Məhkəmə qərarları › İş №2(102)-4039/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4039/2019

18.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4039/2019 18.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı, vəkili X3, Cavabdeh və vəkili X2 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 yanvar 2019-cu il tarixli, 2(103)788/2019 saylı qətnaməsindən İddiaçı və vəkili X1 kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli, 2(002)3218/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim R.K.Mürsəlov) İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası təmin edilərək, cavabdehdən ödəniş günü milli manata məzənnədə 15.000 ABŞ dolları məbləğində pulun tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 yanvar 2019-cu il tarixli, 2(103)788/2019 saylı qətnaməsi ilə (hakimlər R.Ə.Qurbanov sədrlik edən, məruzəçi, E.Q.Nəbiyev və A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iddia ərizəsi rədd olunmuşdur. İddiaçı və vəkili xxx qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı “pul tələbinə dair” iddia qaldıraraq, cavabdehdən 15.000 ABŞ dolları məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlmiş və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı və vəkili xxx kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar vermişlər. Cavabdeh və vəkili xxx məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatlarında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən, kassasiya şikayətinin təmin edilmədən saxlanılmasını xahiş etmişlər. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbayca n Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddia ərizəsini rədd edərkən, iddiaçının tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə iclasında sübuta yetirə bilməməsinə, cavabdehin isə iddianı etiraf etməməsinə, iddia ərizəsini təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gə ldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, o, cavabdehin bacısı qızının əri olmaqla aralarında əvvəllər çox mehriban dostluq münasibətləri olmuşdur. Özü əvvəllər Rusiya Federasiyasında bizneslə məşğul olmaqla kifayət qədər qazanca malik olmuşdur. Buna görə də Lökbatan qəsəbəsində təxminən 2008-ci ildə yer götürərək, “X” servizi inşa etdirməyə başlamışdır. Özü iş i ilə əlaqədar daima Rusiya Federasiyasında olduğu üçün tikintiyə nəzarət və rəhbərliyi Lökbatan qəsəbəsində yaşayan, dostluq və qohumluq münasibətində olduğu cavabdehə həvalə etmişdir. Həmin ərəfədə, yəni “Xəyal” servizdə tikinti işləri gedən zaman (2012-ci ildə) cavabdehin mərhum atası Həbib ona zəng edərək, cavabdehə də iş qurmaq üçün yardım etməsini, bunun üçün ona borc pul verməsini xahiş etmişdir. O, 2012-ci ilin dekabr ayında cavabdeh ona məxsus “Xəyal” servizdə olan zaman xalası oğlu Elxanla birlikdə tikinti sahəsinə gəlmişdir. Həmin vaxtı orada qardaşı Natiq və bacısının əri Muradəli də orada olmuşlar. O, onların yanında cavabdehə 15000 ABŞ dolları pul vermiş və işlərini düzəldəndən sonra pulu qaytarmasını demişdir. Lakin cavabdeh bildirmişdir ki, aldığı borcu yaxın vaxtlarda qayt aracaqdır. Həmin vaxtı cavabdeh ona məxsus obyektdə tikinti işlərinə rəhbərlik etdiyinə və aralarında səmimi münasibət olduğuna görə pulu verərkən aralarında heç bir yazılı müqavilə bağlanmamışdır. Bir müddətdən sonra cavabdeh işləri təzə qurduğundan borcunu birdəfəlik deyil, ildə 5.000 ABŞ dolları olmaqla üç ilə tam şəkildə ödəyəcəyini bildirmişdir. Qohum olduqlarına görə o, cavabdehə inanmış və razılaşmışlar. 2013-cü ilin dekabr ayında cavabdehdən söz verdiyi kimi 5.000 ABŞ dollarını istəsə də, o, borcunu yeni ildən sonra qaytaracağını bildirmişdir. Lakin yeni ildən sonrada borcunu qaytarmamış və ilin sonuna kimi 10.000 ABŞ dolları qaytaracağına, qalan 5.000 ABŞ dollarını isə növbəti ilin sonuna qədər qaytaracağını bildirmişdir. Qohum olduğuna və cavabdehin onun işlərini gördüyünə görə o ndan pulunu tələb edə bilməmiş, hər dəfə onun sözünə inanaraq dediyi müddəti gözləmişdir. Cavabdeh 15.000 ABŞ dolları borcunu hər il 5.000 ABŞ dolları olmaqla üç il müddətinə qaytaracağını bildirsə də, bu üç il ərzində borcunu ödəməmişdir. Hətta bununla bağlı cavabdehin atasının sağlığında ona da bildirmiş və atası da narahat olmamağını, qısa müddətdə pulu qaytaracağını göstərmişdir. Cavabdehin atası təxminən 2015-ci ildə vəfat etdikdən sonra cavabdehin qardaşlarının yanında, o cümlədən böyük qardaşı Sücayətin yanında da dəfələrlə söhbətləri olmuş və hər dəfə cavabdeh qısa müddətdə borcunu ödəyəcəyini bildirmişdir. Sonradan özünün maddi durumu kəskin pisləşmiş və 2017-ci ilin sentyabr ayında onun özünə də pul lazım olduğuna görə cavabdehdən pulu qaytarmağı tələb etmiş, lakin cavabdeh yen ə də bəhanələr etdiyinə görə aralarında mübahisə yaranmışdır. Cavabdeh isə iddiaya etiraz etmiş və öz etirazını apellyasiya şikayətində göstərilənlərlə əsaslandırmış və iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayıb qeyd etmişdir ki, iddia ərizəsi rədd edilməlidir və iddia ərizəsinin qanuni əsasını Mülki Məcəllənin 739.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miq darda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Lakin hazırkı işdə, qeyd olunan maddənin dispozitiv şərtlərinin mövcudluğu sübut olunmur. Belə ki, iddiaçı cavabdehə 15.000 ABŞ dolları borc pul verdiyini bildirsə də, bunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar v ə cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları yalnız şahid ifadələri ilə sübuta yetirməyə çalışsa da, apellyasiya instansiyası məhkəməsi bununla razılaşmayaraq haqlı olaraq qeyd etmişdir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrində yenidən şahid qismində dindirilmiş şəxslər iddiaçı tərəfindən cavabdehə pulun verilməsini təsdiq etsələr də, pulu n məhz borc kimi verilməsini və məbləğinin məhz 15.000 ABŞ dolları təşkil etməsini iddiaçıdan öyrəndiklərini bildirmişlər. Bu hal isə onu deməyə əsas verir ki, onlarda olan məlumatlar iddiaçıdan alınan məlumatlardır. Bununla yanaşı işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçının apardığı tikinti işlərinə cavabdeh rəhbərlik etmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, şahidlərin ifadələri əsas götürülərək, iddiaçı tərəfindən cavabdehə pulun verilməsi təsdiq olunsa belə, pulun tərəflərin birgə iş fəaliyyəti üçün verilməsi halı da istisna olunmur. Ona görə də, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının gətirdiyi şahidlərin ifadələri cavabdehin iddiaçıdan borc pul almasını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Bundan başqa iddiaçı bildirir ki, cavabdehin atası təxminən 2015-ci ildə vəfat etdikdən sonra onun qardaşlarının yanında, o cümlədən böyük qardaşı Sücayətin yanında da dəfələrlə söhbətləri olmuş və hər dəfə cavabdeh qısa müddətdə borcunu ödəyəcəyini bildirsə də ödəməmişdir. Qeyd olunanların aydınlaşdırılması üçün cavabdehin vəsatətinə əsasən X5 apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş və o, öz ifadəsində bildirmişdir ki, iddiaçı heç vaxt cavabdehin ona pul borclu olmasını ona deməmişdir. İddiaçının cavabdehə borc pul verib-vermədiyini bilmir və onlar arasında borc münasibətlərinin olmasından xəbəri olmamışdır. Hazırkı məhkəmə mübahisəsi başlayana qədər tərəflərin münasibətləri yaxşı olmuş və o, heç vaxt onların bu və ya digər məsələ ilə bağlı mübahisələrini eşitməmişd ir. Məhkəmə mübahisəsi başlandıqdan sonra iddiaçı ona yaxınlaşmış və o, borcdan məlumatı olmadığını bildirmişdir. Göründüyü kimi şahid ifadəsi ilə iddiaçının istinad etdiyi həmin hallar da öz təsdiqini tapmır. Bundan başqa iddiaçı bildirir ki, cavabdeh borcunu birdəfəlik deyil, ildə 5.000 ABŞ dolları olmaqla üç ilə tam şəkildə ödəyəcəyini ona bildirmişdir. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hətta iddiaçının gətirdiyi şahidlərin ifadələri əsas götürülərək, iddiaçı tərəfindən cavabdehə borcun verilməsi təsdiq olunsa belə, borcun məhz hissə-hissə, yəni ildə 5.000 ABŞ dolları olmaqla üç ilə qaytarılacağı barədə heç bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. İddiaçının istinad etdiyi hallara və şahid ifadələrinə əsasən borcun 2012-ci ildə verilmə si qəbul edilərsə, borcun qaytarılma müddəti buna yaxın vaxtda, yəni təxminən 2013cü ildə, ən geci 2014-cü ildə başa çatır. Hazırkı iddia ərizəsi isə məhkəməyə 04 sentyabr 2018-ci il tarixdə, yəni 2013-2014-cü il tarixdən hesablanmaqla təxminən 4-5 il keçdikdən sonra verilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulmuş üç illik iddia müddəti də ötürülmüşdür. Cavabdeh isə birinci instansiya məhkəməsində işə baxılarkən iddia müddətinin tətbiq edilməsinə dair ərizə vermişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara s adalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı və vəkili X1 kassasiy a şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 yanvar 2019-cu il tarixli, 2(103)-788/2019 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar