Məhkəmə qərarları › İş №2(102)-4036/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4036/2022

06.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4036/2022 06.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar X8, İddiaçı1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzilin təhvil verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, iddiaçılar X8, İddiaçı1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı mənzilin təhvil verilməsi və s. tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-507/2022 nömrəli iş üzrə 28 fevral 2022-ci il tarixli qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 06 sentyabr 2022-c i il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar X8, İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən binanın D blokunun 16-cı mərtəbəsində sahəsi 158 kv.m. olan mənzilin, binanın D blokunun 14-cü mərtəbəsində sahəsi 158 kv.m. olan mənzilin və həmin mənzillərin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ümumi mülkiyyət kimi dövlət qeydiyyatına alınması üçün qanunla müəyyən edilmiş zəruri sənədlərin Cavabdeh MTK tərəfindən İddiaçı2 və X3 vərəsəsi İddiaçı1 təhvil verilməsi barədə qətnamə qəbul edilməsini, Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən binanın C blokunun 15-ci mərtəbəsində sahəsi 139 kv.m. olan mənzilin və həmin mənzilin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində xüsusi mülkiyyət kimi dövlət qeydiyyatına alınması üçün qanunla müəyyən edilmiş zəruri sənədlərin Cavabdeh MTK tərəfindən X4 təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK ilə bağlanmış 118/43 saylı 18 may 2005-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən binada ümumi sahəsi 1428.5 kv.m. olan mənzillər İddiaçı2 və X10 tərəfindən alınmışdır. 118/43 saylı 18 may 2005-ci il tarixli müqavilənin 2.1.“b” bəndinə əsasən, həmin mənzillərdən biri - Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən binanın C blokunda 15-ci mərtəbəsində sahəsi 139 kv.m. olan mənzil Cavabdeh MTK ilə bağlanmış C-139/15 saylı 12 sentyabr 2006-cı il tarixli müqaviləyə əsasən X8 tərəfindən alınmışdır. Müqavilələrin 1.2. və 2.1-ci bəndlərinə əsasən Cavabdeh MTK, tikinti başa çatdıqdan sonra mənzili müqavilə ilə müəyyən edilmiş texniki vəziyyətdə təhvil verməyi öhdəsinə götürmüşdür. X10 xx.xx.2010-cu ildə vəfat etmişdir. İddiaçı1 X3 qanun üzrə vərəsəsidir. Lakin "HÜQUQ” MTK müqavilə üzrə öz öhdəliklərini tam yerinə yetirməmişdir. Belə ki, 118/43 saylı 18 may 2005-ci il tarixli müqavilə üzrə 2 mənzil binanın D blokunun 16-cı mərtəbəsində sahəsi 158 kv.m. olan mənzil və binanın D blokunda 14-cü mərtəbəsində sahəsi 158 kv.m. olan mənzil, C139/15 saylı xx.xx.2006-cı il tarixli müqavilə üzrə binanın C blokunun 15-ci mərtəbəsində sahəsi 139 kv.m. olan mənzil və mənzillərin Daşınmaz Əmlakın D övlət Reyestri Xidmətində dövlət qeydiyyatı üçün zəruri sənədləri müvafiq olaraq onlara - İddiaçı2 və vəfat etmiş X3 vərəsəsi İddiaçı1, X4 təhvil verilməmişdir.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1064/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və X2 Cavabdeh MTK-ya qarşı “müqavilələrdən əmələ gələn öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair 2(006)2894/2020 saylı mülki iş üzrə iddiaçı X2 Cavabdeh MTK-ya qarşı “müqavilələrdən əmələ gələn öhdəliklərin yerinə yetirilməsi” tələbinin ayrılaraq, ayrıca icraatda baxılması qərara alınmışdır.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 2(006)-1064/2021 saylı işi üzrə 03 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.C.Musayeva) iddia təmin edilərək, Bakı ş əhəri, Xətai prospekti 38 ünvanında yerləşən yaşayış binasının D blokunun 16-cı mərtəbəsində sahəsi 158 kv.m. olan mənzil, həmin binanın D blokunun 14-cü mərtəbəsində sahəsi 158 kv.m. olan mənzil və həmin mənzillərin xüsusi mülkiyyət kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ilkin dövlət qeydiyyatına alınması üçün qanunla müəyyən edilmiş zəruri sənədlər, o cümlədən, həmin binanın istismara qəbul aktı, mənzil-tikinti kooperativi binasında mənzillərin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı, mənzillər üçün pay haqqının tam ödənildiyini təsdiq edən mənzil-tikinti kooperativinin maliyyə arayışları Cavabdeh MTK tərəfindən İddiaçı2 və X3 vərəsəsi İddiaçı1 təhvil verilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəf mübahisəsiz surətdə qəbul etmişdir ki, onun inşa etdiyi binadan iddiaçılar 2005-ci il tarixdə müqavilə əsasında həmçinin binanın D blokunun 16-cı mərtəbəsində sahəsi 158 kv.m. olan mənzili, binanın D blokunun 14-cü mərtəbəsində sahəsi 158 kv.m. olan mənzili almışlar. İddiaçı tərəf mənzillərin dəyərini tam ödəmələrini göstərsələr də, bununla bağlı müvafiq maliyyə arayışını təqdim edə bilməyərək bunu belə izah etmişlər ki, cavabdeh onlara belə bir arayışı təqdim etməmişdir. Cavabdeh tərəfin isə qeyd edilənlərlə bağlı etirazı maliyyə arayışlarının əslinin MTK tərəfindən imzalandığı, möhürləndiyi formada mənzil sahiblərinə təqdim edildiyi, bu sənədin surətinin MTK-da saxlanılmadığından ibarətdir. Lakin iş materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçılar aldıqları 10 mənzilin 8-ni müqavilə şərtlərinə əsasən MTK vasitəsilə üçüncü şəxslərin adlarına rəsmiləşdirmişlər. Bu rəsmiləşdirmənin də yalnız mənzillərin dəyərinin tam ödənilməsi halında baş verməsi faktı şübhəsizdir. "Hüquq” MTK-nın X6 və X5 həmin mənzilləri yaşamaq məqsədilə deyil, investisiya yatırımı kimi almalarına, buna görə də onların aldıqları mənzillərdə təmir işlərinin aparılmasında maraqlı olmamalarına dair dəlillərinə məhkəmə qiymət verərək hesab etmişdir ki, bu halın mövcudluğu belə iddiaçıların mənzillərlə bağlı olan hüquqlarının hər hansı formada cavabdeh tərəfindən məhdudlaşdırılmasına əsas vermir. Belə ki, iddiaçılar mübahisələndirilən mənzillərin müqavilə ilə müəyyən edilmiş dəyərini tam ödədikdən sonra orada yaşayıb-yaşamamasından asılı olmayaraq bu mənzillərə sahib olmaq, istifadə etmək və barə sində sərəncam vermək kimi hüquqları vardır ki, bu hüquqların da məhdudlaşdırılmasına yol verilmir. İddiaçılar tərəfindən kommunal xidmət haqqının və binanın istismarına icazə verilməsi üçün əlavə işlərin görülməli olduğu üçün əlavə pay haqqının ödənilməməsi hazırkı iddianın əsassız olmasını təsdiq etmir. Beləliklə tərəflər arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır və həmin müqavilə ilə bağlı hər hansı tələb də məhz müqavilə şərtləri çərçivəsində dəyərləndirilməlidir.

6. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109-113, Mülki Məcəllənin 109-112, 324, 372-384, 385-388, 560; Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 217.4, 371-372, 385, 386, 388 və 3 90-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

7. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-507/2022 nömrəli iş üzrə 28 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Ş.Talışinski (sədrlik edən və məruzəçi), A.N.İmanov və Q.A.Əsgərov) apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

9. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 112.4 və 178.8-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 110.4, 1 10.5, 112.1-ci və 113-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

10. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 28 fevral 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

11. Kassator Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217.4 və 372.1-ci maddələrinə istinad edərək, məhkəmə tərəfindən maddi hüquq normalarının tələblərinin pozulduğunu qeyd etmişdir. Belə ki, iddiaçılar 6 illik iddia müddətini ötürdükdən sonra 14 il sonra həmin mənzilin təhvil verilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Digər tərəfdən iddiaçılar ilə Cavabdeh MTK arasında müqavilə bağlanılan zaman Bakı şəhəri Xətai prospekti 38 ünvanında yerləşən 18 mərtəbəli yaşayış binasının tikintisi başa çatmamışdı. Buna görə də faktiki olaraq mövcud olmayan mənzil üzərində mülkiyyət hüququnun yaranması düzgün deyil. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. İddiaçıların vəkili kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Kassasiya baxışının hədləri

13. Qanunu n tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

14. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 112.4 Kooperativin üzvü öldükdə onun vərəsələri, əgər kooperati vin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, kooperativ üzvlüyünə qəbul edilə bilərlər. Əks halda kooperativin ölmüş üzvünün payının dəyəri kooperativ tərəfindən onun vərəsələrinə ödənilir.

16. Maddə 178.8 Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

17. Maddə 110.4. Mənzil-tikinti kooperativinin binasında mülkiyyət hüququ ilə yaşayış (qeyri-yaşayış) sahəsi əldə etmiş şəxsin binanın idarə edilməsində iştirak etməsi məqsədi ilə həmin mənzil-tikinti kooperativinə üzv olmaq hüququ vardır.

18. Maddə 110.5. Mənzil-tikinti kooperativinə üzvlüklə bağlı digər məsələlər Azərb aycan Respublikası Mülki Məcəlləsinin kooperativlər haqqında müvafiq müddəaları ilə tənzimlənir.

19. Maddə 112.1. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir.

20. Maddə 113.1. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənz ilin və ya qeyriyaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır.

21. Maddə 113.2. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır.

22. Maddə 113.3. Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin t əqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

25. Maddə 76.2 Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

26. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

29. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

30. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

31. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

32. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüq uq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

36. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MTK tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-507/2022 nömrəli iş üzrə 28 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar