Məhkəmə qərarları › İş №2(102)-404/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-404/2021

01.03.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-404/2021 01.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-404/21 (Açar sözlər: mülkiyyətə ayrılmış torpaq sahəsində ölçmə işlərinin aparılmasına digər mülkiyyətçilərin maneələrinin aradan qaldırılması) Bakı şəhəri, xx xxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı vəkili X12 oğlunun, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabd ehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “ölçmə işlərinin aparılmasına qoyulan maneənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1644/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 kassasiya şikayətlərinə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı Şəmkir rayon Məhkəməsində iddia qaldıraraq payına düşəcək torpaq sahəsində ölçü işləri aparmaq üçün DƏDRX-nin 11 saylı Ərazi İdarəsinin əməkdaşlarına cavabdehlər tərəfindən edilən maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xah iş etmişdir. DƏDRX-in 11 saylı Şəmkir Ərazi İdarəsi 3 şəxs qismində qoyulmuşdur.

2. İddia tələbi onunla əsaslandırılıb ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)290/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə xx xxxx 1967-ci ildə Şəmkir rayonu, Morul kəndində anadan olmuş X2 xx xxxxxx 1996–cı ildə vəfat etmiş X8 ilə eyni şəxs olması faktı müəyyən edilmiş, X1 və Cavabdeh1 mərhum X4 miras olaraq qalmış əmlaka mərhum X5 qanun üzrə vərəsəsi olaraq X6 düşəcək payı qəbul etməsi faktı müəyyən edilmiş, JN–2723A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunan 0.09 ha həyətyanı torpaq sahəsinin mərhum X7 payına düşəcək 1/6 hissəsindən 1/4 hissəsinə, JN–445 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 0.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mə rhum X7 payına düşəcək 1/4 hissəsinin 1/4 hissəsinə qanun üzrə vərəsə tanınmaqla həmin hissədə mülkiyyət hüquqları tanınmış, İddiaçı JN–2723A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunan 0.09 ha həyətyanı torpaq sahəsinin mərhum X7 payına düşəcək 1/6 hissəsindən 3/4 hissəsinə, JN–445 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 0.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum X7 payına düşəcək 1/4 hissəsinin 3/4 hissəsinə qanun üzrə vərəsə tanınmaqla həmin hissədə mülkiyyət hüququ tanınmışdır.

3. İddiaçı qətnamə üzrə payına düşən hissəyə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almaq üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş, lakin çıxarış a la bilməmişdir.

5. Çünki cavabdehlər iddiaçının öz mülkiyyətində olan evdən və torpaq sahəsindən istifadə etməyə maneəçilik törədirlər.

6. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1, 157.4 maddələrinə istinad etmişdir.

7. Şəmkir Rayon Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli 2(076)-3474/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Şəmkir şəhəri ərazisində yerləşən JN–2723A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunan 0.09 ha həyətyanı torpaq sahəsinin mərhum X7 payına düşəcək 1/6 hissəsindən 3/4 hissəsinə, JN–445 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 0.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum X7 payına düşəcək 1/4 hissəsinin 3/4 hissəsinə ölçü işlərinin aparılmasında İddiaçı mülkiyyət hüququnun qeydə alı nması ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşlarının həmin ünvanda həyata keçirdiyi fəaliyyətə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən yaradılan maneənin aradan qaldırılması qət edilmişdir. (hakim Könül Məmmədova)

8. Məhkəmə toplanmış sübutlar əsasında müəyyən etmişdir ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-290/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə xx xxxx 1967–ci ildə Şəmkir rayonu, Morul kəndində anadan olmuş X2 xx xxxxxx 1996–cı ildə vəfat etmiş X8 ilə eyni şəxs olması faktı müəyyən edilmiş, X1 və Cavabdeh1 mərhum X4 miras qalmış əmlaka mərhum X5 qanun üzrə vərəsəsi olaraq X6 düşəcək payı qəbul etməsi faktı müəyyən edilmiş, JN–2723A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd o lunan 0.09 ha həyətyanı torpaq sahəsinin mərhum X7 payına düşəcək 1/6 hissəsindən 1/4 hissəsinə, JN–445 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 0.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum X7 payına düşəcək 1/4 hissəsinin 1/4 hissəsinə qanun üzrə vərəsə tanınmaqla həmin hissədə mülkiyyət hüquqları tanınmış, İddiaçı JN–2723A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunan 0.09 ha həyətyanı torpaq sahəsinin mərhum X7 payına düşəcək 1/6 hissəsindən 3/4 hissəsinə, JN–445 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 0.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum X7 payına düşəcək 1/4 hissəsinin 3/4 hissəsinə qanun üzrə vərəsə tanınmaqla həmin hissədə mülkiyyət hüququ tanınmışdır.

9. Müəyyən edilib ki, hazı rda iddiaçı mübahisəli torpaq sahəsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almaq məqsədi ilə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdehlər həmin idarənin əməkdaşlarına ölçmə işlərini aparmağa imkan verməmişlər, nəticədə daşınmaz əmlakın dövlət reyestrini aparan orqan iddiaçının müraciətini həyata keçirməkdən imtina etmişdir.

10. Məhkəmə işin müəyyən olunmuş hallarına hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehlər iddiaçının mülkiyyət hüququnu pozur, onun mülkiyyət hüquqlarını həyata keçirməyə mane olur.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1, 157.4, 158.1.2, 158.4, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1c i maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdehlər Cavabdeh2,Cavabdeh1,Cavabdeh3 apelyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş ediblər.

13. Apellyasiya şikayəti belə əsaslandırılıb ki, iddiaçının ölçdürmək istədiyi ərazinin onların istifadəsində olan əraziyə aidiyyəti yoxdur. Onlar dövlət pay torpaq sahəsi ilə bağlı iddiaçıya heç bir maneə yaratmamışlar. Əgər onlar tərəfindən DƏDRX 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşlarına maneə yaratmışlarsa, onların bu hərəkətlərindən Ərazi İdarəsi şikayət etməlidir.

14. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1644/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Loğ man Süleymanov (sədrlik edən və məruzəçi), Fikrət Mehtiyev, Afiq Hüseynzadə)

15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının mülkiyyət hüququ tanınmış torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsi məqsədilə DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşlarına ölçü işlərini aparmağa cavabdehlər tərəfindən maneəçilik törədilmiş və bu hərəkət qanunsuz olmuşdur.

16. Apelyasiya instansiyası hesab etmişdir ki, birinci instansiyanın iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə əsaslar yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdehlər kassasiya şikayəti verərək apely asiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsini xahiş etmişlər. 18 Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb, həmçinin apelyasiya instansiyası tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna istinad edilib. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı və etirazın dəlilləri 19.Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili X9 kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi. 21.Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh3 vəkilsiz iştirak etdikləri üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci madd əsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onların izahatı dinlənilmədi.

22. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, digər Cavabdeh1 və DƏDRX-in 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəblərini bildirməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 158.1.2. mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdır ılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidli yinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kass asiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

24. Hazırkı kassasiya şikayətlərində cavabdehlər apelyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən ap elyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

27. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

28. Belə ki, iddiaçı məhkəmə qətnaməsi ilə mülkiyyət hüququ müəyyən edilmiş torpaq səhəsinin payına düşən hissəsini daşınmaz əmlakın dövlət reyestri xidmətində rəsmişləşdirmək istəməsini, cavabdehlərin isə buna olmasını bildirmişdir.

29. İşin məhkəmələr tərəfindən müəyyən edilən halına görə də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının torpaq sahəsinə mülkiyyət hüququ tanınmış, həmin hissənin iddiaçının adına rəsmiləşdirilməsi məqsədilə DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşlarına ölçü işlərini aparmağa cavabdehlər tərəfindən maneəçilik törədilmişdir.

30. Bununla da, cavabdehlər özləri ilə birgə torpaq sahəsi üzərində paya malik olan iddiaçının hüquqlarının qeydə alınması üçün mütəxəssislərə mane olmaqla, onun yuxarıda qeyd edilən qanunvericilik normaları ilə qorunan hüquqlarını pozmuş, nəticədə iddiaçı əldə etdiyi əmlaka mülkiyyət hüquqularını təsdiq edən Çıxarışı ala bilmir.

31. Göründüyü kimi, tətbiq edilən maddi hüquq normaları işin müəyyən edilmiş hallarına uyğun olmuşdur.

32. Həmçinin apelyasiya instansiyası məhkəməsi sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

33. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, cavabdehlərin kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 mart 2020 il tarixli 2(104)1644/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar