Məhkəmə qərarları › İş №2(102)-4046/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4046/2022

17.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4046/2022 17.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Həsənov Müşfiq Telman oğluna, Həsənova Zenfira Əhməd qızına və Həsənov Arzuman Telman oğluna qarşı iş üzrə QƏRARİ İş № 2(102)-4046/2022 Açar sözlər: borcun tutulması, ipoteka predmetinə yönəldilməsi Bakı şəhəri, 17 oktyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1190/2022 nömrəli, 31 mart 2022-ci il tarixli qətnaməsindən cavabdeh Həsənov Müşfiq Telm an oğlu tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2009-cu il tarixli 18 saylı kredit müqaviləsi ilə "xxxx" ASC tərəfindən Həsənov Müşfiq Telman oğluna Gəncə şəhəri, M.Bağı, Təbriz küçəsi, 94 saylı binanın 1 saylı mənzilinin alınması məqsədi ilə 180 ay müddətinə, illik 8 faiz ödəmək şərti ilə 33000 manat məbləğində kredit verilmişdir.

2. Kreditin təminatı kimi xx.xx.2009-cu il tarixli 18 saylı ipoteka müqaviləsi ilə Həsənova Zenfira Əhməd qızına məxsus, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Bank "xxxx" ASC cavabdehlər Həsənov Müşfiq Telman oğluna, Həsənova Z enfira Əhməd qızına və Həsənov Arzuman Telman oğluna qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə cavabdeh Həsənov Müşfiq Telman oğlu arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 18 saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2021-ci il tarixinə olan əsas borc üzrə 13452.59 manatın, faiz borcu üzrə 776.29 manatın, cəmi 14228.88 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 qəpik bank xidmət haqqının, 70 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun cavabdeh Həsənov Müşfiq Telman oğlundan iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın tam mülkiyyət hüququ üzrə Həsənova Zenfira Əhməd qızına məxsus olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə və 0.0196 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması və ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına kredit borcunun ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdeh Həsənov Müşfiq Telman oğlundan tutulması, həmin fərdi yaşayış evində qeydiyyatda olan Həsənova Zenfira Əhməd qızının, Həsənov Arzuman Telman oğlunun və Həsənov Müşfiq Telman oğlunun fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və həmin fərdi yaşayış evinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İdd ia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə cavabdeh Həsənov Müşfiq Telman oğlu arasında bağlanmış xx.xx.2009-cu il tarixli 18 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə Gəncə şəhəri, M.Bağı, Təbriz küçəsi, 94 saylı binanın 1 saylı mənzilinin alınması məqsədi ilə 180 ay müddətinə, illik 8 faiz ödəmək şərti ilə 33000 manat məbləğində kredit verilmişdir. Kreditin təmini kimi cavabdeh Həsənova Zenfira Əhməd qızına məxsus olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.2009-cu il tarixli 18 nömrəli ipoteka müqaviləsi əsasında bankın xeyrinə yüklü edilmişdir. İpoteka predmeti 39000 (otuz doqquz min) manat qiymətləndirilmişdir. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüş, kredit müqaviləsi üzrə borc öhdəli klərini icra etməyərək gecikdirməyə səbəb olmuşdur. Hazırda cavabdehin xx.xx.2021-ci il tarixinə hesablanmış və ödənilməmiş borcu 14228.88 manat təşkil edir. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Cavabdehə dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməmişdir. 22 iyul 2016-cı il tarixdə Maliyə Bazarlarına Nəzarət Palatasının müvafiq qərarına əsasən "xxxx" ASC-nin bank fəaliyyətinə dair lisenziyası ləğv edilmiş, Azərbaycan İpoteka fondu ASC ilə Bank "xxxx" ASC arasında imzalanmış 23 may 2011-ci il tarixli 31 saylı xidmət müqaviləsinə əla və olaraq 25 iyul 2016-cı il tarixli 31-2507/16 saylı ipoteka kreditlərinin reyestrinə əsasən xidmət olunması üçün "xxxx" ASC-nin Azərbaycan İpoteka Fondu ASC xətti ilə verilmiş bütün ipoteka kreditləri Bank "xxxx" ASC-yə təhkim edilmişdir. Bu barədə, cavabdehlərə dəfələrlə şifahi və yazılı məlumat verilmişdir.

5. Cavabdehlər Həsənov Müşfiq Telman oğlu və Həsənova Arzuman Telman oğlu tərəfindən xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuş ərizədə göstərilmişdir ki, "xxxx" LPO (ASC) tərəfindən onlara xx.xx.2009-cu il tarixli, 18 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Gəncə şəhəri, M.Bağı, Təbriz küçəsi, 94 saylı binanın 1 saylı mənzilinin alınması məqsədi ilə ilə 180 ay müddətinə illik 8 faiz ödəmək şərti ilə 33000 manat məbləğində aylıq əsaslarla qaytarmaq şərti ilə kredit veri lmişdir. Mülki Məcəllənin müddələrinin tələblərinə əsasən kredit öhdəliyini vaxtından əvvəl ödəmək səlahiyyətlərindədir, amma kreditor müqaviləni vaxtından əvvəl ləğv etdirmək və krediti tələb etmək hququ yoxdur. İddiaçı tərəf qərəzlilik nümayiş etdirərək, Mülki Məcəlləsinin öhdəliklər olan maddələrini pozmaqla əsassız iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Klredit müqaviləsi 2009-cu nildə 180 ay müddətinə (on beş illik) bağlanmışdır. Tərəflərindən ödənişlər edilməklə, müddət qurtarana kimi bağlanılacaqdır, onlar müqavilənin şərtlərinə əməl etdikləri halda, iddiaçı vaxtından əvvəl pul tələb etməklə qanunsuzluq edir. Onların hesablamalarına əsasən borcları daha da az məbləğdə qalmışdır. Lakin iddiaçı onlardan şişirdilmiş borc tələb etməklə, iddia tələbi ilə məhkəməyə müraciət edir. İddia tələbi qanunsuzdur, iddia ərizəsində tələb olunan məbləğ şişirdilmişdir, onlar tərəfindən mütəmadi ödənişlər olmuşdur və Mülki Məcəllənin maddələrinin tələbləriə əsasən müqavilədə göstərilən müddət ərzində vaxtından əvvəl pul tələb edilə bilməz.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/7069 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, tərəflər arasında bağlanmış xx.xx.2009-cu il tarixli 18 saylı kredit müqaviləsi üzrə Həsənov Müşfiq Telman oğlunun banka əsas, faiz borcunu müəyyən etmək mümkün olmamışdır. 7. xx.xx.2021-ci il tarixli "xxxx" MMC-nin 2(044)-2868/2021 saylı rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.0196 ha torpaq sahəsi ilə birlikdə xx.xx.2021-ci il tarixinə bazar dəyə ri 58000.0 manat, likvid dəyəri 54000.0 manat təşkil edir.

8. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Gündüz Şirinov) xx.xx.2022-ci il tarixli, 2(044)-182/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" ASC ilə cavabdeh Həsənov Müşfiq Telman oğlu arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 18 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh Həsənov Müşfiq Telman oğlundan əsas borc üzrə 13452.59 manat, faiz borcu üzrə 776.29 manat, cəmi 14228.88 manat və ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 qəpik bank xidmət haqqı, 70 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə tutulması, tutma öhdəliyin təmini kimi cavabdeh Həsənova Zenfira Əhməd qızına məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə və 0.0196 ha torpaq sahəsinə yönəldilməsi və həmin əmlakın açıq hərracdan satılması, ilkin satış qiyməti 54000.0 (əlli dörd min) manat dəyərində qiymətləndirilmiş ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin satışından əldə edilmiş pul vəsaiti hesabına cəmi 14228.88 manat və ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 qəpik bank xidmət haqqı, 70 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun iddiaçı Bank "xxxx" ASC-yə ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra əldə olunan vəsaitin qalan hissəsinin cavabdeh Həsənova Zenfira Əhməd qızına qaytarılması, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində qeydiyyatda olan Həsənova Zenfira Əhməd qızının, Həsənov Arzuman Telman oğlunun və Həsənov Müşfiq Telman oğlunun fə rdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, iş üzrə məhkəmə ekspertiza xərci 100 manatın Həsənov Müşfiq Telman oğlundan tutulması qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdeh Həsənov Müşfiq Telman oğlundan tutulması, icra edilməsi hazırkı vaxtda deyil, «İcra Haqqında» Qanunun 45-ci maddəsinin tələbinə əsasən icra mərhələsində həll olunan məsələdir və cavabdehin öhdəliyi hazırkı vaxtda mövcud olan təminatla məhdudlaşmış hesab edilməlidir.

10. Məhkəmə öz mövqeyini, Mülki Məcəllənin 319.1, 385-ci, «İcra Haqqında» qanunun 45-ci, Mülki Prossesual Məcəllənin 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Cavabdeh Həsənov Müşfiq Telman oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir..

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəf əsassız iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, kredit müqaviləsi 2009-cu ildə 15 illik müddətinə bağlanmışdır. Onlar müqavilənin şərtlərinə əməl etdiyi halda, iddiaçı vaxtından əvvəl pul tələb etməklə qanunsuzluqlar edir. Müqavilənin şərtlərinə görə kredit müddəti 2009-cu ildən hesablanmaqla 15 il müddətinə verildiyini nəzərə alsaq, müqavilə 2023-cü ildə bitir. Həmin dövrə kimi ödəniş olunmazsa, o halda, bank iddiaçı qismində məhkəməyə müraciət etməkdə haqqlı olar. Birinci instansiy a məhkəməsi isə müqavilənin 2023-cü il tarixdə bitməsini nəzərə almamış və Azərbaycan Respublikası MM-nin 427.1-ci maddəsinin tələblərini tətbiq etməməklə səhvə yol vermişdir.

13. Cavabdeh Həsənov Müşfiq Telman oğlu (o həm də digər cavabdeh Həsənova Zenfira Əhməd qızının hüquqi varisi kimi cəlb edilmişdir) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verərək, həmçinin göstərmişdir ki, digər cavabdeh Həsənova Zenfira Əhməd qızı onun anası olmaqla, vəfat etmiş, Həsənov Arzuman Telman oğlu isə qardaşıdır. O, özü Beynəlxalq Bankın Goranboy rayon filialında işləmiş və 2018-ci ildə işdən çıxdığı üçün kredit borcu üzrə ödənişləri həyata keçirə bilməmiş və iddia olunan məbləğdə borcu qalmışdır. Amma ona müqavilə müddətinin sonuna kimi vaxt verilsə v ə ya həmin müddətə yeni müqavilə bağlansa, borcunu tam ödəyə bilər. Ona görə də, apellyasiya şikayətinin təmin olunmamasını, Azərbaycan Respublikası MM-nin 427.1-ci maddəsini tətbiq etməkə, iddianın rədd olunmasını xahiş etdi.

14. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər L.Süleymanovsədrlik edən və məruzəçi, A.Hüseynzadə və İ.Həsənov) 2(104)-1190/2022 nömrəli, 31 mart 2022-ci il tarixli qətnaməsi ilə cavabdeh Həsənov Müşfiq Telman oğlunun apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)-182/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apelyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh Həsənov Müşfiq Telman oğlu "xxxx" ASC ilə kredit müqaviləsi bağlayan zaman müqavilən in bütün şərtləri ilə razılaşaraq, həmin şərtlərə əməl edəcəyi barədə öhdəlik götürməsinə baxmayaraq, üzərinə düşən öhdəlikləri vaxtında və lazımınca icra etməmiş və nəticədə banka borcu yaranmışdır.

16. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə tam əməl olunmuş, cavabdeh vaxtı keçmiş borcların ödənilmədiyi halda, tutmanın ipoteka predmetinə yönəldilməsi proseduruna başlanılması barədə məlumatlandırılmış və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildiriş müvafiq Ərazi İdarəsində qeydiyyata alınmışdır. Tutmanın ipoteka predmətinə yönəldilməsi barədə bildirişdən məhkəməyə şikayət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsi cavabdehin kredit borcu üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə də, d üzgün nəticəyə gəlmişdir.

17. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə tərəflər arasında bağlanılmış xx.xx.2009-cu il tarixli 18 saylı kredit müqaviləsinin 3.1.5-ci bəndinə əsasən, bank aşağıdakı hallarda bu müqavilə üzrə kredit öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər: -3.1.5.1-ci bəndində nəzərdə tutulmuş halda, yəni borcalan 60 (altmış) gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödəmədikdə; -3.1.5.2-ci bəndinə əsasən borcalan tərəfindən annuitet ödənişlər 12 ay ərzində 3 dəfədən çox gecikdirilərsə. Tərəflər arasında bağlanmış xx.xx.2009-cu il tarixli 18 saylı kredit müqaviləsinə əlavə olan kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlində aylıq ödəniş məbləği 315,37 manat müəyyən edilmişdir. Hə mçinin həmin müqavilənin yuxarıda qeyd edilən bəndləri ilə nəzərədə tutulan hallarada bankın kredit öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilmək hüququ nəzərdə tutulmuşdur. Cavabdehin isə 2020-ci ilin noyabr ayından sonra banka heç bir ödəniş etmədiyi müəyyən olunur. Bu hal cavabdehin izahatı və işin 10-cu vərəqəsində olan arayış ilə təsdiq edilir. Göründüyü kimi, iddiaçı Bank hazırkı iddianı qaldırmaqda haqlı olmuş və birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MM-nin 427.1-ci maddəsinin tətbiqində heç bir səhvə yol verməmişdir.

18. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 203, 269.1, 270.1, 279, 295, 317, 319.1, 385.1, 386.1, 427.1, 443.1, 445.2.1, 445.2.2, 448.1, 739.1, 739.2-ci, “İpoteka haqqında” Qanunun 33, 34, 36, 37, 39, 59.3-cü maddələrinə istinadla əsaslandırmı şdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən, banka ödənilən ödənişlər nəzərə alınmamış, iddiaçı tərəfindən təqdim edilmiş arayışı sübut kimi qəbul edərək, apelyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul edilmişdir. Həmçinin məhkəmə nəzərə almamışdır ki, iş üzrə keçirilmiş xx.xx.2021-ci il tarixli ekspertiza rəyində qeyd edilən qiymətlər hazırda real bazar qiymətlərinə uyğun deyil. Halbuki, məhkəmə iş üzrə ədalətli qərar qəb ul etmək üçün iş üzrə ekspertiza təyin edilməsi barədə qərardad qəbul edə bilərdi.

21. Bundan başqa apelyasiya intansiya məhkəməsi tərəfindən işə baxılarkən iddia ərizəsinə və apelyasiya şikayətinə münasibət bildirməsi üçün cavabdeh Arzuman Həsənovun iştirakı təmin edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. İddiaçı kassasiya şikayətlərinə qarşı yazılı etiraz verərək, onun təmin edilməməsi, apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

23. Maddə 269.4 İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.

24. Maddə 319.1 Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

25. Maddə 319.6 İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır.

26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. Maddə 386.1. öhdəliyin zərər vurulması, əsassız varla nma və bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

28. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. [371]

29. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvaf iq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

30. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.

31. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

32. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

33. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

34. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntu su (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

35. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

36. Maddə

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Qanun

37. Maddə 33 Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ö dənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

38. Maddə 34.1.1 Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır

39. Maddə 34.1.2 Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır

40. Maddə 39.3.3 İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

41. Maddə 41.1 İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.

42. Maddə 59.3 İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Mülki Prosessual Məcəllə

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflə rin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayəti ndə irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

48. Məhkəmə kollegiyası, işə şikayət həddində baxır və qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlayır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır.

49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutla ra və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual norm alara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

52. İşə mahiyyəti üzrə baxan məhkəmələr müəyyən etmişlər ki, M.Həsənov kredit müqaviləsindən irəli gələn öhdəliklərini pozmuşdur. Bununla əlaqədar iddiaçının müqavilədə müəyyənləşdirilmiş müddətdən qabaq kredit borcunun tutulmasını və ipoteka predmetinə yönəldilməsini tələb etmək hüququ yaranmışdır. Belə olan halda, M.Həsənovun MM-in 427.1-ci maddəsinə istinadı əsassız olmaqla, iddianın göstərilən həcmdə təmin edilməsi yuxarıda sadalanan maddi hüquq normalarına uyğun olmuşdur (§ 24, 28-29, 35).

53. Eyni zamanda Kollegiya nəzərə alır ki, M.Həsənovun özünün apellyasiya baxışınd a iştirakı təmin olunmuşdur. Odur ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

54. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

55. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1190/2022 nömrəli, 31 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi a

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar