Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-406/2023 27.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun ödənilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5663/2022 nömrəli, 27 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İdd iaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 22-M-10-198-15 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən borcalan Cavabdeh1 18 ay müddətinə, illik 28 % ödəmək şərti ilə 4000 ABŞ dolları məbləğində kredit verilmişdir.
2. İddiaçı İKB ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 22-M-10-198-15 saylı zaminlik müqaviləsinə əsasən, zamin Cavabdeh2 borcalan Cavabdeh1 bank qarşısında öhdəliyini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür.
3. İddiaçı İKB ASC-nin maliyyə arayışına əsasən, Cavabdeh1 xx.xx.2015-ci il tarixli 22-M-1-0-198-15 saylı kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə 3633 ABŞ dolları əsas borcu və 911 ABŞ dolları faiz borcu yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məh kəməsində icraat
4. İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixli, 22-M-1-0-198-15 saylı kredit müqaviləsindən irəli gələn, xx.xx.2016-cı il tarixədək hesablanmış 3633 ABŞ dolları əsas borc və 911 ABŞ dolları faiz olmaqla, cəmi 4544 ABŞ dollarının, həmçinin ərizə verilməsi üçün 20 manat dövlət rüsumu əlavə olunmaqla, borclular Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı İKB ASC-yə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə İddiaçı İKB ASC arasında bağlanan xx.xx.2015-ci il tarixli, 22-M-1-0-198-15 saylı kredit müqaviləsinə əsasən borc alana 4000 ABŞ dolları məbləğində illik 28 % olmaqla 18 ay müddətinə kredit pul vəsaiti verilmişd ir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq zamin Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixli, 22-M-1-0-198-15 saylı kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün öz üzərinə məsuliyyət götürmüşdür. Borclu Cavabdeh1 kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüş, kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmiş və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir.
6. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 izahat verərək bildirmişdir ki, iddianı qismən qəbul edir. Belə ki, o, hal hazırda işləmir və borcunu banka bir dəfəyə ödəmək iqtidarında deyil. Buna görə də iddia tələbinin faiz hissəsində azaldılması ba rədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)-4041/2016 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.
8. Birinci instansiya məhkəməsi mövqeyi ilə bağlı qeyd etmişdir ki, Cavabdeh1 ilə iddiaçı Bank arasında bağlanmış xx.xx.2015-ci il tarixli 22-M-1-0-198-15 №-li kredit müqaviləsinə əsasən Borc alana 4000 ABŞ dolları məbləğində illik 28% olmaqla 18 ay müddətinə kredit pul vəsaiti verilmişdir. İddiaçı Bank üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin sonuncu bu müqavilə üzrə öhdəliyini lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur.
9. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 741, 385, 442, 445, 448, 449, 472-ci, Mülki Prosessual Məcəllənin 14, 77, 78 və 88-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanan xx.xx.2015-ci il tarixli, 22-M-1-0-198-15 saylı kredit müqaviləsinə əsasən götürülmüş 4000 ABŞ dolları məbləğində pul vəsaiti, yəni götürülmüş kredit məbləği, götürülmə tarixi və digər parametrlərə görə problemli kreditlərin həlli istiqamətində verilmiş xx.xx.2019-cu il tarixli Fərmanın təsiri altına düşür. Fərmanın icrasına iddiaçı bank tərəfindən məhəl qoyulmamış, bu hal isə araşdırılmamış qalmışdır.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakim lər E.Ə.Mehdiyev (sədrlik edən və məruzəçi) N.Ş.Cəfərov və X.Ə.Sarıyev) 2(103)-5663/2022 nömrəli, 27 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi “iddianın Cavabdeh2 qarşı təmin edilməsi” hissəsində dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir.
14. Cavabdeh2 apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, kredit müqaviləsinə əsasən bankdan alınmış kredit məbləği «Azərbaycan Respublikasında fiziki şəxslərin pr oblemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşür.
15. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlili açıq aşkar əsassızdır. Belə ki, hazırkı mülki mübahisə üzrə birinci instansiya məhkəməsinin 14 iyul 2016-cı il tarixli qətnaməsinin çıxarılmasından 2 il 7 aydan artıq müddət sona qəbul edilmiş həmin Fərmanın mübahisəli kredit öhdəliyinə tətbiqinə əsaslar mövcud deyildir.
16. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 6.2., 385.1., 386.1., 442, 445, 448.1., 470.1. və 472.1.-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14, 77, 88 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiy a şikayətinin dəlilləri
17. Cavabdeh2 (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib iş materiallarının yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Şikayət onunla əsaslandırılmışdır ki, kredit müqaviləsi 18 ay müddətinə bağlandığından və həmin müddət xx.xx.2016-cı il tarixində başa çatdığından, tərəflərə pretenziya göndərilməli idi. Bu hal isə mübahisələndirdirilən qətnamənin mətnindən görsənmir. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnamədə apellyasiya şikayətinin dəlillərinə qiymət verərkən ümumiyyətlə kreditor tərəfindən zaminə pretenziya göndərilməməsi halını araşdırmamış, apellyasiya şikayətinin əsasını təşkil edən bu hala qiymət verməmişdir. Əgər iddiaçı Bank qarşı tərəfə, yəni əsas borcluya və zaminə pretenziya məktubu göndərmiş olsa idi və zaminin bundan xəbəri olsa idi o, əsas borcluya qarşı borcun ödənilməsi üçün lazımi tədbirləri görmüş olardı. Məhkəmə nəzərə almamışdır ki, zamin kimi cavabdehin nə borcun ödənilməməsindən, nə də keçirilmiş məhkəmə prosesindən xəbəri olmamışdır. Ona görə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin üzərindən 2 il 7 ay sonra qəbul edilmiş Prezident Fərmanının zaminə münasibətdə tətbiq edilməməsinə səbəb olan halın məhkəmə tərəfindən araşdırılmaması qanunsuz və əsassızdır. Borcun ödənilməsi üçün nəzərdə tutulmuş müddətin başa çatmasını gözləməyən kreditor iddia ərizəsi verərək müqavilə müddəti ərzində verilmiş krediti tələb etdiyindən, müqavilə müddəti isə tamam olmadığından, zamin həmin tələb üzrə öz vəzifələrini müba hisələndirə bilər. Müqavilə üzrə öhdəliyin icrası üçün 18 ay müəyyən edilmiş, kreditor isə məhkəməyə müraciət edərkən həmin müddət bitməmişdir. Buna baxmayaraq pretenziya bildirilmədən öhdəliyin vaxtından əvvəl icra edilməsi tələb edilmişdir. İddiaçı Bank iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl mübahisənin məhkəməyə qədər nizama salma qaydasına riayət etməmiş və buna dair də məhkəməyə sənəd təqdim etməmişdir. Bu hal isə prosessual hüquq norması olan MPMnin 150.0.7-ci (150.1.6-ci maddə təzə redaksiyada) maddəsinin tələbinin kobud surətdə pozulmasıdır. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi iş üzrə mövcud aktlara münasibətdə düzgün əsaslandırılmamış olduğundan əsaslı hesab edilə bilməz. Çünki, Bakı Apelyasiya Məhkəməsi iş üzrə müəyyən edilmiş hallara uyğun əsaslandırılmayan qətn amə qəbul etmişdir.
19. Kassasiya şikayətinin əsası kimi Mülki Məcəllənin 474.1. və 427.1.-ci, Mülki Prosessual Məcəllənin 217 və 220.4.-cü maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
21. Maddə
445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
22. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.
23. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdə liklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
24. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
25. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
26. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda o lan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
27. Maddə
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Prosessual Məcəllə
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurəti ndən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən, məhkəmə aktının qanuniliyi bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məh kəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
37. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
38. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə al araq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5663/2022 nömrəli, 27 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.