Məhkəmə qərarları › İş №2(102)-4056/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-4056/2024

19.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4056/2024 19.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: prosessual məsələlər, işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməsi, prosessual hüquq varisliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2 (105)-135/2024 nömrəli iş üzrə 25 iyul 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən kassasiya şikayətinə dair işə 19 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(027)28/2019 saylı hökmü ilə, X10 Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, X4 vurduğu maddi ziyana görə 17.500 (on yeddi min beş yüz) manat və mənəvi ziyana görə 1.000 (bir min) manat məbləğində pul alınaraq, X15 (bundan sonra mətndə-iddiaçı) verilməsi qərara alınmışdır.

2. Sumqayıt Apellyasiya Məhkəməsin in xx.xx.2019-cu il tarixli 1(105)-164/2019 saylı hökmü ilə, Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(027)-28/2019 saylı hökmü mülki iddianın təmin edilməsi hissəsində dəyişdirilərək, mənəvi ziyana görə X4 alınaraq X15 verilməli olan pulun məbləği 1.000 (bir min) manatdan 4.000 (dörd min) manata qədər artırılmışdır.

3. AZ-İİ 211675 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə görə, X16 xx.xx.2021-ci il tarixdə ölmüşdür.

4. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə görə, İddiaçı X13 vərəsəsidir. 5. 12.12.2019-cu il tarixli çıxarışına görə Quba rayonu, Timiryazev qəsəbəsində yerləşən 0,3191 ha torpaq sahəsi X6 adına rəsmiləşdiriımişdir. Həmin torpaq sahəsi xx.xx.2019-cu il tarixdə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən alıcı X2 adına özgəninkiləşdiril mişdir.

6. Torpağın mülkiyyətə verilməsinə dair JN-260F KOD 30304048 saylı şəhadətnamənin surətinə görə, X10 və onun ailə üzvləri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli qərarı ilə 0,06 ha torpaq sahəsi verilmişdir.

7. Quba RİHB-nın Alekseyevka kənd İƏD üzrə nümayəndəliyinin arayışına görə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Quba rayonu, Timiryazev qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatdadırlar.

8. Quba Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli məktubuna görə, X6 ölümündən sonra Quba Regional “Asan Xidmət” mərkəzində notariat ofisinə onun adına vərəsəlik işinin açılması barədə məlumat aşkar edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat:

9. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X7 20250 (iyirmi min iki yüz əlli) manat məbləğində zərərin və 151 manat məhkəmə rüsumunun əvəzinin tutularaq ona verilməsi barədə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 qərarın icrası mərhələsində tələb olunan məbləğdən 1250 manat pul ödəmişdir. Görülmüş icra tədbirlərinə baxmayaraq keçən müddət ərzində 20250 manat pul borclu tərəfindən ödənilməmişdir. X16 19 noyabr 2021-ci il tarixdə vəfat etmiş, atasının vəfatından sonra hüquqi varis kimi o, proseslərdə iştirak etmişdir. X3 isə 15 sentyabr 2022-ci il tarixdə vəfat etmişdir. Onun vəfatınd an sonra üç vərəsəsi - cavabdehlər qalmışdır. Cavabdehlər qərəzli formada öhdəlik yaranmaması üçün miras qoyan X6 ölümündən sonra vərəsəlik açılması üçün notariat orqanına müraciət etmirlər. Buna baxmayaraq cavabdehlər Rəcəb Əzizova məxsus 0,06 ha torpaq sahəsində yerləşən evdə yaşamaqla, onun mirasından istifadə və idarə etməklə mirası faktiki qəbul etmişlər. Həmçinin cavabdehlərdən Cavabdeh1 borclunun ölümündən sonra məhkəmə proseslərində hüquqi varis kimi tanınmış və iştirak etmişdir. Cavabdehlər göstərilən borcu ödəmək istəmirlər.

11. Cavabdeh1 iddianı qəbul etməyərək, bildirib ki, atası X6 vəfatından sonra vərəsəliyi qəbul etməmişlər. Evin çıxarışı yoxdur. Onlar miras əmlakdan birgə istifadə edirlər. Vərəsəliyi qəbul etmədikləri üçün, qeyd olunan borc öhdəliyi onların üzərinə qoyulmam alıdır. İddia əsassızdır. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Quba Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) xx.xx.2023-cü il tarixli, 2(027)-1041/2023 nömrəli qətnaməsi ilə, iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X7 20250 (iyirmi min iki yüz əlli) manat məbləğində vəsaitin iddiaçının xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun əvəzi 151 manat cavabdehlərdən iddiaçının xeyrinə tutulması qət edilmişdir (hakim Vüqar Seyidov).

13. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 15 sentyabr 2022-ci il tarixdə vəfat etmiş X4 miras qalmış əmlakı qanunla müəyyən edilmiş rəsmi formada vərəsəliyi qəbul et məsələr də, iş materiallarından müəyyən edildiyi kimi onlar X6 ailə üzvləridir və mərhumdan qalan miras əmlaka faktiki olaraq sahib olmuşlar. Belə olan halda cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 X6 vəfatından sonra mirası və qalan bütün öhdəlikləri qəbul etmiş olurlar.

14. Məhkəmə xx.xx.2019-cu il tarixli 1(027)-28/2019 saylı hökmü və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(105)-164/2019 saylı qərarını mötəbər sübut kimi qəbul edib hesab edib ki, iddia tələbi dəymiş ziyanın tutulması hissəsində əsaslıdır və cavabdehlərdən tutulmalıdır.

15. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edib ki, iddiaçının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabd eh3 qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır.

16. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096.1, 1096.2, 1097.1, 1097.3, 1112 və 1113.1-ci maddələrinə, “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası onstitusiya Məhkəm əsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına və Azərbaycann Respublikası Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88, 106.1-ci maddələrinə maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:

17. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2(027)-1041/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ziyana görə hesablanan pul iddiaçıya aid olmadığı üçün iddiaçının bu pulu cavabdehlərdən tələb etməyə subyektiv hüququ yoxdur. Bu tələb X15 aid olub. Onun vəfat etməsi ilə tələbə də xitam verilib. Bu tələb Azərbaycan Respubli kası Mülki Məcəlləsinin normalarına əsasən vərəsəlik üzrə keçə bilməz. Bu tələb şəxsin özünə aid olduğundan onun ölümü ilə də tələbə xitam verilmişdir. Bununla yanaşı cavabdehlər X6 vərəsəliyini qəbul etməyiblər. Bununla bağlı Quba rayon icra və probasiya şöbəsinin icraata xitam verilməsi haqqında 18 aprel 2023-cü iltarixli qərarı qəbul edilmişdir. Həmin qərara əsasən Rəcəb Əzizovun adına vərəsəlik açılmadığı üçün Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)28/2021 saylı icra sənədi üzrə icraata xitam verilmişdir.

19. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-1695/2023 nömrəli qərardadı ilə X4 miras qalmış birgə mülkiyyətdə olan Quba rayonu, Timiryazev kəndidndə yerləşən 0,06 ha torpaq sahəsinin hazırki bazar qiyməti müəyyən edilməsinə dair ekspertiza t əyin edilmişdir. 04 dekabr 2023-cü il tarixli ekspert rəyinə görə Quba rayonu, Timirzayev kəndində yerləşən birgə mülkiyyətdə olan 0,06 ha torpaq sahəsinin hazırki orta bazar qiymətinin 13000 manat olduğu qeyd edilmişdir.

20. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-135/2024 nömrəli qərardadı ilə Quba rayonu, Timirzayev kəndində yerləşən hazırda cavabdehlərin yaşadıqları həmin evin tikintisinə istifadə edilmiş tikinti materiallarının ümumi dəyərinin müəyyən edilməsinə dair məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Ekspertizanın keçirilməsi ilə əlaqədar tədqiqat obyekti olan evə baxış keçirilməsi 06 mart 2024-cü il tarixə saat 16:00-a təyin edilsə də, cavabdehlər tərəfindən həmin tarixdə tədqiqat obyektinə baxış keçirilməsi təmin olunm adığından ekspert H.Məmmədov tərəfindən ekspertizanın aparılmasından imtina edilmişdir.

21. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonraapellyasiya instansiya məhkəməsi) xx.xx.2024-cü il tarixli, 2(105)-135/2024 nömrəli qətnaməsi ilə (hakimlər İ.K.Dəmirov (sədrlik edən və məruzəçi), F.Ə.Məmmədov və L.E.Rəhimli ibarət tərkibdə) Cavabdeh1 apellyasiya şikayətinin rədd edilməsini, birinci instansiya məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2(027)-1041/2023 nömrəli nömrəli qətnaməsinin dəyişdirilməsini, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hər birindən 6750 manat olmaqla, ümumilikdə 20250 manat məbləğində vəsaitin iddiaçının xeyrinə tutulmasını və qətnamənin digər hissədə dəyişdirilmədən saxlanılmasını qət etmişdir.

22. Məhkəmə kollegiyası apellyasiya şikayətini n dəlillərini və iş materiallarını araşdıraraq hesab edib ki, mübahisə predmeti olan cavabdehlərin yaşadıqları fərdi yaşayış evinin tikintisinə müəyyən vəsait sərf olunmuşdur. Həmin tikilinin fotoşəkilləri işin 167,168,169-cu səhifələrində əks olunmuşdur. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 cavabdehlərin yaşadıqları evin onun atası mərhum X10 tərəfindən deyil, babası X11 tərəfindən tikildiyini bildirmişdir və bunu təsdiq edən cavabdehlərin imza etdikləri 16 yanvar 2024-cü il tarixli aktı məhkəmə kollegiyasına təqdim etmişdir (i/v 181). Belə olan halda isə həmin evin tikintisinə çəkilmiş xərclər üzrə hüquqlar mərhum X5 onun hüquqi varisi olan xx.xx.2022-ci ildə vəfat etmiş X1. Bununla əlaqədar məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)-135/2024 nömrəli qərardadı ilə Quba rayonu, Timiryazev kəndində yerləşən hazırda cavabdehlərin yaşadıqları həmin evin tikintisinə istifadə edilmiş tikinti materiallarının ümumi dəyərinin müəyyən edilməsinə dair məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Ekspertizanın keçirilməsi ilə əlaqədar tədqiqat obyekti olan evə baxış keçirilməsi 06 mart 2024-cü il tarixə saat 16:00-a təyin edilsə də, cavabdehlər tərəfindən həmin tarixdə tədqiqat obyektinə baxış keçirilməsi təmin olunmadığından ekspert H.Məmmədov tərəfindən ekspertizanın aparılmasından imtina edilmişdir.

23. Məhkəmə qeyd etmişdir ki, cavabdehlərin hazırda yaşadıqları mərhum X8 məxsus yaşayış evinə çəkilmiş xərclərə görə hüquqlar onun vərəsələri olan cavabdehlər tərəfindən qəbul olunduğundan mərhum X6 borcları üzrə vəzifələr bərabər payda on un birinci növbəli vərəsələri olan cavabdehlərə keçməlidir.

24. Bundan əlavə məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edib ki, mərhum borcluya məxsus yaşayış evi qeydiyyatdan keçməsə də, həmin tikinti X6 və onun hüquqi varislərinin ümumi birgə mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşdiyindən qeyd edilən yaşayış evinə Mülki Məcəllənin 180.3-cü maddəsinin tələbləri baxımından cavabdehlərin gələcəkdə gözlənilən mülkiyyət hüququ vardır.

25. Bununla əlaqədar məhkəmə kollegiyası mərhum X3na aid torpaq sahəsi üzrə payının dəyərinin ayrılıqda müəyyən edilməsini işin yuxarıda araşdırılan hallarına əsasən artıq zəruri hesab etməmişdir. Yəni evin tikintisinə çəkilmiş xərclər yuxarıda göstərilənlərə əsasən ümumi borc məbləğindən çox olduğundan, mərhum borclunun torpaq payının dəyərinin ayrılıqda müəyyən edilməsinə zərurət aradan qalxmış olur.

26. Məhkəmə kollegiyası həmçinin borcdan yayınmaq məqsədi ilə hələ mərhum borclunun sağlığında ona məxsus torpaq sahələrinin onun nümayəndəsi Cavabdeh1 tərəfindən özgəninkiləşdirilməsinə dair iddiaçının dəlillərinin araşdırılmasını da zəruri hesab etməmişdir.

27. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151, 1151.1, 1151.2, 1243, 1255, 1306.1 və 1306.2-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 97.5, 217.3, 217.4 və 384.0.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a)Kassasiya şikayətinin dəlilləri:

28. Cavabdeh1 (onun vəkili Vəkil) apellyasiya instansiya məhkəməsinin Mülki kollegiyasının 2(105)-135/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv olunmasını, işin yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına göndərilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi 2(105)-135/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməni qəbul etməklə bir sıra maddi hüquq normalarının tələblərini pozmuşdur. Apellyasiya instansiya məhkəməsi demək olar ki, birinci instansiya məhkəməsinin qətnaməsində olan mövqeni qəbul etdiyi qətnaməyə köçürməklə öz işini bitmiş hesab etmiş, özü də qeyd etdiyi kimi birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlamalı olduğu halda bu vəzifəsini yerinə yetirməmişdir. Məhkəmə ziyanı vərəsələrə münasibətdə düzgün bölməmiş və formal təhlilə üstünlük vermiş və bunla da hansı mövqeni sərgiləmək istədiyi məlum olmur. Məhkəmə çəkişmə prinsipinin də tələblərini pozmuş, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sübutları və ifadələri nəzərə almamış, öz mövqeyini mötəbər sübutlarla deyil, iddiaçının ziddiyyətli ifadələri və qeyri–mötəbər sübutlarla əsaslandırmışdır. Apellyasiya instansiya məhkəməsi iddiaçının subutu olmadan iddianın təmin edilməsi ilə bağlı səhv nəticəyə gəlmiş və həmçinin işin mühüm halını araşdırmamış, işdə olan digər sübutlarla əlaqəli şəkildə təhlil etməmiş və mülki prosessual qanunun yuxa rıda adı çəkilən normasının tələblərini pozaraq yanlış nəticəyə gəlmişdir.

30. Cavabdeh kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1153-cü maddəsinə, Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin M.Bağırovun şikayati üzrə Azarbaycan Respublikası Ali Məhkaməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azarbaycan Respublikası Konstitusiyasına va qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.1 və 88-ci maddələrinə istinad etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

31. İddiaçı teleqramla müraciət edərək, kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

32. Maddə 1151. Ölən şəxsə tələb hüququ ilə məxsus olan borc məbləği onun miras kütləsinə daxildir və buna görə də vərəsəliyi qəbul etmiş şəxs də həmin ona ödənilməli olan borcu da qəbul etmiş sayılır.

33. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

34. Maddə 1151.2.Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.

35. Maddə 1243.Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

36. Maddə 1255.Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

37. Maddə 1306.1.Vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar.

38. Maddə 1306.2.Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırla r. Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı:

39. Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır.Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üs ulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Qərarı:

40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmiş, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibərlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad et diyi halları sübut etməlidir.

43. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

44. Maddə 97.5.Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər;

45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

47. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

48. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə;...

49. Maddə 262.1. İş ü zrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.

50. Maddə 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir.

51. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İcra haqqında Azərbaycan Respublikasının Qanunu

52. Maddə 20.1. İcra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; 20.1.2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; 20.1.3. tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edi ldikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; 20.1.4. icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; 20.1.4-1. qanun əsasında borclunun dövlətə olan borcu silindikdə; 20.1.4-2. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə; 20.1.5. icra sənədi tam icra ol unduqda. 20.2. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 20.3. İcra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. 20.4. İcra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. 20.5. Tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (on lar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. 20.6. İcraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. 20.7. İcraata xitam verilməsi barədə icra məmurunun qərarı bu Qanunun 20.4-cü və 20.5-ci maddələrinə müvafiq olaraq ləğv olunmadıqda və ya ondan şikayət verilmədikdə, şikayət verildikdə isə bu şikayətin təmin olunmaması barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) geri qaytarılır. 20.8. İcra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıl dıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir.

53. Maddə 3

1. İcraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir. Kassasiya baxışının hədləri:

54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

55. Hazırkı kassasiya şikayətini cavabdeh tərəfindən qətnamə tam mübahisələndirdiyindən apelyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

56. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə iş üzrə icraata xitam verilməli olduğu halda işə mahiyyəti üzrə baxmış, bununla da prosessua l hüquq normaları düzgün tətbiq edilməmişdir.

57. Baxılan işin halları ilə müəyyən edilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə iddiaçının (baxılan iş üzrə iddiaçının atasının) mülki iddiası təmin olunmuş, yolnəqliyyat hadisəsi nəticəsində vurduğu maddi ziyana görə 17500 manat və mənəvi ziyana görə 4000 manat pul vəsaitinin, ümumilikdə 21500 manat pulun X4 (baxılan iş üzrə cavabdehlərin atasından) alınaraq iddiaçının atası X15 verilməsi qərara alınmışdır. Qərarın icrası mərhələsində tələb olunan məbləğdən 1250 manat pul ödənilmiş, 20250 manat ödənilməmiş qalmışdır. X16 19 noyabr 2021-ci il tarixdə və X10 15 sentyabr 2022-ci il tarixdə vəfat etmişlər. İddiaçı X13 vərəsəsidir və o, mirasın qəbulu ilə bağlı şəhadətnamə almışdır. Cavabdehlər isə X6 ailə üzvləri-hüquqi varisləri olmaqla sonuncudan miras qalmış əmlaka sahblik və istifadə edirlər.

58. Quba rayon icra və probasiya şöbəsinin icraata xitam verilməsi haqqında 18 aprel 2023-cü il tarixli qərarı qəbul edilmişdir. Həmin qərara əsasən Rəcəb Əzizovun adına vərəsəlik açılmadığı üçün Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)28/2021 saylı icra sənədi üzrə icraata xitam verilmişdir.

59. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi verilmiş şikayətə mahiyyəti üzrə baxarkən ilkin olaraq iddianın mülki məhkəmə icraatı qaydasında baxılmasının mümkünlüyünü müzakirə etməli və birinci instansiya məhkəməsində işə baxılarkən prosessual qanunvericiliyin tələblərinə əməl edilibedilməməsinə qiymət verməli idi.

60. Məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsi ilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını da əhatə edir. Bu hüquq məhkəmə prosesinin bütün mərhələlərinə aid olmaqla, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi nə dair” 2012-ci il 28 fevral və “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il 12 aprel tarixli Qərarları).

61. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Məcəllə mülki məhkəmə icraatının ümumi qaydalarını, habelə icraatın prinsip və şərtlərini müəyyən etməklə yanaşı, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mülki icraatın aparılması, işin ədalətli həllinə yönəlmiş qaydalara riayət olunmaqla son nəticədə məhkəmə aktlarının qəbulunu, onlardan şikayət verilməsi və bu şikayətlərə baxılması qaydasını tənzimləyir.

62. Mülki Prosessual Məcəllənin normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun İ.Şabanovanın şikayəti ilə əlaqədar 2012-ci il 27 avqust tarixli Qərarı).

63. Məhkəmə kollegiyası baxılan iş üzrə qəbul ediləcək qərardadın məhkəməyə müraciət etmə hüququ ilə bağlılığını nəzərə alıb, qeyd edir ki, mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən Azərbay can Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

64. Həmin Məcəllənin 5.1-ci maddəsində göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.

65. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlar ının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir.

66. Hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, Konstitusiyanın 60-cı maddəsi müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir.

67. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüq uqu mütləq hüquq deyildir və müəyyən prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Bu cür prosessual şərtlər əsasən MPM-nin 261-ci maddəsində nəzərdə tutulmuşdur.

68. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə görə işə məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iş üzrə icraata xitam verilir.

69. Baxılan işin hallarında görünür ki, artıq tələb olunan pul vəsaitinin borcludan tutulmasına dair məhkəmə aktı qəbul olunmuş, qanuni qüvvədədir və qismən icra olunmuşdur. Lakin icra icraatında tərəf olan borclu və tələbkar vəfat etdiyindən faktiki olaraq icra icraatında sıradan çıxmış hesab olunurlar. Bu halda icra məmuru müvafiq qərar qəbul edərək sıradan çıxmış tərəflərin əvəz edilməsini təmin etməlidi r. İcra məmurunun bu vəzifəsi “İcra haqqında Qanunun” 31-ci maddəsindən irəli gəlir.

70. Belə ki, icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir.

71. Baxılan işin hallarından aydın olur ki, tələbkarın vərəsəsi rəsmi qaydada mirası qəbul etmiş və bununla bağlı ona mirasın qəbulu haqqında şəhadətnamə verilmişdir.

72. Borclunun mülkiyyətində to rpaq sahəsi və onun üzərində yerləşən qeydə alınmayan tikili mövcud olmuşdur. İşin halları ilə aşkar olaraq müəyyən olunur ki, həmin miras əmlak olan torpaq sahəsi və üzərində olan tikililəri faktiki olaraq baxılan iş üzrə cavabdeh qismində cəlb olunmuş şəxslər qəbul edərək ona sahiblik və istifadə edilər.

73. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 ok tyabr tarixli Qərarı).

74. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir.

75. Beləliklə göstərilən şəxslərin mirasın qəbulu haqqında şəhadətnamə almamaları miras qoyanın borcları-passivi üçün onların cavabdehliyini istisna etmir. Göstərildiyi kimi miras qoyanın passivinə mirası rəsmi olaraq qəbul etməmiş vərəsələrinin cavabdehlik daşımasına dair Konstitusiya Məhkəməsi xx.xx.2020-ci il tarixli qərarında öz mövqeyini bildirmişdir. İcra məmuru məhz həmin qərarda olan Konstitusiya Məhkəməsinin mövqeyinə uyğun hərəkətləri yerinə yetirməli olmuşdur.

76. Belə olan hald a icra məmuru yuxarıda istinad olunan normanı tətbiq etməklə sıradan çıxmış tərəfləri hüquqi varisi (varisləri) ilə əvəz etməli və bundan sonra cəlb olunmuş şəxslərlə birlikdə icra sənədinin icraatının davam etdirilməsi təmin edilməli idi.

77. Digər tərəfdən nəzərə alınmalıdır ki, “İcra Haqqında Qanunun” 20-ci maddəsində icra işi üzrə icraata xitam verilməsinin əsaslarını müəyyən edilmişdir. Həmin maddədə borclunun və ya tələbkarın ölümündan sonra vərəsəlik işinin açılmaması əsası ilə icra icraatına xitam verilməsi nəzərdə tutulmamışdır.

78. Göstərilən əsasla icra icraatına xitam verilməsinə dair qərar qəbul edildiyi halda icra məmurunun həmin qərarı icra sənədini vermiş məhkəməyə göndərilməsinə dair vəzifəsi olmuş, həmin məhkəmə isə qanunun 20.4-cü maddəsinin tələbi baxımdan xidməti vəzif əsindən çıxış edərək qərarın qəbulu zamanı qanunvericiliyin tələblərinin düzgün tətbiq edilib-edilməməsini yoxlamalı və qanuna uyğun olmayan halların müəyyən edildiyi halda həmin qərarı ləğv edərək icra icraatının davam etdirilməsi üçün icra sənədinin yenidən icraya yönəldilməsi təmin edilməlidir.

79. Göründüyü kimi, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli Qanunu ilə “İcra haqqında” Qanuna edilmiş dəyişikliklərə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi səlahiyyəti məhkəmələrdən alınaraq icra qurumuna verilsə də, qanunverici məhkəməyə öz təşəbbüsü ilə icra məmurunun icraata xitam verilməsi barədə qərarının qanuniliyini yoxlamaq səlahiyyəti vermişdir.

80. Beləliklə, qanunda edilən bu d əyişikliklər məhkəmə qərarlarının vaxtında və düzgün icrasını təmin etmək məqsədi daşıyır. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun bu qərarından şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir.

81. Lakin icra məmuru tərəfindən qanunvericiliyin tələbinin pozulmasını nəzərə almayan məhkəmələr tələbkarın vərəsəsinin iddiasını icraata qəbul edərək artıq məhkəmə aktı ilə həll olunmuş tələb üzrə yeni icraat açmış və iddianı mahiyyəti üzrə həll edən məhkəmə aktları qəbul etmişlər.

82. Halbuki, Mülki Prosessual Məcəlləninin 233.3-cü maddəsinin tələbinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və i şdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

83. Göründüyü kimi istinad olunan norma tərəflərlə birlikdə onların hüquq varislərini qətnamə qanuni qüvvəyə mindikdən sonra məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürmək imkanını tam məhdudlaşdırmışdır.

84. Bu halda isə birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 153-cü maddəsinin müəyyən etdiyi qaydanı tətbiq edərək iddianın yolverilməz hesab edilməsinə də dair qərar qəbul edilməsini təmin etməli idi.

85. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir.

86. Bu məsələ ilə bağlı Konstitusiyanın 129-cu maddəsinin müddəaları böyük əhəmiyyətə malikdir. Həmin maddənin tələblərinə görə, məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

87. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir.

88. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bü tün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

89. Məhkəmə kollegyiası qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər.

90. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq i cra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar).

91. Qeyd olunanlara əsasən məhkəm ə kollegiyası belə qənaətə gəlir ki, artıq baxılan iş üzrə irəli sürülmüş tələb üzrə qanuni qüvvədə olan məhkəmə aktı olduğundan və həmin tələbin yenidən irəli sürülməsi üçün tələbkarın hüquqi varisinin prosessal əsası olmadığından tələbə mahiyyəti üzrə yenidən baxmaqla məhkəmələr prosessual qanunvericiliyin tələblərini pozmuşlar.

92. MPM-in 418.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

93. Həmçinin qeyd olunmalıdır ki, MPM-in müvafiq olaraq 387.2.8 və 418.4.10-cu maddələrinə əsasən, iş üzrə icraata xitam verilməsi üçün əsasların olub-olmamasının yoxlanılması apelyasiya şikayətinin və ya kassasiya şikayətinin dəlillərinə tabe tutulmur və şikayətin dəlil lərindən asılı olmayaraq, icraata xitam verilməsi üçün əsasların olub-olmaması hər bir halda araşdırılmalıdır.

94. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata iddia icraatı qaydasında baxılmalı olmadığı əsası ilə xitam verilməlidir.

95. MPM-nin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.

96. Məhkəmə kollegiyası izah edir ki, icra icraatında sıradan çıxmış tərəflərin hüquqi varislərinin əvəz edilməsi icra məmurunun vəzifəsidir. İcra icraatında sıradan çıxmış tərəflər əvəz edildikdən sonra isə vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün mə cburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir. Əgər icra məmuru tərəfindən bu vəzifələr yerinə yetirilmədikdə, tələbkarın müraciəti əsasında icra məmuru “İcra Haqqında Qanunun”un 31-ci maddəsində irəli gələn vəzifələrini icra etməli, əks təqdirdə tələbkarın icra icraatı üzərində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etmək hüquq vardır.

97. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 iyul 2024-cü il tarixli, 2(105)-135/2024 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İş üzrə icraata xitam verilsin. Qərar qəbul

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar