Məhkəmə qərarları › İş №2(102)-4041/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4041/2022

10.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4041/2022 10.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bərdə rayon Dövlət Notariat Kontoruna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4041/2022 Açar sözlər: alqı-satqı müqavilənin etibarsız hesab edilməsi və torpaqdan çıxarılma, əhəmiyyətsiz əqd Bakı şəhəri, 10 oktyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bərdə rayon Dövlət Notariat Konturuna qarşı alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş hüquqmüəyyəne dici sənədlərin etibarsız hesab edilməsi və torpaqdan çıxarılması tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-383/2022 nömrəli 24 fevral 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Məmmədov Əbülfət Ədil oğlu, X4, X3, X2 və İddiaçı adlarına Bərdə rayonu, Türkmən kəndində JN-321 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktına əsasən 1,41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur.

2. Bərdə rayonu 2 saylı dövlət Notariat konturunun xx.xx.2006-cı il tarixli, 4-Ə-1190 saylı alğı-satqı müqaviləsinə əsasən mülkiyyətçilər həmin torpaq sahəsini Cavabdeh1 5000 manata satmışdırlar.

3. İddiaçı müqavilə bağlanan zaman hərbi xidmətdə lduğundan müqaviləni onun adından Bərdə rayon Hərbi Komissarlığının xx.xx.2006-cı il tarixdə təsdiqlədiyi etibarnamə əsasında atası Məmmədov Əbülfət Ədil oğlu imzalamışdır.

4. Daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2007-ci il tarixdə ********* saylı qeydiyyat nömrəsi ilə Cavabdeh1 adına çıxarış verilmişdir. 5. xx.xx.2019-cu il atrixli, AN-İ ******* saylı Daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Bərdə rayonu, Türkmən kəndində yerləşən 2,05 ha torpaq sahəsini tam hissə üzrə alıcı Cavabdeh2 4.000 manata satmışdır. Hal-hazırda həmin torpaq sahəsi Daşınmaz əmlakın Dövlət reystrində Cavabdeh2 adına qeydiyyata alınmışdır.

6. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağı rış Üzrə Dövlət Xidmətinin Bərdə rayon Şöbəsi tərəfindən Məmmədov Əbülfət Ədil oğluna ünvanlanmış xx.xx.2020-ci il tarixli, 224 nömrəli məktuba əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Bərdə rayon Şöbəsinin arxiv sənədlərində 1988-ci il təvəllüdlü İddiaçı barəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək hərbi xidmətə olduğu müddət ərzində xidmət etdiyi hərbi hissədən daxil olmuş etibarnamə qeydə alınmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bərdə rayon Dövlət Notariat Konturuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-ci il tarixli, 4Ə-İ-190 saylı alğı-satqı müqaviləsinin və bunun əsasında verilmiş hüquqmüyyəne dici sənədlərin etibarsız hesab edilməsi və Cavabdeh2 Bərdə rayon, Türkmən kəndində yerləşən paylı mülkiyyətdə olan 1,41 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2006-2007-ci illərdə Cəlilabad rayonunda sərhəd qoşunlarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdə olduğu vaxt atası Məmmədov Əbülfət Ədil oğluna paylı mülkiyyətində olan 1,41 ha torpaq sahəsinə onun əvəzindən sərəncam vermək hüququna dair heç bir etibarnamə verməmiş, həmin torpaq sahəsi ilə bağlı Bərdə rayon Dövlət Notariat Kontoruna getməmiş, hər hansı alğı-satqı müqaviləsinə imza etməmişdir. Paylı mülkiyyətlərində olan torpaq sahəsinin hansı səbəbdən Cavabdeh1, hal-hazırda isə Cavabdeh2 istifadəsində olmasını bilmir. Bununla bağlı Bərdə Rayon Dövlət Notariat Kontoruna və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş və məlum olmuşdur ki, həmin torpaq sahəsi Dövlət Notariat Kontorunda təsdiqlənmiş xx.xx.2006-cı il tarixli 4Ə-1-190 saylı müqavilə əsasında Cavabdeh1 satılmış, Cavabdeh1 isə həmin torpaq sahəsini Cavabdeh2 satmışdır.

9. Bərdə Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 09 iyun 2020-ci il tarixli, 2(021)-1421/2020 nömrəli qətnaməsi ilə (hakim Ə.V.Kərimov) iddia təmin edilməmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh1 vicdanlı alıcı hesab olunmalıdır. Belə ki, satıcı və alıcı daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanan vaxt satıcı həmin torpaq sahəsinin qanuni mülkiyyətiçisi olduğundan və həmin torpaq sahəsinin mülkiyyətində olmasına dair dövlət aktı qüvvədə olduğundan, eyni zamanda həmin daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilmədiyindən, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olmuşdur.

11. Bundan əlavə, alğı-satqı müqaviləsinin bağlanmasından on dörd ildən artıq müddət keçmiş, həmçinin maraqlı şəxslər həmin müqavilənin mövcudluğundan son on ildən artıq müddətdə məlumatlı olmuşlar.Yəni, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malik olsa da, bu subyektiv hüququndan istifadə etməmişdir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 324, 337, 394, 144, 146, 646, 648, 359, 362-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiy a instansiyası məhkəməsində icraat

13. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddiaçının nümayəndəsi Məmmədov Əbülfət Ədil oğlu məhkəmə kollegiyasının iclasında verdiyi izahatında onun və X5, X3, X1 1,41 ha torpaq sahəsindən özlərinə düşən payı Cavabdeh1 satdıqlarını, 1,41 ha olan torpaq sahəsinin İddiaçı aid hissəsinin satılmadığını, həmin vaxt oğlu Ədilin hərbi xidmətdə olduğunu göstərmişdir.

15. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 noyabr 2020-ci il tarixli, 2(104)-2913/2020 saylı qətnaməsi ilə (hakimlər L.S.Süleymanov (sədrlik edən və məruzəçi), Ş.Q.Rzaquliyev və A.H.Hüseynzadə) İddiaçı tərəfindən verilmiş apelyasiya şika yəti təmin edilməyərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iş materialları ilə alğı-satqı predmeti olan 1,41 ha torpaq sahəsinin ümumi birgə mülkiyyətçilərindən olan İddiaçı razılığı və etibarnaməsi olmadan digər mülkiyyətçi Məmmədov Əbülfət Ədil oğlu tərəfindən Cavabdeh1 satılması və həmin əqdin sonradan İddiaçı tərəfindən bəyənilmədiyi müəyyən edilir.

17. Məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında bağlanmış alğısatqı müqaviləsində subyekt tərkibində qüsura yol verildiyindən, yəni İddiaçı 1,41 ha torpaq sahəsindəki payının satılmasına dair razılığı və ya başqa şəxsə etibarnamə verilməsi aşkar edilmədiyindən xx.xx.2006-ci il tarixli, 4Ə-İ-190 saylı alğı-satqı mü qaviləsi İddiaçı münasibətdə etibarsız əqddir.

18. Lakin alğı-satqı müqaviləsi Bərdə rayon Dövlət Notariat Kontorunda xx.xx.2006-cı il tarixdə 4Ə-1-190 reyestr nömrəsi ilə təsdiq olunmuşdur. Həmin müqavilənin bağlanmasından 14 il keçdikdən sonra - 2020-ci ilin fevral ayında həmin müqavilə hazırkı iddia ilə mübahisələndirilmişdir ki, bununla da iddiaçı Azərbaycan Respublikasının MM-nin 354-cü maddəsinə əsasən həmin əqdi mübahisələndirmək hüququnu itirmişdir. Belə ki, qeyd edilən müddət hüququn itirilməsi ilə bağlı olmaqla, iddia müddətlərinə aid deyildir və kəsici müddətə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət yoxdur və həmin müddətin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfi nin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda, məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinə edilmiş dəyişikliklərdən də müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamışdır.

19. Məhkəmə kollegiyasının iclasında sədrlik edənin sualına cavab olaraq İddiaçı 2009-2010-cu illərdə atasının ona məxsus torpaq sahəsini də satdığını bildiyini göstərmişdir. Bu da o deməkdir ki, iddiaçı ən azından 2009-cu ildə hüquqlarının pozulmasını bildiyi halda, qanunla müəyyən edilmiş müddətdə mübahisə edilən əqdin etibarsızlığına dair iddia ilə məhkəməyə mürcaiət etməmiş və bununla da müddəti ötürmüşdür. Bu hal da iddianın rədd edilməsinə hüquqi əsas verir.

20. Məhkəmə kollegiyası iddianın Cavabdeh2 Bərdə rayon, Türkmən kəndində yerləşən paylı mülkiyyətdə olan 1,41 ha torpaq sahəsindən çıxarılması tələbinə münasibətdə isə qeyd etmişdir ki, Cavabdeh2 vicdanlı alıcı olduğundan ona qarşı irəli sürülmüş tələb əsassızdır. Belə ki, Cavabdeh1 Məmmədovlar ailəsindən aldığı 1,41 ha torpaq sahəsi ilə yanaşı başqa şəxsdən də aldığı digər torpaq sahəsi birlikdə 2,05 ha təşkil etmiş və xx.xx.2019-cu il tarixdə Dövlət reyestrindən çıxarış alaraq, həmin 2,05 ha torpaq sahəsini xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı Daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Cavabdeh2 4.000 manata satmışdır. Hazırda mübahisəli torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir.

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 354, 140, 148, 149-cu maddələrinə is tinadla əsaslandırmışdır. c) Kasasiya instansiyası məhkəməsindəki birinci icraat

22. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021ci il tarixli, 2(102)-3268/2021 saylı qərarı ilə (hakimlər İ.Ə.Şəfiyev (sədrlik edən və məruzəçi), Ə.A.Əhmədov və V.T.Həsənov) İddiaçı kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 noyabr 2020-ci il tarixli, 2(104)-2913/2020 saylı qətnaməsinin, iddianın “Cavabdeh1 qarşı xx.xx.2006-ci il tarixli, 4Ə-İ-190 saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinin rədd olunması” barədə birinci instansiy a məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün göndərilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

24. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi 2006-cı ildə bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi üzrə Azərbaycan Respublikasının MM-nin 354-cü maddəsində müəyyən olunmuş iddia müddətinin tətbiqi məsələsininin araşdırılmasını zəruri hesab etməkdə haqlı olmuşdur. Çünki verilmiş iddia tələbi Mülki Məcəllənin 354-cü maddəsində müəyyən olunmuş iddia müddətinə bərabər tutulur.

25. Apelyasiya instansiyası məhkəməsi sözügedən müqavilənin bağlanması ilə iddiaçının hüququnun pozulub-pozulmadığını araşdıraraq qeyd etmişdir ki, İddiaçı 1,41 ha torpaq sahəsindəki payının satılmasına dair razılığı və ya başqa şəxsə etibarnamə verilməsi aşkar edilmədiyindən xx.xx.2006-ci il tarixli, 4Ə-İ-190 saylı alğı-satqı müqaviləsi İddiaçı münasibətdə etibarsız əqddir.

34. Lakin işə əlavə olunmuş 20 noyabr 2006-cı il tarixli alğı-satqı müqaviləsinin notariat qaydada təsdiqlənmiş surətindən görünür ki, müqavilədə İddiaçı əvəzində Bərdə rayon Hərbi Komissarlığının xx.xx.2006-cı ildə təsdiqlədiyi etibarnamə əsasında atası Məmmədov Əbülfət Ədil oğlunun iştirak etdiyi göstərilmişdir.

26. Lakin məhkəmələr iddianın 20 noyabr 2006-cı il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üzrə iddiaçının dəlillərinə qiymət verilməsi üçün həqiqətən də bu cür etibarnamənin olub-olmamasını, həmin etibarnamənin kim tərəfindən təqd im edilməsini araşdırmamışdır. Bu halların müəyyən edilməsi üçün notariat işi tələb edilməmişdir. Sözügedən etibarnamənin olub-olmaması ziddiyyətli olaraq qalmışdır. İddiaçının məhkəmə müdafiəsinin təminatı altına düşən hüquqi marağı, onun iddia tələbinin faktik əsası kimi irəli sürdüyü bu faktların araşdırılmasını və hüquqi qiymət verilməsin tələb edir.

27. Bu faktların müəyyən edilməsi eyni zamanda ona görə zəruridir ki, məhkəmənin qətnaməsi özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirməlidir.

28. İşə baxmış birinci instansiya məhkəməsi xx.xx.2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbini rədd edərkən alıcı Cavabdeh1 vicdanlı alıcı olmasına, həmçinin iddia müddətinin buraxılmasına istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsi isə, Cavabdeh1la bağlanmış müqavilənin etibarsız olduğunu müəyyən etmiş, həmçinin “İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 360-cı maddəsində nəzərdə tutulmuş qaydada əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini Məmmədov Əbülfət Ədil oğlundan tələb etmək hüququnun olduğunu” izah etmişdir. Göründüyü kimi xx.xx.2006-cı il tarixli müqavilənin etibarlılığı ilə bağlı məhkəmə kollegiyası birinci instansiya məhkəməsindən fərqli maddi hüquq normasına əsaslanmaqla fərqli nəticəyə gəlmiş, lakin bununla bağlı məhkəmə qətnaməsinin həmin hissədə qüvvədə saxlanmasını əsaslandırmamışdır.

29. Məhkəmə kollegiyası, apelyasiya instansiyası məhkəməsinin iddianın Cavabdeh2 qarşı iddianın rədd olunması barədə dəlilləri ilə isə razıl aşmışdır.

30. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337, 347.1, 352, 354, 359, 360, 362-ci və Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14, 77, 81, 88, 417-ci maddələrinə istinadla əsaslandırmışdır. d) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

31. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-383/2022 nömrəli 24 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim R.Z.Mamedov (sədrlik edən və məruzəçi), A.V.İsgəndərova və A.V.Bayramov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

32. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivindən daxil olmuş xx.xx.2006-cı il tarixli, 4Ə-190 saylı alqısatqı müqaviləsi üzrə notar iat işindən görünür ki, 20 noyabr 2006-ci il tarixdə İddiaçı ona məxsus Bərdə rayonu, Türkmən kəndində yerləşən JN 321 saylı Dövlət Aktına əsasən 0,28 ha torpaq sahəsinin atası Məmmədov Əbülfət Ədil oğlu tərəfindən satılmasına, pulunu almasına dair etibarnamə vermişdir. Həmin etibarnamə Bərdə rayon Hərbi Komissarı polkovnik-leytenant R.Xəlilov tərəfindən təsdiq edilmişdir.

33. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, qeyd olunan torpaq sahəsi xx.xx.2006-cı il tarixdə Cavabdeh1 4Ə-190 saylı alqı-satqı müqaviləsi üzrə satıldığı zaman JN 321 saylı Dövlət aktında adları qeyd edilən bütün ailə üzvləri, o cümlədən İddiaçı razılığı olmuşdur. Yəni mübahisələndirilən müqaviləni İddiaçı adından Bərdə rayon Hərbi Komissarlığının xx.xx.20106-cı il tarixdə təsdiqlədiyi etibarnamə əsasınd a onun atası Məmmədov Əbülfət Ədil oğlu imzalamışdır.

34. Məmmədov Əbülfət Ədil oğlu xx.xx.2006-cı il tarixli, 4Ə-190 saylı alqı-satqı müqaviləsini bağlayan zaman oğlu İddiaçı da öz iradə ifadəsini nümayiş etdirmiş, müqavilənin məzmunu ona məlum olmuş, müqaviləni imzalaması üçün atasına etibarnamə vermişdir.

35. Həmçinin kollegiya hesab etmişdir ki, iddia tələbinin hüquqi əsasını alqı-satqı müqaviləsinin etibarsızlığı təşkil edir və həmin hissə üzrə iddia tələbi rədd edildiyindən iddia tələbinin digər hissələrinə münasibət bildirilməsi zəruri deyil.

36. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şiayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Məhkəmə öz mövqeyini Azərbayca n Respublikasının Mülki Məcəllənin 6.1.2, 6.1.5, 360.1, 362.1, 362.3.2, 406.1, 407.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

38. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mülki işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

39. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mülki Məcəllənin 152.1, 157.2, 157.4, 1528.1.2, 158.4-cü və MPM-nin 14.1, 77, 88-ci maddələrini düzgün tətbiq etməmişdir. Belə ki, mübahisə olunan etibarnamə Səfərbərlik və Hərbi Xidmətə Çağrış Üzrə Dövlət Xidmətinin Bərdə ra yon Şöbəsi tərəfindən möhürlə təsdiq olunmuşdur. Atası buna görə həmin Xidmətə müraciət etmiş və məlum olmuşdur ki, onun adına həmin xidmətə hər hansı bir etibarnamə daxil olmamışdır. Ədalətli qərar qəbul edilməsindən ötrü adından yazılmış etibarnaməni kim tərəfindən yazılıb təsdiq eilməsi, imza və möhürün yoxlanılması üçün məhkəmə xətşünaslıq və sənədlərin məhkəmə texniki ekspertizasının təyin edilməsi barədə vəsatətlər versə də, təmin edilməmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Cavabdeh1 kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmiş və göstərmişdir ki, etibarnamənin mötəbərliyini yoxlamalı olan orqan notariat kontoru olmuş, bu m əsələdə məsuliyyət həmin orqsnın və iddiaçını həmin etibarnamə ilə təmsil edən şəxsin üzərinə düşür. Həmçinin bu müqavilə tam etibarsız hesab edilə bilməz. İddiaçı öz payına münasibətdə bu iddianı qaldıra bilər, bu zaman da iddia qaldırmaq üçün müddət buraxılmışdır. Kassasiya baxışının hədləri:

41. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya in stansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

42. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

43. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edi lmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.

44. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

45. Maddə 359 Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.

46. Maddə 362.3 Aşağ ıdakılar notariat qaydasında təsdiqlənən etibarnamələrə bərabər tutulur: 47. 362.3.2. hərbi qulluqçuların etibarnamələri, hərbi hissələrin, birləşmələrin, idarələrin və hərbi təlim məktəblərinin yerləşdiyi, lakin notariat ofislərinin və notariat əməliyyatları aparan digər orqanların olmadığı məntəqələrdə isə həmçinin fəhlə və qulluqçuların, onların ailə üzvlərinin və hərbi qulluqçuların ailə üzvlərinin bu hissənin, birləşmənin, idarənin və ya məktəbin komandiri (rəisi) tərəfindən təsdiqlənmiş etibarnamələri;

48. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdır malı və onlardan istifadə etməlidir.

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

53. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

54. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayar aq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

57. Maddə 417.1.3. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi ye nidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

58. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

59. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb və bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olduğuna görə qətnamə ləğv edilməlidir.

60. İlk növbədə qeyd edilməli dir ki, apellyasiya məhkəməsi apellyasiya baxışının hədlərindən kənara çıxaraq, artıq kassasiya məhkəməsinin qərarı ilə dəyişdirilmədən saxlanılan Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələbinin rədd edilməsi hissəsinə də qətnamdə təkrar qiymət verərək, birinci instansiya məhkəməsinin qətnaməsini tam dəyişdirilmədən saxlamışdır. Halbuki təkrar apellyasiya baxışına yalnız iddianın “Cavabdeh1 qarşı xx.xx.2006-ci il tarixli, 4Ə-İ-190 saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi hissəsində göndərilmişdir.

61. Bundan başqa, iddiaçı torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlamaq üçün hər hansı şəxsə etibarnamə vermədiyini, apellyasiya məhkəməsinə təqdim edilmiş notariat işində olan etibarnamənin onun tərəfindən imzalanmadığını bildirmiş, iş üzrə məhkəmə xətşünaslıq e kspertizasının keçirilməsi barədə vəsatət vermiş və həmin vəsatətlər hər hansı əsaslandırma olmadan təmin edilməmişdir.

62. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlilləri alqı-satqı müqaviləsinin etibarlılığının yoxlanılması üçün əhəmiyyətli hal olduğu halda, apellyasiya məhkəməsi tərəfindən bu dəlillər üzrə hər hansı araşdırma aparılmamış, etibarnamədəki imzanın iddiaçıya məxsus olub-olmaması araşdırılmamışdır. Həmçinin verilmiş etibarnamənin hərbi hissə tərəfindən deyil, hərbi komissarlıq tərəfindən təsdiq edilməsinin Mülki Məcəllənin 362.3.2-ci maddəsinə uyğun oub-olmamasına hüquqi qiymət verilməmişdir.

63. Halbuki Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağ lanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).

64. Əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır.

65. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla ba ğlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir.

66. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdı r. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

67. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.

68. Məhkəmə kollegiyası həmçinin əqdin etibarsız hesab edilməsi üzrə məhkə məyə 14 il sonra müraciət edilməsi və nəticədə əqdin mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş kəsici müddətin keçməsi barədə məhkəmənin mövqeyini əsaslı hesab etmir. Belə ki, Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

69. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etiba rən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır.

70. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir.

80. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir.

90. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyə tsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir.(Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli qərarı)

100. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda qeyd edilən maddi və prossesual hüquq normalarının tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında müəyyən etdiyi hüquqi mövqelərə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, apel lyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmiş, beləliklə də, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır.

101. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətlərinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir.

102. Yuxar ıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-383/2022 nömrəli iş üzrə 24 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddianın Cavabdeh1 qarşı xx.xx.2006-ci il tarixli, 4Ə-İ-190 saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə yenidən baxılması üçün mülki iş apellyasiya instansiya məhkəməsinə göndərisin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar