Məhkəmə qərarları › İş №2(102)-4041/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-4041/2025

27.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4041/2025 27.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Göygöl rayon Notariat ofisi və Cavabdeh2 qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayəti verilməsi üçün prosessual müddətin ötürülməsi, buraxılmış prosessual müddətin bərpasından imtina, müddətin buraxılma səbəbinin üzrlü olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Göygöl rayon Notariat ofisi və Cavabdeh2 qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsini n Mülki kollegiyasının 2(104)-1042/2025 nömrəli, 2025-ci il 1 dekabr tarixli qərardadından Cavabdeh2 kassasiya şikayətinə 27 yanvar 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı (bundan sonra “iddiaçı” iddia ərizəsi ilə Göygöl rayon Məhkəməsinə müraciət edərək, Göygöl rayon notariat ofisinin xx.xx.2019-cu il tarixdə verdiyi icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Göygöl Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 2(066)-174/2020 nömrəli qətnaməsi ilə (hakim X1) iddia tələbi rədd olunmuşdur. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

3. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.

4. Gəncə Apellyasiya Məhkəmə sinin 2 (104)-1042/2021 nömrəli, 3 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin olunmuş, Göygöl Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 2(066)-174/2020 nömrəli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş və iddia tələbi təmin olunmuşdur. (hakimlər Loğman Süleymanov (sədrlik edən və məruzəçi), X2, Şamil Rzaquliyev)

5. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsini Cavabdeh2 (bundan sonra “cavabdeh”) 15 iyul 2021-ci ildə poçt qəbzinə imza etməklə almışdır.

6. Cavabdeh 18 mart 2025-ci il tarixdə apellyasiya instansiyası məhkəməsinə müraciət edərək, qətnaməni almadığını, bu səbədən qətnamənin onun ünvanına göndərilməsini xahiş etmişdir.

7. Apellyasiya instansiyası məhkəməsi 10 aprel 2025-ci il tarixli məktubla qeyd edilən qətnaməni təkrarən c avabdehin ünvanına göndərmişdir.

8. Cavabdeh 24 iyun 2025-ci il tarixdə qətnamədən kassasiya şikayəti vermişdir.

9. Gəncə Apellyasiya Məhkəməsinin 2 (104)-1042/2021 nömrəli, 4 iyul 2025-ci il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti, müddətin ötməsi və dövlət rüsumunun ödənilmməsi əsası ilə geri qaytarılmışdır.

10. Cavabdeh (nümayəndə-Vəkil) 11 iyul 2025-ci ildə elektron qaydada kassasiya şikayəti vermişdir.

11. Gəncə Apellyasiya Məhkəməsinin 2 (104)-1042/2021 nömrəli, 16 iyul 2025-ci il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti, imzanın düzgün olmaması əsası ilə geri qaytarılmışdır.

12. Cavabdeh (nümayəndə-Vəkil) 21 iyul 2025-ci ildə kağız daşıyıcıda kassasiya şikayəti vermişdir.

13. Gəncə Apellyasiya Məhkəməsinin 2 (104)-1042/2021 nömrəli, 23 iyul 2025-ci il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti, elektron qaydada verilməməsi əsası ilə geri qaytarılmışdır.

14. Cavabdeh (nümayəndə-Vəkil) 21 noyabr 2025-ci il tarixdə kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatət ilə məhkəməyə müraciət etmişdir.

15. Müddətin bərpası barədə vəsatət onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin 3 iyun 2021-ci il tarixli qətnaməsi rəsmi qaydada cavabdehə çatdırılmamışdır. Belə ki, cavabdeh 2022-ci ilədək Sumqayıt şəhəri, 6-cı mikrorayonda pasport qeydiyyatında olsa da, Abşeron rayonu, Masazır kəndi, Cəfər Cabbarlı küçəsi, 37A nömrəli evdə yaşamışdır. Cavabdeh iş materiallarına əlavə edilmiş qətnamənin alınmasına dair qəbzdə göstərilən ünvanda, ümumiyyətlə, Bakı şəhərində heç vaxt yaşamamış və Bakı şəhərində ünvanı olmamışdır. Cavabdeh qətnamənin surətini almaq üçün Gəncə Apellyasiya Məhkəməsinə müraciət etsə də, ərizəsinə cavab olaraq qətnamənin təkrarən ona göndərildiyi qeyd olunmuşdur. Halbuki cavabdeh həmin qətnaməni heç vaxt almamış və bundan məlumatsız olmuşdur.

16. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1042/2021 saylı, 1 dekabr 2025-ci il tarixli qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin 3 iyun 2021-ci il tarixli, 2(104)-1042/2021 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən kassasiya şikayəti verməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət təmin edilməmiş və kassasiya şikayəti geri qaytarılmışdır. (hakimlər Günay Cavadova (sədrlik edən və məruzəçi), Fikrət Mehtiyev, Tural Məmmədov)

17. Apellyasiya instansiyas ı məhkəməsi işdə olan “Poçt göndərişinin verilməsi haqqında xəbərnamə”yə əsasən müəyyən etmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(104)- 1042/2021 nömrəli qətnaməsi 15 iyul 2021-ci il tarixdə cavabdehə çatdırılmışdır. Kassasiya şikayəti isə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə elektron formada cavabdehin nümayəndəsi (vəkili) tərəfindən imzalanaraq 21 noyabr 2025-ci il tarixdə verilmişdir. Göründüyü kimi kassasiya şikayətinin verilməsi müddəti 15 sentyabr 2021-ci il tarixdə bitdiyi halda, kassasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülərək, 21 noyabr 2025-ci il tarixdə verilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi cavabdehin vəsatətində Gəncə Apellyasiya Məhkəməsinin 03 iyun 2021-ci il tarixl i qətnaməsinin ona təqdim edilməməsi, qətnamənin alınmasına dair “Poçt göndərişinin verilməsi haqqında xəbərnamə”də göstərilən ünvanda (ünvan 2inə münasibətdə göstərmişdir ki, Göygöl Rayon Məhkəməsinin 16 sentyabr 2020ci il tarixli, 2(066)-174/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsində baxılarkən məhkəmə iclaslarının yeri va vaxtı barədə məhkəmə bildirişləri cavabdehin ünvanı kimi qeyd edilmiş ünvan 3 göndərilmiş, cavabdeh isə 8 aprel 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş və məhkəmə iclasının növbəti, 3 iyun 2021-ci il tarixə təyin edilməsi barədə məhkəmə qəbzini imza edərək qəbul etmişdir.

19. Bundan başqa, apellyasiya baxışının 28 yanvar 2021-ci il tarixə təyin olunmuş məhkəmə iclasının təxirə salın ması barədə cavabdeh 27 yanvar 2021-ci il tarixdə məhkəməyə teleqram ünvanlamış və həmin teleqramda da cavabdeh öz ünvanı kimi ünvan 4r.

20. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanlara əsasən cavabdehin 15 iyul 2021-ci il tarixdə apellyasiya instansiyası məhkəməsinin sözügedən qətnaməsini almadığı barədə bildirdiklərini əsassız saymışdır.

21. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd etmişdir ki, cavabdehin qətnaməni 15 iyul 2021-ci il tarixdə almadığı barədə bildirdikləri doğru kimi qəbul edilsə belə, yenə də vəsatətin təmin edilməsi üçün əsaslar yoxdur. Belə ki, yuxarıda qeyd edildiyi kimi iş materiallarından görünür ki, cavabdehin məhkəmə proseslərindən məlumatı olmuş, apellyasiya baxışının məhkəmə iclasında iştirak etmişdir. Belə olan halda barəsində çıxarılmış məhkəmə aktı na yenidən baxılmasında maraqlı olan tərəf qətnamənin surətini əldə etmədiyi halda, vaxtında müraciət edərək qətnamənin surətini əldə edə bilərdi. Cavabdeh isə məlumatlı olduğu halda hərəkətsizlik göstərmiş, qətnamənin qəbulundan 3 ildən artıq müddət keçdikdən sonra kassasiya şikayəti vermişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin hərəkətləri prosessual hüquqlardan sui-istifadəyə yönəlmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 133.1, 408.1.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və ərizənin təmin edilərək kassasiya şikayətinin icraat a qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qətnamə rəsmi qaydada cavabdehə təqdim olunmamış, yalnız özünün məhkəməyə ərizə ilə müraciəti əsasında onun poçt ünvanına göndərilmiş və həmin qətnamədən qanunvericilikdə nəzərdə tutulmuş müddətdə kassasiya şikayəti verilmişdir. X4 Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Göründüyü kimi məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməyərək, təqdim olunmuş sənəd və sübutlara hüquqi qiymət verməmiş, bununla da cavabdehin məhkəmə müdafiəsi təminatı hüquqları pozulmuş, kassasiya şikayəti geri qaytarılmışdır. Belə ki, cavabdeh 2022-ci ilədək Sumqayıt şəhəri, 6-cı mikrorayonda pasport qeydiyyatında olsa da, ünvan 1 nömrəli evdə yaşamışdır. Cavabdeh iş mat eriallarına əlavə edilmiş, qətnamənin alınmasına dair qəbzdə göstərilən ünvanda, ümumiyyətlə Bakı şəhərində heç vaxt yaşamamış və Bakı şəhərində ünvanı olmamışdır. Cavabdeh qətnamənin surətini almaq üçün Gəncə Apellyasiya Məhkəməsinə müraciət etsə də, ərizəsinə cavab olaraq qətnamənin təkrarən ona göndərildiyi qeyd olunmuşdur. Halbuki cavabdeh həmin qətnaməni heç vaxt almamış və bundan məlumatsız olmuşdur. Məhkəmənin iş materiallarında ola poçt qəbzi ilə şəxsə 2021-ci ildə çatdırılması qeyd olunan sənəddəki imza cavabdehə aid deyildir və onun tərəfindən imzalanmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 128.2. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin son u müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin aktlarından qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəm əsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

27. Kassasiya şikayətində cavabd eh apellyasiya məhkəməsinin qərardadının ləğvini xahiş edilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərardadını tam yoxlayır.

28. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması üçün əsas yoxdur.

30. Apellyasiya instans iyasının müəyyən etdiyi işin hallarından görünür ki, barəsində şikayət verilən Gəncə Apellyasiya Məhkəməsinin 03 iyun 2021-ci il tarixli qətnaməsini xx.xx.2021-ci il tarixdə cavabdeh poçt qəbzinə imza etməklə qəbul etmişdir. Bununla da onların qətnamədən kassasiya şikayəti verilməsindən ötrü prosessual müddətin axımı ertəsi gündən başlamış, xx.xx.2021-ci il tarixə kimi davam etmişdir. Lakin cavabdeh xx.xx.2025-ci il tarixdə kassasiya şikayəti, həmçinin prosessual müddətin bərpa edilməsinə dair ərizə verilmişdir. Bununla da qanunvericiliklə nəzərdə tutulmuş 2 aylıq prosessual müddət ötürülmüşdür.

31. Apellyasiya instansiyası məhkəməsi həmçinin prosessual müddətin üzrlü səbəbdən ötürülməsi barədə cavabdehin dəlillərini də əsassız saymışdır.

32. Məhkəmə kollegiyası apellyasiya instansiyası mə hkəməsinin hazırki qərarın 1722-ci bəndlərində əks edilən hüquqi dəyərləndirməsini əsaslı sayır.

33. Nəzərə alınsa ki, MPM-in 405.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslər qətnamənin onlara rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verə bilər, belə olan halda, apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı və qanuni olmuşdur.

34. Məhkəmə kollegiyası hazırki işin halları ilə bağlı diqqəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir qərarına da çəkir. “C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Res publikası Konstitusiya Məhkəməsi Plenumunun 06 iyun 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Hüquqi müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur; hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” p rinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. 35. “Akif Həsənov Azərbaycana qarşı” məhkəmə işi üzrə qəbul etdiyi X6 Hüquqları Məhkəməsi göstərmişdir ki, “Hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçini özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.”

36. Həmçinin“Kudrina Rusiyaya qarşı” iş üzrə 21 iyun 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, Kovensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə təmin edilən məhkəmə araşdırması hüququ hüququn aliliyi prinsipininin Razılığa gələn Dövlətlərin ümumi irsinin hissəsi kimi tanınmasına dair Kovensiyanın Preambulasına uyğun təfsir olunmalıdır. Hüququn aliliyinin əsas aspektlərindən biri də hüquqi müəyyənlik prinsipidir ki, sair şərtlərdən başqa məhkəmələrin qəti qərarlarının mübahisələndirilə bilinməməyini tələb edir. S özü gedən prinsipə görə tərəflərin yalnız işə yenidən baxılması və yeni qərar çıxarılması məqsədli ilə məhkəmə qərarına yenidən baxılması hüququ yoxdur. Yalnız iş üzrə iki mövqeyin mövcudluğu işə yenidən baxılması üçün əsas ola bilməz.

37. Bu baxımdan, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız sayır.

38. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1042/2025 nömrəli, 1 dekabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar