Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4057/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: buraxılmış prosessual müddətin bərpası 05.12.2024 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1090/2024 nömrəli, 22 oktyabr 2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 5 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 32.000 manat maddi ziyanın və 186 manat dövlət rüsumunun əvəzinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
2. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(060)-716/2024 nömrəli qətnaməsi ilə (hakim Elmir Hüseynov) iddia tələbi qismən təmin edilərək, Cavabdeh 30.240 manat maddi ziyanın əvəzi və 180,72 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı verilməsi, ödənilmiş 5,28 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir Apellyasiya instansiyası məhkəməsindəki icraat
3. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia nın rədd edilməsini xahiş etmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2 iyul 2024-cü il tarixli, 2(105)-1090/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-716/2024 nömrəli qətnaməsi qismən- Cavabdeh 10.076 manat pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia həmin hissədə təmin edilməmiş, qətnamə qalan- Cavabdeh 20.164 manat pul vəsaitinin və dövlət rüsumuna görə ödənilmiş 180,72 manat pulun alınaraq İddiaçı ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.
5. Cavabdehin vəkili və nümayəndəsi Vəkil3 kassasiya şikayəti vermiş, kassasiya şikayətinə prosessual müddətin bərpası barədə ərizə əlavə edilmişdir.
6. Əri zə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi barədə cavabdehin rəsmi məlumatı xx.xx.2024-cü il tarixində olub. Onun elektron kabineti yoxdur və 2 əvvəlki vəkli də ona bu barədə məlumat verməyib. O, xx.xx.2024-cü il tarixdə imza çəkərək Apellyasiya Məhkəməsindən həmin qətnamənin surətini alıb. Qeyd edildiyi kimi həmin qətnamə rəsmi qaydada cavabdehə xx.xx.2024-cü il tarixində verilib. Ona görə də hesab edir ki, kasassiya şikayətinin verilmə müddəti ötürülməyib. Bununla birlikdə məhkəmə həmin müddətin ötürüldüyünü hesab edirsə, obyektiv və üzrlü səbəbləri nəzərə alaraq həmin müddətin bərpa edilməsini xahiş etmişdir.
7. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1090/2024 saylı, 22 oktyabr 2024-cü il tarixli qərardadı ilə Sumqayıt Apellyasiy a Məhkəməsi Mülki Kollegiyasının 02 iyul 2024-cü il tarixli, 2(105)-1090/2024 nömrəli qətnaməsindən Cavabdeh vəkili və nümayəndəsi Vəkil3 tərəfindən kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
8. Cavabdeh, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1090/2024 saylı, 22 oktyabr 2024-cü il tarixli qərardadından kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 iyul 2024-cü il tarixli, 2(105)-1090/2024 nömrəli qətnaməsindən Cavabdeh vəkili və nümayəndəsi Vəkil3 tərəfindən kassasiya şikayətinin verilməs i üçün buraxılmış müddətin bərpa olunmasına dair ərizənin təmin edilməsini xahiş etmişdir.
9. Kassator kassasiya şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı; Mülki Prossesual Məcəlləsinin 217.1, 218.3, 418-ci maddələrinə istinad edərək, belə əsaslandırmışdır ki, həm Sumqayıt Apelyasiya Məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edildiyi hissəsində qanunvericiliyin maddi və prosessual normalarına zidd olduğu kimi, həm də əsassız və ədalətsizdir. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normalarını pozmuş, onları düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmadan qətnamə qəbul etmiş, cavabdehin hüquqlarını pozmuşdur. Belə ki, Sumqayıt Apelyasiya Məhkəməsinin həmin qətnaməsi ona rəsmi qaydada xx.xx.2024-cü il tarixdə verilib və xx.xx.2024-cü il tarixidə, yəni 2 aylıq kasasiya şikayətinin verilmə müddəti bitmədən kasassiya şikayətini vermişdir. Apelyasiya Məhkəməsi həmin qətnaməni poçt vasitəsi ilə onun ünvanına göndərməyib. Bundan başqa onun elektron kabineti yoxdur və əvvəlki vəkili Vəkil1 ona bu qətnamə barədə məlumat vermədiyi kimi, Vəkil1 vəkillik fəaliyyəti 10 iyul 2024-cü il tarixdə dondurulub və o, eyni zamanda həmin dövrdə ağır əməliyyat keçirib. Göründüyü kimi həmin qətnamə rəsmi qaydada ona xx.xx.2024-cü il tarixdə verilib. Ona görə də hesab edir ki, kasassiya şikayətinin verilmə müddəti ötürülməyib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 10.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
11. Maddə 1 0-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 12.Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. 13.Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 14.Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hall arda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir 15.Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 16.Maddə 405.0.2. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. 17.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdı rılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 18.Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti qaytarılır. 19.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri 20.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 21.Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi 22.Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən mülki prosessual hüquq normalarının tələblərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. 23.Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən mülki prosessual hüquq normalarının tələblərini pozduğunu, buraxılmış prosessual müddətin bərpa edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. 24.Belə ki, apellyasiya instansiyası məhkəməsi, cavabdehin qətnamədən verdiyi kassasiya şikayəti üzrə buraxılmış prosessual müddətin bərpası barədə ərizəsini rədd edərkən, qətnamənin surətinin onun nümayəndəsi və vəkilinin elektron kabinetinə 12 iyul 2024-cü il tarixdə yerləşdirilməsinə baxmayaraq, qətnamədən iki aylıq prosessual müddəti ötürməklə 06 oktyabr 2024-cü il tarixdə kassasiya şikayəti vermişdir. Halbuki, MPM-in 405.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. 25.Həmin Məcəllənin 133.1-ci maddəsində göstərilir ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 26.Hazırkı halda qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəblərinin üzrlü hesab edilərək bərpa edilməsi üçün əsaslar olmadığından, apellyasiya instansiyası məhkəməsi cavabdehin prosessual müddətin bərpası barədə ərizəsini rədd edib kassasiya şikayətini geri qaytarma qla düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan mülki prosessual normaların tələblərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq etmişdir. 27.Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan prosessual müddətin bərpası barədə ərizəsinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan mülki prosessual hüquq normalarının tələblərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdiri lmədən saxlanılmalıdır. 28.Qeydə olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a a ldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 oktyabr 2024-cü il tarixli, 2(105)-1090/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.