Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4046/2020 30.07.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı Cavabdehlər: Ləğv prosesində olan Cavabdeh1 X8 ləğvedicisi X3, Azərbaycan Respublikası X6 və Azərbaycan Respublikası İddia tələbi: borcun silinməsi Açar sözlər: əsassız hesablanmış faiz borcunun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi X1 vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-14536/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh Ləğv prosesind ə olan Cavabdeh1 ASC-nin ləğvedicisi X3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1628/2012 nömrəli iş üzrə xx xxxx 2012-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 X8 (bundan sonra – Bank) iddiası qismən təmin edilərək Bankla İddiaçı (bundan sonra iddiaçı) arasında bağlanmış 61 saylı, xx xxx 2011-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, iddiaçıdan Bankın xeyrinə cəmi 177.782,24 manat kredit borcunun tutulması tutmanın X5 məxsus mənzilə yönəldilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. Bundan başqa, qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1279/2015 nömrəli iş üzrə xx xxxx 2015-ci il tarixli qətnaməsi ilə kredit öhdəliyinin vaxtında yerinə yetirilməməsinə görə maddi zərərin əvəzi kimi 67486,12 manat məbləğində pulun İddiaçı tutularaq Banka verilməsi, tutmanın X5 məxsus mənzilə yönəldilməsi qət edilmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-1120/2015 saylı iş üzrə xx xxxx 2015-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(005)-1628/2012 saylı icra sənədi üzrə icraata icra sənədi tam icra olunduğu üçün xitam verilmişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı cavabdehlər Bankın ləğvedicisi X2 (bundan sonra – Fond), XXXX6na və Azərbaycan Respublikası XXX Bankına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bank əməliyyat sistemində əsassız olaraq qeyd edilmiş xx.xx.2018-ci il tarixinə onun Bank qarşısında 69056,92 manat faiz borcunun silinməsi öhdəliyinin cavabehlərin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hər iki qətnamə üzrə tutulmuş pul iddiaçı tərəfindən Fonda tam olaraq ödənilmiş, ipoteka predmeti olan əmlak ipotekadan azad edilmiş, bütün bunlar Fond tərəfindən tam təsdiq edilmişdir. Lakin “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışda onun Banka 69056,92 ABŞ dolları faiz borcunun olduğu, faizlərin gecikdirildiyi günlərin sayının 2755 gün olduğu qeyd edilmiş, Fond həmin məlumatın silinməsi üçün müraciət etməmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-2667/2019 nömrə li iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim P.Hüseynov) iddia qismən təmin edilmiş, bank əməliyyat sistemində iddiaçının Cavabdeh1 ASC qarşısında xx.xx.2018-ci il tarixinə olan 69056,92 manat faiz borcunun silinməsi öhdəliyi Fondun üzərinə qoyulmuş, iddia digər hissədə təmin olunmamışdır. İddia tələbinin XXXX6 və Azərbaycan Respublikası XXX Bankına aid hissəsi ilə əlaqədar birinci instansiya məhkəməsi qeyd etmişdir ki, XXXX6 və Azərbaycan Respublikası XXX Bankı iddiaçı ilə kredit müqaviləsinin bağlanması, borcun hesablanması, tələb edilməsi və silinməsi ilə əlaqədar hər hansı cavabdehlik daşımırlar. Ona görə də iddia tələbi onlara aid hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-14536/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və E.Kazımov) birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı hesab edilmiş, Fondun apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin olunmuş hissəsində yoxlamış apelyasiya instansiya məhkəməsi qeyd etmişlər ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli, 2(005)-1628/2012 saylı və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(103)-1279/2015 saylı qətnamələri iddiaçı tərəfindən tam icra edilmiş, iddiaçının Bank qarşısında xx xxx 2011-ci il tarixli kredit müqaviləsinə əsasən heç bir kredit və faiz öhdəliyi qalmamış dır. Belə ki, müqavilə üzrə bütün borc məbləği və maddi zərər kimi müəyyən edilmiş məbləğlər iddiaçı tərəfindən ödənilmiş, bununla bağlı Bank tərəfindən xx.xx.2018-ci il tarixli məktub verilmişdir. Məhkəmələr işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 390, 442, 445.2, 448.1-ci maddələrini tətbiq edərək hesab etmişlər ki, iddiaçının 69.056,92 manat məbləğində faiz borcunun olması qeyd olunsa da, Fond məhkəməyə həmin borcun yaranma əsasları və hesablanması qaydaları ilə əlaqədar sübutlar təqdim edə bilməmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh Fond (Vəkil2) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni q ərarın qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətində qeyd edilmişdir ki, Fond tərəfindən iş materiallarına əlavə edilmiş XXXarayışı və hesabdan çıxarış məlumatlarından aydın olur ki, hazırkı iş üzrə iddiaçının Fond qarşısında icra edilməmiş 69056,92 manat məbləğində faiz öhdəliyi mövcuddur. Həmçinin, iddiaçının Banka borcunun olub-olmamasını məhkəmə özü müəyyən edə bilməzdi. Bunun üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməli idi. Bundan başqa, kassator Mülki Məcəllənin 527.1, 550, 551.1-ci maddələrinə istinad etməklə göstərmişdir ki, hazırki mübahisə üzrə əlavə hesablanmış faiz borcunun tutulması barədə tələb irəli sürmə müddəti ləğv prosesində olan Cavabdeh1 ASC tərəfindən itirilməmişdir. Belə olan təqdirdə isə, öhdəliyə və ya onun nəticəsində yaranmış borc məbləğinə xit am verilə bilməz və ya belə bir vəzifə Fonda həvalə edilə bilməz. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən Fondun vəkili kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və digər cavabdehlərin nümayəndələri hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçı və digər cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəməni n gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbin ə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi Fondun kassasiya şikayəti əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi i lə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri maddi və prosessual hüquq normalarına istinadla açıqaşkar əsaslandırılmamışdır. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi X3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-14536/2019 nömrəli iş üzrə xx xxxxxx 2 019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.