Məhkəmə qərarları › İş №2(102)-4049/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4049/2019

19.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4049/2019 19.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, pul tələbi, ipotekaya qoyulmuş əmlaka tələbin yönəldilməsi, evdə qeydiyyatda olan şəxslərin evdən istifadə hüququnun ləğv edilməsi və evdən çıxarılması” tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 noyabr 2018-ci il tarixli 2(103)-11503/2018 nömrəli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ASC-nin “Yasamal” filialı ilə Cavabdeh1 arasında bağlanmış 03 fevral 2015-ci il tarixli, 03022015/130772 saylı kredit müqaviləsinin ləğv edilməsi, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 03 fevral 2015-ci il tarixli, 030220015/130772 saylı əlavə kredit müqaviləsinə və Cavabdeh2, Cavabdeh4 arasında 03 fevral 2015-ci il tarixli, 030220015/130772 saylı zaminlik müqavilələrinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 birgə qaydada 23614 ABŞ dolları əsas borc, 8766 ABŞ dolları faiz borcu, 4000 ABŞ dolları cərimə olmaqla, cəmi 36380 ABŞ dolları pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın İddiaçı ASC ilə Cavabdeh3 (etibarnamə əsasında Cavabdeh2) ilə bağlanmış 03 fevral 2015-ci il tarixli, 03022015/130772 saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyesterində 732 nömrəli reyester kitabının 68582 nömrəli vərəqində qeydiyyata alınmış, mülkiyyət hüququ üzrə Cavabdeh3 adına olan ünvan 1 ünvanda yerləşən, 64,73 kv.m ümumi sahəsi, 46,73 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 52 saylı mənzilə yönəldilərək mənzilin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, mənzildə qeydiyyatda olan Cavabdeh3, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi və açıq hərrac da satıldıqdan sonra ən gec bir ay ərzində mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qaradağ Rayon Məhkəməsinin (hakim Fuad Hüseynov) 09 avqust 2018-ci il tarixli, 2(002)-1290/2018 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilərək, İddiaçı ASC-nin “Yasamal” filialı ilə Cavabdeh1 arasında bağlanmış 03 fevral 2015-ci il tarixli, 03022015/130772 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada 23614 ABŞ dolları məbləğində əsas borc, 8766 ABŞ dolları məbləğində faiz borcu, 1000 ABŞ doları məbləğində cərimə olmaqla, cəmi 33380 ABŞ dolları məbləğində borc pul vəsaiti (ödəniş gününə Azərbaycan manatına olan məzənnə ilə hesablanmaqla) və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyəti nə ödənilməsi, tutmanın Cavabdeh3 mülkiyyətində olan, İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında ipoteka ilə yüklü edilmiş, ünvan 1 ünvanda yerləşən, 64,73 kv.m ümumi, 46,73 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 52 saylı mənzilə yönəldilməsi və tutulmalı məbləğ göstərilən mənzilin açıq hərracda satışından əldə ediləcək vəsait hesabına ödənilməsi, mənzilin ilkin satış qiymətinin 60.000 (altmış min) manat müəyyən edilməsi, mənzilə tutma yönəldikdən və o, satıldıqdan sonra mənzilin ən gec 1 (bir) ay ərzində boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi) Şərafət Məmmədova, Vüqar Həsənov) 14 noyabr 2018-ci iltarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməyərək Qaradağ ray on Məhkəməsinin 09 avqust 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.11.2018-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə baxışı zamanı banka olan borcun məbləğinin dəqiq müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etsə də vəsatət təmin edilməmişdir. Bununla da məhkəmə prossesual hüquq normalarının tələblərini pozmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərda r edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, İddiaçı ASC-nin “Yasamal” filialı ilə Cavabdeh1 arasında 03 fevral 2015-ci il tarixli, 03022015/130772 saylı kredit müqaviləsi bağlanaraq, əlavə kredit müqaviləsi ilə ümumilikdə 50000 manat məbləğində və ya həmin məbləğin digə r valyutalara ekvivalenti məbləğində 120 ay müddətinə kredit limiti müəyyən edilərək razılaşdırılmış və həmin tarixdə sonuncuya illik 23% ödənilmək şərti ilə 36 ay müddətinə 38000 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq İddiaçı ASC-nin “Yasamal” filialı ilə Cavabdeh2 və Cavabdeh4 arasında zaminlik müqavilələri bağlanmış və Cavabdeh3 adına qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən, 64,73 kv.m ümumi, 46,73 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 52 saylı mənzil İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında ipoteka ilə yüklü edilmişdir. 05.02.2018-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 05.02.2018-ci il tarixə olan əsas borcu 23614 ABŞ dolları, faiz borcu 8766 ABŞ dolları, cərimə borcu 4000 ABŞ dolları təşkil etmişdir. “xxxx” MMC-nin 100/E nömrəli, 29 may 20 18-ci il tarixli ekspert rəyi ilə ünvan 1 ünvanında yerləşən, 64,73 kv.m ümumi, 46,73 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 52 saylı mənzilin hazırda bazar qiyməti 60000 manat müəyyən olunmuşdur. Apellyasiya instansiya məhkəməsi kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəli və iddiaçı tərəfindən təqdim olunmuş kredit borcunun hesablanması barədə arayışı araşdıraraq və Mülki Məcəllənin 385, 425, 442,445-ci maddələrin əsaslanaraq birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı və qanuni hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə düzgün olaraq bu nəticəyə gəlmişdir ki, cavabdeh iddiaçı ilə bağlanmış kredit müqaviləsi üzrə öhdəliyi lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra etmədiyindən müqavilədən yaranan öhdəliyə görə məsuliyyəti yaranmışdır. Buna görə də tərəflərin iradə azadlığı əsasında bağlanmış müqaviləyə görə yaranmış öhdəliyi (əsas kredit borcu, faiz və cərimə borcu) icra etməlidir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əld ən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Nəticədə, borclunun banka kredit borcu yarandığından bu səbəbdən, iddiaçı kredit borcunun tutulması barədə borcluya qarşı tələb irə li sürməkdə haqlı olmuşdur. Cavabdeh kassasiya şikayətində iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilərək banka ödənilməli olan əsas kredit borcu, faiz və dəbbə məbləğlərinin dəqiq hesablanmamasını göstərmişdir. Lakin kassasiya şikayətinin bu dəlili əsassızdır. Belə ki, cavabdehdən tələb edilən əsas kredit borcu və faiz məbləğinin tərəflər arasında imzalanmış ödəniş qrafikinə uyğundur. Cavabdeh borcun düzgün hesablanmaması barədə heç bir sübut təqdim etmədiyindən, iddiaçının təqdim etdiyi sənədlərin şübhə altına alınmasına və iş üzrə məhkəmə ekspertizasının təyin edilməsinə əsas verən hallar iş üzrə müəyyən edilmir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yu xarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğvi üçün qanuni əsas deyildir Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 noyabr 2018-ci il tarixli 2(103)-11503/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar