Məhkəmə qərarları › İş №2(102)-4049/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4049/2020

20.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4049/2020 20.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Cavabdeh1 tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)14087/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Günel Abbasova) 2(001)-501/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabde hlər Cavabdeh1 və Cavabdeh2 18058,21 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, cavabdehlərdən tutulmalı olan məbləğin Cavabdeh1 məxsus olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Suraxanı rayonu, D yaşayış sahəsi, Y.Günəşli qəsəbəsində istifadədə olan 0,10518 ha torpaq sahəsində yerləşən 30 nömrəli, 10 mərtəbəli binada yerləşən 42,62 kvadrat metr yaşayış sahəsindən ibarət 3 otaqlı 51 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, mənzilin ilkin satış qiymətinin 73000 manat müəyyən edilməsi və əldə edilmiş pul vəsaitinin hesabına borcun iddiaçıya ödənilməsi qərara alınmış, iddia tələbi qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – İkram Şirinov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, Elşən Kazımov) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iləİddiaçı ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi qismən-iddia tələbinin “ipoteka qoyanın yaşayış sahəsindən məcburi qaydada çıxarılması və mənzilin boşaldılması”nın rədd edilməsi hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə də təmin edilərək tutmanın ipoteka predmeti olan x1 mənzilə yönəldikdən və mənzil satıldıqdan sonra ən gec bir ay ərzində Cavabdeh1 və onunla birlikdə yaşayan ailə üzvlərinin mənzildən çıxarılması və mənzilin boşaldılması qət olunmuş, Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamış, qətnamə onun apelyasiya şikayətinə münasibətdə (mübahisələndi rilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc tələbi, borcun ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli, 122167-1-10375 saylı kredit müqaviləsinə əsasən cavabdehlərdən 18058,21 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutulması, ipoteka predmetinin ilkin satış qiymətini müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən etməklə Bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Suraxanı rayonu, D yaşayış sahəsi, Y.Günəşli qəsəbəsində istifadədə olan 0,10518 ha torpaq sahəsində yerləşən 30 nömrəli, 10 mərtəbəli binada yerləşən 42,62 kvadrat metr yaşayış sahəsin ibarət 3 otaqlı 51 nümrəli mənzilə yöndəld ilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçı ASC-nə ödənilməsi, daşınmaz əmlaka tutma yönəldikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 və onunla birlikdə yaşayan ailə üzvləri x1 qəsəbəsində istifadədə olan 0.10518 ha torpaq sahəsində yerləşən 30 nömrəli, 10 mərtəbəli binada yerləşən 42.62 kvadrat metr yaşayış sahəsində ibarət 3 otaqlı 51 nömrəli ünvanında yerləşən yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış səhəsində çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmaları və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia ərizəsidəqiqləşdirilmişdir). İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: C avabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclaslarında iştirakı təmin edilməyərək prosessual pozuntuya yol verilmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə B akı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 122167-1-10375 nömrəli Baş Kredit Razılaşmasına əsasən cavabdehə tam və ya hissələrlə verilən kreditlər üçün xx.xx.2014-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 500000 manat məbləğində kredit xətti açılmışdır. İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 122167-1-10375/1 nömrəli Kommersiya Krediti Müqaviləsinə əsasən cavabdehə illik 22% hesablamaqla, 36 ay müddətinə 40000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASCinin 3№-li “Nizami” filialı tərəfindən 22229 263 nömrəli kassa məxaric orderinə əsasən Cavabdeh1 39600 manat ödənilmişdir. 122167-1-10375/1 nömrəli kredit müqaviləsinin 1 nömrəli əlavəsindən görünür ki, Cavabdeh1 xx.xx.2014- il tarixdən başlayaraq xx.xx.2017-ci il tarixədək hər ay 1.536,36 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Kommersiya Krediti Müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 122167-110375/1 nömrəli xx.xx.2014-cü il tarixli 01 saylı razışlaşmaya əsasən, cavabdehin banka xx.xx.2015-ci il tarixə mövcüd borcu kapitallaşdırılaraq, illik faiz dərəcəsi 22% olmaqla, 19 ay müddətinə 27587,77 manat müəyyən edilmişdir. Həmin müqavilənin 1 nömrəli əlavəsinə ödəniş cədvəlinə əsasən, cavabdeh xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək hər ay 800 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Kommersiya Kredit i Müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 122167-110375/1 nömrəli xx.xx.2014-cü il tarixli 02 saylı razışlaşmaya əsasən, cavabdehin banka xx.xx.2016-cı il tarixə mövcud borcu kapitallaşdırılaraq, illik faiz dərəcəsi 15% olmaqla, 60 ay müddətinə 25799 manat müəyyən edilmişdir. Həmin müqavilənin 3 nömrəli əlavəsinə - ödəniş cədvəlinə əsasən, cavabdeh xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək hər ay 617,66 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Daşınmaz Əmlakın xx.xx.2014-cü il tarixli 122167-NEDVİJ-2405 nömrəli İpoteka müqaviləsindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2008-ci il tarixli, MH ******* nömrəli Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrinin çıxarışına əsasən, mülkiyət hüququ ilə Cavabdeh1 məxsus Bakı şəhəri, Suraxanı rayo nu, “D” yaşayış sahəsi, Yeni Günəşli qəsəbəsində istifadədə olan 0.10518ha torpaq sahəsində yerləşən 30 nömrəli, 10 mərtəbəli binada yerləşən 4262 kvadrat metr yaşayış sahəsindən ibarət 3 otaqlı, 51 nömrəli mənzil 72000 manat məbləğində qiymətləndirilərək 120 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrinin xx.xx.2008-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarışına əsasən mübahisə predmeti olan mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 716 nömrəli reyestr kitabının 67171 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrinin xx.xx.2014-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışına əsasən mübahisə predmeti olan əmlak İddiaçı ASC-nin 3 saylı “Nizami” filialının xeyrinə yüklü edilmişdir. İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış zaminlik müqavilələrindən görünür ki, sonuncu iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə bağlanan kredit müqaviləsindən irəli gələn öhdəliklərin tam həcmdə icra edilməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. İddiaçı tərəfindən cavabdehlərə göndərilmiş və sonunculara təqdim edilmiş bildiriş və pretenziya məktubundan görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcla əlaqədar məlumat verilməklə, öhdəliyinin icrası tələb edilmiş əks halda barəsində qanuna müvafiq tədbir görüləcəyi nəzərinə çatdırılmışdır. “xxxx” MMC tərəfindən təqdim edilmiş xx.xx.2018-ci il tarixli, G-12/18-509 nömrəli qiymətl əndirmə rəyindən görünür ki, ünvan 1 ünvanında 10 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 3 otaqlı, 51 nömrəli mənzilin satış (likvid) qiyməti 73.000 (yetmiş üç min) təşkil edir. “xxxx” MMC tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli, QXM 254M nömrəli qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, “D” yaşayış sahəsi, Yeni Günəşli qəsəbəsi, 30 saylı evin, 51 saylı mənzilin satış (likvid) qiyməti 70000 təşkil edir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, 6077 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2014-cü il tarixli 122167-1-10375 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, xx.xx.2018-ci il tarixə Cavabdeh1 İddiaçı ASC-yə 21001,23 manat əsas, 0.00 faiz borcu olmaqla, cəmi 21001,23 manat təşkil edir. Azərbaycan Respublik ası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından görünür ki, iddiaçı kredit müqaviləsində nəzərdə tutulmuş borcu cavabdehə verməklə, müqavilə üzrə vəzifəsini yerinə yetirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsi nin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İşin halları əsasında müəyyən olunmuşdur ki, cavabdeh aldığı krediti müqavilədə müəyyən olunmuş müddətlərdə və məbləğdə tam ödəməmiş və bununla da iddiaçının hüquqları pozulmuşdur. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Sadalanan hallar və hüquq normaları borcalandan kreditin ödənilməsi tələbinin əsaslı olduğunu təsdiq edir. Belə ki, borcalan bank qarşısında üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və y a lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Qeyd olunan normalara əsasən borcun ödənilməsi məqsədilə tutmanın ipoteka ilə yüklü edilmiş, cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, D yaşayış sahəsi, Y.Günəşli qəsəbəsində istifadədə olan 0,10518 ha torpaq sahəsində yerləşən 30 nömrəli, 10 mərtəbəli binada yerləşən 42,62 kvadrat metr yaşayış sahəsin ibarət 3 otaqlı 51 nömrəli mənzilə yönəldilməsi və həmin mənzilin açıq hərracdan satıla raq əldə olunan vəsait hesabına borcun ödənilməsi təmin edilməsi qənaətinə gəlməkdə məhkəmə haqlı olmuşdur. Apelyasiya instansiyası məhkəməsi qətnaməsindən narazı qalan Cavabdeh1 kasasiya şikayətinin yeganə dəlili olaraq məhkəmədə onun iştirakının təmin edilməməsini göstərmişdir. Cabvabdeh kasasiya şikayətinin dəlili əsassızdır. Belə ki, iş materiallarında olan xəbərnamədən görünür ki, Cavabdeh1 məhkəmə iclasınını vaxtı və yeri barədə bildiriş onun məhkəməyə məlum olan ünvanına göndərilmiş və bildiriş həmin ünvandan qəbul edilmişdir. Bundan sonra cavabdehin məhkəmə iclaslarında təmsil edən X3 məhkəmə teleqram göndərərək məhkəmə kollegiyasının xx.xx.2019-cu il tarixə təyin edilmiş iclasının təxirə salınmasını xahiş etmişdir. Cavabdehin vəkilinin xahişi təmin edilərək məhkəmə iclası təxirə s alınmış və məhkəmənin vaxtı və yeri barədə Cavabdeh1 “SMS” bildirişlə məlumat verilmişdir. Lakin cavabdeh məhkəmə iclaslarına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Mülki Prosessual Məcəllənin 376.2.-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Göründüyü kimi cavabdehin kasasiya şikayətinin dəlili əsassız olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyildir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhk əməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh1 kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-1 4087/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar