Məhkəmə qərarları › İş №2(102)-4046/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4046/2021

30.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4046/2021 30.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı QSC-nin (hazırda "xxxx" MMC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “daxili maliyyə lizinq müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində dəymiş ziyanın tutulması” tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: lizinq müqaviləsi üzrə borc tələbi, iddia müddətinin başlanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1466/2021 nömrəli iş üzrə 03 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 30 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları "xxxx" Lizinq Şirkəti QSC-nin idarə heyətinin sədri Z.F.Sadıqovla Cavabdeh1 arasında bağlanmış 23 noyabr 2010-cu il tarixli NVD№1366/1128-11/2010 saylı daxili lizinq müqaviləsinə əsasən İddiaçı QSC cavabdehin ərizəsinə əsasən onun tərəfindən seçilmiş, təsviri bu müqavilənin ayrılmaz hissəsi olan əlavə № 1 -də (spesifikasiya) göstərilən və ümumi dəyəri 29 000 ABŞ dolları olan 1 ədəd “Mersedes Benz 230” markalı avtomobilini öz mülkiyyətinə əldə edərək onu Cavabdeh1 müvəqqəti sahiblik və istifadəyə vermişdir. Cavabdeh1 isə 29 000 ABŞ dolları məbləğində borc u illik 23 faiz hesablanmaqla, 36 ay müddətinə İddiaçı QSC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Aylıq ödənişlər 1101 ABŞ dolları məbləğdə razılaşdırılmaqla lizinq alan lizinq verənə 36 ay müddətində 42794 ABŞ dolları ödəmək barədə öhdəlik götürmüşdür. Tərəflərin razılığına əsasən həmin məbləğin 29000 ABŞ dolları avtomobilin dəyərinə, 11406 ABŞ dolları faiz məbləğinə, 235200 ABŞ dolları isə sığorta xərcinə aid edilmişdir. 23 noyabr 2010-cu il tarixli NVD№1366/1128-11/2010 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 öz üzərinə zaminlik öhdəliyi götürərək, 23 noyabr 2010-cu il tarixli NVD№1366/1128-11/2010 saylı daxili maliyyə lizinq müqaviləsi üzrə yaranmış öhdəlik Cavabdeh1 tərəfindən icra edilmədikdə və ya lazımınca icra edilmədikdə həmin öhdəliyin yerinə yetirilməsinə təminat vermi şdir. Lizinq müqaviləsinin şərtlərinə lizinq alan tam əməl etmədiyindən lizinq obyekti aşkar edilərək lizinq alandan götürülmüşdür. Lizinq verənin təqdim etdiyi maliyyə arayışına əsasən 03.06.2011-ci il tarixə lizinq alanın vaxtı keçmiş qalıq borca görə 2985.88 ABŞ dolları, faiz borcuna görə 1653 ABŞ dolları, 1247 ABŞ dolları dəbbə pulu tələb olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı QSC 13.08.2014-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 öhdəlikləri yerinə yetirməmələri nəticəsində dəymiş ziyana görə əsas məbləğdən vaxtı keçmiş qalıq borc 2985,88 ABŞ dolları, faiz borcu üzrə 1653 ABŞ dolları, dəbbə borcu üzrə 1247 ABŞ dolları olmaqla, cəmi 5885,88 ABŞ dolları və 30 manat ödənilmiş dö vlət rüsumunun müştərək qaydada tutlaraq İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 lizinq müqaviləsinə 1 №-li əlavə üzrə 36 ay müddətinə illik 23 faiz hesablanmaqla mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda, ödənişləri aparmamış və müqavilə şərtlərinə tam əməl etməmiş və müqavilə şərtlərini pozmuşdur. Bununla əlaqədar cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq o, lizinq obyektini geri qaytarmaqdan imtina etmiş və lizinq obyekti aşkar edilərək götürülmüşdür. Hazırda öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdehin 03.06.2011-ci il tarixə iddiaçıya əsas məbləğdən vaxtı keçmiş qalıq borc 2985,88 ABŞ dolları, faiz borcu üzrə 1653 ABŞ dolları, dəbbə pulu üzrə 1247 ABŞ dolları olmaqla, cəmi 5885, 88 ABŞ dolları borcu qalmışdır. Bununla əlaqədar cavabdehə təklif edilmişdir ki, öhdəlikləri icra etməməsi nəticəsində lizinq şirkətinə vurduğu ziyanı ödəsin, lakin cavabdeh bundan imtina etmişdir. Daxili lizinq müqaviləsinə əlavə olaraq,eyni zamanda Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış 23 noyabr 2010-cu il tarixli zaminlik müqaviləsi çıxış edir ki, bu müqaviləyə görə o, cavabdehlə eyni həcmdə məsuliyyət daşıyır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Fikrət Mirzəyev) 2(008)-7742/2014 saylı, 06 noyabr 2014-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 2985,88 ABŞ dolları əsas borc, 1653 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları dəbbə pulu, cəmi 4738.88 ABŞ dolları borc ödəniş günü ABŞ dollarının manata olan məzənnəsi ilə manatla və 30 manat ödənilm iş dövlət rüsumunun müştərək qaydada Unileasing Lizin Şirkəti QSC-nin xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər mülki qanunvericiliyin tələblərinə uyğun olaraq lizinq və zaminlik müqavilələri bağlanmış, iddiaçı öz üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirsə də, cavabdehlər müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə qətnaməsini Mülki Məcəllənin 390.1, 748-1.12, 748-1.12.4, 472.1, 472.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Cavabdeh1 qətnaməni 11.11.2020-ci il tarixdə almış və apelyasiya şikayəti verərək, Bakı şəhəri Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7742/2014 saylı, 06 noyabr 2014-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilmə sini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2011-ci ildə lizing obyekti aşkar edilərək götürüldüyündən, iddia müddətinin axımı həmin tarixdən başlanmışdır və bu müddət 03.06.2014-cü il tarixində bitmişdir. İddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsi isə 13.08.2014-cü ildə məhkəmənin icraatına daxil olmuşdur. Bununla da iddiaçı iddia müddətini ötürmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Azad İmanov - sədrlik edən və məruzəçi, Qürbət Əsgərov və Vahid Sadıqov) 03 fevral 2021-ci il tarixli 2(103)-1466/2021 nömrəli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7742/2014 saylı, 06 noyabr 2014-cü il tarixli qətnaməsi dəyişdirilmə dən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, tərəflər müllki qanunvericiliyin tələblərinə uyğun olaraq lizinq və zaminlik müqavilələri bağlanmış, iddiaçı öz üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirsə də cavabdehlər müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, lizinq verənin təqdim etdiyi maliyyə arayışına əsasən lizinq alanın əsas borca görə 2985.88 ABŞ dolları, faiz borcuna görə 1653 ABŞ dolları borcu qalmışdır. Bundan başqa həm də 1247 ABŞ dolları dəbbə pulu tələb olunmuş, birinci instansiya məhkəməsi də haqlı olaraq 1247 ABŞ dolları məbləğində dəbbə pulunu əsas borcla nisbətdə tənasübsüz şəkildə yüksək olması qənəatinə gəlmiş və dəbbə pulu azaldılaraq 100 ABŞ dolları həddində sa xlanılmaqla, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2985,88 ABŞ dolları əsas borc, 1653 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları dəbbə pulu cəmi 4738.88 ABŞ dolları məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu müştərək qaydada tutlaraq İddiaçı QSC-nin xeyrinə ödənilməsi qənaətinə gəlmişdir. Apelyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə göstərilənlər formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, cavabdeh apelyasiya şikayətində iddiaçı tərəfindən iddia müddətini ötürüldüyünü qeyd etsə də, iş materialları ilə bu hal təkzib olunur. Kollegiyası qeyd edir ki, tərəflər arasında 23 noyabr 2010-cu il tarixdə 36 ay müddətində bağlanmış müqavilə 23.11.2013-cü il tarixdə bitdiyindən 3 illik iddia müd dəti də həmin tarixdən hesablanmalıdır. Göründüyü kimi, tərəflər mülki qanunvericiliyin tələblərinə uyğun olaraq lizinq və zaminlik müqavilələri bağlanmış, iddiaçı öz üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirsə də cavabdehlər müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. İddiaçı haqlı olaraq cavabdehlərə qarşı iddia qaldırmış və qanunla müəyyən edilmiş 3 illik iddia müddətini ötürməmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bil məz. Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4601/2020 nömrəli iş üzrə 11 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilib, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 29.000 ABŞ dolları məbləğində borcu illik 23 faiz hesablanmaqla, 36 ay müddətinə Unileasing Lizing şirkəti QSC-yə ödəməyə öz öhdəsinə götürmüş, 2010-cu ilin dekabr, 2011-ci ilin yanvar, fevral, mart aylarının ödənişini edib, aprel və may aylarında ödəniş edilməyib, 2011-ci ilin iyun ayının 6-da şirkət avtomobili Ramildən geri alıbdır. Belə ki, təhvil-təslim aktına əsasan, İddiaçı QSC tərəfindən 2011-ci ildə lizinq obyekti aşkar edilərək götürülmüşdür. İş üzrə iddiaçı Unileasing Lizing Şirkəti QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı daxili maliyyə lizinq müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində dəymiş ziyanın tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən təqdim olunmuş iddia ərizəsi isə 13.08.2014-cü ildə məhkəmənin icraatına daxil olmuşdur. Beləliklə də, iddiaçı əslində iddia müddətini ötürmüşdür. İşə baxan hər iki aşağı instansiya məhkəməsi iddia müddətinin iddiaçı tərəfindən ötürülməsi faktının dəfələrlə qeyd edilməsinə baxmayaraq bu faktı görməzdən gələrək araşdırmaqdan imtina etmişdir. Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 375.2 və 377.1-ci maddələrinin tələblərinin kobud şəkildə pozuntusudur. İddia müddətinin axımı şəxsin öz hüququnun po zulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddiaçı, öz hüquqlarının pozulduğunu cavabdehin öz müqavilə öhdəliklərini icra etmədiyi 03.06.11 tarixindən etibarən bilirdi və bilməli idi. Çünki cavabdeh həmin tarixə qədər artıq iki ay idi ki, müqavilə öhdəliklərini icra etmirdi. Lakin iddiaçının iddia ərizəsi birinci instansiya məhkəməsinə yalnız 13.08.2014 tarixində daxil olmuşdur. Bu fakt isə özlüyündə iddiaçının iddia müddətini ötürdüyünü sübut edir. İddiaçının iddia müddətini ötürdüyünü həm də o sübut edir ki, iddiaçı lizinq müqaviləsinin obyekti olmuş 1 ədəd “Mersedes Benz 230” markalı avtomobili 2011-ci ildə aşkar edərək götürmüşdür. Bu fakt həm də onu sübut edir ki, iddiaçı həmin vaxtdan etibarən artıq öz hüquqlarının pozulduğunu, yəni cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini bilirdi, buna görə də öz mövqeyi üçün zəruri sayılan bu addımı atmışdır. İşə hər iki aşağı instansiya məhkəməsində baxılarkən iddiaçının iddia müddətini ötürməsi faktı yazılı və şifahi şəkildə dəfələrlə qeyd edilmişdir. Lakin işə baxan məhkəmələr bu faktı araşdırmaqdan imtina etmişdirlər. Beləliklə, Mülki Məcəllədə qeyd olunan tələb budur ki, iddia müddətinin axımı tərəfin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtdan etibarən başlayır. Lakin apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, müqavilənin bitmə tarixi iddia müddətinin axımının başlandığı vaxt hesab edilməlidir. Bu isə özlüyündə heç bir məntiqə sığmır və Mülki Məcəllə ilə birbaşa ziddiyyət təşkil edir. Çünki Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan heç bir normativ yaxud qe yr-normativ hüquqi aktda belə bir tələb yoxdur ki, lizinq müqaviləsi üzrə iddia müddətinin axımı müqavilənin bitdiyi tarixdən etibarən hesablanır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən, icra müddəti hər ay üçün müəyyən edilmişdir. Bu da onu göstərir ki, iddia müddəti artıq cavabdehin iki ay üzrə icra müddətini icra etmədiyi andan başlanmış hesab olunmalıdır. Çünki artıq iddiaçı hüquqlarının pozulduğunu bilirdi və hətta öz mövqeyinin bərpası məqsədilə lizinq müqaviləsinin obyekti olmuş 1 ədəd “Mersedes Benz 230” markalı avtomobili 2011-ci ildə aşkar edərək götürmüşdü. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etirazı və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydad a xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat vermədiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 747.1. Lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mü bahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Maddə 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə

376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə

416. Kassasiya instansiy ası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.2. Bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəm ə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxm aqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanı lır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərlə bağlı apellyasiya məhkəməsi tərəfindən araşdırma aparılsa da, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, "xxxx" Lizinq Şirkəti QSC ilə Cavabdeh1 arasında bağlanmış 23 noyabr 2010-cu il tarixli daxili lizinq müqaviləsinə əsasən ümumi dəyəri 29 000 ABŞ dolları olan 1 ədəd “Mersedes Benz 230” markalı avtomobilini öz mülkiyyətinə əldə edərək onu Cavabdeh1 müvəqqəti sahiblik və istifadəsinə vermiş və Cavabdeh1 isə 29 000 ABŞ dolları məbləğində borcu illik 23 faiz hesablanmaqla, 36 ay müddətinə İddiaçı QSC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Aylıq ödə nişlər 1101 ABŞ dolları məbləğdə razılaşdırılmaqla lizinq alan lizinq verənə 36 ay müddətində 42794 ABŞ dolları ödəmək barədə öhdəlik götürmüşdür. 23 noyabr 2010-cu il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 öz üzərinə zaminlik öhdəliyi götürmüşdür. Lizinq müqaviləsinin şərtlərinə lizinq alan tam əməl etmədiyindən lizinq obyekti aşkar edilərək lizinq alandan götürülmüş və lizinq verən maliyyə arayışına əsasən 03.06.2011-ci il tarixə lizinq alanın vaxtı keçmiş qalıq borca görə 2985.88 ABŞ dolları, faiz borcuna görə 1653 ABŞ dolları, 1247 ABŞ dolları dəbbə pulunu tələb edir. Cavabdehlər birinci instansiya məhkəməsində keçirilən məhkəmə iclasları barədə məlumatlı olması barədə işdə hər hansı sübut yoxdur. Birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh Cavabdeh1 11.11.2020-ci il t arixdə alıb, qətnamədən apellyasiya şikayəti verərək, iş üzrə iddia müddətinin buraxıldığını və iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini xahiş edib. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə etdiyi hüquqi mövqeyə görə, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir.( L.Bənnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli qə rarı) Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında 23 noyabr 2010-cu il tarixdə 36 ay müddətində bağlanmış lizinq müqaviləsinin müddətinin 23.11.2013-cü il tarixdə bitdiyinə görə 3 illik iddia müddətinin də həmin tarixdən hesablanmalı olması və bununla da qanunla müəyyən edilmiş 3 illik iddia müddətini ötürülməməsi barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə əsassızdır. Belə ki, apellyasiya məhkəməsinin özünün istinad etdiyi Mülki Məcəllənin 748-1.12, 7481.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həm id diaçı, həm də cavabdeh lizinq ödənişlərinin vaxtında icra edilməməsinə görə lizinq obyektinin lizinq şirkəti tərəfindən 2011-ci il tarixdə geri alındığını göstərir və məhkəmə qeyd edir ki, iddia ərizəsində lizinq obyektinin konkret olaraq hansı tarixdə geri alındığı göstərilməsə də, iddiaçının cavabdehdən lizinq obyektindən istifadəyə görə 03.06.2011-ci il tarixədək yaranmış borcu tələb etməsi onu deməyə əsas verir ki, lizinq obyekti həmin tarixdə geri alınmışdır. Məhkəmə kollegiyas hesab edir ki, lizinq obyektinin geri alınması lizinq müqaviləsinə vaxtından əvvəl ləğv edilməsini ehtiva etdiyindən və lizinq şirkəti öz hüquqlarının pozulmasını artıq həmin vaxtdan bildiyindən müqavilə üzrə qalıq borcun tələb edilməsi üçün iddia müddətinin axımı da müqavilə müddətinin sonundan deyil, müqavilə nin faktiki ləğv edildiyi tarixdən başlamalıdır. Göründüyü kimi, apellyasiya məhkəməsi iddia müddətinin hesablanmağa başlandığı vaxtı düzgün müəyyən etməmiş və nəticədə Mülki Məcəllənin 373, 377-ci maddələrini işin hallarına düzgün tətbiq etməmişdir. L.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid digər hallar da nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş hüquqi mövqeyinə görə iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Azərbaycan Res publikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. (E.Həkimovun şikayəti üzrə 03 noyabr 2008-ci il tarixli qərarı) Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Cavabdeh1 lizinq müqaviləsi üzrə 03.06.2011-ci il tarixədək yaranmış borcu tələb etməyə subyektiv hüququ olsa da, müvafiq iddia ilə 13.08.2014-cü il tarixdə müraciət etməklə iddia müddətini bur axdığından, onun iddiası rədd edilməlidir. Mülki Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq norması düzgün tətbiq olunmamışdır. Bu hal isə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsində mahiyyəti üzrə araşdırma aparıldığından, iş üzrə əlavə sübutların araşdırılmasına zərurət olmadığından və məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallara əsasən maddi hüquq normaları düzgün tətbiq edilm əklə nəticəyə gəlmək mümkün olduğundan işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə zərurət yoxdur. Buna görə də, kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək, iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1466/2021 nömrəli iş üzrə 03 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı QSC-nin (hazırda "xxxx" MMC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “daxili maliyyə lizinq müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində dəymiş ziyanın tutulması” tələbinə dai r iddiası rədd edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar