Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4051/2021 17.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (üçüncü şəxs X2) iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: iddianın predmeti, eyni tərəflər arasında eyni əsaslar üzrə eyni predmet barədə iddialar, iş üzrə icraata xitam verilməsi, preyudisiya Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçı və vəkili Nümayəndə, Cavabdeh1 və vəkili Vəkil, Cavabdeh2, üçüncü şəxs X1 iştirakı ilə, Bakı Apellyasi ya Məhkəməsi Mülki kollegiyasının 2(103)-980/2021 nömrəli iş üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 17 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları ünvan 1 ünvanında yerləşən ev (bundan sonra – mübahisəli ev) 1983-1984-cü illərdə Cavabdeh2 tərəfindən inşa olunmuşdur və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İddiaçı (bundan sonra – iddiaçı) sonuncunun övladı olaraq, 1988-ci ildə həmin evdə doğulmuşdur və doğulduğu vaxtdan orada yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı Cavabdeh1 ilə 19.11.2010-cu il tarixdə nikaha daxil olmuş 2011-ci ilin mart ayında onu ailəsinin yaşadığı mübahisəli evə gətirmiş, evin 3 otağı onların, 1 otağı is ə iddiaçının valideynlərinin istifadəsində olmuşdur. İddiaçı ilə Cavabdeh1 və sonuncunun qohumları (nənəsi və xalası) arasında təxminən 2015-ci ildən başlayaraq münaqişəli vəziyyət yaranmış və bu zəmində iddiaçı cinayət və inzibati məsuliyyətə cəlb olunmuşdur. Suraxanı Rayon Məhkəməsinin 2(010)-4823/2017 saylı 05.09.2017-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə Cavabdeh1 nikahları pozulmuşdur. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 30.11.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 cavabdehlər Cavabdeh1 Namik qızına və İddiaçı qarşı iddiası qismən təmin edilmiş, Cavabdeh1 mübahisəli evdən çıxarılması, cavabdeh X3 qarşı iddianın rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28.02.2018-ci il tarixli 2(103)2859/2018 saylı qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayə ti təmin olunmuş, Yasamal Rayon Məhkəməsinin 30.11.2017-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə Cavabdeh1 mübahisəli evdən çıxarılması hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 13.07.2018-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 28.02.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7924/2018 nömrəli iş üzrə 20.11.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 Namik qızına qarşı evdən istifadəyə yaradılmış qanunsuz maneələrin aradan qaldırılması və həmin evdən istifadə qaydalarının müəyyən edilməsi barədə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasi ya Məhkəməsi Mülki kollegiyasının 03.04.2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin olunmamış, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 20.11.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 11.09.2019-cu il tarixli 2(102)-5670/2019 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 03.04.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər X4 və X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər hazırda onu fərdi ya şayış evinə buraxmırlar. Ümumiyyətlə mülkiyyətində heç bir əmlakı və başqa yaşayış yeri olmadığına görə kirayələrdə yaşamağa məcbur olmuşdur. Birinci instansiya məhkəməsinə təqdim edilmiş Yasamal Rayon İcra Hakimiyyəti Yasamal Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 32 saylı MKİS-dən verilmiş 21.01.2020-ci il tarixli arayışa əsasən, X8 həqiqətən mübahisəli evdə yaşayır. Ailəsi 10 nəfərdən ibarətdir. Cavabdeh2 1984-cü ildən, oğlu - iddiaçı 1986-cı ildən, keçmiş gəlini Cavabdeh1 xxx qızı 2019-cu ildən və nəvəsi X7 2018-ci ildən qeydiyyata alınmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-2651/2020 nömrəli iş üzrə 19 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.Məmmədov) iddia tələbi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni on unla əsaslandırmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. İddiaçının mübahisəli evə dair heç bir subyektiv hüququ yoxdur, başqa yaşayış yeri var. Buna baxmayaraq, o, cavabdehlərin mübahisəli evdə onun üçün süni maneələr yaratmasını, onu fərdi yaşayış evinə buraxmadıqlarını iddia edir. Halbuki, özbaşına tikili olan mübahisəli evin 3 ayrı girişli mənzili var ki, onun birində cavabdehlə azyaşlı uşağı, digərində iddiaçının valideynləri yaşayır. Üstdəki üçüncü mənzil isə boşdur və həmin mənzilə dair cavabdehin heç bir müdaxiləsi yoxdur. Həmçinin, iddiaçı məhkəmədə verdiyi izahatında hazırda həmin mənzildə qaldığını etiraf etmişdir. Məhkəmə iddiaçının mübahisəli evə dair subyektiv hüququnun olmamasını, iddiaçının başqa yaşayış yerinin olmas ını, eyni zamanda, mübahisəli evin üstündə yerləşən mənzildə qalmasını nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddia əsassızdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 158.1.2, 158.4, 228, 385.1, 386.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 82.3, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur, onun başqa mənzili yoxdur, mübahisələndirilən fərdi yaşayış evinin üstündə mənzil yoxdur, ma nsard yerləşir və orada yaşamaq mümkün deyildir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya baxışı zamanı X2 (bundan sonra - üçüncü şəxs) mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, onun istifadəsində bir qonaq, iki yataq otağı olmaqla, üç otaq, həmçinin sanitar qovşaq və mətbəx var. Birgə nikahdan olan uşağı ilə yaşayır. İddiaçının mənzilə köçürülməsinə etiraz edir, onun evin bütün sahəsini əhatə edən yuxarı çardaqda yaşaması uyğundur. Digər Cavabdeh2 izahatında göstərmişdir ki, hazırda evin onun istifadəsində olan hissəsinin sahəsi Cavabdeh1 istifadəsində olan ümumi sahədən xeyli azdır, iddiaçının digər Cavabdeh1 istifadəsində olan otaqlardan birinə köçür ülməsini xahiş edir. Üçüncü şəxs bildirmişdir ki, iddiaçı həmin evdə doğulub, böyümüşdür, onun evə köçürülməsinə etiraz etmir. Məhkəmə kollegiyası tərəfindən apellyasiya baxışı zamanı mübahisəli evə baxış keçirilmişdir. Məhkəmə yerində müayinə əsasında müəyyən etmişdir ki, baxış keçirilən sahədə darvazadan içəri daxil olarkən iki giriş qapısı və çardağa qalxan pilləkən var. Sağ tərəfdən birinci qapıdan Cavabdeh2 və arvadının (üçüncü şəxsin) istifadəsində olan evin sahəsinə aid olan mətbəx, sanitar qovşaq və yataq otağının yerləşdiyi sahəyə daxil olduğu müşahidə edilir. Bundan əlavə həmin yataq otağının digər Cavabdeh1 xxxxxxxxx qızının istifadəsində olan sahədən alçıpan material ilə inşa edilmiş divarla ayrılır Həyətdən digər Cavabdeh1 istifadəsində olan yaşayış sahəsinə daxil olarkən dəhl izin sol tərəfində sanitar qovşaq, dəhlizdən düzünə istiqamətdə mətbəx, uşaq otağı, yataq otağı və qonaq otağı var Qonaq otağı digər cavabdehin yaşayış sahəsi ilə yuxarda qeyd edilən alçipan divarla ayrılmışdır. Həyətdən pilləkənlə yuxarı çardağa qalxdıqda evin bütün sahəsini əhatə edən heç bir istilik və sanitar şəraiti olmayan taxta konstruksiyalı sahə (mansard) mövcuddur. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-980/2021 nömrəli iş üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – V.Sadıqov (sədrlik edən və məruzəçi), E.Həsənov və A.İmanov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi təmin edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslanırmışdır ki, iddianın hüquqi dəyərləndirilməsi aparılarkən ilk növbədə iddiaçının mübahisəli evə nə kimi hüquqlarının olduğunu müəyyən etmək zəruridir, belə ki, yaşayış sahəsinə köçürülmə şəxsin bu sahəyə nə kimi hüququnun olmasından asılıdır. Tərəflər arasında mülki-hüquq münasibətlərinin yarandığı dövrdə özbaşına tikililər və ya özbaşına tikili olmasa da qeydə alınmamış evlər barəsində istifadə hüququnun tanınması (yaranması), həyata keçirilməsi və xitamı ilə bağlı mübahisələrin həlli qaydası mülki və mənzil qanunvericiliklərində nəzərdə tutulmamışdır. Ancaq belə evlərin çoxluğu, bununla da həmin evlərdən istifadə hüququ ilə bağlı mübahisələrin qaçılmaz olduğu da inkar oluna bilməz. Bu kateqoriyadan olan evlərdən istifadə hüququ ilə bağlı yaranmış mübahisələrin həllinə yönəlmiş maddi-hüquq normas ının olmaması həmin məsələdə analogiyadan istifadə etməyi zəruri edir. Odur ki, məhkəmə mübahisəni oxşar münasibətləri tənzimləyən, yəni tərəflər arasında mülk hüquq münasibətlərinin əmələ gəldiyi dövrdə qüvvədə olmuş Mənzil Məcəllənin yaşayış sahəsindən istifadə hüququ ilə bağlı münasibətləri tənzimləyən normalarına uyğun qaydada həll etməyi əsaslı saymışdır. Cavabdeh2 mübahisəsi gedən yaşayış evinin icarədarı qismində görən məhkəmə hesab etmişdir ki, onunla birlikdə yaşayan ailə üzvü kimi oğlu - iddiaçı da evdən istifadə hüququnu əldə etmişdir və o, Cavabdeh2la bərabər yaşayış sahəsindən istifadə ilə bağlı bütün hüquqlara malik olmuşdur. Hazırda da bu hüquqlar mövcuddur, çünki iddiaçının daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində başqa yaşayış s ahəsinə köçməsi iş materiallarından müəyyən olunmur, nə də bu barədə mübahisə tərəfləri heç bir sübut təqdim edə bilməmişlər. Münaqişəli vəziyyətdə iddiaçının müvəqqəti olaraq başqa ünvanda yaşaması isə onun başqa daimi yaşayış yerinə malik olması, bu səbəbdən də mübahisəli yaşayış evindən istifadə hüququnun itirilməsi kimi qiymətləndirilə bilməz. Bu isə o deməkdir ki, iddiaçının mübahisəli yaşayış evindən istifadə hüququ mövcuddur. Qanuni əsas olmadan isə iddiaçını yaşadığı evdən məhrum etmək olmaz. Odur ki, onun həmin yaşayış sahəsindən istifadəsinə məhdudiyyətlər yaratmaq yolverilməzdir. Məhkəmə qeyd etmişdir ki, yerli baxış zamanı evin üstünün yüngül (taxta, dikt, alçıpan və s.) konstruksiyalı materiallardan istifadə olunmaqla inşa olunmuş mansard sahəsi olması və həmin sahənin yaşayış üçün yararlı olmaması, iddiaçının da həmin mansardda yaşamaması müəyyən edilmişdir. Məhkəmə əvvəlki məhkəmə çəkişmələri ilə bağlı qeyd etmişdir ki, həmin işlər üzrə iddia tələbləri fərqli olmuşdur, ona görə də həmin məhkəmə aktlarına istinad edərək, iddiaçının mübahisəli evə dair heç bir subyektiv hüququnun olmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə yanlışdır. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 43-cü maddəsinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə, Mülki Məcəllənin 11.1, 27.1, 27.3-cü maddələrinə, MPM-in 14.2, 77.1, 384.0.2-ci maddələrinə, 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – əvvəlki Mənzil Məcəlləsi) 53, 60, 87-ci maddələrinə, «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 1999-cu il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması ilə qəbul olunduğundan qanunsuz və əsassızdır. Belə ki, hazırki iddia tələbində göstərilən hallarla bağlı artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə iddiaçının artıq 6 ildir ki, mübahisəli evdə yaşamaması müəyyən edilmişdir. Məhkəmə bununla da MPM-in 82.3-cü maddəsinin tələblərini pozmuşdur. Məhkəmə yerli baxış zamanı müşahidə etmədiyi halları qətnaməsində qeyd edərək prosessual pozuntuya yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh1 və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. İddiaçı və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini əsas sız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh2 və üçüncü şəxs məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiklərindən MPM-in 67-ci maddəsinin tələbinə əsasən onların izahatı dinlənilmədi. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna ol araq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sü butlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh İddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi MPM-in 261.0.2-ci maddəsinə müvafiq olaraq eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa hakim iş üzrə icraata xitam verir. Baxılan iş üzrə iddiaçı və Cavabdeh1 Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olmuş 2(004)-7924/2018 nömrəli mülki iş üzrə də tərəflər olmuşlar. Hər iki iş üzrə iddianın əsasları da eyni olmuşdur. Belə ki, i ddiaçı hər iki tələbini mübahisəli evdən istifadə etməsinə (oraya köçürməsinə) Cavabdeh1 tərəfindən maneələr yaradıldığı ilə əsaslandırmışdır. Müqayisə olunan işlər üzrə iddiaların predmeti ilə bağlı qeyd olunmalıdır ki, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən, bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Təsbit olunmuş mülki hüquqların müdafiə vasitələrini nəzərə alaraq iddiaçı məhkəmədən: 1) cavabdehi hər hansı hərəkəti yerinə yetirməyə məcbur etməyi və ya belə hərəkəti etməkdən çəkindirməyi xahiş edə bilər. Bu cür iddianın predmetini iddiaçının cavabdeh tərəfindən müvafiq öhdəliyin könüllü olaraq yerinə yetirilməməsi ilə əlaqədar müəyyən hərəkətləri tələb etmək hüququ təşkil edir. Məsələn, cavabdehdən pul vəsaitinin tutulması barədə iddianın predmetini iddiaçının bu pul məbləğinin alınmasına dair maddi subyektiv hüququ (tələb etmək hüququ) təşkil edir; 2) iddiaçı məhkəmədən hüquq münasibətlərinin, subyektiv hüquqların və ya öhdəliklərin mövcudluğunu və ya onların olmamasını etiraf etməyi tələb edə bilər. Bu halda iddianın predmetini hər hansı əşyaya, əqli fəaliyyət nəticələrinə dair müstəsna hüquqlara aid olan mülkiyyət hüququ, əqdin etibarsızlığı və s. təşkil edir; 3) iddiaçının tələbi əsasında məhkəmə hüquq münasibətlərini dəyişdirə və ya onlara xitam verə bilər (MPM-in 53-cü maddəsi). Bu zaman iddianın predmetini tərəflər arasında mövcud münasibətlərin dəyişdirilməsinə və ya onlara xitam verilməsinə dair iddiaçının bir tərəfli iradə ifadəsi təşkil edir. İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti – iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 avqust 2012-ci il tarixli qərarı). Göründüyü kimi iddianın predmeti iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq olduğu üçün iddiaçının tələb etdiyi konkret hərəkətlərin yerinə yetirilməsi, əşyaların alınıb verilməsi və sairlə eyniləşdirilə bilməz. Bu baxımdan ayrı-ayrı iddia tələblərinin fərqli formada ifadə olunması və ya zahiri baxımdan fərqlənməsi iddianın predmetinin fərqli olduğu barədə qənaətə gəlmək üçün əsas deyil. Oxşar iddia tələblərinin eyni predmetli olub-olmamasının müəyyənləşdirilməsi üçün həmin tələblərə iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ, onun qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətləri baxımından qiymət verilməlidir. Baxılan iş üzrə iddia tələbi iddiaçının mübahisəli evə köçürülməsindən ibarətdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olmuş 2(004)-7924/2018 nömrəli mülki iş üzrə iddia tələbi isə mübahisəli evdən istifadəyə yaradılmış qanunsuz maneələrin aradan qaldırılması və həmin evdən istifadə qaydalarının müəyyən edilməsi olmuşdur. Göründüyü kimi hər iki iş üzrə iddiaçı mübahisəli evdə yaşamasına Cavabdeh1 tərəfindən edilən və qanunsuz hesab etdiyi maneələrin aradan qaldırılmasını tələb edir. Bu baxımdan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olmuş 2(004)7924/2018 nömrəli mülki işdə iddiaçının irəli sürdüyü tələblə hazırkı iş üzrə iddia tələbi eynidir. Beləliklə, baxılan iş üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin başqa mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Bu hal MPM-in 153.2.2-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə hazırkı iddia ərizəsini icraata qəbul etməkdən imtina üçün, yaxud MPM-in 261.0.2-ci maddəsinə əsasən artıq icraata qəbul edilmiş iş üzrə icraatın bir hissəsinə xitam verilməsi üçün əsas olmuşdur. Buna baxmayaraq birinci instansiya məhkəməsi istinad olunan prosessual hüquq normalarının tələblərini pozmuş və işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir. Birin ci instansiya məhkəməsinin qətnaməsindən iddiaçının verdiyi şikayət əsasında işə baxmış apelyasiya instansiyası məhkəməsi də eyni prosessual pozuntuya yol vermiş, MPM-in iş üzrə tətbiq edilməli olan 261.0.2-ci maddəsini tətbiq etməmişdir. Nəzərə alınmalıdır ki, eyni tərəflər arasında eyni əsaslarla və eyni predmet barəsində qanuni qüvvəyə minmiş məhkəmə aktı varsa əlavə tərəflərin cəlb olunması və əlavə tələblərin irəli sürülməsi iş üzrə icraata təkrarlanan tərəflər və predmetə aid hissədə xitam verilməsinə mane olan hal kimi qiymətləndirilə bilməz. Belə olan halda işə baxan məhkəmə təkrarlanan tərəflər və predmetə aid hissədə iş üzrə icraata xitam verməklə, qalan hissədə işə mahiyyəti üzrə baxılmasını davam etdirməlidir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kas sasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan prosessual hüquq normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, iş materiallarından göründüyü kimi baxılan iş üzrə tərəflərin iştirak etdiyi iki başqa mülki iş olmuş və həmin işlər üzrə qəbul edilmiş məhkəmə aktları qanuni qüvvəyə minmişdir. İşə yenidən baxılarkən həmin işlər üzrə müəyyən edilmiş halların hazırkı iş üzrə preyudisial olub-olmadığı barədə məsələyə də qiymət verilməlidir. Nəzərə alınmalıdır ki, MPM-in 82.3-cü maddəsinə və həmin maddənin şərhinə dair Azərbaycan Respublikası K onstitusiya Məhkəməsi Plenumunun 23.02.2016-cı il tarixli qərarına əssən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş istənilən halların deyil, məhz araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Eyni zamanda nəzərə alınmalıdır ki, MPM-in 82.3-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktlar preyudisial qüvvəyə malikdir. Hər hansı mülki iş üzrə məhkəmənin hüquqi dəyərləndirməsi və gəldiyi hüquqi nəticə, ifadə etdiyi hüquqi mövqe iş üzrə müəyyən edilmiş faktlar hesab edilmədiyindən eyni tərəflərin iştirak etdiyi başqa mülki iş üzrə preyudisial əhəmiyyə t daşımır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-980/2021 nömrəli iş üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4051/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4051/2021
17.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver