Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4047/2019 30.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassatorun vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 oktyabr 2018-ci il tarixli qətnaməsindən Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi XXXnun kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 may 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(001)-1636/2018, hakim Ş.Ə.Məhərrəmova) İddiaçı ASC-nin ləğvedicisi XXXnun Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-9667/2018, hakimlər N.Ş.Cəfərov, V.Ə.Baxışova, V.T.Həsənov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Binəqədi Rayon Məhkəməsinin 23 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçının nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 28 fevral 2013-cü il tarixli kredit müqaviləsinə əsasən minik avtomobili alınması məqsədi ilə sonuncuya illik faiz dərəcəs i 18 % olmaqla 36 ay müddətinə 106.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq bankla bağlanmış müqaviləyə əsasən Cavabdeh məxsus 2012-ci il buraxılışlı “BMW X6” markalı, ** XO *** dövlət qeydiyyat nişanlı avtomobil 155.000 manat qiymətləndirilməklə bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə 08.04.2015-ci il tarixə 73.039 ABŞ dolları ödəniş edilmiş və borclu 11 dekabr 2015-ci il tarixdə ipoteka predmeti olan avtomobili aktla banka təhvil vermişdir. 25.01.2017-ci il tarixdə İddiaçı ASC-nin ləğvedicisi XXX Cavabdeh qarşıkredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassas iya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş materialları ilə cavabdehin bank qarşısında öhdəliyinin təsdiq edilməsinə baxmayaraq qeyd edilən hala düzgün qiymət verilməmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Mə cəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını kredit müqaviləsi üzrə borcun tutulması təşkil edir. İddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayan apellyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, cavabdehin kredit öhdəliyinə xitam verilmişdir. Xitama əsas isə peşman haqqı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən tərəflərin razılaşması ilə öhdəliyə icra əvəzinə peşman haqqı verilməsi (pul ödənilməsi, əmlak verilməsi və i.a.) ilə xitam verilə bilər. Peşman haqqının miqdarını, habelə onun verilməsi müddətlərini və qaydasını tərəflər müəyyənləşdirirlər. Cavabdeh peşman haqqı kimi “BMW X6” markalı, ** XO *** dövlət qeydiyyat nişanlı avtomobili iddiaçıya vermişdir. Həmin avtomobil cavabdehin mülkiyyətində olmuş, cavabdeh pul öhdəliyini yerinə yetirə bilməmiş, ona görə də iddiaçı ilə razılşaraq öhdəliyin icrası əvəzinə avtomobili ona vermişdir. Yuxarıda qeyd edilən maddənin məzmunundan görünür ki, peşman haqqı kimi əmlak da verilə bilər, bu halda pul öhdəliyinin icrası əvəzinə avtomobil verilməsi qanuna uyğun olmuşdur. Həmin avtomobil kredit müqaviləsi üzrə cavabdehin öhdəliyinin icrasının təminatı kimi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh öhdəliyi icra edə bilməməsi səbəbi ilə girov qoyulmuş avtomobili banka təhvil vermiş, iddiaçı bank isə avtomobili təhvil almışdır. Apellyasiya məhkəməsi avtomobilin qiyməti ilə bağlı tərəflər arasındakı fikir ayrılığına münasibətdə hesab etmişdir ki, qeyd edilən halın hazırki mübahisənin həlli üçün əhəmiyyəti yoxdur, çünki iddiaçı qiymətindən asılı olmayaraq avtomobili peşman haqqı kimi qəbul etmişdir. Belə ki, cavabdeh avtomobili təhvil verərkən ərizəsində qeyd etmişdir ki, avtomobil satışa çıxarılarsa, hansısa qalıq məbləği ödəməyə imkanı yoxdur. İddiaçı isə buna etirazını bildirmədən avtomobili təhvil götürmüşdür. Daha sonra bankın nümayəndəsi BDYPİ-yə müraciət edərək avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Xahiş belə əsaslandırılmışdır ki, kredit alan bank qarşısında bütü n öhdəliklərini yerinə yetirib. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, əgər avtomobilin peşman haqqı kimi qəbul edilməsi nəticəsində iddiaçı zərər çəkibsə, zərərin əvəzinin ödənilməsini təqsirkar şəxslərdən tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmaqla qətnamə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qəbul edildiyindən kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respubli kasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4047/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4047/2019
30.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver