Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4059/2019 21.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin vəkil1, cavabdeh2 və vəkil2 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan ASC-nin Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-11770/2018 nömrəli iş üzrə 07 noyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Xəzər Rayon Məhkəməsinin (hakim Ə.S.Qəhrəmanov) 2(0 03)-554/2018 nömrəli, 03 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Ləğv prosesində olan ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı ASC-nin xeyrinə 33371,16 manat məbləğində əsas borc, 10288,37 manat məbləğində faiz borcu, cəmi 43659 (qırx üç min altı yüz əlli doqquz manat, əlli üç qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutulması, iddianın qalan hissələri əssasız olduğundan rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın (hakimlər N.Cəfərov (sədrlik edən və məruzəçi), V.Baxışova və V.Həsənov) 2(103)-11770/2018 nömrəli, 07 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Ləğv prosesində olan AS C tərəfindən verilmiş apellyasiya şikayətinin rədd olunması, hazırkı iş üzrə Xəzər Rayon Məhkəməsinin 03.07.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı Ləğv prosesində olan ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddiasının rədd olunması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Ləğv prosesində olan ASC Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh1 və Cavabdeh2 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 15 iyul 2014-cü il tarixli öhdəlik müqaviləsinə əsasən, 33371,36 manat əsas, 11624,72 manat məbləğində dəbbə pulu olmaqla cəmi 44996,08 manat borcun iddia qaldırılması üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat tutulmasını, tutmanın Cavabdeh1 məxsus “HOVVO ZZ3317N3867VV” markalı **-MF-*** dövlət nömrə nişanlı yük avtomobilinə yönəldilməsini, nəqliyyatın ilkin satış qiymətinin müəyyənləşdirilməsini, açıq hərracda satılmasını, bankın kredit tələbinin satılmış əmlak hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Ləğv prosesində olan ASC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-11770/2018 nömrəli iş üzrə 07 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edə rkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Ləğv prosesində olan ASC-nin vəkili1 kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştiarak edən cavabdeh2 və vəkili2 kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında Cavabdeh1 vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyasında onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına bax mayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-11770/2019 nömrəli iş üzrə 07 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilməli, kassasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya insta nsiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin işin mat erialları üzrə gəldiyi nəticədən görünür ki, Cavabdeh2 ilə bağlanmış müqavilə əhəmiyyətsiz əqd olduğundan cavabdehlə bağlanmış 15.07.2014-cü il tarixli 007 saylı müqavilə etibarsız sayılır. Belə ki, həmin müqavilə avtomobilin alqı-satqı edilməsi məqsədilə bağlanıb. Bank avtomobilin mülkiyyətçisi olmadığına görə avtomobilə dair Cavabdeh2 ilə alqısatqı müqaviləsi bağlaya bilməzdi. Bu müqaviləni Cavabdeh2 ilə bağlamaq səlahiyyəti Cavabdeh1 (mülkiyyətçiyə) məxsusdur. Belə ki, alqı-satqı müqaviləsini sərəncam hüququ olan şəxs bağlaya bilər, sərəncam hüququ isə mülkiyyətçiyə məxsusdur. (Mülki Məcəllə mad. 152.4). Odur ki, yalnız Cavabdeh1 həmin avtomobili Cavabdeh2 sata bilərdi. Avtomobilin bankın xeyrinə ipoteka ilə yüklü edildiyinə görə bank yalnız avtomobilin özgəninkiləşdirməsinə razılıq ver ə bilər və ya razılıq verməkdən imtina edə bilər (İpoteka haqqında Qanununun 30.1-ci maddəsi və müqavilənin alqı-satqı məqsədilə bağlandığı müqavilənin 2.1-ci bəndinin məzmunu ilə) Belə ki, həmin bənddə qeyd olunub ki, 1-ci cavabdeh avtomobili 35.779 manata alır. Tərəflər həmin bəndi “müqavilənin predmeti” adlandırıblar, yəni tərəflər müqaviləni avtomobilin alqı-satqısı məqsədilə bağlayıblar. müqavilədə cavabdehin adı “alıcı” kimi göstərilib. Bankın özünün hazırladığı müqavilədə əks tərəfi “alıcı” kimi göstərməsi, əks tərəfin isə bununla razılaşaraq müqaviləni imzalaması onu təsdiq edir ki, müqaviləni avtomobilin alqı-satqısı məqsədilə bağlayıblar. müqavilə “öhdəlik müqaviləsi” adlandırılıb. Bütün müqavilələr öhdəlik üçün bağlanır: öhdəlik yaradır, öhdəliyi dəyişdirir və ya öhdəliyi xitam edir. Bank müqaviləni ona görə də “öhdəlik müqaviləsi” adlandırıb ki, müqavilənin “alqı-satqı müqaviləsi” adlandırılmasının açıq aşkar qanunsuz olduğunu bilib, ona görə də belə ifadədən istifadə edib. müqavilə kredit öhdəliyinin verilməsi barədə deyil. Belə ki, kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliyi Cavabdeh2 verilə bilər, lakin bunun üçün müqavilə olmalıdır. (Mülki Məcəllə mad 522). Həmin müqaviləni öhdəliyi verən şəxs bağlamalıdır və müqavilənin məzmununda öhdəliyin verildiyi göstərilməlidir. Lakin Cavabdeh2 ilə bağlanmış “öhdəlik müqaviləsi”ndə Cavabdeh1 tərəf kimi göstərilməyib və həmin müqavilənin məzmununda öhdəliyin verildiyi qeyd olunmayıb. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi digər nəticədən görünür ki, Cavabdeh2 ilə bağlanmış müqavilə etibarsı z olduğuna görə Cavabdeh3la bağlanmış zaminlik müqaviləsi də etibarsız sayılır. Belə ki, Mülki Məcəllənin 460.3-cü maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əsas öhdəliyin etibarsızlığı onu təmin edən öhdəliyin etibarsızlığına səbəb olur. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticələrdən həmçinin görünür ki, apellyasiya şikayətində qətnamənin iddianın rədd edilməsinə aid hissəsi mübahisələndirilsə də, məhkəmə qətnamənin digər hissəsini- iddianın təmin edilməsinə aid hissəsini də yoxlamaq hüququna malikdir. Belə ki, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməzdir, bu halda qətnamə tam yoxlanılır. Pul tələbinin etibarlılığı yoxlanılmadan onun ipotekaya yönəldilməsi qət olu na bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticəsi işin həqiqi hallarına uyğun olmaqla tərəflərin qarşılıqlı münasibətlərini əks etdirməməklə yanaşı, mülki və mülki prosessual qanunvericiliyin tələblərinə də uyğun olmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, mübahisə «HOVO» markalı ** MF *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə bağlıdır. Avtomobil mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsusdur. Cavabdeh2 ilə bankın arasında 15.07.2014-cü il tarixli 007 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilə «öhdəlik müqaviləsi» adlandırılmış, bank «kreditor», Cavabdeh2 isə «alıcı» kimi göstərilmişdir. Müqavilədə qeyd olunub ki, alıcı bankda girovda olan, başqa şəxsə (Cavabdeh1) məxsus ola n avtomobili 35.779 manata alır, həmin pulu və onun faizlərini 15.07.2016cıil tarixinədək ödəyir. Cavabdeh3 ilə bankın arasında 15.07.2014-cü il tarixli 007 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh3 üzərinə öhdəlik götürmüşdür ki, əgər Emil Mahmudov müqavilə öhdəliyini pozarsa, o bankın qarşısında onunla birgə məsuliyyət daşıyacaq. Cavabdeh1 ilə bankın arasında 07.10.2011-ci il tarixli 007 saylı kredit müqaviləsi, eyni tarixli və nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən cavabdeh avtomobil almaq məqsədi ilə bankdan 53400 manat kredit götürmüş, ipoteka müqaviləsinə əsasən isə həmin kreditin qaytarılmasının təminatı kimi həmin avtomobili bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. İşin materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsind ən yalnız iddiaçı apellyasiya şikayəti verərək iddianın tam təmin edilməsini xahiş etmişdir, cavabdehlər isə apellyasiya şikayəti verməmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azə rbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin əsaslılığını mübahisələndirilən hissəsində yoxlamalı olduğu halda qətnaməni tam yoxlamış və bunu onunla əsaslandırmışdır ki, apellyasiya şikayətində qətnamənin iddianın rədd edilməsinə aid hissəsi mübahisələndirilsə də, məhkəmə qətnamənin digər hissəsini- iddianın təmin edilməsinə aid hissəsini də yoxlamaq hüququna malikdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşmır və hesab edir ki, apellyasiya ş ikayətində ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünən olduğu üçün bu halda qətnamə tam yoxlanılmamalı idi. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, pul tələbi ipotekaya yönəldilməli idi və bu tələbin əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1, 295, 271.2, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddələrinə istinad edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə pul tələbinin etibarlılığı yoxlanılmadan onun ipotekaya yönəldilməsi qət oluna bilməz. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşmır və hesab edir ki, iddiaçının pul tələbinə dair iddiasının iddianın təmin edilməsi hissədə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilmədiyi halda ona yenidən hüquqi qiymət verilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarının tələblərinə zidd olduğu üçün apellyasiya icraatı qaydasında işə baxan məhkəmə pul tələbi ipotekaya yönəldilməli olmasına dair iddia tələbinin dəlillərinin və bu tələbi təmin etməmiş birinci instansiya məhkəməsinin nəticələrinin əsası kimi istinad edilən hallara hüquqi qiymət verməli idi. İş materiallarında olan Bank ilə Cavabdeh1 arasında bağlanmış 07.10.2011-ci il tarixli ipoteka müqaviləsinin 12.2-ci bəndinə əsasən, ipoteka qoyan ipoteka saxlayan ilə bağladığı 07.1 0.2011-ci il tarixli kredit müqaviləsinə əsasən üzərinə götürdüyü borcun əsas məbləğini, faizləri, ödənişlərin gecikdirilməsi nəticəsində vurulmuş zərərin əvəzini, dəbbə pulunu və həmçinin ipoteka qoyanın öz vəzifələrini vaxtında və düzgün yerinə yetirilməməsi səbəblərindən yaranan sair ziyanları ipoteka saxlayana ödəyənədək bu müqavilə qüvvədədir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi göstərilən nəticələrə gəlsə də, işin bu halın hüquqi qiymət verməmişdir ki, Cavabdeh2 ilə bağlanmış 15.07.2014-cü il tarixli müqavilə adından da göründüyü kimi “Öhdəlik müqaviləsi” olmuşdur, yəni öhdəliyin ötürülməsi müqaviləsidir. Apellyasiya instansiyası məhkəməsi daha sonra bu hala da diqqət yetirməmişdir ki, Bank müqavilədə tərəf kimi özünü «Satıcı» deyil, “Kredit or” adlandırır. Həmçinin də, müqavilənin 3.1-ci bəndinə əsasən təmin edilmiş öhdəliyin mahiyyəti – “kredit və kredit faizlərinin qaytarılmasından ibarətdir” kimi qeyd edilmişdir. Müqavilənin 4.1.1-ci bəndinə əsasən Cavabdeh2 “Borcalanın öhdəliyini icra etməlidir.”; 7.1-ci bəndində xüsusi olaraq “(kredit öhdəliyinin yerinə yetirilməsi istisna olmaqla)” qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sadalanan müqavilə bəndlərinin tərəflər arasında alqı-satqı deyil, məhz öhdəlik müqaviləsinin bağlanmasının təsdiqinə apellyasiya instansiyası məhkəməsi düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində Mülki Məcəllənin 522-ci maddəsinə əsasən istinad edərək qeyd etmişdir ki, öhdəlik müqaviləsinin bir tərəfi də əvvəlki borcalan Əhmədov Elman olmalı idi. Azərba ycan Respublikasının Mülki Məcəlləsinin 522.1-ci maddəsinə əsasən Kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Həmin Məcəllənin 522.2-ci maddəsinə görə əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Göründüyü kimi, istinad olunan norma öhdəliyin ötürülməsi halında kreditorun razılığını şərtləndirir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 mülkiyyətində olan nəqliyyat vasitəsinin hazırda mübahisələndirilən öhdəlik müqaviləsi əsasında Cavabdeh2 verməsini və sonuncunun da ondan istifadə etməsi kimi işin halının Cavabdeh1 tərəfindən mübahisələndirilməməsinə diqqət yetirməyərək hüquqi qiymət verməmişdir. Bundan əlavə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi əqdin əhəmiyyətsiz olmaqla etibarsız sayıldığı halda ilkin müqavilənin qüvvədə qalmasına da hüquqi qiymət verməmişdir. Belə ki, kollegiyanın qənaətinə əsasən iddianın təmin edilməməsi ilə Bank ayırdığı kreditin qaytarılmasından məhrum olur, Cavabdeh1 nəqliyyat vasitəsinin mülkiyyətçisi olur (çünki 07.10.2011-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 kredit həmin nəqliyyat vasitəsinin alınması məqsədi ilə verilmişdir). Cavabdeh2 isə nəqliyyat vasitəsindən faktiki istifadə etdiyi və bununla bağlı «Öhdəlik müqaviləsi» bağladığı halda kredit öhdəliyindən azad edilir. Azərbaycan Respublikasının MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki v ə yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Həmin Qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və posessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Delkurun Belçikaya qarşı işi üzrə” qərarında qeyd edilmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ özündə 3 elementin vəhdətini nəzərdə tutur: qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu, məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurikdiksiyaya malik olması və müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Avropa İnsan Hüquqları Məhkəməsi “Brumaresku Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli q ərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübabisə edilə bilməsin. Bu prinsip onu nəzərdə tutur ki, tərəflər işlərinə yalnız yenidən baxılması və yeni qərar qəbul edilməsi məqsədi ilə məhkəmə qərarına yenidən baxılmasına nail olmamalıdırlar. Yuxarı məhkəmələr məhkəmə qərarlarına yalnız yenidən baxılması xatirinə deyil, ədalət mühakiməsi həyata keçirilən zaman yol verilmiş pozuntuların aradan qaldırılması məqsədi ilə baxmalıdırlar. Azərbaycan Respublikasının MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadı nın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3.-cü maddəsinə müvafiq olaraq, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol verməklə düzgün hüquqi nəticəyə gəlmədiyindən qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalı, kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-11770/2018 nömrəli iş üzrə 07 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və iş həmin məhkəməyə yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4059/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4059/2019
21.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver