Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4044/2021 30.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayəti verməyən tərəfin kassasiya şikayətinin baxışdan çıxarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Xəlilov İsmayıl Kamil oğlundan və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 sentyabr 2020-ci il tarixli, 2(104)-2102/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli, 2(044)279/2020 qətnaməsi ilə (hakim G.Ə.Şirinov) iddia tələbi qismən təmin edilərək, Cavabdeh 5300 manatın alınaraq, İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermiş və iddianın təmin olunmamış hissəsinin də təmin edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 sentyabr 2020-ci il tarixli, 2(104)-2102/2020 nömrəli qətnaməsi ilə (hakimlər R.Z.Mamedovun sədrliyi və məruzəsi ilə, hakimlər A.V.Bayramovdan və Ə.İ.Məmmədovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli, 2(044)-279/2020 nömrəli qətnaməsi iddianın rədd edilmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 aprel 2021-ci il tarixli, 2(102)-1311/2021 nömrəli qərarı ilə (hakim Ə.A.Əhmədovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.K.Dəmirovdan və V.T.Həsənovdan ibarət tərkibdə) İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 sentyabr 2020-ci il tarixli, 2(104)-2102/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 sentyabr 2020-ci il tarixli, 2(104)-2102/2020 nömrəli qətnaməsinin ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmi şlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 iyul 2021-ci il tarixli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmişdir. Lakin iş materiallarından müəyyən olunur ki, Cavabdeh kassasiya şikayəti Azərbaycan Respublikası MPM-in tələblərinə zidd olaraq icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 403.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Həmin Məcəllənin 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mül ki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən kassasiya instansiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Hazırki iş üzrə müəyyən olunur ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunsa da, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verməmiş, qətnaməni yalnız İddiaçı iddianın təmin olunmamış hissəsində apellyasiya qaydasında mübahisələndirmiş və yuxarıda qeyd olunduğu kimi apellyasiya məh kəməsi tərəfindən qətnamə yalnız sonucunun mübahisələndirdiyi hissədə yoxlanılmaqla, dəyişdirilmədən saxlanılmışdır. Hazırda isə Cavabdeh apellyasiya şikayəti vermədiyi halda, apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayət vermişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, işin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin Mülki kollegiyasının 06 iyul 2021-ci il tarixli qərardadı ləğv edilərək, həmin Cavabdeh kassasiya şikayəti məhkəmə baxışından çıxarılmaqla, geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Re spublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 iyul 2021-ci il tarixli, 2(102)4044/2021 nömrəli qərardadı ləğv edilsin. Cavabdeh Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 sentyabr 2020-ci il tarixli, 2(104)-2102/2020 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayəti kassasiya baxışından çıxarılaraq, qaytarılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4044/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-4044/2021
30.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver