Məhkəmə qərarları › İş №2(102)-4058/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4058/2022

27.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4058/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı2 Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddiadan imtina edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı2 Cavabdeh MMC-yə qarşı əvəzetmə və məcburi işburaxma ilə bağlı ödənilməyən əmək haqqının, dəymiş mənəvi ziyanın ödənilməsi tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-131/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə Ali Məhkə mənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı2 Cavabdeh MMC-yə qarşı əvvəlcə iddia ərizəsi, sonra iddia tələbinin həcminin artırılması barədə ərizələrlə, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh şirkətində onun tərəfindən 20162017-ci illərdə Baş direktorun vəzifəsini icra etdiyinə görə baş direktorun və hüquq departamentinin rəhbərinin əmək haqqı məbləğləri arasında olan fərqin və ödənişin hər gecikdirildiyi günə görə 1% cərimənin məhkəmə tərəfindən hesablanması və iddiaçıya “X2”dakı **********371057 saylı əmək haqqı kartına köçürülməklə ödənilməsinin təmin edilməsi, xx.xx.2018-ci ildən xx.xx.2018 -ci il tarixədək onun iş yerinə buraxılmaması və həmin müddət üçün ona ödənilməyən əmək haqqı məbləğindən və ödənişin gecikdirildiyi hər gün üçün ödənilməyən məbləğin 1% cərimə məbləğində 2422.5 manat maddi ziyanın ona X1 **********371057 saylı əmək haqqı kartına köçürülməklə ödənilməsinin təmin edilməsi, onun iş günü olmayan bayram və istirahət günlərində işlədiyi günlərə görə ödənilməyən əlavə əmək haqqının və ödənişin gecikdirildiyi hər gün üçün ödənilməyən məbləğin 1% cərimənin hesablanmasının vəzifə olaraq Cavabdeh MMC-nin üzərinə vəzifə olaraq qoyulması və ödənilməsinin onun ona X1 **********371057 saylı əmək haqqı kartına köçürülməklə ödənilməsinin təmin edilməsi, ona iş vaxtından artıq işlədiyi saatlara görə əmək haqqına əlavənin məbləğinin və ödənişin gecikdirildiyi hər gün üçün ö dənilməyən məbləğin 1% cərimənin hesablanmasının vəzifə olaraq Cavabdeh MMC-nin üzərinə qoyulması və ödənilməsinin onun X1 **********371057 saylı əmək haqqı kartına köçürülməklə təmin edilməsi, xx.xx.2017-ci ildə vəzifə dəyişikliyi nəticəsində Hüquq işlər üzrə Departament Rəhbəri vəzifəsinə təyin olunmasından sonra rəhbər vəzifəsi və menecer vəzifəsi arasındakı ödənilməyən 133626.5 manat məbləğində əmək haqqının və ödənişin gecikdirildiyi hər gün üçün ödənilməyən məbləğin 1% cərimənin Cavabdeh MMC tərəfindən onun “X2”dakı **********371057 saylı əmək haqqı kartına köçürülməklə ödənilməsinin təmin edilməsi, qanun pozuntusu nəticəsində ona Cavabdeh MMC-dən 10000 manat məbləğində mənəvi ziyanın ödənilməsinin onun “Unibank”dakı AZ14UBAZ**********1010AZN001 əmək haqqı hesabına təmin edilməsi, ca vabdehin qanuna zidd hərəkətləri nəticəsində xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC-nin işçilərinə bonus siyasətinə əsasən ödənilməsi nəzərdə tutulan, lakin ona naməlum və qərəzli şəkildə ödənilməyən 2018-ci iş ili üçün müəyyən edilmiş 25% illik mükafat məbləğinin və ödənilməyən hər gün üçün 1% cərimə məbləğinin hesablanması və onun X1 **********371057 saylı əmək haqqı kartına köçürülməklə ödənilməsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Abşeron Rayon Məhkəməsinin 09 sentyabr 2019-cu il tarixli, 2(012)982/2019 nömrəli qətnaməsi ilə (hakim S.Quliyeva) iddia tələbi qismən təmin edilmiş, cavabdeh “Carlsberg Azerbaijan" MMC-dən İddiaçı2 xeyrinə baş direktorun vəzifəsini müvəqqəti icra etdiyi xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci ilin fevral ayına qədər olan müddət üzrə şirkət üzrə baş direktorun 2016-2019-cu illər üzrə orta əmək haqqı nəzərə alınmaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 162.1-ci maddəsinə müvafiq olaraq Cavabdeh MMC-nin baş direktorunun tarif (vəzifə) maaşı, mükafatlandırılması, əmək haqqına əlavələr, artımlar ilə hüquq departamentinin rəhbərinin tarif (vəzifə) maaşı, mükafatlandırılması, əmək haqqına əlavələrin, artımların arasında olan fərqin hesablanmaqla ödənilməsi, Cavabdeh MMC-dən xx.xx.2018-dən xx.xx.2018-ci il tarixədək olan məcburi işburaxma müddəti üçün ödənilməyən əmək haqqının İddiaçı2 xeyrinə tutulması, Cavabdeh MMC-dən İddiaçı2 xeyrinə 2018-ci iş ili üçün müəyyən edilmiş 25% illik mükafat məbləğinin tutulması qət edilmişdir. b)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

3. Sumqayıt Apellyasiya Məhkəm əsi Mülki kollegiyasının 28 oktyabr 2020-ci il tarixli, 2(105)-458/2020 nömrəli qətnaməsi ilə (hakimlər T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və L.Məmmədova) İddiaçı2 apellyasiya şikayətinin təmin edilməməsi, Cavabdeh MMC-nin apellyasiya şikayətinin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 09 sentyabr 2019-cu il tarixli, 2(012)-982/2019 saylı qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi, iddianın həmin hissədə qismən təmin edilməsi, Cavabdeh MMC-dən İddiaçı2 xeyrinə 03 dekabr 2018-ci il tarixdən 07 dekabr 2018-ci il tarixədək olan dövr üçün 1331,43 manat əmək haqqının və 2017-ci ilin dekabr ayından 2018-ci ilin dekabr ayınadək Baş direktoru əvəz etdiyinə görə ona ödənilməli olan əmək haqqına əlavələr üzrə 444,32 manatın tutulması, qətnamənin “iddia qalan hissədə təmin edilməsin” hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. c)Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

4. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)4643/2020 nömrəli, 27 oktyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər M.Əhmədova (sədrlik edən və məruzəçi) Ə.Əliyev və Ə.Nurməmmədov) İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-458/2020 nömrəli, 28 oktyabr 2020-ci il tarixli qətnaməsinin iddianın qərarın əsaslandırıcı hissəsində qeyd edilmiş apellyasiya kollegiyası tərəfindən təmin olunmayan hissələrində ləğv edilərək mülki işin həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. ç)Apellyasiya ins tansiyası məhkəməsindəki ikinci icraat

5. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-131/2022 nömrəli qətnaməsi ilə (hakimlər Ş.Abasov (sədrlik edən və məruzəçi), S.Qafari və T.Məmmədov) İddiaçı2 apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh MMCnin apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 09 sentyabr 2019-cu il tarixli, 2(012)-982/2019 nömrəli qətnaməsinin qismən, Cavabdeh MMC-dən İddiaçı1 Yazəf qızının xeyrinə baş direktorun vəzifəsini müvəqqəti icra etdiyi 08 dekabr 2016-cı il tarixdən 14 fevral 2018-ci ilin fevral ayına qədər olan müddət üçün şirkət üzrə baş direktorun 2016-2019-cu illər üzrə orta əmək haqqı nəzərə alınmaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 162.1-ci maddəsinə müvafiq olaraq Cavabdeh MMC-nin baş direktorunun tarif (vəzifə) maaşı, mükafatlandırılması, əmək haqqına əlavələr, artımlar ilə hüquq departamentinin rəhbərinin tarif (vəzifə) maaşı, mükafatlandırılması, əmək haqqına əlavələrin, artımların arasında olan fərq hesablanmaqla ödənilməsi, Cavabdeh MMC-dən İddiaçı1 Yazəf qızının xeyrinə 2018-ci iş ili üçün müəyyən edilmiş 25% illik mükafat məbləğinin tutulması hissələrində ləğv edilməsi, həmin hissələrdə iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin Cavabdeh MMC-dən İddiaçı1 Yazəf qızının xeyrinə baş direktorun vəzifəsini müvəqqəti icra etdiyi 08 dekabr 2016-cı il tarixdən 14 fevral 2018-ci ilin fevral ayına qədər olan müddət üçün şirkət üzrə baş direktorun 20162019-cu illər üzrə orta əmək haqqı nəzərə alınmaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 162.1-ci mad dəsinə müvafiq olaraq Cavabdeh MMC-nin baş direktorunun tarif (vəzifə) maaşı, mükafatlandırılması, əmək haqqına əlavələr, artımlar ilə hüquq departamentinin rəhbərinin tarif (vəzifə) maaşı, mükafatlandırılması, əmək haqqına əlavələrin, artımların arasında olan fərq hesablanmaqla ödənilməsi hissəsində təmin edilməməsi, iddia tələbinin Cavabdeh MMC-dən İddiaçı1 Yazəf qızının xeyrinə 2018-ci iş ili üçün müəyyən edilmiş 25% illik mükafat məbləğinin tutulması hissəsində qismən təmin edilməsi, 2018-ci ilin yekunlarına görə Cavabdeh MMC-nin baş direktorunun xx.xx.2019cu il tarixli, 01 №-li əmri ilə müəyyən edilmiş qaydada mükafatın hesablanıb İddiaçı1 Yafəs qızına verilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması, qətnamənin Cavabdeh MMC-nin mübahisələndirdiyi qalan hissələrdə dəyişdiril mədən saxlanılmışdır. Kassasiya şikayətlərinin və onlara etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri

6. İddiaçı kassasiya şikayəti verərək qətnamənin qismən – iddianın təmin edilməmiş hissələrində ləğv edilməsi, iddianın tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırmışdır.

7. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin “2018-ci ilin yekunlarına görə Cavabdeh MMC-nin baş direktorunun xx.xx.2019-cu il tarixli, 01 №-li əmri ilə müəyyən edilmiş qaydada mükafatın hesablanıb İddiaçı1 Yafəs qızına verilməsi vəzifəsi Cavabdeh MMC-nin üzərinə qoyulsun” hissəsində ləğv edilməsinə və apellyasiya istansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında həmin his sədə də iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

8. İşə kassasiya qaydasında baxılarkən iddiaçı iddiadan imtina etməsi barədə ərizə vermişdir.

9. Azərbaycan Respublikası MPM-nin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər.

10. Həmin Məcəllənin 191-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı et iraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər (191.1.).

11. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir (191.2).

12. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən q əbul olunmuşsa hakim iş üzrə icraata xitam verir.

13. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.

14. Məhkəmə kollegiyası hesab edir ki, iddiadan imtina heç bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul edilməlidir.

15. Belə olduqda, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir.

16. Azərbaycan Respublikası MPM-nin 417.1.5-ci maddəsinə görə, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8.-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1 -261.0.7-ci maddə lərinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

17. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 191, 261, 262, 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı2 Cavabdeh MMC-yə qarşı əvəzetmə və məcburi işburaxma ilə bağlı ödənilməyən əmək haqqının, dəymiş mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiadan imtinası təsdiq edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-131/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar