Məhkəmə qərarları › İş №2(102)-4050/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4050/2021

29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4050/2021 29.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması və ipoteka predmetinə yönəldilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi və vəkili X1, Cavabdeh və vəkili Vəkil Qubat qızının iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 02 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 24 dekabr 2013-cü il tarixli kredit razılaşmasına əsasən, Cavabdeh 36 ay müddətinə, illik 32 faiz dərəcəsi ilə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30.614 ABŞ dolları məbləğində kredit verilmişdir.

2. Cavabdeh, eyni tarixli ipoteka müqaviləsinə əsasən “X3” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ipoteka ilə yüklü edərək bankın tələb hüququna təminat vermişdir. İpoteka daşınar əşyaların rəsmi reyestrində qeydiyyata alınmışdır.

3. Kredit müqaviləsinin restrukturizasiyasına dair 22.10.2015-ci il tarixli razılaşma ilə, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 24 dekabr 2013-cü il tarixli kredit müqaviləsi müvafiq olaraq, 15.169,27 ABŞ dolları əsas borc qalığı, 558,65 ABŞ dolları məbləğin də hesablanmış faiz, cəmi 15.727,92 ABŞ dolları konvertasiya (kurs 1,054) edildikdən sonra kreditin məbləği 16.820 manat, kredit üçün illik faiz 19 faiz, müddət 36 ay müəyyən edilmiş, həmçinin Cavabdeh ilə iddiaçı "xxxx" ASC arasında 24 dekabr 2013-cü il tarixli ipoteka müqaviləsinə 22 oktyabr 2015-ci il tarixli 1 nömrəli Əlavə bağlanmışdır.

4. Buna baxmayaraq, cavabdeh borcunu qrafik üzrə qaytarmayaraq öhdəliyin icrasını gecikdirmişdir. İddiaçı, borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehə xəbərdarlıq etmişdir.

5. Bank 15.02.2019-cu ildə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı Kürdəmir Rayon Məhkəməsinə müraciət edərək, Cavabde h ilə "xxxx" ASC arasında bağlanmış 020CARL13020- 23/429482 İ saylı 24 dekabr 2013-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 9616,54 manat məbləğində əsas kredit borcunun, 1353,26 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 2264,84 manat penya olmaqla, cəmi 13234,64 manat, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi, Cavabdeh məxsus olan “X3” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə tutma yönəldilməsi, onun açıq hərracda satılması, satışdan əldə ediləcək vəsait 2 hesabına Cavabdeh "xxxx" ASCyə olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, həmçinin dövlət rüsumunun ödənilməsi, satışdan əldə olunacaq pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədikdə isə qal an borcun cavabdehdən ümumi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına (§1-4) istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq müqavilə öhdəliklərinin icrasını gecikdirmişdir. Ona görə də tələbdə göstərilən borc ondan tutulmalı və ipoteka predmetinə yönəldilməlidir.

8. Cavabdeh birinci instansiya məhkəməsinin icraatı zamanı iddia ərizəsinə qarşı yazılı etiraz təqdim etməmişdir.

9. Kürdəmir Rayon Məhkəməsinin (hakim M.Bayramov) 14 may 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış X İ saylı 24 dekabr 2013-cü il tarixli kredit müqavilə ləğv edilməsi, Cavabdeh 9616,54 manat məbləğində əsas kredit borcu, 1353,26 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 2264,84 manat penya olmaqla, cəmi 13.234,64 manat və ödənilmiş 30 manat dövlət rüsumu, bütövlükdə 13.264,64 (on üç min iki yüz altmış dörd manat altmış dörd qəpik) "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh məxsus olan “X3” markalı (buraxılış ili 2013, X, rəngi ağ, tip universal) **-BE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməklə, həmin avtomobil açıq hərracda satılsın, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 9616,54 manat məbləğində əsas kredit borcu, 1353,26 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 2264,84 manat penya olmaqla, cəmi 13234,64 manat və ödənilmiş 30 manat dövlət rüsumu, bütövlükdə 13.264,64 (on üç min iki yüz altmış dörd manat altm ış dörd qəpik) "xxxx" ASC-nin xeyrinə tutulması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh tutulması qət edilmişdir.

10. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh kredit razılaşması üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, onun bank qarşısında icra edilməmiş borc öhdəlikləri vardır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-T.Heydərov (sədrlik edən və məruzəçi), T.Kərimov və İ.Əhmədov) 0 fevral 2021-ci il tarixli, X nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Kürdəmir Rayon Məhkəməsinin 14 may 2020-ci il tarixli, X nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya m əhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

13. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

14. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarılmış, işin faktiki hallarına düzgün qiymət verilməmişdir. Həmin birinci, həm də apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozaraq Azərbaycan Respublikası MPMnin 9-cu maddəsində göstərilən xüsusatları şubhə altına almışdır. Cavabdehin banka ödədiyi məbləğlərə bankın göstərdiyi məbləğlərdə ziddiyət olduğu üçün həm birin ci instansiyası məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi mühasibat ekspertizası təyin etməli idi. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02.02.2021-ci il tarixli qətnaməsində iş üzrə mühüm əhəmiyyət kəsb edən halları nəzərə almayaraq, Azərbaycan Respublikası MPMnin 88, 217, 2020-ci maddələrinin tələblərini kobud surətdə pozmuş, tətbiq edilməli olan maddi hüquq normasını tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmiş, tətbiq edilmiş normanı isə düzgün təfsir etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasında iştirak edən cavabdeh və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdil ər.

17. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

18. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

19. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.

20. Maddə 462.1 və

467. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğ u pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır.

21. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

22. Maddə

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununu:

23. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

24. Maddə

33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

25. Maddə 34.1.2 Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu verir. Azərbaycan Respub likasının Mülki Prosessual Məcəlləsi:

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

28. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansi ya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

32. Baxılan işin yuxarıda qeyd edilən faktiki hallarından görünür ki, bank, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək müqavilədə gös tərilən məbləği Cavabdeh borc vermiş və tərəflər borcun qaytarılma tarixlərini və məbləğlərini ödəniş cədvəllərində razılaşdırmışlar. Eyni zamanda bankın alacağı ipoteka müqaviləsi ilə təminat altına alınmışdır. Buna baxmayaraq, cavabdeh ödəmələri vaxtında aparmadığı üçün öhdəliyin icrasını xatırlatmasız gecikdirmiş borclu vəziyyətinə düşmüş və bankın tələb hüququ meydana gəlmişdir. Belə olan halda, borcun cavabdehdən tutulması, habelə ipoteka predmetinə yönəldilməsi haqqında iddiaçının tələbləri yuxarıda qeyd edilən maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır (§ 18-22).

33. Eyni zamanda cavabdehin etirazları iddianı tam və ya qismən aradan qaldıran mahiyyətdə deyil. Ona görə də, iddia tələblərinin göstərilən həcmdə təmin edilməsi qanuni və əsaslı olmuşdur.

34. Kollegiya bi ldirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

35. Kassasiya şikayətinin dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

36. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

37. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 02 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar