Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-404/2025 30.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi (kredit borcunun tutulması, kredit müqaviləsi üzrə faizlər) ekspert rəyinin qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və ipoteka predmetinə yönəldilm əsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-53/2024 nömrəli, 5 mart 2024-cü il tarixli qətnaməsindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları
1. Kreditor İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 04L000005252 nömrəli kredit xətti müqaviləsinə əsasən kreditir tərəfindən borcalana 120 ay müddətinə 500000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 2. xx.xx.2014-cü il tarixli, 04R000012494 nömrəli kredit razılaşması ilə həmin kredit xətti müqaviləsi üzrə kreditor tərəfindən Cavabdeh4 24 ay müddətinə, aylıq 1,5833 faiz dərəcəsi ilə 120000 ABŞ dolları məb ləğində kredit verilmişdir.
3. Kreditor, borcalan və ipoteka qoyan Cavabdeh3 arasında bağlanmış 04M000001402 nömrəli, xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi ilə sözügedən kredit xətti müqaviləsi və onun ayrılmaz hissəsi olan kredit razılaşmasına əsasən verilən kreditin və ona hesablanmış faizlərin təminatı kimi Cavabdeh3 məxsus olan, Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, 12 saylı evin 1-ci mərtəbəsində yerləşən, 104,46 kv.m. ümumi, 77,38 kv.m. yaşayış, 27.1 kv.m. yarımçıq sahədən ibarət 5 otaqlı 52 nömrəli mənzil (bundan sonra – ipoteka predmeti olan mənzil) ipoteka ilə yüklü edilmiş, yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
4. Kredit xətti müqaviləsi və onun ayrılmaz hissəsi olan kredit razılaşmasından irəli gələn öhdəliklərin icrasının təmini ü sulu kimi zaminlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ilə kreditor arasında müvafiq olaraq 11 aprel 2014-cü il tarixli zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinə görə zaminlər qeyd olunan kredit xətti müqaviləsi və kredit razılaşması üzrə öhdəliklərin icrasına görə borcalanla birgə məsuliyyət daşımaq barədə öhdəlik götürmüşlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 aprel 2014-cü il tarixli, 04R00001294 nömrəli kredit razılaşması üzrə kreditin əsas məbləğindən 57951,12 ABŞ dolları, əsas məbləğə hesablanmış faiz borcundan 18290,02 ABŞ dolları, 84851,81 ABŞ dolları dəbbə pulu, 61 manat məhkəmə xərcinin cavabdehlərdən müştərək qaydada alınaraq bankın xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, satışdan əldə edilən pul məbləğindən borcun tutulması, hərracdan əldə edilmiş vəsait kifayət etmədikdə qalan borcun cavabdehlərdən ümumi qaydada tutulması, yaşayış evinə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh3 mənzilə istifadə hüququnun itirilməsi, məznidən çıxarılması, mənzilin boşaldılması və alıcıya təhvil verlməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, bank üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq, Cavabdeh4 kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcunu və ona hesablanmış faizləri v axtında banka qaytarmamışdır. Cavabdehlərin üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməməsi nəticəsində banka xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə yuxarıda qeyd edilən məbləğdə borc ödənilməmiş qalmışdır.
7. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1218/2017 nömrəli, 18 may 2017-ci il tarixli qətnaməsi ilə (hakim Etibar Quliyev) iddia qismən təmin edilmiş, kredit razılaşması üzrə əsas borc 57951,12 ABŞ dollar, əsas məbləğə hesablanmış faiz borcu 18290,02 ABŞ dollar, 1000 ABŞ dolları dəbbə pulu olmaqla, ümumilikdə 77241,14 ABŞ dolları borcun, 45 manat məhkəmə xərcinin cavabdehlərdən müştərək qaydada alınaraq bankın xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait hesab ına kredit borcunun banka ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin ipoteka qoyan Cavabdeh3 verilməsi, ipoteka predmetinin satışından əldə olunacaq vəsait qətnamənin icrası üçün kifayət etmədikdə qalan borc məbləğinin cavabdehlərdən ümumi qaydada tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, əsas və faiz borclarının məbləği bankın təqdim etdiyi maliyyə arayışına əsasən, cərimə məbləği isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə uyğun olaraq azaltmaqla müəyyən edilməlidir.
9. Məhkəmə hesab etmişdir ki, Cavabdeh4 banka olan 57951,12 ABŞ dolları əsas kredit borcu üzrə 84851,81 ABŞ dolları hesablanması ədalətli deyil, ipoteka q oyan və onunla birlikdə yaşayan ailə üzvləri tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etmədikdə yeni mülkiyyətçi iddia qaldırmaq hüququna malikdir.
10. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 467, 739.1, 385.1, 310, 317.1, 319.1, 448.1, 442, 443.1, 445.1, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.2, 47.5, 59.3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Cavabdeh3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsində maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Həmin qətnamədə borc hissəsinə dair onun tərəfindən aparılmış ödəmələr nəzərə alınmamış, əsas və faiz borcları həqiqəti əks etdirməmişdir. Bank birtərəfli qaydada razılıq olmadan mənafe üstünlüyündən çıxış edərək məhkəməyə müraciət etmə müddətini əsassız olaraq uzatmışdır. Həmçinin məhkəmə tərəfindən çəkişmə prinsipinin tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir. İpoteka predmetinin qiyməti 2014-cü il tarixdən qətnamə qəbul edilən günədək əhəmiyyətli dərəcədə artmışdır. Məhkəmə tərəfindən isə müstəqil qiymətləndiricinin rəyi alınmamış, qətnamədə ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməmişdir.
13. Apellyasiya instansiyası məhkəməsinin qərardadı əsasında keçirilmiş məhkəmə-müh asibatlıq eskpertizasının 15 oktyabr 2019-cu il tarixli rəyi ilə Cavabdeh4 11 aprel 2014-cü il tarixli 04L000005252 saylı kredit xətti müqaviləsinin tərkib hissəsi olan 15 aprel 2014-cü il tarixli kredit razılaşması üzrə borcunun xx.xx.2016-cı il tarixə (kredit razılaşmasının müddətinin bitmə vaxtına) əsas borc üzrə 63356,18 ABŞ dolları, faiz borcu üzrə 20484,96 ABŞ dolları, xx.xx.2017- ci il tarixə (iddia qaldırılan vaxta) əsas borc üzrə 57951,12 ABŞ dolları, faiz borcu üzrə 18290,02 ABŞ dolları olduğu müəyyən olunmuşdur. Ekspertiza rəyində qeyd olunmuşdur ki, hesabdan çıxarış məlumatlarından göründüyü kimi Cavabdeh4 tərəfindən xx.xx.2017-ci tarixdən sonra 39593,60 ABŞ dolları ödəniş aparılması müəyyən edilmiş, lakin ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi xx.xx.2017-ci il göstərildiyindən 39593,60 ABŞ dolları məbləğində ödəniş nəzərə alınmamışdır.
14. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-282/2019 nömrəli, 4 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Ə.Camalov - sədrlik edən və məruzəçi, K.S.Bəşirov və E.İ.Əliyev) Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən dəyişdirilmiş, kredit razılaşması üzrə əsas borc 57951,12 ABŞ dolları, əsas məbləğə hesablanmış faiz borcu 18290,02 ABŞ dolları, 1000 ABŞ dolları dəbbə pulu olmaqla, ümumilikdə 77241,14 ABŞ dolları borcun ödəniş günü Azərbaycan Respublikası manatına məzənnəsi ilə cavabdehlərdən müştərək qaydada alınaraq Bankın xeyrinə ödənilməsi, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti nin 115000 manat müəyyən olunması qət edilmişdir. Qətnamə Cavabdeh3 apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
15. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin iddianın təmin olunan hissəsində gəldiyi qənaət əsaslı olsa da, məhkəmə tutulmalı olan məbləğlərin ABŞ dolları ilə ifadə edilməsinə dair düzgün nəticəyə gəlməmişdir.
16. Həmçinin, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilməməsinin qanunsuz olması barədə dəlillərini əsaslı saymışdır. Bundan başqa, məhkəmə kollegiyası məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə Cavabdeh4 tərəfindən xx.xx.201 7-ci tarixdən sonra 39593,60 ABŞ dolları ödəniş aparılmasının müəyyən edilməsi ilə bağlı qeyd etmişdir ki, ödənişlər iddia qaldırıldıqdan keçən müddət ərzində həyata keçirildiyindən həmin ödənişlərlə bağlı müvafiq hərəkətlər icra prosesində həll olunmalıdır və həmin məsələ hazırkı məhkəmə baxışının predmetini təşkil etmir.
17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi “İpoteka haqqında” Qanunun 33, 34.1.1, 34.1.2, 39.3.3, Mülki Məcəllənin 295, 317.1, 385.1, 439.1, 442, 445.1, 445.2.1, 462.1, 467 və 739-cu maddələrinə istinad etmişdir. c) Kasassiya instansiyası məhkəməsindəki birinci icraat
18. Cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 (Vəkil1) məzmunu və dəlilləri əsasən eyni olmaqla ayrılıqda kassasiya şikayətləri verərək, qətnamənin ləğv olunması və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər.
19. Cavabdeh4 kassasiya şikayətini həm də onunla əsaslandırmışdır ki, kredit məbləğinin ödənişinin işə məhkəmələrdə baxıldığı dövrdə edilməsinin davam etdirilərək 39593 ABŞ dolları ödəniş edildiyi nəzərə alınmamışdır. Nəticədə əlavə olaraq 77241.14 ABŞ dollarının cavabdehlərdən tutulması qət edilmişdir.
20. Cavabdeh3 kassasiya şikayətində qeyd etmişdir ki, ipoteka müqaviləsi qanuna uyğun tərtib olunmamış, ipoteka müqaviləsinin qanuniliyi yoxlanılmamış, kredit xətti müqaviləsində mühüm məsələlər əks olunmamış, yalnız ödəmə cədvəlinə imza edilmiş, zaminin razılığı olmamış, zaminliyə qanunla xitam verilmişdir. Ümumiyyətlə, kassatorun kredit razılaşması üzrə yerinə yetirilməmiş öhdəlik üzrə məsuliyyət daşıyıb daşımadığı araşdırılmamış, hazırkı münasibətin Konstitusiya Məhkəməsinin devalivasiya ilə bağlı qərarının təsiri altına düşdüyü nəzərə alınmamışdır. Bundan əlavə, qanunvericiliyin tələblərinə zidd olaraq işin halları ilə müəyyən edilmiş münasibətlərə qiymət verilməmiş, iddiaçının iddia tələbinə uyğun maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə nəticələnən qətnamə qəbul edilmişdir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 12 dekabr 2022-ci il tarixli 2(102)-5800/2022 saylı qərarı ilə (hakimlər – A.Hüseynov (sədrlik edən və məruzəçi), Ə.Nurməmmədov və Z.Əliyev) kassasiya şikayətləri qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-282/2019 nömrəli 4 dekabr 2019-cu il tarixli qətnaməsi kredit borcun un məbləğinin müəyyən edilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmış, qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.
22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsinə dair hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qeyd edilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Sözügedən hissədə kassasiya şikayətlərinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və kollegiya həmin əsaslandırma il ə razılaşmışdır.
23. Məhkəmə kollegiyası qətnamənin kredit borcunun məbləğinin müəyyən edilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, xx.xx.2019-cu il tarixli rəyində Cavabdeh4 11 aprel 2014-cü il tarixli 04L000005252 saylı kredit xətti müqaviləsinin tərkib hissəsi olan 15 aprel 2014-cü il tarixli kredit razılaşması üzrə borcunun xx.xx.2016-cı il tarixə (kredit razılaşmasının müddətinin bitmə vaxtına) əsas borc üzrə 63356,18 ABŞ dolları, faiz borcu üzrə 20484,96 ABŞ dolları; xx.xx.2017-ci il tarixə (iddia qaldırılan vaxta) əsas borc üzrə 57951,12 ABŞ dolları, faiz borcu üzrə 18290,02 ABŞ dolları olduğu qeyd olunmuşdur. Ekspertiza rəyində qeyd olunmuşdur ki, hesabdan çıxarış məlumatlarından göründüyü kimi Cavabdeh4 tərəfindən xx.xx.2017-ci tarixdən sonra 39593,60 ABŞ dolları ödəniş aparılması müəyyən edilir. Lakin ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi xx.xx.2017-ci il göstərildiyindən 39593,60 ABŞ dolları məbləğində ödəniş nəzərə alınmamışdır.
24. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin “ödənişlər iddia qaldırıldıqdan keçən müddət ərzində həyata keçirildiyindən həmin ödənişlərlə bağlı müvafiq hərəkətlər icra prosesində həll olunmalıdır və həmin məsələ hazırkı məhkəmə baxışının predmetini təşkil etmir” mövqeyi ilə razılaşmayıb qeyd etmişdir ki, kredit borcu tələbinə dair mübahisənin qanuni və əsaslı həlli baxımından məhkəmə aktının qəbul edilməsinədək borclunun etdiyi və bu barədə məhkəməyə sübutlar təqdim edilmiş, yaxud ekspertiza tədqiqatı əsasında müəyyən edilmiş bütün ödənişlərin nəzərə alınması zəruridi r. Apellyasiya instansiyası məhkəməsinin qeyd etdiyi kimi həmin ödənişlər icra icraatı mərhələsində o halda nəzərə alına bilərdi ki, müvafiq ödənişlər birinci instansiya məhkəməsinin qətnaməsinin qəbul edilməsindən sonra edilmiş olsun.
25. Baxılan iş üzrə birinci istansiya məhkəməsinin qətnaməsi xx.xx.2017-ci il tarixdə qəbul edilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2019-cu il tarixli rəyində kredit müqaviləsi üzrə xx.xx.2017-ci tarixdən sonra 39593,60 ABŞ dolları ödəniş aparılması qeyd olunsa da, rəydə həmin məbləğin hansı hissəsinin qətnamənin çıxarıldığı xx.xx.2017-ci il tarixədək, hansı hissəsinin isə həmin tarixdən sonra ödənildiyi üzrə araşdırma aparılmamışdır.
26. Eyni zamanda məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə apellyasiya instansiyası məhkəməsi nin xx.xx.2018-ci il tarixli qərardadında xx.xx.2014-cü il tarixinə əsas və faiz borcunun məbləğinin hesablanması barədə sual qoyulsa da, ekspert 39593,60 ABŞ dolları ödənişi nəzərə almamasını məhz məhkəmə tərəfindən borcun xx.xx.2017-ci il tarixinədək hesablanmalı barədə sual qoyulduğu ilə əsaslandırılmışdır.
27. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi ekspert rəyini kredit borcunun məbləğini müəyyən edən mötəbər sübut kimi qəbul etmiş və borcun məbləğini həmin rəyə uyğun müəyyən etmişdir.
28. İşin hallarından asılı olaraq, yaxud qanunun birbaşa göstərişinə əsasən məhkəmə işə baxılması zamanı ekspertiza təyin etmişsə hər bir halda alınmış rəyi məhkəmə prosesi zamanı tədqiq etməli, tərəflərlə müzakirə etməli və digər sübutlarla yanaşı qiymətləndirməlidir. Əgər verilmiş rəylərdə anlaşılmazlıqlar, ziddiyyətlər, natamamlıq və qeyri-müəyyənliklər varsa, MPM-in 175-ci maddəsində ifadə edilmiş məhkəmə baxışının bilavasitəliyi və şifahiliyi prinsipinə görə hakim bu məsələni aydınlaşdırmaq üçün ekspertin rəyini, mütəxəssisin məsləhət və şərhini dinləməyə borcludur. Eyni zamanda zərurət olarsa MPM-in 206-cı maddəsinə müvafiq olaraq məhkəmə əlavə və ya təkrar ekspertiza təyin edə bilər.
29. Məhkəmə kollegiyası işə çəkişmə prinsipini pozmaqla baxması barədə kassasiya şikayətlərinin dəlilləri ilə bağlı qeyd edib ki, apellyasiya baxışının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, tərəflər məhkəmə iclasının təxirə salınmasına əsas verə biləcək üzrlü səbəblər barədə məhkəməyə məlumat (sübutlar) təqdim etməmişlər. Bu baxımdan tərəflərdən birinin iştirak e tməməsi məhkəmə iclasının çəkişmə prinsipinin pozulması ilə keçirildiyi barədə qənaətə gəlmək üçün əsas deyil. Belə ki, MPM-in 185.5 və 376.2-ci maddələrinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır və bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
30. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(106)-491/2023 nömrəli qərardadı ilə iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 28 avqust 2023-cü il tarixli rəyinə əsasən, Cavabdeh4 15 aprel 2014-cü il tarixli 04R000012494 saylı kredit razılaşmasının şərtləri nəzərə alınmaqla xx.xx.2016-c ı il tarixə əsas borc üzrə 70.609,05 ABŞ dolları, faiz borcu üzrə 4.452,99 ABŞ dolları, xx.xx.2017-ci il tarixə əsas borc üzrə 67.462,03 ABŞ dolları, faiz borcu üzrə 0,00 ABŞ dolları, xx.xx.2017-ci il tarixə əsas borc üzrə 64.462,03 ABŞ dolları, faiz borcu üzrə 0,00 ABŞ dolları, xx.xx.2021-ci il tarixə əsas borc üzrə 27.162, 03 ABŞ dolları borcunun olması müəyyən olunmuşdur.
31. İş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və məhkəmə-mühasibatlıq ekspertizasının 19 yanvar 2024-cü il tarixli 9/9681 saylı rəyinə əsasən, Cavabdeh4 15 aprel 2014-cü il tarixli 04R000012494 saylı kredit razılaşmasının şərtləri nəzərə alınmaqla 18 may 2017-ci il tarixə əsas borc üzrə 64462,03 ABŞ dolları, faiz borcu üzrə 0,00 ABŞ dolları borcunun olması müəyyən olunmuşdur.
32. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-53/2024 nömrəli, 5 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - Pərviz Əhmədov (sədrlik edən və məruzəçi), Taleh Kərimov və Cahid İmanov) Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Ağcabədi Rayon Məhkəməsinin 18 may 2017-ci il tarixli 2(017)-1218/2017 saylı qətnaməsi apellyasiya baxışının predmetini təşkil edən - kredit borcunun məbləğinin müəyyən edilməsi hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilmişdir. 15 aprel 2014-cü il tarixli 04R000012494 saylı kredit razılaşması üzrə əsas borc qismində 57951,12 ABŞ dolları və cərimə borcu qismində 1000 ABŞ dolları, cəmi 58951,12 ABŞ dolları məbləğində pul vəsaitinin (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla) cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
33. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Ali Məhkəmənin adıçəkilən qərarında məhz 39593,60 ABŞ dolları ödənişin hansı hissəsinin 18 may 2017-ci il tarixədək aparılmasının müəyyən edilməsinin və bunun kredit borcunun məbləğinin (məhkəmə icraatı dövrü üçün) hesablanması zamanı nəzərə alınmasının zəruriliyi göstərilmişdir.
34. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin kredit borcunun məbləğinin müəyyən edilməsi hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlməmiş, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tə tbiq edilməmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmamış, təqdim olunmuş sübutlara obyektiv qiymət verilməmişdir. Belə ki, məhkəmə-mühasibatlıq ekspertizasının 19 yanvar 2024-cü il tarixli rəyi ilə, 3 fevral 2017-ci tarixdən 18 may 2017ci il tarixədək olan dövrdə aparılan ödənişlər nəzərə alındıqdan sonra Cavabdeh4 İddiaçı QSC-yə 18 may 2017-ci il tarixə yalnız əsas borc üzrə 64462,03 ABŞ dolları borcunun olması müəyyən edilmişdir. Həmçinin, 18 may 2017-ci il tarixdən sonrakı dövrə aid ödənişlər icra icraatı mərhələsində nəzərə alınmalıdır.
35. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilərdi. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mə nafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 9 iyul 2009-cu il tarixli qərarında belə bir hüquqi mövqe müəyyən edilmişdir ki, kredit borcunun qaytarılmaması kimi işlərə baxılarkən borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərinin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbində tutulması xahiş edilən 84851,81 ABŞ dolları məbləğində cərimənin tənasübsüzlüyünü nəzərə alaraq 1000 ABŞ dolları həddinədək azaltmışdır.
36. Məhkəmə kollegiyası mövcud məhkəmə təcrübəsinin tələblərini, habelə dispozitivlik prinsipini rəhbər tutaraq hesab etmişdir ki, cərimə borcunun müəyyən edilməsi hissədə apellyasiya şikayətinin təmin edilməsi üçün hər hansı hüquqi əsas müəyyən edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
37. İddiaçı QSC (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(106)-53/2024 saylı qətnaməsinin faiz borcu ilə bağlı iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini, cavabdehlərdən müştərək qaydada 57951.12 ABŞ dolları əsas və 1000 ABŞ dolları cərimə borcu ilə yanaşı iddiaçı "xxxx" QSC-nin xeyrinə 18290.02 ABŞ dolları faiz borcun un da tutulmasını, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
38. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə kreditin restrukturizasiyası həyata keçirilməmiş və faizlərin hesablanmasının dayandırılması barədə bankın hər hansı qərarı mövcud olmamışdır. Bütün bunlara baxmayaraq apellyasiya instansiyası məhkəməsi ziddiyətli ekspertiza rəylərini sübut növu kimi qəbul etmişdir. Ekspert rəyinin digər sübutlardan hər hansı bir üstünlüyü yoxdur. Hətta işdə olan ekspert rəyləri ilə də təsdiq olunmuşdur ki, cavabdehlər tərəfindən xx.xx.2017-ci ildən xx.xx.2017-ci ilədək cəmi 3000 ABŞ dolları məbləğində ödəniş həyata keçirilmişdir. Bunun iddiaçı bank da apellyasiya məhkəməsinə verdiyi arayışla təsdiq etmişdir. Apellyasiya insta nsiyası məhkəməsi isə cavabdehin xx.xx.2017-xx.xx.2017 tarixləri aralığında nə qədər məbləğ ödədiyini və həmin məbləğin hansı borcdan çıxıldığını müəyyən etməli olduğu halda bunu etməmiş, təkrar ekspertizalar təyin etməklə ümumilikdə apellyasiya baxışından kənara çıxmış, yekunda faiz borcuna dair hissədə əsassız olaraq iddia tələbini təmin etməmişdir.
39. Apellyasiya məhkəməsinin qətnaməsində gəldiyi nəticə işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsi, müqavilə üzrə tərəflərin üzərlərinə götürdüyü öhdəliklər, cavabdehin müqavilə şərtlərini pozması və öhdəliklərin vaxtında yerinə yetirilməməsi hallarına və iddiaçı bank tərəfindən təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Həmçinin, apellya siya instansiyası məhkəməsi Ali Məhkəmənin qərarında qeyd olunan göstərişləri yerinə yetirməmiş, məhz xx.xx.2017-xx.xx.2017-ci il tarixləri aralığında cavabdehlər tərəfindən hansı məbləğdə borcun ödənilməsini araşdırmamışdır. Belə ki, həm ekspertiza rəyləri, həm də bankın təqdim etdiyi sənədlərdən mübahisəsiz şəkildə müəyyən olunur ki, cavabdehlər tərəfindən qeyd olunan tarix aralığında cəmi 3000 ABŞ dolları məbləğində vəsait ödənilmiş, həmin vəsait də əsas borcdan silinmişdir. b)
40. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
41. Maddə
295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.
42. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
43. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn: pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
44. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır
45. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
46. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
47. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (bo rc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
48. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarını n əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Hazırkı kassasiya şikayətində qətnamə hissəvi mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
57. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər ( Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
58. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillərə, brinci instansiya məhkəməsinin qətnaməsini borca aid hissədə ləğv edən apellyasiya məhkəməsinin qətnaməsində kifayət qədər ətraflı qiymət vermişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
59. Bununla yanaşı, məhkəmə kollegiyası ka ssasiya şikayətinin dəlilləri ilə bağlı əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
60. Nəzərə alınmalıdır ki, kredit borcu məbləğinin müəyyən olunması xüsusi bilik tələb etdiyinə görə apelyasiya instansiyası məhkəməsi tərəfindən mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertə həm də iddiaçının təqdim etdiyi ödəniş sənədləri verilmiş, ekspertin xx.xx.2023-cü il tarixli rəyi ilə Cavabdeh4 15 aprel 2014-cü il tarixli 04R000012494 saylı kredit razılaşmasının şərtləri nəzərə alınmaqla xx.xx.2017-ci il tarixə əsas borc üzrə 64.462,03 ABŞ dolları, faiz borcu üzrə 0,00 ABŞ dolları, xx.xx.2021-ci il tarixə əsas borc üzrə 27.162, 03 ABŞ dolları borcunun olması müəyyən olunmuşdur.
61. İddiaçının nümayəndəsi ekspert rəyi ilə razılaşmayaraq, təkrar məhkəməmühasibatlıq ekspertizası təyin edi lməsi barədə vəsatət vermiş, həmin vəsatət məhkəmə tərəfindən təmin edilərək, məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir.
62. Həmin qərardadda tərəflər arasında bağlanmış 15 aprel 2014-cü il tarixli kredit razılaşması üzrə 15 aprel 2016-cı il tarixə (kredit razılaşmasının müddətinin bitmə vaxtına) əsas borc və faiz borcunun nə qədər olması, 03 fevral 2017-ci tarixdən sonra aparılmış 39593,60 ABŞ dolları məbləğdə ödənişin hansı hissəsinin (məbləğinin) 18 may 2017-ci il tarixədək (birinci instansiya məhkəməsinin qətnaməsinin çıxarıldığı vaxta kimi) edildiyi, 03 fevral 2017-ci tarixdən 18 may 2017-ci il tarixədək aparılmış ödənişlər də nəzərə alınmaqla, ümumilikdə əsas borc və faiz borcunun məbləğinin nə qədər təşk il etməsi barədə suallar qoyulmuşdur. Həmçinin rəyin verilməsi zamanı Məhkəmə Ekspertiza Mərkəzinin iş üzrə 15 oktyabr 2019-cu il tarixli 12186 saylı və 28 avqust 2023-cü il tarixli 9/4360 saylı rəylərindəki (xx.xx.2016-cı il tarixə (kredit razılaşmasının müddətinin bitmə vaxtına) və xx.xx.2017-ci il tarixə (iddia qaldırılan vaxta)) yol verilən uyğunsuzluqlara aydınlıq gətirilməsi, göstərilən tarixlərə müəyyən edilmiş məbləğlərin əsaslandırılmış şəkildə (ayrı ayrılıqda olmaqla) hesablamalar əsasında göstərilməsi barədə göstəriş verilmişdir.
63. İş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının 19 yanvar 2024-cü il tarixli 9/9681 saylı rəyi ilə Cavabdeh4 15 aprel 2014-cü il tarixli 04R000012494 saylı kredit razılaşmasının şərtləri nəzərə alınmaqla 18 may 2017-ci il tarixə əsas borc üzrə 6 4462,03 ABŞ dolları, faiz borcu üzrə 0,00 ABŞ dolları borcunun olması müəyyən olunmuş, məhkəmə kollegiyası əsas borc tələbini iddia tələbində göstərilən məbləğdə təmin etmişdir.
64. İşə baxmış məhkəmə kollegiyası həmin rəyi təhlil edib sübut kimi qəbul etmişdir. Bu ekspert rəyi ilə gəlinən nəticənin düzgün olmaması barədə əsaslı sübut təqdim edilməmişdir.
65. Hazırki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(106)-282/2019 saylı qətnaməsinin qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilməsi, keçirilmiş hərrac nəticəsində ipoteka predmeti olan mənzil satılmadığından kreditor tərəfindən 73312,50 manata qəbul edilməsi, xx.xx.2017-ci il tarixdən sonra əmlak bankın mülkiyyətinə götürülənədək cavabdeh tərəfindən 38300 ABŞ dolları məbləğində ödənişin qətnamə üzrə əsas bo rcdan silinməsi, ipoteka predmeti olan mənzilin ümumilikdə cəmi 38941.14 ABŞ dolları borcun (66200 manat ekvivalentində) qarşılığında bankın mülkiyyətinə qəbul olunması, mənzil bankın mülkiyyətinə qəbul olunarkən 7067.56 manat fərqin (733xx.xx-66245=7067.50) bank tərəfindən Ağcabədi rayon İcra və Probasiya Şöbəsinin hesabına ödənilməsi barədə dəlillər qətnamənin ləğvinə əsas vermir. Çünki apelyasiya instansiyası məhkəməsinin hazırki qətnaməsi ilə, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək olan borc məbləği müəyyən edilir. Qətnamənin icrası mərhələsində hüquqi əsas olmadan ödənilən və ya sonralar aradan qalxmış əsasla ödənilən məbləğlər, əsassız varlanma müddəaları əsasında geri tələb edilə bilər.
66. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək sə lahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
67. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tə rəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
69. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-53/2024 nömrəli, 5 mart 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.