Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4051/2022 10.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ İş № 2(1*2)-4*51/22 (Açar sözlər: kredit borcunun və faizlərin tutulması) Bakı şəhəri 1* oktyabr 2*22-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızının məruzəsi ilə, Şamayev Elşad Yaquboviçə və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun və faizlərin tutulması tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*4)-859/2*22 nömrəli, 17 fevral 2*22-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 1* oktyabr 2*22-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC (bundan sonra – iddiaçı və ya bank) ilə Cavabdeh1 (bundan sonracavabdeh) arasında bağlanmış 1*.*9.2*14-cü il tarixli, 115,LN.21*2.1**914.***1 nömrəli kredit müqaviləsinə (bundan sonra – kredit müqaviləsi) əsasən bank cavabdehə 24 ay müddətinə illik 27% ödəmək şərti ilə 12.*** manat məbləğində kredit vermişdir.
2. Tərəflər arasında bağlanmış *8.*5.2*15-ci il tarixli, 115,LN.21*2.1**914.***1 nömrəli kredit müqaviləsinin 1 nömrəli əlavəsinə əsasən 1*.*9.2*14-cü il tarixli kredit müqaviləsinə görə kreditin ümumi məbləği 1*.124,64 manat müəyyən edi lmiş və həmin məbləğin 17 ay müddətinə illik 27% ödəmək şərti ilə qaytarılması razılaşdırılmışdır və yeni ödəniş qrafiki tərtib edilmişdir.
3. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə 1*.*9.2*14cü il tarixdə iddiaçı ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 arasında zaminlik müqavilələri bağlanmışdır.
4. Müqaviləyə əsasən bank qarşısında kredit müqavələsi və ona edilmiş bütün əlavələrdən irəli gələn kredit və faizlərin ödənilməsini öz üzərinə götürmüşlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1**74,64 manat əsas kredit borcu, 1417,48 manat faiz borcu, 151,38 manat cərimə olmaqla, cəmi 11643, 5* manat kredit borcu və 3* manat məhkəmə xərcinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehlər kredit müqavilələri üzrə öhdəliklərini vaxtında icra etməmiş və nəticədə tələb olunan məbləğdə borc yaranmışdır.
7. Bərdə Rayon Məhkəməsinin 17 oktyabr 2*16-cı il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin *3.*7.2*17-ci il tarixli 25972 saylı ekspert rəyinə əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə 1*.1*.2*14-cü il tarixdən *4.11.2*15-ci il tarixədək 415* manat məbləğində ödəniş etmiş, həmin məbləğdən 2*16,69 manat əsas borca, 2133,31 manat faiz borca çıxılmış, Cavabdeh1 1 7.1*.2*16-cı il tarixədək banka əsas borcu 9983,31 manat, faiz borcu 1382,82 manat təşkil etmişdir.
8. Bərdə Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(*21)-43/2*17 nömrəli iş üzrə 19 sentyabr 2*17-ci il tarixli qətnaməsi ilə (hakim İbrahim Fəttahov) iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 9983,31 manat məbləğində əsas kredit borcu, 1382,82 manat faiz borcu, 1,38 manat cərimə borcu, cəmi 11367,51 manat kredit borcu və ödənilmiş 3* manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına keçirilməsi qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş və müqavilədə nəzərdə tutulmuş kredit məbləğini cavabdehə vermişd ir. Lakin cavabdeh də öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Zaminlər iddiaçı qarşısında öhdəliklərinin icrası üzrə birgə cavabdeh olduqlarından iddiaçı borcun müştərək qaydada tələb etməkdə haqlıdır.
10. Birinci instansiya məhkəməsi iddiaçının kredit borcuna görə cavabdehlərdən 151.38 manat məbləğində cərimə tələbinin tənasübsüz sürətdə yüksək olduğundan 1,38 manat məbləğində müəyyən etmişdir.
11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 448.1, 448.2, 462.1, 467, 47*.1, 472.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, o, banka *4.11.2* 15-ci il tarixədək, təxminən 5 ay ərzində 45** manat ödəniş etmişdir. Bank ödənişləri cərimə və faiz borcuna sildiyinə görə *5.11.2*16-cı ildən etibarən ödənişləri dayandırmışdır. Krediti yüksək faizlə, illik 27 faizlə ödəmək şərti ilə alsa da, heyvandarlığın inkişafı məqsədilə götürmüşdür və ödəmələrdəki bir neçə gün gecikmələrə görə ondan yüksək məbləğdə cərimələrin hesablanıb tutulmasını ədalətsizlik hesab edir. Məhkəmənin əsaslandığı yeganə sübut iş üzrə təyin edilmiş məhkəmə -mühasibatlıq ekspertizası açıq-aşkar ziddiyyətli rəydir. Çünki bu rəylə aydın olmamışdır ki, o, 11.*5.2*15-cı il tarixədək 415* manat ödəniş etdiyi halda, əsas borcun məbləği necə ola bilər ki, cəmi 141 manat azalmaqla 9983 manat, faiz borcu isə 1382 manat qalmış olsun. Bundan başqa, onun və digər cavabdehlərin məhkəmədə iştirakı təmin edilməmişdir.
14. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(1*4)-859/22 nömrəli iş üzrə 17 fevral 2*22-ci il tarixli qətnaməsi ilə (hakimlər – Loğman Süleymanov (sədrlik edən və məruzəçi), Afiq Hüseynzadə və İslam Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, ekspert öz rəyində cavabdehin borcunu müəyyən edərkən cədvəl tərtib etmiş və Cavabdeh1 tərəfindən edilmiş ödənişləri, hər günə düşən faiz məbləğini, ödənilən əsas və faiz məbləğlərini, qalıq qalan əsas və faiz məbləğlərini ayrı-ayrı qrafalarda göstərməklə, sonda Cavabdeh1 17.1*.2*16-cı il tarixə iddiaçı "xxxx" ASC-nə 9983,31 manat əsas, 1382,82 manat faiz borcunun olması nəticəsinə gəlmişdir. Həmin ekspert rəyində aparılmış hesablamaların doğruluğu və ekspert rəyinin mötəbərliyi məhkəmə kollegiyasında şübhə doğurmamışdır. Ekspert tərəfindən hesablama aparılarkən iş materiallarında olan bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatları və kredit müqaviləsinə istinad edilmişdir.
16. Apellyasiya instansiya məhkəməsi onu da qeyd etmişdir ki, tərəflər arasında bağlanılmış müqavilənin müddəti 1*.*9.2*16-cı ildə bitməsinə və müvafiq ekspertiza rəyinə əsasən cavabdehlərin iddiaçı "xxxx" ASC-nə olan borcu 17.1*.2*16-cı il tarixə hesablanmasına baxmayaraq, əslində ekspert hesablamaları 24.11.2*15-ci il tarixə olan əsas və faiz borcuna uyğun olmuş və sonrakı müddət üçün heç bir faiz məbləğı hesablanmamışdır. Cavabdeh1 banka *4.11.2*15-ci il tarixədək, təxminən 5 ay ərzində 45** manat ödəniş etməsini göstərsə də, əslində ekspert rəyi ilə müəyyən olunur k, o, 1*.1*.2*14-cü il tarixdən *4.11.2*15-ci il tarixədək 415* manat məbləğində ödəniş etmiş, həmin məbləğdən 2*16,69 manat əsas borca, 2133,31 manat faiz borca çıxılmışdır. Cavabdeh1 onun və digər cavabdehlərin məhkəmədə iştirakının təmin edilməməsi ilə bağlı apellyasiya dəlili də əsassızdır.
17. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1. 386.1, 739.21, 739.2, 443.1, 445.2.1, 445.2.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilmə si və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi də birinci instansiya məhkəməsinin səhvini təkrarlayaraq iş üzrə təyin edilmiş məhkəmə mühasibat ekspertizasının *3 iyul 2*17-ci il tarixli, 25972 №-li açıq-aşkar ziddiyətli rəyini əsas mötəbər sübut kimi qəbul etmiş, iş üzrə obyektiv həqiqətin müəyyən olunması üçün ziddiyətləri göstərilməklə təkrar məhkəmə- mühasibat eskpertizası təyin edilib yeni rəy alınmasını təmin etməli olduğu halda bunu etməmişdir.
20. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
22. Maddə
739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
23. Maddə
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
24. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
25. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
26. Maddə 448 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
27. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Mülki Prosessual Məcəllə
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifa də etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədlə ri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən yalnız borcun məbləği hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyasının m övqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılan hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin əsas və faiz borcunun məbləği ilə bağlı gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, iş üzrə ödənilməli olan borc məbləğləri müqavilə müddəti çərçivəsində ekspert rəyi ilə müəyyən edilmişdir.
41. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər s übutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o vaxt kifayət qədər yüksəkdir ola bilər ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilə bilər.
42. Azərbaycan Respublikası MPM-nin 1*1.3 və 2*6.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir.
43. Azərbaycan Respublikası MPM-nin 1*3.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəy yən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
44. Göründüyü kimi, qanunvericiliyə əsasən məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 88ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi.
45. İşdən görünür ki, ekspert rəyinin qeyri-mötəbərliyinin hər hansı sübutla təsdiq edilməmiş, ekspert rəyinin qiymətləndirilməsi zamanı hər hansı bir prosessual pozuntuya yol verməmişdir.
46. Məhkəmə ko llegiyası qətnamənin cərimə məbləği ilə bağlı hissəsini də əsaslı hesab edir və qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin cərimə ilə bağlı göstərdiyi dəlillərə hüquqi qiymət verilmiş və cərimə kifayət qədər azaldılmışdır. Həmin məbləğin daha da aşağı salınması kreditorun mənafelərinə zidd olmuş olar.
47. Kassator borcun düzgün hesablanmaması və daha artıq məbləğdə vəsait ödəməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir.
48. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəti cələr əsaslandırılmışdır.
49. Göstərilənlərə əsasən iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*4)-859/2*22 nömrəli iş üzrə 17.*2.2*22-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.