin Xidmətin Bakı şəhər Ərazi İdarəsinin rəhbərliyi müxtəlif bəhanələr gətirərək iddiaçının tələbi yerinə yetirməmişdir.
7. İddiaçıya məxsus olan 07 dekabr 2013-cü il tarixli 4Ə/ 02-477 reyestr nömrəli alqı-satqı müqaviləsinin və 1321 saylı bağ sahəsinin sənədi qanunsuz və əsassız olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına sənədləşdirilmişdir.
8. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Prosessual Məcəllənin 39.1 maddəsinə istinad etmişdir.
9. Cavabdeh1 iddiaya etiraz edib. Etirazın dəlilləri: - cavabdeh torpağı 2013-cü ildə 49000 manata alıb. Əli və Ağa adlı şəxslər etibarnamə əsasında vasitəçilik ediblər. Onlardan Ədaləti soruşanda deyiblər ki, Ədalət etibarnamə verib, arvadının da razılığı var. Notariusda da hər hansı qanunsuzluq barədə heç nə deyilməyib. - torpaq sahəsi cavabdehin istifadəsində və sahibliyindədir. Təsdiq edilmiş eskiz əsasında cavabdeh həmin torpaq sahəsində fərdi yaşayış evi tikib, Xəzər rayon İcra Hakimiyyəti başçısının 12 may 2015-ci il tarixli Sərəncamı ilə torpaq sahəsi və evin qeydiyyata alınıb və cavabdehin adına çıxarış verilməsi DƏDRX-in Bakı şəhər ərazi İdarəsindən xahiş edilib; - iddia ərizəsinin məzmunundan isə görünür ki, iddiaçı qardaşı XXX özünün torpaq sahəsində ev tikib. Belə olan halda, iddiaçının qardaşı XXX orpaq sahəsi ilə cavabdehin torpaq sahəsinin üst-üstə düşməsi mümkünsüzdür.
11. Cavabdeh1 həmçinin iddia tələbinə iddia müddətinin tətbqi barədə ərizə verərək, iddiaçının iddia müddətini ötürməsini göstərmişdir.
12. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin nümayəndəsi iddiaya etiraz olaraq göstərib ki, özəlləşmə düzgün həyata keçirilib, idarənin mütəxəssisləri əraziyə baxış keçiriblər.
13. İddiaçının nümayəndəsinin vəsatət verib məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılıb ki, iddiaçının bağ sahəsi də, cavabdehin bağ sahəsi də yerindədir, həmin torpaq sahələri arasında məsafə fərqi olsa da, hər ikisinin sənədləri üst-üstə düşür.
14. Birinci instansiya məhkəməsinin 01 mart 2018-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
15. Məhkəmə Ekspertizası Mərkəzinin 01 oktyabr 2018-ci il tarixli, 10079 saylı ekspert rəyinə görə 1321 saylı bağ sahəsi keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 23.10.2013-cü il tarixli kadastr planına əsasən **********20 reyestr nömrəsi ilə İddiaçı Yadulla oğlunun adına qeydiyyatdan keçmişdir (12.11.2013-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə). Sonradan sözügedən bağ sahəsi alqı-satqı müqaviləsi əsasında Hətəm-zadə Çingiz Pərviz oğlunun adına keçmişdir (24.12.2013-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə). Elektron baza məlumatlarına əsasən iddia olunan sahə 1321 saylı bağın ərazisinə uyğun gəlir. İddiaçı Yadulla oğlunun istifadəsinə verilmiş 1321 saylı bağ sahəsi ilə Cavabdeh1 Daşınmaz Əmlakın Dövlət Reyestri ndə qeydə alınmış 1321 saylı bağ sahəsi ayrı-ayrı sahələrdir.
16. Xəzər Rayon Məhkəməsinin 2(003)-54/2019 nömrəli, 14.02.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 0,12 hektar sahəsi olan 1321 saylı bağ sahəsinə dair satıcı XXX ilə XXX arasında bağlanılmış 07.12.2013-cü il tarixli 4Ə/02-477 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 0,12 hektar sahəsi olan 1321 saylı bağ sahəsinə dair XXX adına 24.12.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi qət edilmişdir. (hakim Tərlan Əkbərov)
17. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Bağlar təsərrüfatının inkişafı və İstismarı Birliyi ilə İddiaçı Yadulla oğ lu arasında bağlanmış 18 iyul 2002-ci il tarixli bağın icarəyə verilməsi haqqında müqaviləyə əsasən Şüvəlan qəsəbəsində yerləşən 0,12 ha sahəsi olan 1321 saylı bağ sahəsi İddiaçı XXX istifadəsinə verilmiş, 10 sentyabr 2013-cü il tarixli etibarnaməyə əsasən Qasımov X5 qəsəbəsində yerləşən 0,12 ha sahəsi olan 1321 saylı bağ sahəsinə dair çıxarış almaq və s. hərəkətləri etmək üçün ünvan 2 ünvanında yaşayan Cavabdeh1 etibarnamə vermişdir. Həmçinin, 03 oktyabr 2015-ci il tarixdə Qasımov X5 qəsəbəsində yerləşən 0,12 ha sahəsi olan 1321 saylı bağ sahəsinə dair X4 etibarnamə vermişdir.
18. İddiaçı Yadulla oğlunun adından verilmiş etibarnaməyə əsasən Hətəm-zadə Aysel Sərvər qızı həmin bağ sahəsini 15.000 (on beş min) manata Hətəm-zadə Çingiz Pərviz oğluna satmış, həmin bağ sahəsi Bakı şəhəri 38 nöm rəli notariat kontorunda bağlanmış 07.12.2013-cü il tarixli 4Ə/02-477 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında 24.12.2013-cü il tarixdə XXX adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda sonuncunun mülkiyyətindədir.
19. Birinci instansiya məhkəməsi həmçinin müəyyən etmişdir ki, Cavabdeh1 ilə Hətəm-zadə Aysel Sərvər qızı alqı-satqı müqaviləsi bağlanılan zaman ər-arvad olmuşlar.
20. Birinci instansiya məhkəməsi qeyd edib ki, İddiaçı cavabdeh XXX bağ sahəsinin alq-satqısına dair səlahiyyət vermiş, sonuncu isə səlahiyyətini aşaraq iddiaçıya məxsus bağ sahəsinə dair əri ilə alqı-satqı müqaviləsi bağlamış, mübahisəli bağ sahəsi Cavabdeh1 adına həmin alqı-satqı müqaviləsi əsasında qeydə aldırmışdır. Mülki Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilə n adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz.
21. Göstəriən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. Hətəm-zadə Aysel Sərvər qızı bağ sahəsini əri Cavabdeh1 satdığından həmin əmlak birdə nikah dövründə əldə edilmiş əmlak olmuş və bununla da, XXX özü barəsində əqd bağlamış olmuşdur.
22. Digər tərəfdən, ekspert rəyinə əsasən, elektron baza məlumatlarına əsasən iddia olunan sahə 1321 saylı bağın ərazisinə uyğun gəlir. İddiaçı Yadulla oğlunun istifadəsinə verilmiş 1321 saylı bağ sahəsi ilə Cavabdeh1 Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış 1321 saylı bağ sahəsi ayrı-ayrı sahələrdir.
23. Qasımov X5 qəsəbəsində yerləşən 0,12 ha sahəsi olan 1321 saylı bağ sahəsinə dair çıxarı ş almaq və s. hərəkətləri etmək üçün etibarnamə vermiş, lakin etibarnamə verilmiş şəxs Bağlar təsərrüfatının inkişafı və istismarı Birliyi ilə İddiaçı XXX arasında bağlanmış 18 iyul 2002-ci il tarixli bağın icarayə verilməsi haqqında müqaviləyə əsasən Şüvəlan qəsəbəsində yerləşən 0,12 ha sahəsi olan 1321 saylı bağ sahəsini deyil, həmin sənədlər əsasında həmin bağ sahəsinə aid olmayan digər torpaq sahəsini özəlləşdirmişdir.
24. Birinci instansiya məhkəməsinin mövqeyinə görə təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilmədiyindən, XXX bağ sahəsini əri Cavabdeh1 satdığından, bununla da, həmin əmlak birgə nikah dövründə əldə edilmiş əmlak olmuş olduğundan və bununla da XXX Hətəm-zadə XXX özü barəsində əqd bağlamış olduğundan, İddiaçı XXX istifadəsinə verilmiş 1321 sayl ı bağ sahəsi ilə Cavabdeh1 Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış 1321 saylı bağ sahəsi ayrı-ayrı sahələr olduğundan, Qasımov X5 qəsəbəsində yerləşən 0,12 ha sahəsi olan 1321 saylı bağ sahəsinə dair çıxarış almaq və s hərəkətləri etmək üçün etibarnamə verdiyindən, lakin etibarnamə verilmiş şəxs Bağlar təsərrüfatının inkişafı və istismarı Birliyi ilə İddiaçı Yadulla oğlu arasında bağlanmış 18 iyul 2002-ci il tarixli bağın icarayə verilməsi haqqında müqaviləyə əsasən Şüvəlan qəsəbəsində yerləşən 0,12 ha sahəsi olan 1321 saylı bağ sahəsini deyil, həmin sənədlər əsasında həmin bağ sahəsinə aid olmayan digər torpaq sahəsini özəlləşdirdiyindən Hətəm-zadə Aysel Sərvər qızı ilə Hətəm-zadə Çingiz Pərviz oğlu arasında bağlanmış 07.12.2013-cü il tarixli 4Ə/02-477 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir.
25. Eyni zamanda Hətəm-zadə Aysel Sərvər qızı ilə XXX arasında bağlanılmış 07.12.2013-cü il tarixli 4Ə/02-477 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən həmin müqavilə əsasında Hətəm-zadə Çingiz Pərviz oğlunun adına 24.12.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd də ləğv edilməldir.
26. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 337.1, 337.2, 337.4, 337.5, 359.1, 359.3, 360.1, 362.1, 362.2-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.3, 10.1, 12.1 və 23.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
27. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verib.
28. Apellyasiya şikayətinin dəlilləri: - maddi və prosessual hüquq normaları pozulub.; - işin hallarını tam və hərtərəfli araşdırmamışdır.
29. İşə apellyasiya qaydasında baxılarkən yerli baxış keçirilmiş və yerli baxış zamanı iddiamının istifadəsinə verilmiş 1321 saylı bağ sahəsi ilə cavabdehin mülkiyyətində olan 1321 saylı bağ sahəsinin ayrı-ayrı bağ sahləri olması aşkar eidlmişdir.
30. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6855/2019 nömrəli, 06.08.2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, Xəzər Rayon Мəhkəməsinin 2(003)-54/2019 nömrəli, 14 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. (hakimlər Raqib Qurbanov (sədrlik edən, məruzəçi), Etibar Nəbiyev və Aida Hüseyn)
31. Apellyasiya instansiyası məhkəməsi birinci insatansiya məhkəməsinin təmsilçinin təmsil edilən adından şəxsən özü barəsində əqd bağlamas ını Mülki Məcəllənin 359.3-cü maddəsinin pozuntusu kimi qiymətləndirməsini düzgün saymışdır.
32. Bununla belə apellyaisya məhkəməsi hesab etmişdir ki, əqd bağlanrkən Mülki Məcəllənin 359.3-cü maddəsi pozulsa da, iddiaçı tərəfindən Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş etibarsız əqdlər üzrə müddətlər ötürülmüşdür.
33. Çünki mübahisələndirilən alqı-satqı müqaviləsi 07.12.2013-cü il tarixdə bağlanılmışdır. İddiaçı da həmin müqavilənin bağlanılmasını ən azı 2015-ci ilin oktyabr ayında bilməli idi. Belə ki, iş materiallarına əsasən İddiaçı Yadulla oğlu Cavabdeh1 adına verdiyi etibarnaməni 03 oktyabr 2015-ci il tarixdə ləğv etdirmiş və həmin tarixdə də qardaşı X4 etibarnamə vermişdir. İddiaçı XXX həmin tarixdə kifayət qədər ehtiyat və diqqət göstərib həmin alqı-satqı müqaviləsini n bağlanmasından məlumatlı ola bilərdi, yəni bilməli olmalı idi. Hazırkı iş üzrə iddia ərizəsi isə 2017-ci ilin dekabr ayında verilmişdir.
34. Apellyasiya məhkəməsi belə nəticəyə gəlib ki, mübahisələndirlən müqavilənin etibarsızlığı tələbləri və həmin tələblərdən irəli gələn tələblər müddət ötürüldüyünə görə təmin edilə bilməz.
35. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcllənin 354.2-ci maddəsi ilə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
36. İddiaçı kassasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
37. Kassasiya şikayətində iddiaçı alqı-satqı müqaviləsinin bağlanmasından 2019-cu ildə həmin evə mülkiyyət hüququnu qeydə aldırmaq üçün DƏDRX-ə müraciət etdikdən sonra bildiyini göstərmiş və bu əsasla da müddətin keçməsi barədə apellyasiya məhkəməsinin gəldiyi nəticənin düz olmamasını göstərmişdir.
38. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1685/2020 nömrəli, 19 mart 2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin 06 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
39. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla qətnamə hüquq normaları pozulmaqla qəbul edilmişdir. İddianı təmin etməyən apellyasiya instansiyası məhkəməsi ona əsaslanmışdır ki, iddiaçı tərəfindən Mülki Məcəllənin 354-cü ma ddəsində nəzərdə tutulmuş müddətlər ötürülmüşdür. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 07.12.2013-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin bağlanmasını ən azı 2015-ci ilin oktyabr ayında bilməli idi.
40. Kassasiya instansiyası qeyd edib ki, İddiaçı Cavabdeh1 adına verdiyi etibarnamənin 03.10.2015-ci il tarixdə ləğv etdirmişdir. İddiaçının etibarnamənin 03.10.2015-ci il tarixdə ləğv etdirməsi onun cavabdehlərin 07.12.2013-cü il tarixdə alqısatqı müqaviləsi bağlamalarını və həmin evə mülkiyyət hüququnun qeydə alınmasını bilməsini təsdiq edən hal kimi nəzərə alına bilməzdi. Cavabdeh1 bağ sahəsi üzərində mülkiyyət hüququ DƏDRX-də yalnız 19.03.2018-ci il tarixdə qeydə alınmışdır. İddiaçının dəlillərindən görünür ki, cavabdehlərin 07.12.2013-cü il tarixində alqı-satqı müqavil əsi bağlamalarını yalnız qardaşı A.Qasımovun mübahisəli sahədə ev tikdirdikdən və 2019-cu ildə həmin evə mülkiyyət hüququnu qeydiyyata aldırmaq üçün DƏDRX-nə müraciət etdikdən sonra bilmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
41. İşə təkrarən apellyasiya qaydasında baxılarkən İddiaçı Yadulla oğlu öldüyü üçün onun arvadı Nümayəndə prosessual hüquq varisi kimi müəyyən edilmişdir.
42. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4592021 nömrəli iş üzrə 18 fevral 2021-ci il tarixli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Xəzər Rayon Məhkəməsinin 14 fevral 2019-cu il tarixli 2(003)-54/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Rəşad Həsənov (sədrlik edən və məruzəçi), Məmməd Həsənov və Şeyda Məhərrəmova)
43. Apelyasiya instansiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edib ki, İddiaçı Yadulla oğlunun adından verilmiş etibarnaməyə əsasən Hətəm-zadə Aysel Sərvər qızı həmin bağ sahəsini Bakı şəhəri 38 nömrəli notariat kontorunda bağlanmış 07.12.2013-cü il tarixli 4Ə/02-477 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında 15.000 (on beş min) manata Hətəm-zadə Çingiz Pərviz oğluna satmış, həmin bağ sahəsi 24.12.2013-cü il tarixdə Hətəm-zadə Çingiz Pərviz oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd edilən müqavilə bağlanan zaman Cavabdeh1 ilə XXX alqı-satqı müqaviləsi bağlanılan zaman ər-arvad olmuşlar.
44. Həmçinin Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin mütəxəssis rə yinə əsasən, elektron baza məlumatlarına uyğun olaraq iddia olunan sahə 1321 saylı bağın ərazisinə uyğun gəlir. İddiaçı Yadulla oğlunun istifadəsinə verilmiş 1321 saylı bağ sahəsi ilə Cavabdeh1 Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış 1321 saylı bağ sahəsi ayrı-ayrı sahələrdir.
45. Apellyasiya instansiyası məhkəməsi cavabdehin müddətin keçməsi barədə dəlilinə qiymət verərək qeyd edib ki, Cavabdeh1 bağ sahəsi üzərində mülkiyyət hüququ Daşınmaz əmlakın dövlət reyestri xidmətində 19.03.2018-ci il tarixdə qeydə alınmışdır. İşin faktiki hallarına əsasən İddiaçı cavabdehlərin 07.12.2013-cü il tarixində alqı-satqı müqaviləsi bağlamalarını yalnız qardaşı A.Qasımovun mübahisəli sahədə ev tikdirdikdən və 2019-cu ildə həmin evə mülkiyyət hüququnu qeydiyyata aldırmaq üçün Daşınmaz Əmlakın Döv lət Reyestri Xidmətinə müraciət etdikdən sonra bilmişdir. Həmçini iş materiallarından İddiaçı mübahisələndirilən alqı-satqı müqaviləsindən hər hansı başqa şəkildə xəbərdar olması və ya ola bilməsi halları da müəyyən edilmir. İddiaçının 2013-cü ildə bağlanmış alqı-satqı müqaviləsindən xəbəri oldubu halda, həmin müqavilənin bağlanması zamanı istifadə edilmiş etibarnaməni 2015-ci ildə, yəni müqavilə bağlandıqdan təxminən iki il sonra ləğv etdirməsi halının özü də onun bu müqavilədən xəbərsiz olduğunu bir daha təsdiq edir. Belə ki, müqavilə bağlandıqdan sonra, həmin etibarnamənin ləğv edilməsinin artıq heç bir əhəmiyyəti olmadığını iddiaçı bilməmiş deyildi. Göstərilənlər bir daha onun mübahisələndirilən müqavilədən 2017-ci ilədək xəbərsiz olduğunu bildirməkdə səmimi olduğunu təsdiq edir.
46. A pellyasiya instansiyası məhkəməsinin qənaətinə görə iddiaçının hazırkı mübahisələndirilən alqı-satqı müqaviləsinin etibarsız sayılmasına əsas verən halı bildiyi (bilməli olduğu) vaxt kimi, onun etibarnaməni ləğv etdirdiyi 2015-ci il deyil, özünə aid torpaq sahəsinə dair hüquqlarının qeydiyyata alınması ilə bağlı DƏDRX-nə müraciət etdiyi 2017-ci il qəbul edilməlidir. Həmin tarixdən hesablandıqda isə iddiaçının əqdin etibarsızlığını mübahisələndirmək üçün qanunla müəyyən edilmiş müddəti ötürməsi sübut olunmur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
47. Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
48. Kassasiya şikayətində iddiaçı tərəfindən müddətin ötürülməsinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı
49. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
50. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və onun vəkili Məmmədov Adəm Məhərrəm oğlu kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər.
51. Məhkəmə kollegiyasının İddiaçı hüquqi varisi Nümayəndə vəkili X11 oğlu kassassiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini xahiş etdir.
52. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi nümayəndəsinin (vəkilinin) məhkəmə iclasında iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Digər cavabdeh 38 saylı Notariat Kontorunun notariusu məhkəmə kollegiyasına müraciət edərək, işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə qeyd edilən şəxslər iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmələrin tətbiq etdiyi hüquq Mülki Məcəllə Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndi rilə bilər. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən döv lət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Maddə 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
53. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxl amaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
54. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
56. Belə ki, işdən görünür ki, iddiaçı 07 dekabr 2013-cü il tarixli 4Ə/ 02-477 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız və 1321 saylı bağ sahəsinin qanunsuz olaraq özgəninkilə şdirlilməsi barədə çıxarışın ləğv edilməsini xahiş etmiş və tələbinin əsası kimi ona istnad etmişdir ki, iddiaçıya məxsus olan 1321 saylı bağ sahəsi başqa bir ərazidə yerləşən bağ sahəsinin planında otuzdurularaq özgəninkiləşdirilmişdir.
57. İddianı təmin edən birinci instansiya məhkəməsi və onunla razılaşan apellyasiya məhkəməsi isə ona istinad ediblər ki, İddiaçı XXX adından verilmiş etibarnaməyə əsasən XXX həmin bağ sahəsini Bakı şəhəri 38 nömrəli notariat kontorunda bağlanmış 07.12.2013-cü il tarixli 4Ə/02-477 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında 15.000 (on beş min) manata XXX satmış, həmin bağ sahəsi 24.12.2013-cü il tarixdə Hətəm-zadə Çingiz Pərviz oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd edilən müqavilə bağlanan zaman Cavabdeh1 ilə XXX alqısatqı müqaviləsi bağlanılan zaman ər-arvad olmuşlar. Bu da o deməkdir ki, XXX təmsilçi kimi təmsil edilən adından şəxsən özü barəsində əqd bağlayıb.
58. Göründüyü kimi, iddiaçı 07 dekabr 2013-cü il tarixli 4Ə/ 02-477 reyestr nömrəli alqı-satqı müqaviləsini mübahisələndirərkən həmin müqavilənin qanunvericiliyin pozulması ilə bağlanmasına deyil, özünə məxsus olan 1321 saylı bağ sahəsinin koordinatlarının başqa bir ərazidə yerləşən bağ sahəsinin planında otuzdurulmasına istinad etmiş, üstəlik bununla bağlı hər hansı sübut da təqdim etməmişdir.
59. Məhkəmələr isə iddianı təmsilçinin təmsil edənin adından özü üçün əqd bağlaması əsası ilə təmin etmişlər. Halbuki iddiaçının istifadəsində olan bağ sahəsinin koordinatlarının alıq-satqı müqaviləsi ilə cavabdehin mülkiyyətinə keçmiş bağ sahəsinin planına işlənməsi və bunu nəticəsində iddiaçının hüquqlarının hər hansı formada pozulması qeyd edilən alqı-satqı müqaviləsinin etibarsızlığını tələb etməklə aradan qaldırıla bilməz. Bir torpaq sahəsinin göstəricilərinin digər torpaq sahəsinə işlənməsinin düzgün olmaması başqa növ iddia üzrə həyata keçirilməlidir.
60. Bundan başqa, nəzərə alınmalıdır ki, mübahisələndirilən alqı-satqı müqaviləsi ilə satılmış torpaq sahəsi mövcud koordinatlarla ilkin olaraq iddiaçının adına qeydə alınmış, sonradan iddiaçının adından etibarnamə əsasında cavabdehə satılmış və həmin koordinatlarla da cavabdehin adına qeydiyyatdan keçmişdir.
61. İşin müəyyən edilən mübahisəsiz halından görünür ki, iddiaçının hazırda da istifadəsində torpaq sahəsi var və onun qardaşı həmin torpaqda ev tikib, eyni zamanda cavabd eh də iddiaçıdan alqı-satqı müqaviləsi əsasında satın aldığı torpaqda ev tikib və ev mülkiyyət hüququ ilə cavabdehin adına qeydə alınıb. Mübahisə cavabdehin mülkiyyətində olan torpaq sahəsi, daha dəqiqi, torpağın naturada yerləşməsi barədə deyil, həmin torpaq sahəsinin göstəricilərinin düzgün olmaması barədədir. Belə olan halda, iddiaçının istifadəsində olan torpağın onun tərəfindən satılan torpaqla hansı əlaqəsinin olubolmaması, ümumiyyətlə, hazırda iddiaçının istifadəsində olması qeyd edilən torpağın statusu, hansı əsasla iddiaçıya məxsusluğu, həmin torpağın ilkin ayırma sənədlərinin mövcudluğu, belə sənədlər mövcud olduğu halda, həmin torpağın texniki göstəricilərinin (koordinatları) cavabdehə məxsus torpaqla üst-üstə düşməsi işə baxan məhkəmələr tərəfindən müəyyən edilməyib. Halbuki iş in bu halının müəyyən edilməsi mübahisənin qanuni və əsaslı həlli baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Əks halda, məlum deyil ki, əgər iddiaçının 1321 saylı torpağı var idisə və iddiaçının adından həmin torpaq sahəsi satılıbsa, belə olan təqdirdə, iddiaçının hazırda istifadəsində olan torpaq nə torpaqdır və həmin torpağın satılmış torpağa nə aidiyyatı var.
62. Üstəlik, iddianı təmin edən məhkəmələr ona istinad ediblər ki, Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin mütəxəssis rəyinə görə elektron baza məlumatlarına əsasən iddia olunan sahə 1321 saylı bağın ərazisinə uyğun gəlir. İddiaçı XXX istifadəsinə verilmiş 1321 saylı bağ sahəsi ilə Cavabdeh1 Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış 1321 saylı ba ğ sahəsi ayrı-ayrı sahələrdir.
63. İstinad edilən rəydən də görünür ki, iddiaçının istifadəsinə verilmiş 1321 saylı bağ sahəsi ilə Cavabdeh1 Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış 1321 saylı bağ sahəsi ayrı-ayrı sahələrdir.
64. Məhkəmələr isə həmin rəyə əsasən belə nəticəyə gəliblər ki, etibarnamə verilmiş şəxs Bağlar təsərrüfatının inkişafı və istismarı Birliyi ilə İddiaçı XXX arasında bağlanmış 18 iyul 2002-ci il tarixli bağın icarəyə verilməsi haqqında müqaviləyə əsasən Şüvəlan qəsəbəsində yerləşən 0,12 ha sahəsi olan 1321 saylı bağ sahəsini deyil, həmin sənədlər əsasında həmin bağ sahəsinə aid olmayan digər torpaq sahəsini özəlləşdirmişdir. Halbuki, əksinə, istinad edilən rəy məhkəmələrin yuxarıda göstərilən nəticəyə gəlməsi üçün əsas vermir.
65. Məhkəmə kollegiyası qeyd edi r ki, məhkəmələr iddianı yuxarıda qeyd edilən əsaslarla təmin etsələr də işdən görünür ki, məhkəmələr bu nəticəyə sübutları MPM-in 88ci maddəsində müəyyən edilmiş qaydada qiymətləndirlməməklə gəliblər.
66. Bu baxımdan, məhkəmə kollegiyası məhkəmələrin tətbiq etdiyi maddi hüquq normalarını da işin hallarına uyğun hesab etmir. Qeyd edilən normalar o halda düzgün tətbiq edilmiş sayıla bilər ki, işin halları sübutların düzgün qiymətləndirilməsi ilə müəyyən edilmiş olsun.
67. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qa ldırmalı, işin hallarını işdəki sübutların prosessual qanunvericiliyə uyğun qiymətləndirilməsi yolu ilə müəyyən etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
68. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-459/2021 nömrəli, 18 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.