Məhkəmə qərarları › İş №2(102)-4054/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4054/2020

26.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4054/2020 26.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, X1 və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)1091/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim İ.R.Burcayev, iş № 2(008)-2462/2019) İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh əsas borca, cəriməyə və dövlət rüsumuna görə cəmi 6001,87 manat alınaraq İddiaçı ASC-yə verilməsi qət edilmişdir. Bakı Apell yasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: X.Ə.Sarıyev, V.T.Həsənov və Ş.A.Məmmədova) Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: xx xxxxx 2015-ci il tarixdə tərəflər arasında dövlət vəsaiti hesabına idxal olunmuş İddiaçı ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə müqavilə bağlanmış və həmin müqaviləyə əsasən ASC tərəfindən Cavabdeh 19.655,73 manat dəyərində diri çəkisi 8111 kq. olan 16 baş damazlıq heyvan verilmişdir. Müqaviləyə görə lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərindən 9827,87 manatı əvvəlcədən lizinq verənə ödəyir, qalan 9827,86 manatı isə üç il ərzində rübl ər üzrə ödəyir. Cavabdeh tərəfindən ASC-yə ilkin ödəniş kimi 9827,86 manat ödənilsə də, üç il ərizində rüblər üzrə ödənilməli olan məbləğin ASC-yə verilməsi lazımınca təmin edilməmişdir. Bununla əlaqədar ASC işə əmr icraatı qaydasında baxılması barədə məhkəməyə ərizə vermiş və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli əmri ilə cavabdehdən ASC-nin xeyrinə borca görə 8252,32 manat tutulmuşdur. Cavabdeh məhkəmə əmrinin ləğv edilməsi barədə ərizə verdiyi üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə məhkəmə əmri ləğv edilmiş və işə iddia icraatı qaydasında baxılaraq yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh kasasiya şikayəti verərək lizinqə götürdüyü 16 baş he yvandan səkkizinin ölməklə sığorta hadisəsinin baş verməsini, onlardan 4 baş heyvana görə “X4” ASC tərəfindən sığorta ödənişi həyata keçirilsə də, həmin ödənişlərin borcdan çıxarılmamasını, qalan 4 baş heyvana görə sığorta ödənişinin sığorta portfelinin ötürüldüyü “xxxxxxxxxxxxx” ASC tərəfindən ödənilməməsini, bununla əlaqədar onun tərəfindən sığorta şirkətinə qarşı Bakı Kommersiya Məhkəməsində iddia qaldırılmasını əsas göstərməklə həmin işə baxılanadək hazırkı iş üzrə icraatın dayandırılması, sonra isə icraat təzələndikdən sonra Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya kollegiyasının iclasında cavabdehin vəkili kasasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmi şdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə iddaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, İddiaçı ASC-yə məxsus 16 baş damazlıq heyvanın lizinqə verilməsi tərəflər arasında liz inq müqaviləsi bağlanılmaqla rəsmiləşdirilmiş və tərəflər həmin müqaviləni imzalamaqla üzərlərinə qarşılıqlı surətdə öhdəliklər götürmüşlər. Lizinq müqaviləsinin 4.1-ci bəndinə görə lizinq alan bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödənişləri həyata keçirir. Həmin müqavilənin 2.1.10-cu bəndinə əsasən lizinq alan müqavilə şərtlərinə əməl etmədikdə lizinq verən ona lizinqə verilmiş heyvanları geri almaq, ödəniş qrafiki üzrə ödənilməli olan məbləği və damazlıq heyvanlara dəyən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. İşdə olan İddiaçı ASC-nin maliyyə arayışından görünür ki, lizinq alan ödəniş qrafiki üzrə xx xxxxxx 2018-ci il tarixədək 9827,87 manat ödəməli olduğu halda ödəniş etməmiş, nəticədə xx xxxx 2018-ci il tarixə 5881,87 manat məbləğində ə sas, 2370,45 manat məbləğində cərimə borcu yaranmışdır. xx xxxxx 2015-ci il tarixli lizinq müqaviləsinin 3.3-cü bəndinə əsasən lizinq alan təhvil-qəbul aktını imzaladıqdan sonra damazlıq heyvanları zərərin bütün növlərindən qorunması, həmçinin onun tələf olunması, itirilməsi məsuliyyəti onun üzərinə düşür və bu müqavilə üzrə öhdəliklərindən azad etmir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, cavabdehin iddiaçıya 5881,87 manat əsas borcu, 100 manat məbləğində cəriməyə görə borcu vardır və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu ilə birlikdə cavabdehdən tutulmalı olan məbləğ 6001,87 manat təşkil edir. Sığorta şirkəti tərəfindən ona dəymiş zərərin ödənilməməsi və bununla əlaqədar cavabdeh tərəfindən Bakı Kommersiya Məhkəməsində iddia qaldırılması hazırkı iş üzr ə icraatın dayadırılması və qətnamənin ləğv edilməsi üçün əsas vermədiyindən kollegiya kasasiya şikayətinin bu barədə olan dəlillərini əsassız sayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar