Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4058/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbinə dair) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 may 2023-cü il tarixli, 2(104)1036/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 29 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh mərhum əmisi X1 arvadıdır.
2. İddiaçı və mərhum əri X3 tərəfindən cavabdehin hesabına müxtəlif vaxtlarda pul vəsaitləri göndərilmişdir. 3. 31 oktyabr 2018-ci il tarixli, 1S-8516-nömrəli reyestrdə qeyd edilmiş etibarnaməyə əsasən, X3 ona məxsus olan bütün daşınar və daşınmaz əmlaklar üzərində sərəncam verməyi və sair hərəkətləri etməyə dair 31 oktyabr 2028-ci il tarixədək qüvvədə olmaqla qardaşı oğlu Cavabdeh adına etibarnamə vermişdir. 4. 18 sentyabr 2018-ci il tarixli, 4Ə-1816 nömrəli reyestrdə qeyd edilmiş alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh ünvan 1 ünvanda yerləşən, 0,06 ha torpaq sahəsini 5.000 manata əmisi X1 adına satın almışdır. 5. 31 oktyabr 2018-ci il tarixli, 4Ə-2147 nömrəli reyestrdə qeyd edilmiş alqı-satqı müqaviləsinə əsasən, Şəmkir şəhərində yerləşən kənd təsərrüfatı təyinatlı 0,07 ha t orpaq sahəsi X1 adına satın alınmış və bu barədə sonuncunun adına 05 noyabr 2018-ci il tarixli “torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir. 6. 08 noyabr 2018-ci il tarixli, 4 Ə-2198 nömrəli reyestrdə qeyd edilmiş alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh Şəmkir şəhərində yerləşən 0,06 ha torpaq sahəsini 4.800 manata əmisi X1 adına satın almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncudan 3.000.000 Rus rublunun ödəniş vaxtı milli manata məzənnədə, habelə ödənilmiş dövlət rüsumuna görə 340 manat, ödənilmiş hüquqi xidmətə görə 1000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia çı Rusiya Federasiyasının vətəndaşı olsa da, ailə üzvləri ilə birlikdə Şəmkir şəhəri, Natəvan küçəsi, 91 saylı evdə yaşayır. Cavabdeh iddiaçının mərhum əri X2 qardaşı oğludur. İddiaçı, Şəmkir şəhərində bir neçə yerdə həyətyanı torpaq sahəsi və ev almaq qərarına gəlmişdir. Bunun üçün cavabdehlə aralarında olan razılaşmaya görə Rusiya Federasiyasından onun adına pul göndərmişdir və Rusiya Federasiyasında olduğu üçün həmin əmlaklar alqı-satqı yolu ilə cavabdehin adına qeydə alınmışdır. Razılaşmaya görə cavabdeh həmin əmlakları iddiaçının adına qeydə aldırmalı idi. Satın alınmış əmlaklar iddiaçının və ailə üzvlərinin faktiki istifadələrində olmasına baxmayaraq, cavabdehin adına qeydiyyatda qalmışdır. 2021-ci ildə iddiaçının əri X3 qəflətən vəfat etmişdir və sonuncunun ölümündən sonra iddiaçı, cavabdehdən Rusiya Federasiyasından Bank vasitəsilə göndərmiş olduğu pul vəsaiti hesabına onun adına qeydə alınmış əmlakların adına keçirilməsini xahiş etmişdir. Cavabdeh əvvəlcə həmin əmlakları iddiaçının adına rəsmi qeydə aldıracağına söz versə də, sonradan həmin əmlakları iddiaçının adına keçirməkdən imtina etmişdir. Buna görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də cavabdeh, iddiaçının onun adına Rusiya Federasiyasından Bank vasitəsi ilə göndərmiş olduğu 3.000.000 Rus rublu qətnamə icra olunan vaxt milli manata məzənnədə ona geri qaytarmağa borcludur.
9. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, həqiqətən iddiaçı onun hesabına müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pullar göndərmişdir. Laki n, göndərilmiş pulların iddia olunan məbləğdə və ya başqa məbləğdə olmasını dəqiq bilmir. Çünki pullar müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə göndərilmişdir. Həmin pulları öz ehtiyacları üçün xərcləməmişdir. Belə ki, həmin pul vəsaitlərinin hesabına mərhum əri Eyyub Musayevin adına daşınmaz əmlaklar almışdır. Hətta almış olduğu evdə əsaslı təmir işləri aparmış və təmir işlərinə külli miqdarda vəsait sərf etmişdir. Hazırda onun iddiaçıya heç bir məbləğdə borcu yoxdur. Əgər iddiaçı onun borclu olduğunu iddia edirsə, onda X5 adına alınmış əmlakları ona versin, o da həmin əmlakları satıb ödəniş etməyə razıdır. Əks halda iddianı qəbul etmir.
10. Şəmkir Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(076)-178/2023 saylı qətnaməsi ilə (hakim K.Məmmədova) iddia qismən təmin edilərək, cava bdehdən 2.397.896 Rus rublunun qətnamə icra olunan vaxt milli manata məzənnədə tutulub iddiaçıya verilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir.
11. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını, işə əlavə edilmiş və cavabdeh tərəfindən mübahisələndirilməmiş qəbzlərin tədqiqi nəticəsində müəyyən etmişdir ki, iddiaçı cavabdehin hesabına 3.000.000 Rus rublu göndərdiyini iddia etsə də, onun tərəfindən cavabdehin hesabına ümumilikdə 2.397.896 Rus rublu, mərhum Eyyub Musayev tərəfindən isə cavabdehin hesabına 444.338 Rus rublu göndərilmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, cavabdeh məhkəmə iclasında qəbzlərdə olan vəsait hesabına X5 adına əmlaklar aldığını iddia etmiş olsa da, həmin əmlakların iddiaçı tərəfindən göndərilmiş vəsaitlər hesabına deyil, X5 özü tərəfindən göndər ilmiş vəsait hesabına alınması mülki iş materiallarında olan sənədlərlə öz təsdiqi tapır. Ona görə də məhkəmə, cavabdehin məhkəmə iclasında göstərdiklərini onun iddiaçı qarşısında götürmüş olduğu öhdəliklərdən yayınması cəhdi kimi qiymətləndirir və onun iddiaçı tərəfindən göndərilmiş pul vəsaitlərini tikinti işlərinə sərf etməsi ilə bağlı iddiasına tənqidi yanaşır və özünü müdafiə xarakterli izahat kimi qəbul edərək onu mötəbər sübut kimi qəbul etmir.
13. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab etmişdir ki, tərəflər arasında sadə yazılı formada etibarlı borc müqaviləsi bağlanmışdır. Bu səbəbdən də həmin münasibətlərə borc müqaviləsinin müddəaları tətbiq edilməlidir.
14. Məhkəmə, tərəflərin təqdim etdikləri sübutlara hüquqi qiymət verərək qeyd etmişdir ki, iddia tələbi qismən qa nuni və əsaslı olduğundan qismən təmin edilməlidir. Həmçinin, cavabdeh X5 adına almış olduğu daşınmaz əmlakın təmiri üçün vəsait şərh etdiyini qeyd etsə də, bununla bağlı məhkəməyə qarşılıqlı iddia təqdim etməmişdir. Ona görə də cavabdehin tikinti işlərinə sərf edilmiş vəsaitlə bağlı məhkəmə iclasında qeyd etdiklərinə hər hansı hüquqi qiymət verilməsi əsaslı sayıla bilməz. Bununla bağlı cavabdehə məhkəmə iclasında qeyd etdikləri, yəni tikinti işlərinə sərf edilmiş vəsaitlə bağlı iddia qaldırmaq hüququ izah edilməlidir.
15. Məhkəmə, işin məhkəmə iclasında müəyyən olunmuş hallarına hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehdən 2.397.896 Rus rubl ödəniş vaxtı milli manata məzənnədə, göstərilmiş hüquqi yardıma görə 700 manat, ödənilmiş dövlət rüsumuna görə 200 manat tutulub iddiaçıya ve rilməlidir.
16. Məhkəmə hüquqi mövqeyini Mülki Məcəllənin 21.2, 385, 427, 443.1, 739.1, 740cı maddələrinin, habelə Mülki Prosessual Məcəllənin 88, 121.1, 218.3, 217.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
17. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, tərəflər arasındakı münasibətlər tapşırıq müqaviləsindən irəli gəlsə də, birinci instansiya məhkəməsi borc müqaviləsinə d air normalara istinad etmişdir. İddiaçının iddia tələbinə görə cavabdehə əmisi tərəfindən daşınmaz əmlakların alınması tapşırığı vermişdir, əgər belədirsə mütləqdir ki, notarial qaydada təsdiqlənmiş etibarnamə verilməli idi. Bundan başqa, təqdim olunmuş sənədlərlə sübut olunmuşdur ki, iddiaçının əri Eyyub Musayev həqiqətən baş etibarnamə vermişdir ki, daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanan zaman onu təmsil etsin. Cavabdeh, 2018-ci ildə ünvan 1 ünvanda yerləşən evi və Şəmkir şəhərində yerləşən 0.06 ha torpaq sahəsinin satın alınmasında mərhum Eyyub Musayevi təmsil etmiş və onun adından müqavilələr bağlamışdır. Daha sonra, Eyyub Musayev dəfələrlə Şəmkir rayonuna gəlmiş, həmin əmlakları görmüş, öyrənmiş və əmlaklar alınan vaxtdan onun sahibliyində və istifadəsində olmuşdur. İddia çının adından göndərilmiş pullar da mərhum əri Eyyub Musayevin tapşırıqlarının icrası ilə bağlı olmuşdur. İddiaçı iddia tələbinə dair mötəbər sübutlar təqdim etmədiyinə görə birinci instansiya məhkəməsi iddianı qismən təmin etmişdir.
19. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 may 2023-cü il tarixli, 2(104)-1036/2023 saylı qətnaməsi ilə (hakimlər Fikrət Mehdiyev sədrlik edən, məruzəçi, Rəhman Muradov və Ədil Məmmədov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Şəmkir Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(076)-178/2023 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia rədd olunmuşdur.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında olan şifahi razılaşmaya görə, iddiaçı onun adına daşınmaz əmlaklar almaq üçün ayrı-ayrı vaxtlarda müxtəlif m əbləğlərdə olmaqla cavabdehin adına ümumilikdə 3.000.000 Rus rublu pul göndərmişdir. Lakin, cavabdeh vədinə əməl etməmiş, söz vermiş olduğu əmlakları almamış və göndərilən vəsaiti öz istədiyi kimi sərf etmişdir. Ona məxsus olan və cavabdeh tərəfindən mübahisələndirilməmiş, ayrı-ayrı tarixli kassa qəbzlərindən görünür ki, iddiaçı tərəfindən cavabdehin hesabına ümumilikdə 2.397.896 Rus rublu göndərmişdir.
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi yuxarıda göstərilən maddi hüquq normalarına istinad etsə də, tərəflər arasında yaranmış münasibətlərə düzgün qiymət verməmiş və maddi hüquq normasının tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsi tərəflər arasında borc müqaviləsi normalarını əsas tutaraq iddianı qismən təmin etmişdir.
22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, baxılan işdə iddiaçı iddia tələbinin hüquqi əsası kimi ona əsaslanmışdır ki, guya o, cavabdehlə aralarında bağlanmış şifahi razılığa əsasən, daşınmaz əmlaklar almaq üçün ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlər olmaqla, ümumilikdə 3.000.000 Rus rublu göndərmişdir. Göründüyü kimi, iddiaçının qeyd etdiyi kimi olmuş olsa belə onda tərəflər arasında tapşırıq müqaviləsi bağlana bilərdi və birinci instansiya məhkəməsi araşdırma apararkən mübahisəni həmin normaya uyğun aparmalı idi. Lakin, birinci instansiya məhkəməsi mübahisəyə borc müqaviləsinin normalarını tətbiq etmiş və araşdırmanı səhv istiqamətdə aparmışdır. Hansı ki, tapşırıq müqaviləsi borc müqaviləsindən fərqlənir. Belə ki, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsi n (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
23. Baxılan iş üzrə cavabdehin əmisi Eyyub Musayev tərəfindən sonuncunun adına daşınmaz əmlaklar alınması üçün baş etibarnamə verilmiş, cavabdeh tərəfindən daşınmaz əmlakın alınması işdə olan sənədlərlə təsdiqini tapmışdır. Bundan başqa, iddiaçı qeyd olunan tapşırığın (yəni daşınmaz əmlakların alınması barədə) hansı qaydada verilməsi, tapşırığa görə cavabdeh tərəfindən hansı işlərin görülməsi, ümumiyyətlə tapşırığın lazımınca icra edib-etməməsi və sair hallar barədə nə birinci instansiya məhkəməsinə nə də ki, apellyasiya instansiyası məhkəməsinə heç bir sübut (etibarnamə və sair) təqdim etməmişdir.
24. Belə ki, işin müəyyən olunmuş halların a görə, iddiaçı iddia edir ki, guya cavabdehə daşınmaz əmlak alması tapşırığı vermişdir. Əslində isə daşınmaz əmlakın alınması üçün notarius tərəfindən təsdiq edilən etibarnamə mütləq olmalıdır. Lakin, iddiaçı belə bir etibarnamə təqdim etməmişdir. İşdə olan sənədlərdən görünür ki, iddiaçının əri Eyyub Musayev sağlığında cavabdehə baş etibarnamə vermişdir ki, cavabdeh daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanan zaman Eyyub Musayevi təmsil etsin.
25. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, cavabdeh 2018-ci ildə ünvan 3 ünvanda yerləşən evi və Şəmkir şəhərində yerləşən 0,06 ha torpaq sahəsinin alınmasında Eyyub Musayevi təmsil etmiş, onun adından müqavilə bağlamışdır. Bundan sonra, Eyyub Musayev dəfələrlə Şəmkir rayonuna gəlmiş həmin əmlakları görmüş, iddiaçının əri Eyyub Musayev həmi n əmlakları görüb bəyənmiş, heç bir narazılığı olmamış və əmlaklar alınan vaxtdan onun sahibliyində və istifadəsində olmuşdur.
26. İddiaçı, iddia ərizəsində həmçinin göstərmişdir ki, guya onun tapşırığı əsasında alınan əmlakları cavabdeh onun adına qeydə aldıracağına söz vermişdir. Əldə olunan əmlaklar faktiki olaraq onun və ailə üzvlərinin istifadəsində olmasına baxmayaraq, həmin əmlaklar cavabdehin adına qeydə alınmışdır. 2021-ci ildə iddiaçının əri Eyyub Musayev qəflətən vəfat etmiş və sonuncunun ölümündən sonra o, əmlakların onun adına qeydə alınmasını xahiş etmişdir. Cavabdeh əvvəlcə həmin əmlakların onun adina, rəsmi qeydiyyata aldıracağını vəd etsə də, sonradan həmin əmlakları onun adına qeydə aldırmaqdan imtina etmişdir. Buna görə də o, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
27. Göründüyü kimi iddiaçı özü də etiraf edir ki, alınan əmlaklar onun faktiki istifadəsindədir. Lakin əmlaklar guya cavabdehin adına qeydə alınmışdır. Əslində bu hallar həqiqəti əks etdirmir. Çünki, hazırda iddiaçının sahibliyində olan həmin mülklər, cavabdehin nümayəndə kimi iştirak etdiyi alqı-satqı müqavilələri əsasında iddiaçının məhrum əri Eyyub Musayevin adına rəsmiləşdirilmiş və sonuncunun adına həmin əmlaklara dair Çıxarışlar verilmişdir. X5 sağlığında tərəflər arasında heç bir narazılıq olmamışdır.
28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün heç bir araşdırma aparmadan sözügedən qətnaməni çıxarmışdır.
29. Mülki iş materiallarına iddiaçı tərəfindən əlavə edilən pul göndəri şi qəbzlərindən görünür ki, iddiaçı cavabdehə əri Eyyub Musayev öləndən sonra 2021-ci ilin noyabr, dekabr ayında 6 dəfəyə, hər dəfə 100.000 Rus rublu olmaqla, cəmi 600.000 Rus rublu köçürmüşdür. Bu da təxminən 12.000- 13.000 manat təşkil edir. Həmin köçürülən pullar iddiaçının əri, cavabdehin əmisinin yas mərasimi verilməsi, dəfn xərcləri və baş daşı düzəldilməsi üçün nəzərdə tutulmuşdur. Bundan əvvəlki dövrlərdə isə göndərilən pulların bəzisi iddiaçının adından göndərilsə də onun əri Eyyub Musayevin tapşırığı ilə göndərmişdir. Əvvəlki göndərilən pulların təyinatı daşınmaz əmlaklar və sair xərclərlə bağlı (hər dəfə fərqli) olmuşdur.
30. Həmçinin, məhkəmə kollegiyasına cavabdeh tərəfindən təqdim olunmuş fotoşəkillərdən bir daha müəyyən olunur ki, X5 qəbirüstü daşı qara mərmərdən götürülmüş və orada müasir qaydada abadlıq işləri görülmüşdür.
31. Baxilan işdə, birinci instansiya məhkəməsi tərəfindən irəli sürülən tələb düzgün araşdırılmadığından, onun gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz.
32. Məhkəmə kollegiyası, yuxarıda şərh olunanlara hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iş üzrə cavabdeh apellyasiya şikayətində şikayətinin dəlillərini əsaslandıra bilmiş, işin nəticəsinə təsir edən iş üçün əhəmiyyəti olan halları sübut edə bilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə yuxarıda qeyd olunan normaların tələbləri çərçivəsində qəbul edilməmişdir, bu da, qətnamənin ləğv edilməsi üçün əsasdır.
33. Məhkəmə kollegiyası hüquqi mövqeyini Mülki Məcəllənin 14.2.1, 329.2, 329.3, 329.4, 385.1, 386.1, 387.2, 567, 406.1, 448.2, 441.1, 441.4, 4 42, 662.1, 662.2, 662.3, 663.1, 664-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 36, 77.1, 88, 217.3, 217.4, 372.1, 372.6, 372.7, 384.0.1, 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazının dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
34. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
35. Kassator kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o iddia tələbi ilə bağlı məhkəməyə kifayət qədər mötəbər sübutlar təqdim etsə də, apellyasiya instansiyası məhkəməsi həmin sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətini n digər dəlilinə görə, cavabdeh iddianı qəbul etmişdir. Həmçinin, cavabdeh iddia tələbinin rədd olunması üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir, buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi onun vermiş olduğu apellyasiya şikayətini təmin etmişdir.
36. Kassator, kassasiya şikayətini Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 88ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
38. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kredito run isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
39. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
40. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
41. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsi nə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
42. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.
43. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.
44. Maddə 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz təl əblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
49. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
53. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüq uq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslığının tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
56. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş ə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb.
57. Əvvəla, iddia ərizəsindən görünür ki, iddiaçı ona Şəmkir şəhərində həyətyanı torpaq sahəsi və ev almaq üçün cavabdehlə razılığa gəldiyini, bunun üçün Rusiya Federasiyasından Bank vasitəsilə onun hesabına 3.000.000 Rus rublu köçürdüyünü, satın alınmış əmlakların onun və ailə üzvlərinin faktiki istifadələrində olmasına baxmayaraq cavabdehin adında qeydiyyatda qaldığını, dəfələrlə xahiş etməsinə baxmayaraq cavabdehin həmin əmlakları onun adına keçirməkdən imtina etdiyini göstərib, Rusiya Federasiyasından Bank vasitəsilə göndərdiyi 3.000.000 Rus rublunun cavabdehdən tutulub ona ödənilməsini iddia edir.
58. Cavabdeh isə birinci instansiya məhkəməs ində verdiyi izahatda, iddiaçının həqiqətən onun hesabına müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pul vəsaitləri köçürdüyünü, lakin, göndərilmiş pulların iddia olunan məbləğdə və ya başqa məbləğdə olmasını dəqiq bilmədiyini, həmin pul vəsaitlərinin hesabına mərhum əmisi Eyyub Musayevin adına daşınmaz əmlaklar aldığını, hətta satın aldığı evdə əsaslı təmir işləri apardığını, təmir işlərinə külli miqdarda vəsait xərclədiyini, hazırda onun iddiaçıya heç bir məbləğdə borcunun olmadığını etiraf etsə də, apellyasiya şikayətində və apellyasiya icraatı mərhələsində verdiyi izahatında, iddiaçı ilə onun arasında hansısa əmlakın satın alınmasına dair razılaşmanın olmadığını, iddiaçının onun adına əmisi Eyyub Musayevin ölümündən sonra 2021-ci ilin noyabr, dekabr aylarında altı dəfəyə, hər dəfə 100.0 00 Rus rublu olmaqla, cəmi 600.000 Rus rublu köçürdüyünü, həmin pul vəsaitini məhz əmisi Eyyub Musayevin yas mərasimlərinin verilməsi, dəfn edilməsi və baş daşının düzəldilməsinə xərclədiyini göstərib, iddiaya etiraz edir.
59. Göründüyü kimi, cavabdeh iddiaçıdan əmisi Eyyub Musayevin ölümündən sonra 2021-ci ilin noyabr, dekabr aylarında altı dəfəyə, hər dəfə 100.000 Rus rublu olmaqla, cəmi 600.000 Rus rublu aldığını etiraf edir, lakin həmin pul vəsaitini əmisi Eyyub Musayevin yas mərasimlərinə, onun dəfn edilməsinə və baş daşının düzəldilməsinə xərclədiyini bildirir.
60. Belə olan halda kassasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının verdiyi 600.000 Rus rublu X5 yas mərasimlərinə, onun dəfn edilməsinə və baş daşının düzəldilməsinə xərcləməsinə dair işin hallarını sübut etmək vəz ifəsi bilavasitə cavabdehin üzərinə düşür. Cavabdeh isə bu barədə məhkəməyə heç bir sübut təqdim etməyib.
61. Əksinə, iddiaçı kassasiya şikayətində, mərhum əri Eyyub Musayev vəfat edərkən ölkədə olduğunu, onun dəfn xərclərini özünün qarşıladığını, qəbir üstü abidəni öz vəsaiti hesabına qoyduğunu və bu işlərin görülməsi üçün cavabdehə heç bir tapşırıq vermədiyini bildirir.
62. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan hallara diqqət yetirmədən, X5 ölümündən sonra bilavasitə iddiaçı tərəfindən Bank vasitəsilə cavabdehin adına köçürülmüş pul vəsaitinin məbləğini, təyinatını dəqiqləşdirmədən, həmin pul vəsaitinin cavabdeh tərəfindən X5 yas mərasimlərinə, onun dəfn edilməsinə və baş daşının düzəldilməsinə xərclənib-xərclənmədiyini araşdırmadan, ümumiyyətlə bu barədə çəkilmiş xərclərin məbl əğini müəyyən etmədən, habelə cavabdehin birinci instansiya məhkəməsində iddia ilə bağlı verdiyi etirafedici izahatı nəzərə almadan, yalnız onun apellyasiya şikayətinin dəlillərinə və apellyasiya icraatı mərhələsində verdiyi izahata əsaslanaraq, iddia olunan pul vəsaitinin məhz iddiaçının tapşırığı ilə cavabdeh tərəfindən X5 yas mərasimlərinə, onun dəfn edilməsinə və qəbir üstü abidəsinin düzəldilməsinə xərclənməsinə dair işin halları barədə səhv nəticəyə gəlib.
63. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 14.1, 77.1, 88 və 372.1-ci maddələrinin mənasına görə, tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı, həqiqət ə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verməlidir.
64. Nəzərə alınmalıdır ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan, mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz.
65. Hər bir halda işə baxan məhkəmə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatlarını iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilm əlidir.
66. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin iş üçün əhəmiyyətli olan və ona məlum olan sözügedən faktlar barədə izahatlarını, iş üzrə toplanmış digər sübutlarla, o cümlədən onun birinci instansiya məhkəməsində verdiyi izahatla yanaşı yoxlayıb, qiymətləndirmədiyi üçün, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz.
67. Yaddan çıxarmaq olmaz ki, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Vəkalət alan tapşırığı vicdanla həyata keçirməlidir.
68. Öhdəliyin vicdanla həyata keçirilməsi dedikdə- Mülki Məcəllənin 425-ci maddəsinə əsasən, öhdəliyin şərtləndirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Mə cəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda, işgüzar adətlər və ya adətən irəli sürülən digər tələblərə əməl etməklə icrası anlaşılır. Vəkalət alanın təqsiri üzündən bu tələblərin pozulması nəticəsində vəkalət verənə dəymiş zərər üçün o, məsuliyyət daşıyır.
69. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdı r; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; dördüncüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir.
70. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsində göstərilir ki, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.
71. Bu baxımdan kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
72. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 may 2023-cü il tarixli, 2(104)-1036/2023 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılmasü üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.