Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4035/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcu tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-7/2023 saylı, 05 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 verdiyi kassasiya şikayəti üzrə işə 29 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları 1. 19 mart 201 4-cü il tarixli, 003mk/14 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" KB ASC tərəfindən Cavabdeh1 60 ay müddətinə 1.000.000 manat kredit xəti açılmışdır. 2. 29 yanvar 2015-ci il tarixli 003mk-2/14 nömrəli əlavə kredit müqaviləsindən görünür ki, "xxxx" KB ASC tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 19 faiz olmaqla 35.000 ABŞ dolları kredit verilmişdir. 3. 09 iyun 2015-ci il tarixli 003mk-3/14 nömrəli əlavə kredit müqaviləsindən görünür ki, "xxxx" KB ASC tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 17 faiz olmaqla 64000 ABŞ dolları kredit verilmişdir. 4. 19 mart 2014-cü il tarixli 003mki/14 nömrəli sonrakı ipoteka müqaviləsinin sürətindən görünür ki, Cavabdeh1 məxsus Gəncə şəhəri Kəpəz rayonu Ziya Bünyadov küçəsi 1-ci döngədə yerləşən 10 nömrəli fərdi yaşayış evi və 0,0258 ha torpaq sa həsi 19 mart 2014-cü il tarixli 003mk/14 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinin təminatı məqsədilə "xxxx" KB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən, tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmeti 120000 manat dəyərində qiymətləndirilmişdir.
5. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 27 mart 2014-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh1 məxsus Gəncə şəhəri Kəpəz rayonu Ziya Bünyadov küçəsi 1-ci döngədə yerləşən 10 nömrəli fərdi yaşayış evi və 0,0258 ha torpaq sahəsi "xxxx" KB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 aprel 2023-cü il tarixli 10/7948-9/8769 nömrəli ek spert rəyindən görünür ki, Gəncə şəhəri Kəpəz rayonu Ziya Bünyadov küçəsi 1-ci döngədə yerləşən Cavabdeh1 məxsus 10 nömrəli fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə hazırki orta bazar qiymətinə uyğun likvid dəyəri təqribən 300.000 manat məbləğində müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 "xxxx" KB ASC-nin xeyrinə 19 mart 2014-cü il tarixli, 003mk/14 nömrəli əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 29 yanvar 2015-ci il tarixli 003mk-2/14 nömrəli əlavə kredit müqaviləsinə əsasən 21760,43 ABŞ dolları əsas, 2377,17 ABŞ dolları faiz, 3793,39 ABŞ dolları cərimə olmaqla cəmi 2793 0,99 ABŞ dolları borc, 09 iyun 2015-ci il tarixli 003mk3/14 nömrəli əlavə kredit müqaviləsinə əsasən 49915,35 ABŞ dolları əsas, 5082,06 ABŞ dolları faiz, 11912,68 ABŞ dolları cərimə olmaqla cəmi 66910,09 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat tutulması; tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri Kəpəz rayonu Ziya Bünyadov küçəsi 1-ci döngədə yerləşən 0,0258 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 10 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakın hərracda satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 29 yanvar 2015-ci il tarixli 003mk-2/14 nömrəli əlavə kredit müqaviləsi üzə 2793 0,99 ABŞ dolları, 09 iyun 2015-ci il tarixli 003mk-3/14 nömrəli kredit müqaviləsinə görə 66910,09 ABŞ dolları borcu və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat tutularaq iddiaçıya ödənilməsi; İpoteka predmetin ilkin satış qiymətinin 120000 manat məbləğində müəyyən edilməsi; İpoteka predmeti olan Gəncə şəhəri, Kəpəz rayonu, Ziya Bünyadov küçəsi, 1-ci döngədə yerləşən 0,0258 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 10 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və onun ailə üzvləri X1 və X2 çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bankla Cavabdeh1 arasında 19 mart 2014-cü il tarixli, 003mk/14 nömrəli kredit müqaviləsi bağlanmış və sonuncuya 60 ay müddətinə 1000.000 manat kredit xəti açılmışdır. Həmin kredit müqaviləsi çərçivəsində tərəflər arasında bağlanmış 29 yanvar 2015-ci il tarixli, 003mk-2/14 nömrəli əlavə kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 19 faiz olmaqla 35.000 ABŞ dolları kredit verilmişdir. Eləcədə, 09 iyun 2015-ci il tarixli 003mk-3/14 nömrəli əlavə kredit müqaviləsinə əsasən "xxxx" KB ASC tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 17 faiz olmaqla 64000 ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 məxsus Gəncə şəhəri Kəpəz rayonu Ziya Bünyadov küçəsi 1-ci döngədə yerləşən 10 nömr əli fərdi yaşayış evi və 0,0258 ha torpaq sahəsi "xxxx" KB ASC-nin xeyrinə 19 mart 2014-cü il tarixli 003mki/14 nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka ilə yüklü edilmiş və tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmeti 120000 manat qiymətləndirilmişdir. Kredit müqaviləsinə 1 saylı Əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq banka ödənilməli olan kredit və faiz borcalanın həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Nəticədə Cavabdeh1 16 avqust 2016-cı il tarixə 29 yanvar 2015-ci il tarixli 003mk-2/14 nömrəli əlavə kredit müqaviləsinə əsasən 21760,43 ABŞ dolları əsas, 2377,17 ABŞ dolları faiz, 3793,39 ABŞ dolları cərimə olmaqla cəmi 27930,99 ABŞ dolları borc, 09 iyun 2015-ci il tarixli 003mk-3/14 nömrəli əlavə kr edit müqaviləsinə əsasən 49915,35 ABŞ dolları əsas, 5082,06 ABŞ dolları faiz, 11912,68 ABŞ dolları cərimə olmaqla cəmi 66910,09 ABŞ dolları borcu yaranmışdır.
9. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 10 iyul 2017-ci il tarixli, 2(043)5277/2017 nömrəli qətnaməsi ilə (hakim Y.Həşimov) iddia qismən təmin edilmiş, Cavabdeh1 Bankın xeyrinə 29 yanvar 2015-ci il tarixli, 003mk-2/14 nömrəli əlavə kredit müqaviləsinə əsasən 21760,43 ABŞ dolları əsas borc, 2377,17 ABŞ dolları faiz borcu və 50 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 24187,6 ABŞ dolları, 09 iyun 2015-ci il tarixli, 003mk-3/14 nömrəli əlavə kredit müqaviləsinə əsasən 49915,35 ABŞ dolları əsas borc, 5082,06 ABŞ dolları faiz borcu və 300 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 55297,41 ABŞ dolları olmaqla, hər iki müqavilə üzrə cəmi 79485, 01 ABŞ dollarının tutulması; tutmanın Gəncə şəhəri, Kəpəz rayonu, Ziya Bünyadov küçəsi, 1-ci döngədə yerləşən 0,0258 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 10 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin daşınmaz əmlak açıq hərracda satılmaqla əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 120.000 manat dəyərində müəyyən edilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə edilən vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılması və iddia tələbinin digər hissədə rədd olunması qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi işin faktiki hallarına istinadən belə qənaətə gəlmişdir ki, tərəflər arasında kredit müqavilələri, eləcə də bu müqavilənin təminatı olaraq ipoteka müqaviləsi bağl anmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərilərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə onun bank qarşısında öhdəlikləri yanmışdır. Əsas borc, ona hesablanmış faiz borc və cərimə borcu cavabdehdən tutulmalıdır. Belə ki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər.
11. Məhkəmə həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nə zərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə xx.xx.2015-ci il tarixli, 003mk-2/14 saylı əlavə kredit müqaviləsi üzrə 3.793.39 ABŞ dolları cərimə borcunun azaldılaraq 50 ABŞ dolları və xx.xx.2015-ci il tarixli, 003mk3/214 saylı əlavə kredit müqaviləsi üzrə 11.912.68 ABŞ dolları cərimə borcunun azaldılaraq 300 ABŞ dolları məbləğində müəyyən olunması məqsədəmüvafiqdir hesab edilmişdir.
12. Məhkəmə hesab etmişdir ki, “İpoteka haqqında” AR Qanununun 39.3.3-cü maddəsinin tələbinə görə, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipotek a qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olunduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsindən görünür ki, həmin müqavilə ilə onlar ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinin dəyərini 120.000 manat qiymətləndirmişlər. Məhkəmə ipoteka predmetinin ilkin satış qiymətinin 120.000 manat müəyyən edilməsini əsaslı sayır.
13. Məhkəmə cavabdehin ipoteka predmeti olan yaşayış evi satıldıqdan-sonra evdən çıxarılmaları və ya evin boşaldılması, eləcə də istifadə hüquqlarının itirilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, hazırda mövcud olmayan, gələcəkdə baş verə biləcəyi ehtimal edilən mübahisə ilə əlaqədar məsələdir. Bununla yanaşı, hərracda satışdan sonra yaşayış sahəsindən çıxarılma ar tıq yeni mülkiyyətçinin hüquqlarına aid olduğundan, həmin evi məhz ipotekaqoyan da əldə edə biİdiyindən məhkəmə hesab edir ki, hazırda mülkiyyət hüququ olmayan bankın cavabdehin yaşayış sahəsindən çıxarılması və ya evin boşaldılması üçün məhkəmədə iddia qaldırmağa subyektiv hüququ yoxdur. İddia tələbinin cavabdehlərin evdən çıxarılmaları hissəsi də əsassızdır.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 269.7, 279, 295, 317.1, 319.1, 319.6, 442, 443.1, 445.1, 448.1, 467, 739, 741-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 36,36.3, 36.4, 36.5 39.3.3-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
15. Cavabdeh1 apellyasiya şikayəti verə rək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, kredit müqaviləsi üzrə borcu vaxtı-vaxtında ödəmiş, lakin manatın devalvasiyasına görə öhdəliklərini icra edə bilməmiş və bank tərəfindən heç bir güzəşt olmamışdır. Bank borcu şişirtmiş və faiz borcu düzgün hesablamamışdır. Cərimə borcunu birinci instansiya məhkəməsi azaltsa da, yenə də yüksək maliyyə məsuliyyəti yarada biləcək həddə saxlanılmışdır.
17. Məhkəmə Ekspertiza Mərkəzinin 25 yanvar 2019-cu il tarixli ekspert rəyinə əsasən, 23 avqust 2016-cı il tarixə Cavabdeh1 "xxxx" KB ASC-yə 29 yanvar 2015-ci il tarixli, 003mk-2/14 nömrəli kredit müqaviləsi üzrə 21496,89 ABŞ dolları əsas, 2441,32 ABŞ dolları faiz borcu; 09 iyun 2015-ci il tarixli 003mk-3/14 nömrəli kredit müqaviləsi üzrə 49863,61 ABŞ dolları əsas, 5310,83 ABŞ dolları faiz borcu müəyyən edilmişdir.
18. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 iyul 2022-ci il tarixli, 2(104)-19/2022 saylı qərardadı ilə iş üzrə əmlakın qiymətləndirilməsinə dair ekspertiza təyin edilmiş, AB Consulting” MMC-nin 21 oktyabr 2022-ci il tarixli 224/UB/22 nömrəli rəyindən görünür ki, ünvan 1 ünvanında mülkiyyətində olan 0,0258 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin bazar qiyməti 281400 manat, likvid qiyməti isə 260.000 manat müəyyən olunmuşdur.
19. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 noyabr 2022-ci i l tarixli, 2(104)-19/2022 saylı qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertiza təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 aprel 2023-cü il tarixli 10/7948-9/8769 nömrəli ekspert rəyindən görünür ki, Gəncə şəhəri Kəpəz rayonu Ziya Bünyadov küçəsi 1-ci döngədə yerləşən Cavabdeh1 məxsus 10 nömrəli fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə hazırki orta bazar qiymətinə uyğun likvid dəyəri təqribən 300000 manat məbləğində müəyyən edilmişdir.
20. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05 iyun 2023-cü il tarixli, 2(104)-7/2023 saylı qətnaməsi ilə (hakimlər R.Ş.Muradov (sədrlik edən və məruzəçi), Ə.İ.Məmmədov və F.Ə.Mehtiyev) Cavabdeh1 apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Gəncə şəhəri, Kəpəz Rayon Məhkəməsinin 10 iyul 2017-c i il tarixli 2(043)-5277/2017 nömrəli qətnaməsi “29 yanvar 2015-ci il tarixli, 003mk-2/14 nömrəli əlavə kredit müqaviləsinə əsasən 21760,43 ABŞ dolları əsas borc, cəmi 24187,6 ABŞ dolları, 09 iyun 2015-ci il tarixli, 003mk-3/14 nömrəli əlavə kredit müqaviləsinə əsasən 49915,35 ABŞ dolları əsas borc, cəmi 55297,41 ABŞ dolları olmaqla, hər iki müqavilə üzrə cəmi 79485,01 ABŞ dolları” və “ipoteka predmetinin ilkin satış qiyməti 120.000 manat dəyərində müəyyən edilməsi” hissədə dəyişdirilmiş, 29 yanvar 2015-ci il tarixli, 003mk-2/14 saylı əlavə kredit müqaviləsi üzrə əsas borc 21496,89 ABŞ dollar, cəmi borc 23924,06 ABŞ dolları müəyyən edilməsi, 09 iyun 2015-ci il tarixli, 003mk-3/14 nömrəli əlavə kredit müqaviləsi üzrə əsas borc 49863,61 ABŞ dolları, cəmi borc 55245,67 ABŞ dolları müəyyən edi lməsi, hər iki, yəni 29 yanvar 2015-ci il tarixli, 003mk-2/14 saylı əlavə kredit müqaviləsi və 09 iyun 2015-ci il tarixli, 003mk-3/14 saylı əlavə kredit müqaviləsi üzrə cəmi borc 79169,73 ABŞ dolları müəyyən edilməsi, ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Kəpəz rayonu, Ziya Bünyadov küçəsi 1-ci döngədə yerləşən 10 saylı fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə likvid satış qiyməti 300.000 manat müəyyən edilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
21. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, Bankla Cavabdeh1 arasında 19 mart 2014-cü il tarixli, 003mk/14 saylı kredit müqaviləsi bağlanmış və sonuncuya 60 ay müddətinə 1.000.000 manat kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi çərçivəsində tərəflər arasında 29 yanvar 2015-ci il tarixli, 003mk-2/14 s aylı əlavə kredit müqaviləsi bağlanmış və bank tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 19 faiz olmaqla 35.000 ABŞ dolları kredit verilmişdir. Eləcədə kredit xətti müqaviləsi çərçivəsində tərəflər arasında 09 iyun 2015-ci il tarixli, 003mk-3/14 saylı əlavə kredit müqaviləsi bağlanmış və sonuncuya 24 ay müddətinə illik 17 faiz olmaqla 64.000 ABŞ dolları kredit verilmişdir. Kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Ziya Bünyadov küçəsi 1-ci döngədə yerləşən 10 saylı fərdi yaşayış evi və 0,0258 ha torpaq sahəsi 19 mart 2014-cü il tarixli, 003mki/14 saylı sonrakı ipoteka müqaviləsi əsasında Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 2.4-cü bəndinə əsasən, tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predm eti 120.000 manat dəyərində qiymətləndirilmişdir. Kredit xətti müqaviləsi çərçivəsində bağlanmış hər iki müqavilə üzrə kreditor üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, lakin borcalan Cavabdeh1 götürmüş öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Ona görə də kreditor hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi iddianı qismən təmin etmişdir.
22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya icraatı zamanı məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin 25 yanvar 2019-cu il tarixli 29148 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, 23 avqust 2016-cı il tarixə Cavabdeh1 Banka 29 yanvar 2015-ci il tarixli 003mk-2/14 nömrəli kredit müqaviləsi üzrə 21496,89 ABŞ dolları əsas, 2441,32 ABŞ dolları fai z borcu; 09 iyun 2015-ci il tarixli 003mk-3/14 nömrəli kredit müqaviləsi üzrə isə 49863,61 ABŞ dolları əsas, 5310,83 ABŞ dolları faiz borcu yaranmışdır. Kreditor iddia tələbində 29 yanvar 2015-ci il tarixli 003mk2/14 nömrəli əlavə kredit müqaviləsi üzrə cavabdehdən 21760,43 ABŞ dolları əsas, 2377,17 ABŞ dolları faiz, 3793,39 ABŞ dolları cərimə olmaqla, cəmi 27930,99 ABŞ dolları, 09 iyun 2015-ci il tarixli 003mk-3/14 nömrəli əlavə kredit müqaviləsi üzrə isə 49915,35 ABŞ dolları əsas, 5082,06 ABŞ dolları faiz, 11912,68 ABŞ dolları cərimə olmaqla, cəmi 66910,09 ABŞ dolları tələb etmişdir.
23. Göründüyü kimi, hər iki müqavilə üzrə əsas borc düzgün hesablanmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, hər iki müqavilə üzrə əsas borca münasibətdə ekspert rəyi nəzərə alınmalı, 29 yanvar 2015-ci il tarixli, 003mk-2/14 saylı kredit müqaviləsi üzrə əsas borc 21496,89 ABŞ dolları, 09 iyun 2015-ci il tarixli, 003mk3/14 saylı kredit müqaviləsi üzrə isə 49863,61 ABŞ dolları müəyyən edilməlidir.
24. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, ekspert rəyində faiz borcu kreditorun tələb etdiyi məbləğdən çox göstərilmişdir. Faiz borcuna münasibətdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi hər iki müqavilə üzrə kreditorun əmlak və digər əsaslı mənafelərini nəzərə alaraq cərimə borcunu azaltmaqda haqlı olmuşdur.
25. Məhkəmə kollegiyası ipoteka predmetinin ilkin satış qiymətinin 120000 manat müəyyən olunması hissəsində apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmiş və bu hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəti cə ilə razılaşmır. Belə ki, apellyasiya icraatı zamanı ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvanında mülkiyyətində olan 0,0258 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin likvid dəyərinin müəyyən olunması barədə qiymətləndirmə təyin edilmiş və "xxxx" MMC-nin 21 oktyabr 2022-ci il tarixli 224/UB/22 nömrəli rəyinə əsasən, əmlakın bazar qiyməti 281400 manat, likvid qiyməti isə 260000 manat müəyyən olunmuşdur. Həmin rəylə razılaşmayan Cavabdeh1 vəsatətinə əsasən iş üzrə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və qiymətləndirmənin aparılması Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmış və Məhkəmə Ekspertiza Mərkəzinin 11 aprel 2023-cü il tarixli ekspert rəyi ilə Gəncə şəhəri, Kəpəz rayonu, Ziya Bünyadov küçəsi 1-ci döngədə yerləşən Cavabdeh1 məxsus 10 nömrəli fərdi y aşayış evinin torpaq sahəsi ilə birlikdə hazırkı orta bazar qiymətinə uyğun ümumi dəyəri 337.000 manat qeyd olunsa da, likvid dəyər 300.000 manat müəyyən edilmişdir.
26. Məhkəmə kollegiyası Məhkəmə Ekspertiza Mərkəzinin 11 aprel 2023-cü il tarixli, 10/7948-9/8769 saylı ekspert rəyini mötəbər hesab edir. Bu da onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin 120.000 manat dəyərində müəyyən edilməsi hissədə dəyişdirilməli və həmin hissədə ipoteka predmetinin likvid satış dəyəri 300.000 manat müəyyən edilməlidir.
27. Məhkəmə kollegiyası hüquqi mövqeyini Mülki Məcəllənin 295, 317.1, 319.1,319.6, 385.1, 425.1, 442, 443, 445.2.1, 448.1, 449, 449.2, 449.3, 449.4, 464.1, 465.2, 467, 739.1, 739.2-ci maddələrinə, “İpoteka haqqında” Qanunu n 11, 34.1, 34.1.3, 36.1,36.2.1, 36.2.3, 37, 41-ci maddələrinə və habelə Mülki Prosessual Məcəllənin 14, 77, 88 və 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-7/2023 saylı qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi hüququn tətbiqində səhvə yol vermiş, tətbiq edilməli olmayan hüququ tətbiq etməklə iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qa rşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
32. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
33. Maddə 443.1. Öhdəliyin i icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
34. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
35. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır 36. 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;
37. Maddə 445.2.2. İcra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
38. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xid mətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
39. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
40. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
41. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qa çırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.
42. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
43. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübut lara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdı rmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
50. Kassasiya instansi yası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
51. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
52. Belə ki, işin apellyasiya instansi yası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, Bankla Cavabdeh1 arasında 19 mart 2014-cü il tarixli kredit müqaviləsi bağlanmış və sonuncuya 60 ay müddətinə 1.000.000 manat kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi çərçivəsində tərəflər arasında 29 yanvar 2015-ci il tarixli əlavə kredit müqaviləsi bağlanmış və Bank tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 19 faiz olmaqla 35.000 ABŞ dolları kredit verilmişdir. Eləcədə kredit xətti müqaviləsi çərçivəsində tərəflər arasında 09 iyun 2015-ci il tarixli əlavə kredit müqaviləsi bağlanmış və sonuncuya 24 ay müddətinə illik 17 faiz olmaqla 64.000 ABŞ dolları kredit verilmişdir. Kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Ziya Bünyadov küçəsi 1-ci döngədə y erləşən 10 saylı fərdi yaşayış evi və 0,0258 ha torpaq sahəsi 19 mart 2014-cü il tarixli ipoteka müqaviləsi əsasında Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 2.4-cü bəndinə əsasən, tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmeti 120.000 manat dəyərində qiymətləndirilmişdir. Kredit xətti müqaviləsi çərçivəsində bağlanmış hər iki müqavilə üzrə kreditor üzərinə düşən öhdəlikləri yerinə yetirsədə, lakin borcalan Cavabdeh1 götürmüş öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Ona görə də kreditor hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
53. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya icraatı zamanı məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin 25 yanvar 2019-cu il tarixli 29148 nömrəli ekspert rəyi ilə müəyyən olu nmuşdur ki, 23 avqust 2016-cı il tarixə Cavabdeh1 Banka 29 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 21496,89 ABŞ dolları əsas, 2441,32 ABŞ dolları faiz borcu; 09 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə isə 49863,61 ABŞ dolları əsas, 5310,83 ABŞ dolları faiz borcu yaranmışdır. Kreditor iddia tələbində 29 yanvar 2015-ci il tarixli əlavə kredit müqaviləsi üzrə cavabdehdən 21760,43 ABŞ dolları əsas, 2377,17 ABŞ dolları faiz, 3793,39 ABŞ dolları cərimə olmaqla, cəmi 27930,99 ABŞ dolları, 09 iyun 2015-ci il tarixli əlavə kredit müqaviləsi üzrə isə 49915,35 ABŞ dolları əsas, 5082,06 ABŞ dolları faiz, 11912,68 ABŞ dolları cərimə olmaqla, cəmi 66910,09 ABŞ dolları tələb etmişdir.
54. Apellyasiya instansiyası məhkəməsi, kassasiya şikayəti ilə eyni məzmunlu olan aprellyasiya şikayəti nin dəlillərini araşdırıb qeyd etmişdir ki, sözügedən hər iki müqavilə üzrə əsas borc düzgün hesablanmamışdır. Ona görə də məhkəmə kollegiyası, hər iki müqavilə üzrə əsas borca münasibətdə ekspertiza təyin etməklə 29 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc 21496,89 ABŞ dolları, 09 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə isə 49863,61 ABŞ dolları müəyyən edilmişdir.
55. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, ekspert rəyində faiz borcu kreditorun tələb etdiyi məbləğdən çox göstərilmişdir. Faiz borcuna münasibətdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi hər iki müqavilə üzrə kreditorun əmlak və digər əsaslı mənafelərini nəzərə alaraq cərimə borcunu azaltmaqda haqlı olmuşdur.
56. Apellyasiya instansiya sı məhkəməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 120.000 manat müəyyən olunması hissəsində apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmiş və bu hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, apellyasiya icraatı zamanı ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvanında mülkiyyətində olan 0,0258 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin likvid dəyərinin müəyyən olunması barədə qiymətləndirmə təyin edilmiş və "xxxx" MMC-nin 21 oktyabr 2022-ci il tarixli rəyinə əsasən, əmlakın bazar qiyməti 281400 manat, likvid qiyməti isə 260000 manat müəyyən olunmuşdur. Həmin rəylə razılaşmayan Cavabdeh1 vəsatətinə əsasən iş üzrə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və qiymətləndirmənin aparılması Məhkəmə Ekspertiza Mərkəzinə ta pşırılmış və Məhkəmə Ekspertiza Mərkəzinin 11 aprel 2023-cü il tarixli ekspert rəyi ilə Gəncə şəhəri, Kəpəz rayonu, Ziya Bünyadov küçəsi 1-ci döngədə yerləşən Cavabdeh1 məxsus 10 nömrəli fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə hazırkı orta bazar qiymətinə uyğun ümumi dəyəri 337.000 manat qeyd olunsa da, likvid dəyər 300.000 manat müəyyən edilmişdir.
57. Apellyasiya instansiyası məhkəməsi, Məhkəmə Ekspertiza Mərkəzinin 11 aprel 2023-cü il tarixli ekspert rəyini mötəbər sübut kimi qiymətləndirirək qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin 120.000 manat dəyərində müəyyən edilməsi hissədə dəyişdirilməli və həmin hissədə ipoteka predmetinin likvid satış dəyəri 300.000 manat müəyyən edilməlidir.
58. Göstərilənlərə əsasən, kassa siya instansiyası məhkəməsi Cavabdeh1 kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 4 16, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05 iyun 2023-cü il tarixli, 2(104)-7/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.