Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4052/2023 24.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: qızıl-zinət əşyaları və pul) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), X1 və X2 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qızıl-zinət əşyaları və pul” tələbinə dair 2(107)-654/2023 nömrəli mülki iş üzrə 22 iyun 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 24 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğuldur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2020-ci ildən onun mağazasından qızıl-zinət əşyalarının alıcısı kimi tanımışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 20 adda qızıl-zinət əşyalarının və ya onların cəmi dəyəri olan 26543 manat məbləğdə pulun və ödənilmiş 171 manat dövlət rüsumun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərlə münasibəti normal olduğu üçün cavabdehə 2020-ci ildən başlayaraq qızıl-zinət əşyalarını nisyə satmışdır. Belə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ondan 29 mart 2021-ci il tarixdə 50 qram çəki də, 583 əyarlı bismart sep və 5,95 qram çəkidə, 750 əyarlı klon; 01 aprel 2021-ci il tarixdə 33,59 qram çəkidə, 750 əyarlı komplekt dəst-sırğa, üzük, sep, klon, 24,65 qram çəkidə, 585 əyarlı tros sep və 18,5 qram çəkidə, 585 əyarlı tros qolbağı; 09 aprel 2021-ci il tarixdə 27,3 qram çəkidə, 750 əyarlı komplekt dəst-sırğa, üzük, sep, klon, 20,65 qram çəkidə, 750 əyarlı komplekt dəst-sırğa, üzük, sep, klon, 23,2 qram çəkidə, 750 əyarlı komplekt dəstsırğa, üzük, sep, klon və 13,3 qram çəkidə, 583 əyarlı bismart sep; 16 aprel 2021-ci il tarixdə 14,37 qram çəkidə, 750 əyarlı qolbağı, 30,95 qram çəkidə, 585 əyarlı komplekt dəst-sırğa, üzük, qolbağı, sep, klon, 17,96 qram çəkidə, 750 əyarlı paxlava formalı komplekt dəst-sırğa, üzük, sep, klon, 11,75 qram çəkidə, 750 əyarlı klon və 33,53 qram çəki də, 750 əyarlı komplekt dəst-sırğa, üzük, bilərzik, sep, klon; 11 may 2021-ci il tarixdə 30,44 qram çəkidə, 750 əyarlı komplekt dəst-sırğa, üzük, sep, klon və 13.47 qram çəkidə, 750 əyarlı Qrazella firmasından bilərzik; 29 may 2021-ci ildə 22,05 qram çəkidə, 585 əyarlı Qrazella firmasından komplekt dəst-sırğa, üzük, klon, 4,7 qram çəkidə, 750 əyarlı sep, 15,15 qram çəkidə, 750 əyarlı Qrazella firmasından qolbağ və 14,1 qram çəkidə, 585 əyarlı sepi nisyə almışlar. Aralarında olan razılığa əsasən o, qeyd olunan qızıl-zinət əşyalarını cavabdehlərə nisyə satmağı, cavabdehlər isə nisyə aldıqları qızıl-zinət əşyalarının pulunu yaxın vaxtlarda qaytarmağı öhdələrinə götürmüşlər. Cavabdehlər ondan nisyə götürdükləri qızıl-zinət əşyalarının pulundan müəyyən hissəni ödəmişlər. Lakin cavabdehlər 29 ma rt 2021-ci il tarixdə ondan nisyə aldıqları 5400 manat dəyərində 50 qram çəkidə, 583 əyarlı bismart sep və 5.95 qram çəkidə, 750 əyarlı klonun pulundan 2100 manat, 01 aprel 2021-ci il tarixdə nisyə aldıqları 6300 manat dəyərində 33,59 qram çəkidə, 750 əyarlı komplekt dəst-sırğa, üzük, sep, klon, 24,65 qram çəkidə, 585 əyarlı tros sep və 18,5 qram çəkidə, 585 əyarlı tros qolbağının pulundan 3000 manat, 09 aprel 2021ci il tarixdə nisyə aldıqları 8038 manat dəyərində 27,3 qram çəkidə, 750 əyarlı komplekt dəst-sırğa, üzük, sep, klon, 20,65 qram çəkidə, 750 əyarlı komplekt dəst-sırğa, üzük, sep, klon, 23,2 qram çəkidə, 750 əyarlı komplekt dəst-sırğa, üzük, sep, klon və 13,3 qram çəkidə, 583 əyarlı bismart sepin pulundan 4038 manat, 16 aprel 2021-ci il tarixdə nisyə aldıqları 11010 manat dəyərin də 14,37 qram çəkidə, 750 əyarlı qolbağı, 30,95 qram çəkidə, 585 əyarlı komplekt dəst-sırğa, üzük, qolbağı, sep, klon, 17,96 qram çəkidə, 750 əyarlı paxlava formalı komplekt dəst-sırğa, üzük, sep, klon, 11,75 qram çəkidə, 750 əyarlı klon və 33,53 qram çəkidə, 750 əyarlı komplekt dəst-sırğa, üzük, bilərzik, sep, klonun pulundan 11010 manat, 11 may 2021-ci il tarixdə nisyə aldıqları 4800 manat dəyərində 30.44 qram çəkidə, 750 əyarlı komplekt dəst-sırğa, üzük, sep, klon və 13.47 qram çəkidə, 750 əyarlı Qrazella firmasından bilərzikin pulundan 3800 manat və 29 may 2021-ci il tarixdə nisyə aldıqları 5395 manat dəyərində 22,05 qram çəkidə, 585 əyarlı Qrazella firmasından komplekt dəst-sırğa, üzük, klon, 4,7 qram çəkidə, 750 əyarlı sep, 15,15 qram çəkidə, 750 əyarlı Qrazella firmasından qolbağ və 14,1 qram çəkidə, 585 əyarlı sepin pulundan 2595 manat borcları qalmışdır. Cavabdehlərin ondan nisyə aldıqları qızıl-zinət əşyalarına görə ona ümumilikdə 26543 manat borcları yaranmışdır. Cavabdehlər ondan aldıqları qızıl-zinət əşyalarına görə qəbzə imza etmişlər. Dəfələrlə cavabdehlərdən ona olan borclarını qaytarmalarını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də o, şikayət ərizəsi ilə Mingəçevir şəhər Polis Şöbəsinə müraciət etmişdi. Müraciəti əsasında araşdırma aparılmışdır. Həmin vaxt Polis Şöbəsində cavabdehlər Mayis Şiriniv və Cavabdeh2nm izahatları alınmış və onlar da ondan qızıl-zinət əşyalarını nisyə aldıqlarını etiraf etmişlər. Lakin, buna baxmaraq cavabdehlər ondan nisyə aldıqları qızıl-zinət əşyalarının pulunu qaytarmamışlar. Pulunu başqa qaydada cavabdehlər dən ala bilmir.
4. Mingəçevir Şəhər Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 20 fevral 2023-cü il tarixli, 2(051)-206/2023 saylı qətnaməsi (hakim Məhburə Kərimova) ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 12948 (on iki min doqquz yüz qırx səkkiz) manat, dövlət rüsumu kimi ödənilmiş 90 (doxsan) manatın alınıb İddiaçı verilməsi, iddianın Cavabdeh2 qarşı olan hissədə rədd olunması qət edilmişdir.
5. Birinci instasniya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı məhkəməyə təqdim etdiyi 5 ədəd yazılı vərəqələrdən aydın olmuşdur ki, iddiaçı 29 mart 2021-ci ildə, 01 aprel 2021ci ildə, 09 aprel 2021-ci ildə, 16 aprel 2021-ci ildə,11 may 2021-ci ildə və 29 may 2021-ci ildə cavabdehə nisyə qızıl-zinət əşyaları vermişdir. İddiaçı tərəfindən yazılmış və cavabdehin məhkəməyə təqdim etdiyi v ərəqəyə görə 29 mart 2021-ci il, 11 aprel 2021-ci il və 11 may 2021-ci il tarixdə verilmiş qızıl-zinət əşyalarına görə pul tam ödənilmiş, 16 aprel 2021-ci il tarixdə verilmiş qızıl-zinət əşyalarına görə 7010 manat, 09 aprel 2021-ci il tarixdə verilmiş qızıllara görə 4038 manat, 29 may 2021-ci ildə verilmiş qızıllara görə 4495 manat qalıq qalmışdır. Cavabdeh həmçinin izahatında həmin puldan ödəniş etdiyini, yəni 29 may 2021-ci il tarixdə aldığı qızılların ödənilməmiş qalan 4495 manat puldan da 1900 manat ödədiyini 2500 manat qaldığını bildirmiş, iddiaçı da iddia tələbində qeyd edilən tarixdə cavabdehə verdiyi qızıllardan cəmi 2595 manat pulun ödənilmədiyini göstərmişdir.
6. Bundan əlavə iddiaçının sübut kimi məhkəməyə təqdim etdiyi vərəqələrə, eləcə də iddiaçıya məxsus nisyə dəftərinə məhkə mə iclasında baxış zamanı vərəqələrin səhifələnmədiyi müəyyən olunmuşdur. Ona görə də nisyə verilmiş qızıl-zinət əşyalarının pulunun ödənildiyi bəzi vərəqələrin qoparılıb götürülüb-götürülməməsini müəyyən etmək mümkün olmamışdır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab etmişdir ki, iddiaçı tərəfindən Cavabdeh1 nisyə satılmış qızıl-zinət əşyaların pulundan 12948 (on iki min doqquz yüz qırx səkkiz) manat ödənilməmişdir.
7. İddiaçı tərəfindən Cavabdeh1 nisyə verilmiş qızıl-zinət əşyalarından konkret olaraq hansının dəyərinin ödənilməməsini müəyyən etmək mümkün olmadığına görə, məhkəmə, həmçinin hesab etmişdir ki, iddia qismən təmin olunmalı, qızıl-zinət əşyalarının ödənilməmiş qalan cəmi 12948 (on iki min doqquz yüz qırx səkkiz) manat pul Cavabdeh1 alınıb iddiaçıya ve rilməlidir.
8. Məhkəmə, həmçinin təqdim edilmiş sübutlara qiymət verərək hesab etmişdir ki, tələb olunan qızıl-zinət əşyalarının hər birinin Cavabdeh2 da nisyə verilməsi öz təsdiqini tapmadığına, Cavabdeh2 nisyə aldığı qızıl-zinət əşyaların pulu ödənildiyinə görə iddia tələbi Cavabdeh2 münasibətdə rədd edilməlidir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 598.1, 600, 427.1 вя 427.2-ci maddəsi, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1 və 217.4-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək birinci instansiya məhkəməsinin 20 fevral 2023-cü il tarixli qətnaməsinin qismən, iddia tələbinin rədd olunması hissədə ləğv edilməsi və iddia tələbi nin tam şəkildə təmin olunmasına dair yeni qətnamənin çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı apellyаsiyа şikаyətini onunla əsaslandırmışdır ki, məhkəmə işə baxarkən Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Azərbaycan Respublikası MPM-nin 385-387-ci maddələrinin tələblərinə riayət etmədən qeyri-obyektiv, ədalətsiz və qanunsuz qətnamə qəbul etməklə onun hüquqlarını kobud surətdə pozmuşdur. İlk öncə o, qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğuldur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2020-ci ildən mağazadan qızıl-zinət əşyalarının alıcısı kimi tanımışdır. Onlarla münasibəti normal olduğu üçün o, cavabdehə 2020-ci ildən başlayaraq qızıl-zinət əşyalarını nisyə satmağa başlamışdır. Belə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ondan 29 mart 2021-ci il tarixdə: 1) 50 qram çəkidə, 583 əyarlı bismart sep və 2) 5,95 qram çəkidə, 750 əyarlı kulon; 01 aprel 2021ci il tarixdə: 1) 33,59 qram çəkidə, 750 əyarlı komplekt dəst-sırğa, üzük, sep, kulon; 2) 24.65 qram çəkidə, 585 əyarlı tros sep və 3) 18,5 qram çəkidə, 585 əyarlı tros qolbağı; 09 aprel 2021-ci il tarixdə: 1) 27,3 qram çəkidə, 750 əyarlı komplekt dəst-sırğa, üzük, sep, kulon, 2) 20,65 qram çəkidə, 750 əyarlı komplekt dəst-sırğa, üzük, sep, kulon, 3) 23,2 qram çəkidə, 750 əyarlı komplekt dəst-sırğa, üzük, sep, kulon və 4) 13,3 qram çəkidə, 583 əyarlı bismart sep; 16 aprel 2021-ci il tarixdə: 1) 14,37 qram çəkidə, 750 əyarlı qolbağı, 2) 30,95 qram çəkidə, 585 əyarlı komplekt dəstsırğa, üzük, qolbağı, sep, kulon, 3) 17,96 qram çəkidə, 750 əyarlı paxlava formalı komplekt dəst-s ırğa, üzük, sep, kulon, 4) 11.75 qram çəkidə, 750 əyarlı kulon və 5) 33,53 qram çəkidə, 750 əyarlı komplekt dəst-sırğa, üzük, bilərzik, sep, kulon; 11 may 2021-ci il tarixdə: 1) 30,44 qram çəkidə, 750 əyarlı komplekt dəst-sırğa, üzük, sep, kulon və 2) 13.47 qram çəkidə, 750 əyarlı Qrazella firmasından bilərzik; 29 may 2021-ci ildə: 1) 22,05 qram çəkidə, 585 əyarlı Qrazella firmasından komplekt dəst-sırğa, üzük, kulon, 2) 4,7 qram çəkidə, 750 əyarlı sep, 3) 15,15 qram çəkidə, 750 əyarlı Qrazella firmasından qolbağ və 4) 14,1 qram çəkidə, 585 əyarlı sepi nisyə almışlar. Aralarında olan razılığa əsasən o, qeyd olunan qızıl-zinət əşyalarını cavabdehlərə nisyə satmağı, cavabdehlər isə nisyə aldıqları qızıl-zinət əşyalarının pulunu yaxın vaxtlarda qaytarmağı öhdələrinə götürmüşlər. Belə ki, cava bdehlər bu barədə qəbz yazaraq imzaları ilə təsdiq etmişlər. Cavabdehlər ondan nisyə götürdükləri qızıl-zinət əşyalarının pulundan müəyyən hissəni ödəmişlər. Lakin cavabdehlər 29 mart 2021-ci il tarixdə ondan nisyə aldıqları qızıldan 2595 manat borcları qalmışdır. Cavabdehlərin ondan nisyə aldıqları qızıl-zinət əşyalarına görə ona ümumilikdə 26543 manat borcları yaranmışdır. Dəfələrlə cavabdehlərdən ona olan borclarının qaytarmalarını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Elə ona görə də o, şikayət ərizəsi ilə Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət etmişdir. Müraciəti əsasında araşdırma aparılmışdır. Həmin vaxt Polis Şöbəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 izahatları alınmış və onlar da ondan qızıl-zinət əşyalarını nisyə aldıqlarını etiraf etmişlər. Buna baxmayaraq cavabdehlər ondan nisyə aldıqları qızıl-zinət əşyalarının pulunu qaytarmamışlar. Ancaq buna baxmayaraq işə baxan Mingəçevir Şəhər Məhkəməsi iddia tələbini qismən təmin etmiş və Cavabdeh1 ona 12948 manat məbləğdə borcu olduğu qənaətinə gəlmişdir. Eyni zamanda da Mingəçevir Şəhər Məhkəməsi cavabdehlər siyahısından Cavabdeh2 çıxartmış və iddia tələbini Cavabdeh2 münasibətdə təmin etməmişdir. O həmin hissə ilə razı olmamışdır və hesab etrmişdir ki, iddia tələbi tam təmin olunmalıdır. Çünki məhkəmə iclası zamanı cavabdehlər həqiqətən də ondan nisyə qızıl-zinət əşyalarını götürdüklərini etiraf etmiş və bu barədə qəbzlərə imza etdiklərini bildirmişlər. Lakin işə baxan Mingəçevir Şəhər Məhkəməsi bu halları nəzərə almamışdır. Bundan başqa Mingəçevir Şəhər Məhkəməsi 20 fevral 2023-cü il tarixli qətnaməsində Ca vabdeh1 izahatının inandırıcı olmasını, iddiaçı ilə birlikdə borcun hesablanması barədə vərəqəyə istinad etmişdir. Lakin bununla bağlı bildirmişdir ki, cavabdeh tərəfindən təqdim olunmuş vərəqədə nə onun, nə də ki cavabdehlərin imzaları olmamışdır. Həmin vərəqənin Mingəçevir Şəhər Məhkəməsi tərəfindən sübut kimi qəbul edilməsi başa düşülən deyildir. Halbuki cavabdehlər ondan nisyə qızıl-zinət əşyalarını aldıqlarını və imzaları ilə təsdiq etdikləri qəbzlər vardır. Bundan başqa, Mingəçevir Şəhər Məhkəməsi 20 fevral 2023-cü il tarixli qətnaməsində Cavabdeh1 ona 12948 manat məbləğdə borcu olduğunu qeyd etsə də, həmin borc məbləğinin hansı qaydada hesablandığını qeyd etməmişdir. Bir daha bildirmişdir ki, cavabdehlərin ona 26543 manat məbləğdə borcları vardır. Belə ki, cavabdehlər bu barədə qəbz yazıb, həmin qəbzi öz imzaları ilə təsdiq etmişlər. Lakin nədənsə işə baxan Mingəçevir Şəhər Məhkəməsi bu halları nəzərə almamış, iddia tələbinin qismən təmin olunması barədə nəticəyə gəlmişdir.
12. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-654/2023 nömrəli iş üzrə 22 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Mahir Əsədli (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Rövşən Rəfiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmamış, hesab etmişdir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibət də ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir.
14. İş materiallında olan Mingəçevir Şəhər Polis Şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, iş üzrə cavabdeh olan şəxlərin izahatları alınmamış, həmin qərarın 3-cü abzasında isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı borclu qaldıqları müəyyən edilmişdir kimi qeyd aparılmışdır. Lakin hansı məbləğdə borclu qaldıqları həmin qərarda qeyd edilməmişdir. Ona görə məhkəmə hesab etmişdir ki, apellyasiya şikayəti bu hissədə də əsassızdır.
15. Apellyasiya məhkəməsi daha sonra qeyd etmişdir ki, iş materialının 9, 10, 11, 12, 13 və 14-cü səhifə lərində olan qəbzələrdə müxtəlif rəngli qələmlərdən istifadə edilərək Mais, Samirə, Mətanət, Kəmalə, Emma sözləri yazılmış, eyni zamanda aldım, qaldı kimi sözlərdən istifadə edilməklə bəzi rəqəmlərin, Mətanət, Kəmalə, Emma və Samirə sözünün üzərindən isə xətt çəkilmişdir. Ona görə iddiaçının özünün təqdim etdiyi qəbzlər natamam və qeyri-müəyyən olduğundan şikayət həmin hissədə təmin edilə bilməz. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən məbləğin Cavabdeh1 tutulması barədə gəldiyi nəticə əsaslıdır.
16. Məhkəmə qeyd etmişdir ki, hər iki tərəfin təqdim etmiş olduğu qəbzlər qeyrimüəyyən olunmaqla nə iddianın təmin, nə də iddianın rədd edilməsi üçün əsaslı sübut ola bilməz. Sadəcə olaraq cavabdeh tərəf təmin edilmiş məbləği mübahisələndirməmişdir. İddiaçı tərəf isə iddianın təmin edilm əmiş 13595 manat dəyərində qızıl-zinət əşyasının cavabdehə verməsinə dair hər hansı bir sübut təqdim etməmişdir. İş materialının 9, 10, 11, 12, 13 və 14-cü səhifələrində olan qəbzlərlə isə iddiaçı tərəfin qeyd edilən məbləğdə qızılzinət əşyalarının onun tərəfindən cavabdehlərə verdiyini müəyyən etmək mümkün deyildir.
17. Apellyasiya məhkəməsi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, iddiaçıya münasibətdə mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, mübahisələndirilən hissə üzrə qanuni və əsaslı qətnamə qəbul olunmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlillə ri a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsi 22 iyun 2023-cü il tarixli qətnaməsində Cavabdeh1 mənə 12948 manat məbləğdə borcu olduğunu qeyd etsə də, həmin borc məbləğinin hansı qaydada hesablandığını qeyd etməmişdir. Ümumiyyətlə qeyd olunan borc məbləğinin hesablanması ilə bağlı məhkəmə qətnaməsində heç bir qeyd aparmamışdır.
20. Məhkəmə işə baxarkən təqdim edilmiş sübutlara düzgün qiymət verməmiş, tətbiq edilməli olan hüquq normasını düzgün tətbiq etməmiş, işi tam və hərtərəfli araşdırmamış və bununla da həqiqəti əks etdirməyən qətnamə qəbul etmişdi r. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
22. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.
23. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.
24. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
25. Maddə 598.1. Əgər alğı-satqı müqav iləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir
26. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Mad də
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədlər
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya insta nsiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin rədd olunması hissədə işə baxması nəzərə alınmaqla və hazırkı kassasiya şikayətində qətnamənin iddiaçı tərəfindən tam mübahisələndirilməsi nəzərə alınaraq məhkəmə kollegiyası hesab elir ki, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası mər uzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur. Həmin dəlillərə sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəs inin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır və həmin hallar üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür.
40. Cavabbehin kassasiya şikayəti əsasən işin hallarının sübut olunmaması və məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə əlaqədardır ki, bu halların araşdırılması da kassasiya baxışı üçün yolverilməzdir.
41. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-654/2023 nömrəli iş üzrə 22 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.