Məhkəmə qərarları › İş №2(102)-4038/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-4038/2024

12.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4038/2024 12.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ № 2(102)-4038/2024 (Açar sözlər: kredit borcunun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3159/2024 nömrəli, 29 iyul 2024-cü il tarixli qətnaməsindən Cavabdeh (Vəkil2) tərəfindən verilmiş kas sasiya şikayətinə 12 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli **********90013 nömrəli kredit müqaviləsinə əsasən, bank tərəfindən Borc alana satış qiyməti 60.000 manat olan ünvan 1 ünvanında, 2-ci mərtəbədə yerləşən 38 kv.m. yaşayış sahəsindən, 22 kv.m. yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 60 kv.m təşkil edən 3 otaqlı, 3 saylı mənzilin alınması məqsədi ilə 96 ay müddətinə, illik 14 % ödənilmək şərti ilə 42.000 manat məbləğində kredit verilmişdir.

2. Kredit müqaviləsinin təminatı olaraq xx.xx.2013-cü il tarixli **********90013/1 nömrəli alğı-satqı və ipoteka müqaviləsinə əsasən ünvan 1 ünvanında, 2-ci mərtəbədə yerləşə n 3 saylı mənzil ipoteka ilə yüklü edilmişdir.

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1035/2018 nömrəli, 03 may 2018ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2013-cü il tarixli **********90013 saylı kredit müqaviləsi üzrə 33.453,83 manat əsas borc, 10.143,74 manat faiz borcu və gecikdirməyə görə 200 manat cərimə, cəmi 43.797,57 manat, dövlət rüsumu, sənədlərin notarial təsdiqi üçün ödənilmiş 20 manat dövlət rüsumunun Bankın xeyrinə tutulması, Cavabdeh məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında, 2-ci mərtəbədə yerləşən 3 saylı mənzilin ilkin satış qiymətinin.80.000 manat müəyyən olunması, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borcun "xxxx" ASC-yə ödənilməsi, Cavabdeh ipoteka predmeti olan mənzildən çıxarılması və mənzilin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

4. Həmin qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1769/2019 nömrəli, 15 fevral 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1035/2018 nömrəli, 03 may 2018-ci il tarixli qətnaməsi qismən dəyişdirilmiş, bank ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə kreditdən istifadəyə görə hesablanmış faiz borcunun ödənilməsi məqsədilə 6.071,66 manat, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədilə 1.738,72 manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, Bakı şəhər i Xətai Rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən verilmiş kassasiya şikayəti isə təmin edilməmişdir. Qətnamənin icra edilməsi ilə bağlı icra sənədi verilmişdir.

5. İcra orqanının sifarişi əsasında hərrac keçirilmiş və "xxxx" MMC-nin direktoru ilə "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi arasında hərracın yekunları üzrə əmlakın, yəni ipoteka predmeti olan mənzilin alğı-satqısı barədə 15 fevral 2021-ci il tarixli müqavilə bağlanmış, mənzil 51.000 manata iddiaçı olan "xxxx" ASC-yə satılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı və ya Bank) ilə Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəs i ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən xx.xx.2013-cü il tarixli **********90013 nömrəli kredit müqaviləsi üzrə bank qarşısında 18.044,63 manat məbləğində xx.xx.2021-ci il tarixədək hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği, xx.xx.2021-ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış 5.005,38 manat təşkil edən penya, cəmi 23.050,01 manat məbləğində pul vəsaitinin, iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi üzrə 159,15 manat məbləğində çəkilmiş xərclərin və 0,40 manat məbləğində xidmət haqqının əvəzinin bankın xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinadən onunla əsaslandırılmışdır ki, ipot eka predmeti qismində çıxış edən əmlakların ödənilməmiş borc müqabilində Bankın balansına keçməsinə baxmayaraq, cavabdehin kredit müqaviləsi üzrə iddiaçı qarşısında kredit müqaviləsi üzrə əsas borc məbləğinin tam ödənildiyi xx.xx.2021-ci il tarixinədək hesablanmış və ödənilməmiş 18.044,63 manat məbləğində adi faizlər üzrə borcu qalmışdır. Bundan əlavə cavabdeh kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanan penya da ödəməlidir ki, xx.xx.2021-ci il tarixə bu məbləğ 5.005,38 manat təşkil etmişdir. İpoteka predmeti hesabına bankın tələbi ödənilmədiyinə görə “İpoteka haqqında” Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli Qanununun 47.5-c i maddəsinə əsasən bankın tələbinin ödənilməyən hissəsini borc alanın başqa əmlakından almaq hüququ yaranmışdır. Kredit müqaviləsi üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklər könüllü qaydada yerinə yetirilməsinə nail olmaq məqsədilə bank tərəfindən cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır.

8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə3 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, dəfələrlə mənzilə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş ilkin satış qiymətinə, yəni 80.000 manata müştəri tapsa da, bank tərəfindən buna razılıq verilməmiş, nəticə etibarilə bank mənzili real dəyərindən ucuz qiymətə öz balansına keçirmişdir. Odur ki, nümayəndə iddia tələbinin təmin edilməməsi barəd ə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(011)-4451/2022 nömrəli, 01 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim İlahə Abbasova) iddia təmin edilməmiş, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 159,15 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət olunmuşdur.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı iddianı əsaslandıracaq sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, xx.xx.2013-cü il tarixli **********90013 №-li kredit müqaviləsi üzrə cavabdehin borcu məhkəmələr tərəfindən müəyyən edilmiş, cavabdehdən tutulmuş borcun ödənilməsini təmin etmək üçün ipoteka predmetinə tutma yönəldilmiş, ipoteka predmeti dəyərindən kifayət qədər aşağı mə bləğə açıq hərracda satılmış, xx.xx.2013-cü il tarixli **********90013 №-li kredit müqaviləsi üzrə mövcud olan bütün borclar (o cümlədən faizlər və dəbbə) ödənilmiş, qalıq məbləğ də cavabdehə qaytarılmışdır. Ona görə də iddia tələbi əsassızdır və təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 386.1, 433.1, 442, 442, 443.1, 445.7-ci, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1, 4.2, 7.2, 47.2, 47.4 və 47.5-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 81, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:

12. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddian ın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin kredit müqaviləsi tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsində öz əksini tapır. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki: “Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvəd ə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir”. Konstitusiya Məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Konstitusiya məhkəməsi yuxarıda qeyd edimiş əsaslardan çıxış edərə k daha sonra həmin qərarda növbəti hüquqi mövqeyini ifadə edərək, göstərir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarına, habelə kredit müqaviləsinin 1.1-ci, 2.4- cü və 6.2-ci bəndlərinə əsasən, Bank xx.xx.2018ciil tarixdən kredit müqaviləsi üzrə əsas borcun tam ödənildiyi xx.xx.2021-ciil tarixə qədər hesablanmış və ödənilməmiş 18.044,63 manat məbləğində adi faizləri və 5.005,38 manat məbləğində penyanı tələb etməkdə haqlı olmuşdur.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-1009/2023 nömrəli, 14 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Fuad Talışinski) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı tələbini əsaslandırmaq üçün iddia ərizəsində maddi zərərin (əldən çıxmış fayda) vurulması ilə bağlı olan Mülki Məcəllənin 21-ci maddəsinə və öhdəliklərin icra edilməməsinə görə borclunun məsuliyyətini müəyyən edən 3 85, 445-ci maddələrinə əsaslansa da, cavabdeh tərəfindən ona hər hansı maddi zərərin vurulmasını, eyni zamanda hər hansı hüquqlarının pozulmasını sübut edə bilmədiyindən, iddia tələbi əsaslı olmadığından və iş materialları ilə öz təsdiqini tapmadığından təmin edilməməlidir.

16. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən həmçinin təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

17. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423. 2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il qərarına, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4, 7 və 47ci maddələrinə, Mülki Məcəllənin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 372.6, 384.0.1 və 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat:

18. Qətnamədən iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

19. Kassas iya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, cavabdehin xx.xx.2013-cü il tarixli **********90013 nömrəli kredit müqaviləsi üzrə mövcud olan bütün borclarını tam şəkildə ödəməsi ilə bağlı hissədə razılaşmır. Belə ki, işə məhkəmə iclasında baxılarkən məhkəmənin nəzərinə çatdırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1769/2019 nömrəli, 15 fevral 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş, ipoteka predmetinin dəyərindən tutulmalı olan Kredit müqaviləsi üzrə 33.453,83 manat məbləğində əsas borcdan, 6.071,66 manat məbləğində adi faizlər üzrə borcdan, 1.738,72 məbləğində penyadan ibarət olan cəmi 41.264,21 manat məbləğində borcun ödənilməsi, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin tam şə kildə yerinə yetirilməsi mənasına gəlmir. Qeyd edilən mülki iş üzrə bank tərəfindən tələb edilən borc məbləği xx.xx.2018-ci il tarixinədək (həmin mülki iş üzrə iddia tələbinin həcminin artırılması barədə ərizənin məhkəməyə təqdim edildiyi tarixədək) hesablanmış borc məbləğindən ibarət olmuşdur. Bankın hazırkı tələbi isə həmin tarixdən kredit müqaviləsi üzrə əsas borcun tam şəkildə ödənildiyi xx.xx.2021-ci il tarixədək hesablanmış 18.044,63 manat məbləğində adi faiz borcunun və 5.005,38 manat məbləğində penyanın cavabdehdən tutulması ilə bağlıdır. Belə olan halda məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri pozulmuşdur.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-31/2024 nömrəli, 01 fevral 2024-cü il tarixli qərarı ilə (hakimlər Elşanə Vəliyeva (məruzəçi), Əhliman Xıdırov və Elşad Şamayev) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin 14 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

21. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, qəbul etdiyi qətnamədə göstərmişdir ki, iddiaçı tələbini əsaslandırmaq üçün iddia ərizəsində maddi zərərin (əldən çıxmış fayda) vurulması ilə bağlı olan Mülki Məcəllənin 21-ci maddəsinə və öhdəliklərin icra edilməməsinə görə borclunun məsuliyyətini müəyyən edən 385, 445-ci maddələrinə əsaslansa da, cavabdeh tərəfindən ona h ər hansı maddi zərərin vurulmasını, eyni zamanda hər hansı hüquqlarının pozulmasını sübut edə bilmədiyindən, iddia tələbi əsaslı olmadığından və iş materialları ilə öz təsdiqini tapmadığından təmin edilməməlidir.

22. Məhkəmə kollegiyası əldən çıxmış faydanın (zərərin) əvəzinin tutulması tələbinin tamamilə rədd edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmamışdır. Belə ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər, kredit borcunu vaxtında ödəməmək lə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir, adıçəkilən normanın tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur, bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Bu hüquqi mövqe “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında öz əksini tapmışdır.

23. Məhkəmə kollegiyası qeyd etm işdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il qərarında isə həmin hüquqi mövqe inkişaf etdirilərək, belə bir hüquqi mövqe sərgiləmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.

24. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, hər iki qərarda əks olunmuş hüquqi mövqeləri nəzərə almaqla, iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərin pozulmasına görə müqavilədən imtina edərək kredit üzrə borcun ödənilməsi ilə bağlı borcluya bildiriş verməklə və məhkəmədə iddia qaldırmaqla müqavilədən imtina edərək ona xitam verdiyindən həmin tarixdən sonra kredit müqaviləsi üzrə əsas borcun tam şəkildə ödənildiyi xx.xx.2021-ci il tarixədək, əgər iddiaçı digər əsaslardan çıxış edərək daha yüksək faiz ödənilməsi tələbini lazımi qaydada əsaslandıra bilmirsə, o halda onun gecikdirilmiş vaxt üçün vurulmuş zərərin əvəzi məqsədilə illik 5% ödənilməsini tələb etmək hüququna malikdir. Apellyasiya məhkəməsi isə iddiaçının tələbin üzrə yuxarıda qeyd edilən qərarlarda əks olunmuş hüquqi mövqelər baxımından hüquqi qiymət verməmiş, Mülki Məcəllənin 445.7-ci maddəsinin mübahisəyə tətbiq edilməməsinin səbəblərini əsaslandırmamışdır.

25. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, MPM-in 417.1.3 və 418.1-ci maddələrinin tələbinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəm əsinin qətnamə və qərardadının ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün əsasdır. İşə apellyasiya instansiyası məhkəməsində yenidən baxılarkən hazırkı qərarda şərh edilən hallara, bildirilən hüquqi mövqelərə uyğun qaydada işin faktiki halları ilə birlikdə dəyərləndirilməklə, aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Apellyasiya instansiya məhkəməsində ikinci icraat:

26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3159/2024 nömrəli, 29 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Fərrux Qasımov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – “faiz borcunun tutulmasının rədd edilm əsi və dövlət rüsumunun iddiaçının özünə aid edilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddianın həmin hissədə qismən təmin edilməsi, cavabdehdən xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 34.453,83 manat əsas borca xx.xx.2018-ci il tarixdən - xx.xx.2021-ci il tarixədək müddət üçün ilik 5 dərəcəsi ilə hesablanmış 5.139,50 manat faiz borcu və ödənilmiş dövlət rüsumunun 71,40 manat hissəsinin əvəzi tutularaq iddiaçıya verilməsi, dövlət rüsumunun qalan hissəsinin iddiaçının özünə aid edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur.

27. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə və işi n hallarına istinadən qeyd etmişdir ki, tərəflər arasında xx.xx.2013-cü il tarixdə bağlanmış kredit müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə satış qiyməti 60.000 manat olan Bakı şəhəri, Xətai rayonu, İlqar Həbibov küçəsində yerləşən 56 saylı evin, 3 saylı mənzilinin alınması məqsədi ilə 96 ay müddətinə, illik 14 % ödənilmək şərti ilə 42.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq həmin mənzil iddiaçı qarşısında ipoteka ilə yüklü edilmişdir. Lakin cavabdeh həmin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmədiyindən onların arasında məhkəmə mübahisəsi yaranmış və iddiaçının iddiası üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1035/2018 nömrəli, 03 may 2018-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1769/2019 nömrəli, 15 fevral 2019cu il tarixli qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə 34.453,83 manat məbləğində əsas, 6.071,66 manat məbləğində faiz, 1.738,72 manat məbləğində cərimə borcu tutulmuş və tutma ipoteka ilə yüklü edilmiş əmlaka yönələrək, bu əmlakın açıq hərracdan satılması qət edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsi müvafiq qərarı ilə bu nəticə ilə razılaşmışdır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra onun əsasında verilmiş icra sənədinin icrası qaydasında ipoteka predmeti satılmış və satışdan əldə edilmiş vəsait hesabına xx.xx.2021-ci il tarixdə müəyyən edilmiş borc məbləğinin, o cümlədən 33.453,83 manat məbləğində əsas borcun ödənilməsi təmin edilmişdir.

28. Hazırda iddiaçı yuxarıda göstərilən məhkəmə mübahisəsi çərçivəsində həmin kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə yaranmış borcun tələb edildiyini, borcun isə tam olaraq xx.xx.2021-ci il tarixdə ödənildiyini iddia edir və bu müddət üçün (xx.xx.2018xx.xx.2021) müqavilədə göstərilən dərəcələrlə hesablama aparılmaqla ödənilməmiş adi faizlər üzrə 18.044,63 manat məbləğində faiz borcun və 5.005,38 manat məbləğində penyanın, cəmi 23.050,01 manat məbləğində pul vəsaitinin, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun və xidmət haqqının əvəzinin cavabdehdən onun xeyrinə tutulmasını tələb edir.

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alıb, ilk növbədə iddia üzrə irəli sürülmüşü 5.005,38 manat penya məbləğinin tutulması tələbi ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında penya məbləğinin hesablanması haqqında yazılı form ada razılaşma olmuş, yəni cavabdeh ödənişlərin gecikdirilməsi nəticəsində penya ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin kredit müqaviləsinin 6.2-ci bəndində öz əksini tapmışdır. Yuxarıda göstərilən məhkəmə mübahisəsi çərçivəsində də iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış penya borcunun ödənilməsini tələb etmişdir. Artıq qeyd edildiyi kimi, bu tələb üzrə cavabdehdən iddiaçının xeyrinə 1.738,72 manat məbləğində penya (cərimə) tutulmuşdur. Bu sahəni tənzimləyən qanunvericilikdə məhkəmə mübahisəsi çərçivəsində məhkəmə tərəfindən penya məbləği tutulduqdan sonra hazırkı iddia tələbi üzrə irəli sürülmüş əsaslarla hər hansı sonrakı dövr üçün yenidən penya məbləğin in tutulmasının mümkünlüyü təsbit edilməmiş, o cümlədən qanunla belə hal müəyyənləşdirilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab etmişdir ki, bu hissədə apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz.

30. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2024cü il tarixli qərarında əks olunmuş məcburi göstərişləri nəzərə alıb, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il və xx.xx.2023-cü il tarixli qərarlarında nümayiş etdirilmiş hüquqi mövqeyi rəhbər tutub qeyd etmişdir ki, kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbindən irəli gələn mübahisə üzrə xx.xx.2018-ci il tarixə hesablanmış borc məbləği, o cümlədən faiz borcu tələb edilmişdir. Hüquqi nəticə etibarı ilə müqavilə üzrə 34.453,83 manat məbləğində əsas borcun yaranması və bu məbləğin ipoteka predmetinin açıq hərracdan satılması nəticəsində əldə edilmiş vəsait hesabına məhz xx.xx.2021-ci il tarixdə ödənilməsi öz təsdiqini tapmışdır. Tərəflər arasında yaranmış kredit müqaviləsindən irəli gələn münasibətlərin təminatı qismində əmlakın çıxış etməsi (ipoteka predmetinin mövcudluğu) isə bu məbləğin ödənilməsi öhdəliyini aradan qaldırmış olmur. Hər bir halda, aralarında bağlanmış kredit müqaviləsi üzrə üzərinə götürmüş öhdəliyə əsasən cavabdeh iddiaçıya yaranmış kredit borcunu ödəməli idi. Bununla belə, cavabdeh kredit borcunun ödənilməsi öhdəliyinin icrasını gecikdirmiş və bu borcun ipoteka predmetinin açıq hərracdan satılması yolu ilə yalnız xx.xx.2021-ci il tarixdə ödənilməsi nəticəsində cavabdeh tərəfindən i ddiaçıya xx.xx.2018-ci il tarixdən (iddiaçının nümayəndəsi də məhkəmə iclasında faiz borcunu məhz bu tarixdən hesablamaqla tələb etdiklərini bildirir) xx.xx.2021-ci il tarixədək müddət ərzində faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurulmuşdur. Qeyd edilənlər öz növbəsində iddiaçının Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə uyğun olaraq digər əsaslardan çıxış edərək, daha böyük məbləğ tələb edə bilmədiyi halda, gecikdirilmiş həmin vaxt üçün ən azı illik 5 dərəcə ilə hesablanmış faiz formasında zərərin ödənilməsini tələb etmək hüququnu yaratmış olur ki, bu məbləği də cavabdeh ödəməyə borcludur.

31. Məhkəmə kollegiyası iddiaçının bu barədə tələbini nəzərə alıb, habelə daha böyük məbləğin tutulması ilə bağlı dəlilləri ilə razılaşmayıb, apellyasiya şikayətinin dəlillərini b u hissədə qismən əsaslı hesab etmiş və belə qənaətə gəlmişdir ki, kredit borcunun ödənilməsinin gecikdirildiyi xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, yəni 2 il 11 ay 24 gün müddət üçün vurulmuş zərərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə cavabdehdən illik beş faiz dərəcəsi ilə pul tutulmalıdır.

32. Məhkəmə kollegiyası əsas borc məbləğinin 34.453,83 manat, illik faiz dərəcəsinin 5 faiz, ümumi müdətin isə 2 il 11 ay 24 gün olmasını nəzərə alaraq qeyd etmişdir ki, cavabdehdən iddiaçının xeyrinə ümumilikdə (34.453,83 x 5 / 100 = 1.722,69 – 1 il, 1.722,69 / 12 ay = 143,56 – 1 ay, 143,56 / 30 = 4,79 – 1 gün /// (1.722,69 x 2 il = 3.445,38) + (143,56 x 11 ay = 1.579,16) + (4,79 x 24 gün = 114,96) = 5.139,50) 5.139,50 manat məbləğində pul vəsaiti tutulmalıdır.

33. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, ümumilikdə 5.139,50 manat məbləğində borcun tutulması qənaətinə gəlindiyindən cavabdehdən iddiaçının xeyrinə bu məbləğ üçün nəzərdə tutulmuş məbləğdə, yəni 71,40 manat məbləğində dövlət rüsumu tutulmalı, dövlət rüsumunun qalan, yəni (159,15 - 71,40 = 87,75) 87,75 manat hissəsi iddiaçıya aid edilməlidir.

34. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 442, 443.1, 448.1, 448.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli və “Mülki Məcəllənin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarlarına və Mülki Prosessual Məc əllənin 14.2, 77.1, 77.2, 217.1, 217.4, 384.0.2, 385.1, 420-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

35. Qətnamədən cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

36. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi təmin etdiyi iddia tələbi üzrə iddiaçının hər hansı vəzifə və öhdəliyinin yaranmamasını nəzərə almamışdır. Məhkəmə hazırkı iş üzrə belə nəticəyə gəlmişdir ki, kredit borcunun cavabdeh tərəfindən ödənilməsinin gecikdirilməsi xx.xx.2018-ci il tarixdən başlamış və xx.xx.2021-ci il tarixədək davam etmiş, yəni 2 il 11 ay 24 gün davam etm işdir. Əvvəla məhkəmə nəzərə almamışdır ki, eyni tərəflər arasında, eyni əsas və eyni predmetlə bağlı Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli qətnaməsi var. Digər tərəfdən məhkəmə onu da nəzərə almamışdır ki, tərəflər arasında razılaşdırılmış əsas şərtlərdən biri də öhdəliyin təminatı kimi satış qiyməti 60.000 manat olan ünvan 1 ünvanında, 2-ci mərtəbədə yerləşən 38 kv.m. yaşayış sahəsindən, 22 kv.m. yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 60 kv.m. təşkil edən 3 otaqlı, 3 saylı mənzil çıxış etmişdir. Məhkəmə tərəfindən həmin mənzilin satış qiyməti 80.000 manat müəyyən edilmişdir. Bir sözlə, iddiaçı özü qəbul etmişdir ki, cavabdeh öhdəliyini icra etməsə, tələb mənzilə yönələcək və öhdəlik həmin mənzil hesabına icra ediləcək. İddiaçıya o da məlum idi ki, bu qaydada öhdəliyin icrası qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi və qətnamənin icrası kimi açıq hərracın keçirilməsi ilə mümkündür. İşə baxan məhkəməyə və iddiaçıya da məlum olan və mübahisə doğurmayan hal ondan ibarətdir ki, cavabdeh 2018-ci ildə iddia qaldırıldığı andan xx.xx.2021-ci il tarixədək mübahisəli mənzillə bağlı iddiaçının razılığı olmadan hər hansı addım atmaq, məhkəmə araşdırmasından kənar qaydada mənzili hər hansı formada realizə etmək, qanunvericiliklə tənzimlənən məhkəmə araşdırmalarının (o cümlədən bütün instansiyalar üzrə) gedişatını dayandırmaq və dəyişdirmək imkanı olmayıb. Yəni öhdəlik həmin mənzil hesabına ödənilməli və bunun üçün də qanuni qüvvəyə minmiş qətnamə şərt idi. Belə olan halda cavabdehin hər hansı öhdəliyinin yaranmasından söhbət gedə bilməzdi. Hətta i ş materialları ilə təsdiq edilir ki, mübahisəli mənzil iddia tələbindən artıq məbləğə satılıb. Baxmayaraq ki, cavabdeh həmişə mənzilin hərracdan satılan qiymətinin real dəyərdən qat-qat aşağı olmasını bildirirdi. Məhkəmə ən azı 2 il 11 ay 24 gündən Xətai Rayon Məhkəməsinin 2(011)-1035/2018 nömrəli, 03 may 2018-ci il tarixli qətnaməsinin qanuni qüvvəyə mindiyi xx.xx.2019-cu il tarixdən (Ali Məhkəmənin Qərarının qəbul edildiyi tarix) xx.xx.2021-ci il tarixədək olan müddəti nəzərə almamalı idi. Çünki həmin dövrdə həyata keçirilən icra və hərrac perosedurlarının gedişatına, müddətinə cavabdeh hər hansı öhdəlik və məsuliyyət daşımırdı. Belə olan halda cavabdehin aparılan məhkəmə araşdırmalarına və icra proseslərinə, müddətlərə görə cavabdehlik daşımadığı halda həmin müddətləri cavabdehin öhdə lik müddətlərinə şamil edilməsi qanunsuzdur. Cavabdeh bir halda öhdəlik daşıyardı ki, xx.xx.2021-ci il tarixdə həmin mənzilin satışından əldə edilən vəsait öhdəliyi bağlamağa kifayət etməsin. Cavabdeh bu halda çatmayan məbləğlə bağlı cavabdehlik daşıyırdı.

37. Apellyasiya məhkəməsi təmin etdiyi iddia tələbi üzrə iddiaçının əvvəlki iş üzrə iddia tələbinin olmasını və həmin tələbin rədd edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olmasını nəzərə almayıb. Hazırkı işdə məhkəmənin yol verdiyi əsas qanun pozuntusu iddiaçının hazırkı iddia tələbi ilə eyni iddia tələbinin 2018-ci ildə Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-1035/2018 nömrəli mülki işdə cavabdehə qarşı qaldırılmasını və məhkəmə tərəfindən rədd edilməsini nəzərə almamışdır. Belə ki, iş materiallarına əlavə edi lmiş Xətai Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli qətnaməsindən müəyyən edilir ki, iddiaçı cavabdehə qarşı verdiyi əvvəlki iddia ərizəsində göstərdiyi tələbi artıraraq iddiaçı Xətai Rayon Məhkəməsiə müraciət edib. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

38. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

39. Maddə 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qur tarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.

40. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

41. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; əvvəlki redaksiyada 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

42. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

43. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bi r tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.

44. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

45. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məs uliyyət daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarı.

46. İcranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddə a kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il qərarı.

47. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməs i halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

50. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

53. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

56. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

57. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

58. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

59. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri:

60. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübut lara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

61. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İşə əvvəl baxmış kassasiya instansiya məhkəməsinin göstərişlərinə apellyasiya instansiya məhkəməsi tərəfindən əməl olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq nor malarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

63. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

64. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

65. Məhkəmə kollegiyası həmçi nin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiy a şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 66. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

67. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

68. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

69. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları nı düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

70. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

71. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3159/2024 nömrəli, 29 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar